Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   5   6   7   8   9   10   11   12   ...   116

28
 

 
məhsul  növünün  konsistensiyasına  görə  (  quru,  sulu  və  s.) 
seçilməsi; 

 
müxtəlif  xəstəlik  növü  üçün  istifadə  ediləcək  bioloji  aktiv 
əlavələrin təhlili; 

 
işlənən məhsul üçün nəzərdə tutulan bioloji aktiv əlavələrə 
qoyulan tibbi-bioloji tələbatın öyrənilməsi

 
məhsulun işlənməsi zamanı bir və ya bir neçə bioloji aktiv 
əlavələrin seçilməsi və tətbiqinin əsaslandırılması; 

 
bioloji aktiv əlavələrin dozalarının seçilməsi və istifadəsinin 
əsaslandırılması; 

 
bioloji aktiv əlavələrin qatılma üsullarının seçilməsi; 

 
bir neçə bioloji aktiv əlavələrin istifadəsi zamanı uyğunlu-
ğun müəyyən edilməsi üçün təhlilin aparılması; 

 
bioloji aktiv əlavələrin hazır məhsulun keyfiyyət göstəricilə-
rinə təsirinin qiymətləndirilməsi

 
məhsulun formasından asılı olaraq rejim, müddət və üsulu-
nun əsaslandırılması ( xörəyə, pəhriz məhsuluna və ya əsas qidaya 
əlavə); 

 
 resept və texnologiyaların işlənməsində riyazi modelləşdir-
mə və proqnozlaşdırmanın istifadə olunması; 

 
məhsulun reseptinin işlənməsi

 
müalicəvi –profilaktik məhsulların istehsal texnologiyasının 
işlənməsi; 

 
hazır məhsulun keyfiyyət göstəricilərinin tədqiqi; 

 
məhsulun təcrübə partiyasının işlənməsi;  

 
normativ sənədlərin işlənməsi, təsdiqi və funksional məhsul-
ların istifadəyə tövsiyə edilməsi; 

 
etiketin hazırlanması; 

 
klinik sınaqların keçirilməsi; 

 
uyğunluğun təsdiqi; 

 
məhsulun realizəsi
Məhsulun funksional qida məhsullarına aid olması onun tərki-
bində ümumi qəbul edilmiş 12 komponentdən bir və ya bir neçə-
sinin olması ilə müəyyən edilir. Bunlar qida lifləri, oliqosaxaridlər, 


29
 
şəkərlər, amin turşuları, peptidlər və zülallar, qlükozidlər, spirtlər, 
izopren və vitaminlər, xolun, süd turşusu bakteriyaları, doymamış 
yağ turşuları, mineral maddələr və digərləridir (məsələn, antioksi-
dantlar). 
Funksional  əlavələr  və  ya  başqa  sözlə  desək  bioloji  aktiv 
əlavələr (BAƏ) reseptin  əsas komponenti olub, qida məhsuluna, 
insan orqanizminə təsir etmək üçün müəyyən istiqamət verən əsas 
komponentlərdəndir. 
Hal  hazırda  dünyada  ümumi  qida  məhsulları  arasında  funk-
sional  qida  məhsullarının  payı  10%-dən  azdır.  Eyni  zamanda 
funksional qida məhsulları dünya bazarında intensiv artmaqdadır. 
Bu artım hər il 10-15% təşkil edir. Əgər 2000-ci ildə bazarın həcmi 
34,2 mld. dollar idisə, 2008-ci ildə bu rəqəm təxminən 67,8 mld. 
dollar təşkil etmişdir. 
Dünya bazarında funksional qida məhsullarının 40%-i ABŞ, 
25% - Yaponiya, 30%-dən çoxu Mərkəzi Avropa dövlətlərinin pa-
yına düşür ki, bunların da arasında Almaniya, Böyük Britaniya və 
Fransa liderlik edir. 
Son illər qonşu Rusiyada da bu işlərlə intensiv məşğul olmaq-
dadırlar. 
 
1. 4. FUNKSİONAL QİDA MƏHSULLARI 
İSTEHSALINDA İSTİFADƏ EDİLƏN İNQREDİENTLƏR 
XX əsrin sonunda yeni dünyəvi “Sağlam qidalanma” konsep-
siyası qəbul olunmuşdur. Bu konsepiyanın əsasında “Probiotiklər 
və funksional qidalanma” proqramı durur.  
Funksional qida məhsulu dedikdə qida məhsullarına əlavə edi-
lən preparat və bioloji aktiv əlavələr nəzərdə tutulur ki, bunlar da 
insan orqanizmini plastiki, strukturlu, enerjili materiallarla təmin 
etməklə yanaşı, ən çox homeostazın
 
saxlanması üçün sistemlərin 
funksiyalaşmasının nizamlanmasına köməklik edir.  
Funksional qida məhsullarının hər gün istifadə edilməsi sağ-
lamlığın yaxşılaşmasına təsir edir. Funksional qida məhsulları ilə 


30
 
daxil olan qida və bioloji aktiv maddələrin kütlə payını və nisbətini 
dəyişməklə,  insan  orqanizmində  baş  verən  maddələr  mübadiləsi 
proseslərini nizamlamaq olur.  
FQM-nın çox hissəsi süd məhsullarının payına (~65-70%) dü-
şür.  Onlara  entipitlər,  aşağı  laktozalı  və  laktozasiz  məhsullar, 
asidofil qarışıqlar, probiotik məhsullar, bioloji aktiv əlavələr, zü-
lalsız məhsullar, nutrientlərlə zənginləşdirilmiş məhsullar aiddir.  
Funksional məqsədli süd əsaslı məhsullar şərti olaraq yaş ka-
teqoriyalarına  bölünür.  Süd  əsaslı  funksional  qida  məhsullarının 
insan orqanizminə yeridilməsinin 2 üsulu: quru və maye üsulları 
vardır. Bundan başqa probiotik xüsusiyyətli maye məhsullar ayrı 
qrupa daxildir. 
Funksional  məqəsədli  məhsulların  tərkibinə  aşağıdakı 
inqredientlər daxildir: 
-
 
B, C, D və E vitamin qrupları; 
-
 
Təbii karotinoidlər (karotinlər və ksantofillər), ən vacib rola 
?????? − karotinlər malikdir
-
 
Mineral maddələr (Ca, Mg, Na, K, Fe, Se, Kr); 
-
 
Ballast maddələr-buğda, alma və portağalın sellüloza, hemi-
sellüloza, liqnin və
 
pektin formasında qida lifləri və həmçinin qu-
rudulmuş kasnı kökündə və yer almasında olan inulin polifrukto-
zan; 
-
 
Bitki və heyvan mənşəli protein hidrolizatlar; 
-
 
Doymamış yağ turşuları (onların siyahısına yarımdoymamış 
omeqa – 3 yağ turşuları da daxildir); 
-
 
Katexinlər, antosianlar; 
-
 
Bifidobakteriyalar (bifidobakterin, laktobakterin, kolibakte-
rin, bifikol preparatları). 
Funksional  qida  məhsullarının  yaradılması  üçün  işlənmələr 
zamanı xammalın kimyəvi tərkibi, qida dəyəri, xüsusi texnoloji iş-
lənmə üsulları haqda məlumata malik olunmalıdır.  
Qida texnologiyası sahəsində qazanılan müvəffəqiyyətlər ar-
tıq bu gün xammalın tərkibinə və xüsusiyyətinə görə qiymətli ey-
nicinsli qida inqredientlərinin fraksiyalaşmasına imkan yaradır ki, 
bunun da əsasında yüksək keyfiyyətli funksional məhsul alınması 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə