Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə37/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   33   34   35   36   37   38   39   40   ...   47

 
136
ma obiri dünyada xidmət edəcək insan qurbanı (onu təmsil 
edən balbalı) eyni məqsəd daşıyırdı.  
Bizans qaynağında bir bəlgəyə görə, Göytürk xaqanının 
skit hərflərilə yazılmış məktubunu Bizansda tərcüməçi oxu-
muşdur.
84
 Deməli, göytürk runik yazısının saqa (skit) hərf-
ləri adlanması gələnəyi hələ göytürklər çağınacan qalmışdı. 
Etrusk soylu Vergili doğma yurdu Mantuya yönəlik belə 
söyləyir ki, orada üç ayrı-ayrı soyun hər birindən dörd uruq 
vardı.
85
 Onlara daha təpərli etruskların rəhbərlik etməsini də 
vurğulayan  şairin bu deyimi, görünür, Etruriyada yayılmış 
12-lik (3x4) sistemilə bağlıdır. İç və dış oğuzlar da 12 (3x4) 
boya ayrılırdı.  
Qədim türk törəsinə görə, hər türk boyu el (dövlət) qura 
bilməzdi. El qurma imtiyazı Bozuklara verilmişdi, Üçoqlar 
da onlara tabe olmalı idi. Arabir bu törə pozulurdu və onda 
türk boyları arasında münasibət də pozulur, dərəbəyliklər 
meydana çıxır, etimadsızlıq yaranırdı. Ona görə qədim türk 
toplumunda “el pozular, törə pozulmaz” deyimi vardı, törə 
qudsal sayılırdı. El qurma səlahiyəti olan boyların sırasında 
qayı boyu başda gəlir. 
KDQ-da hakimiyətin yenidən qayı boyuna qayıdacağı vur-
ğulanır, çünki oğuzların bozuk qolundan olan qayı boyu türk 
elqurumu gələnəyinə görə qədim çağlardan dövlət qurub onu 
idarəetmə hüququ qazanmışdı. Osmanlı xanədanı soykökünü 
bu boya bağlasa da, əsl qayı kökənli Gündüz Alpın soyundan 
olanlar, özəlliklə qarakeçili türkmənlər doğu və güney-doğu 
bölgələrə çəkilmiş, Amuca soyu isə Balkanlara sürgün olun-
muşdur.
86
 
 
                                                           
84
 Ligeti, 1986, 62. 
85
 Вергилий, «Энеида», Х. 201-203. 
86
 Topqapı muzeyində saxlanan qədim bir qılıc üzərində qayı boyunun damğası var, 
lakin onu Xəlifə Osmanın qılıcı kimi təqdim edirlər. 
 
136


 
137
Oğuznamə  gələnəyi bozuq boylarının içində Gün xanın 
soyundan qayı boyunu el (dövlət) qurmaq hüququ olmasını 
vurğulayır və bu boyun damğasını s
Y
s və s
V
s kimi verir. Bu 
damğaya qayı boyunun köç etdiyi yerlərdə rast gəlmək olur. 
Bir saqa kurqanından (m.ö.V əsr) çıxan altun sadağın 
üzərində maral qabartması var. Maralın boynunda qayı bo-
yunun damğası naxış kımi sıralanmışdır: 
Tarixi qaynaqlarda adı  çəkilən  kaysak boylarının qazax-
qırğız xalqlarının təşəkkülündə önəmli yeri olmuşdur. Bu 
boyadının tərkibində  kayı  (qayı) və  sak  (saqa) etnonimləri 
görünür.
87
  
Olsun ki, Herodotun *baş-el anlamında elbəyi sa-
qaları basileyi skithai adlandırması dış oğuzların (saqaların) 
Orta Asiyadakı kaysak boylarını da bildirirdi, çünki qayı bo-
yu elbəyi statusunda olan boylardan idi. Görünür, Saqastanda 
(indiki Sistan) ortaya çıxan  kay  (Key-Xosrov, Key-Qubad, 
                                                           
87
 Koroqlı, 1983, 14. 
 
137


 
138
Key-Kavus) və etrusklardan latınlara keçən qay titulu qədim 
etnososial türk gələnəyilə bağlıdır. Romada Qay sülaləsinin 
və Roma imperatoru Qay Yuli Sezarın özünü troyalı Eneyin 
soyundan sayması türk-etrusk bağı baxımından önəmli tarixi 
bəlgədir. 
Maraqlıdır ki, 251-də imperator olmuş iki qardaşdan biri 
etrusk, digəri kayı soyadı ilə qeyd olunur, halbuki hər ikisi 
Roma imperatoru Deciusun oğlu idi: Imperator Caesar Qu-
intus Herennius Etruscus Messius Decius Augustus;  Impera-
tor Caesar Caius Valens Hostilian Messius Quintus Augus-
tus. 
Etrusk-saqa paralelləri sırasında Herodotun qələmə aldığı 
traspi (tiras-pi) boyadı,  Targitay  şəxsadı etrusklarda tirsen 
boyadı  və  Tarxetiy  çəxsadı kimi qarşımıza çıxır. Bu sıraya 
Pelek adını da əlavə etmək olar. Belə ki, bir etrusk epitafiya-
sında Pelek klan (Pelek oğlu) sözləri vardır. Palak şəxsadına 
saqa elbəylərindən birinin adında rast 
gəlirik. Hətta m.ö.II əsrdə yaşamış bu 
caqa elbəyinin atlı heykəli qalmışdır:  
Pelek//Peleg adının anlamı Tövrat-
da belə izah olunur ki, İbrahim pey-
ğəmbərin ulu babalarından biri Pelek 
adlanırdı  və onun vaxtında torpaqlar 
yenidən bölündü.
88
 Göründüyü kimi, 
söhbət burada bölünməkdən gedir və 
Pelek adının “bölək” anlamı daşıması 
aydınlaşır. Lakin etrusk-saqa adı kimi 
bəlgələrə düşən Pelek//Palak adı qədim türkcədəki balaq və 
ya “ərmağan” anlamında olan belek sözündəndir. 
Elmi  ədəbiyatda skith (saqa) sənəti kimi dəyərləndirilən 
animal stil (añ üslubu) motivlərində incə zövqlə verilmiş añ 
                                                           
88
 Ağasıoğlu, 2009, 115. 
 
138


 
139
(heyvan) şəkili, fiquru gərgin durumu ilə seçilir. Buradkı di-
namik hərəkət elə ustalıqla stilizə olunur ki, onu başqa sənət 
əsərlərilə dolaşıq salmaq mümkün deyil. Saqa-türk boylarına 
məxsus añ üslubunda hazırlanmış sənət əsərlərinin, bu üslu-
ba xas motivlərin Etruriyada ortaya çıxması açıq gösərir ki, 
həmin boylardan etrusk toplu-
muna qatılanlar vardı. 
Bu etrusk qrifonu ilə saqalara 
aid Pazırıq xalısında olan qrifon 
sanki bir sənətkarın əlindən çıx-
mışdır.
89
 
Altayda tapılan Pazırıq 
xalısının m.ö.V əsrdə Qarabağda toxunduğunu yazan alman 
xalçaşünasları haqlıdır. O çağda Azərbaycandakı Saqa döv-
ləti dağılsa da, sonralar onun yerində yaranmış Alban elində 
saqa boyları yaşayırdı və Alban çağnda yaranmış su qabları 
ilə etrusk su qabları arasın-
dakı bənzərlik daha qədim 
gələnəyə bağlanır.  
Göründüyü kimi, etrusk 
və türk (saqa-qamər) bağı 
adi məişət nəsnələri olan 
su qabları fiqurlarının mü-
qayisəsi ilə də ortaya çıxır. 
Belə  bəlgələri təsadüfi ox-
şarlıq saymaq olardı, lakin 
başqa sənət örnəklərinin, 
özəlliklə  añ üslubunu əks 
                                                           
89
 Ağasıoğlu, 2008, 21. 
 
139


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə