Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə38/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   34   35   36   37   38   39   40   41   ...   47

 
140
etdirən sənət əsərləri arasındakı bənzərliyi isə gözardı etmək 
mümkün deyil, çünki saqalara aid bu üslubun Ön Asiya mən-
şəli olması artıq elmdə mübahisə doğurmayan məsələdir. Bu 
da nəzərə alınmalıdır ki, indiyəcən saqa-türk sənəti sayılan 
añ üslublu örnəklərin təhlilində etrusk bəlgələri kənarda qal-
mışdır.
Verilən bu örnəklərdən də 
göründüyü kimi, eyni motiv, 
eyni qrifon Ön Asiyadan bir 
ucu Altay, bir ucu İtaliya, bir 
ucu da Azaq-Qaradəniz yaxa-
larında ortaya çıxan nəsnələr 
üzərindədir. Tarixi qaynaqlar, 
rəsm əsərləri at üzərində dö-
yüşçünün çevrilib geri ox atması motivini etrusk-türk bağı 
kimi qarşımıza çıxarır. Belə ki, belə savaş taktikası yalnız 
saqa-qamər, hun, kuman və sair türk atlılarına məxsus olan 
bir üsuldur və bunun etrusk sənətində də özünü göstərməsi 
türk-etrusk əlaqələri baxımından çox önəmli, həm də tutarlı 
bir tarixi bəlgədir. Etrusklarla saqa-qamər boyları arasında 
olan əlaqəni daha qədim mifoloji bəlgələr də ortaya çıxardır. 
 
140


 
141
KOROĞLU - HEREKLE  BAĞI
  
Prototürklərin atayurdu Urmu hövzəsində m.ö. II minilin 
başlarında ortaya şıxmış Koroğlu mifi sonralar Anadolunun 
Tuman, Kaşkay  və  Palu (Bolu) adlanan orta bölgələrində
Azərbaycanda və Tükmən elində dastan (epos) formasında 
gəlişmişdir. Eposun türkmən və azər boyları içində yaran-
mış variantlarında Koroğlu obrazı ilə bağlı motivlərin saqa 
və etrusklara aid bəlgələrdə buraxdığı izləri tapıb çözmək 
gərəkir.  
Hələ 2500 il bundan öncə saqa boylarının soykökü miflə-
rini qələmə alan Herodot yazırdı ki, saqaların Targitay adlı 
soybabası onların üzərinə pers şahı Daranın yürüş etdiyi 
ildən (513) min il öncə yaşamışdır, bu da m.ö. II minilin 
ortalarında Koroğlu mifinin dastanlaşdığı dövrə düşür.  
Herodot soykökü miflərindən birini Qara dənizin quzey 
sahillərində yunan kaloniyalarından toplamış, o birini isə 
saqaların özündən eşitmişdi. Birinci mifdə saqaların soyba-
bası Herakl, ikinci mifdə isə Targitaydır.
90
 Birinci variant-
dakı mifin qısa məzmunu belədir:  
Herakl itirdiyi inəkləri axtara-axtara gəlib “ağaclıq” adla-
nan Gileya bölgəsinə çatır. İnəkləri buradakı yarı ilan, yarı 
qız olan bir pəri mağarada gizlətmişdir.
91
 
Herakl ilə yaxınlıq 
edəndən sonra inəkləri qaytarır. Herakl gedərkən yayını  və 
kəmərini doğulacaq oğlanları üçün əmanət qoyur və pəriyə 
tapşırır ki, hansı oğlu yayı onun kimi qullana bilsə, qılıcını 
asdığı kəməri onun kimi belinə bağlaya bilsə, o oğlu ölkənin 
başçısı olsun.  
                                                           
90
 Herodot, IV. 5-7; IV. 59. 
91
 Qədim Anadoluda bir hat mifində tufan tanrısı Taru ilə ilan arasındakı savaşdan 
bəhs olunur. Burada ilan illuyan-kas (ilan-qız) kimi təqdim edilir (ИДВ, 1988, 156). 
Bu bölgə Koroğlunun eposa çevrildiyi Bolu bölgəsinin qonşuluğundakı ərazilər idi 
və o çağlarda burada qaşqay, urmu və başqa türk boyları da yaşayırdı.
  
 
 
141


 
142
Vaxt tamam olanda İlanqız üç oğul doğur: Aqathirs, Ge-
lon və Skit. Heraklın qoyduğu şərtə kiçik qardaş Skit (Saqa) 
əməl edə bilir, hakimiyət ona verilir. Qardaşlardan törəyən 
boylar onların adını daşıyır: aqathirsgelonskit. Beləliklə, 
saqaların ümumi adı Heraklın kiçik oğluna bağlanır. 
İkinci variantda saqaların soybabası Heraklın adı Targitay 
kimi verilir. O da Papay ilə Apinin oğludur. Aşmarin qeyd 
edir ki, çuvaş dilində “baba tanrı” anlamında  papay, tură 
papay deyimi işlənirdi. Həvva “Qutatqu bilik”də  Apa adla-
nır: “Apa yazdı ersə, Bayat qınadı” (Həvva azdı, tanrı onu 
qınadı). Qohumluq termini kimi “ulu” anlamında Apa sözü 
həm türk, həm də etrusklarda adlara qoşulur. 
Saqa mifologiyasına görə Targitay Ulu Baba ilə Ulu Ana-
dan doğulur. Etrusklarda da Tarxitiy adı vardı. Targitay adına 
bir də Herodotdan minil sonra 584-də Feofilakt Simokattanın 
əsərində avar boyunda tanınmış bir bəyin adında rast gəli-
rik.
92
 Beləliklə, bu mifdə adı keçən Papay, Api, onların oğlu 
Targitay türkcə adlardır. Targitayın da üç oğlu olur: Lipok-
sa(is), Arpoksa(is), Kolaksa(is).     
Rəşidəddinin qələmə aldığı “Oğuznamə”də türk hökmdarı 
Buğra xanın oğlanları da belə adlar daşıyır: İltegin, Bektegin, 
Költegin.
 93
 Buğra xan hakimiyəti qardaşlardan “sanlı” olan 
Költeginə verir. Saqa elinin ilk hökmdarı da Kolaksa olur, 
sınaqdan adının mənası “adlı-sanlı” anlamında olan bu kiçik 
qardaş keçə bilir. “Koroğlu” eposunun Türkmən variantında 
Cıqalı bəy də sultanlığı kiçk öğlu Adıbegə verir. Türklərdə 
elbəy, xaqan oğullarına tegin, şad ünvanı (titul) verilməsi gə-
                                                           
92
 Simokatta, I. VI, 4-5; I. VIII, 7; VI. XI, 6; 
 
Rubruk da Skatay adlı tatar xaqanından 
bəhs edir. Burada saka-tay tərkibinin skatay kimi verilməsi diqqəti çəkir.
      
93
 Költeginin adı yanlış olaraq Qorıtegin yazılmışdır. V. Bartold və
 
O. Turanın yoru-
muna
 
əsasən kür və külüg sözlərinin kökündə - sözünün olduğunu deyən A. Donuk 
yazır: “Kür sözü eyni zamanda l~r ilişkisi göz önündə tutularaq, türk söz-terminləri 
arasında çox sıx keçən kül deyimi ilə bağlantılı sayılmaqdadır” (Donuk, 1988, 80).
   
 
 
142


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə