Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə46/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   39   40   41   42   43   44   45   46   47

 
170
(tireş) soyundan törədiyini yazır.
113
 
Başqa bir ehtimala görə
lemni yazısı qamər boylarının Anadoluda m.ö.7-ci əsrin or-
talarında apardığı savaşlarla bağlı ola bilər. Çünki 8-ci əsrin 
sonlarından Kiçik Asiyaya gələn qamərlər burada bir neçə 
bölgəni ələ keçirmiş, 674-də Friqiya dövlətini dağıtmış, 20 il 
sonra Lidiya çarını öldürmüşdülər. Həmin ildə (654) Asur 
çarı  Aşşurbanipala aid yazıda qamər elbəyi Tuğdamenin 
oğlu Sandak Şat haqqında belə deyilir: “Mən Tugdammenin 
qüvvəsini dağıdacağam, meydanda onu əvəz edən, onun be-
lindən gələn oğlu Sandakşatru əzəcəyəm”.
 
114
 
 
Bilindiyi kimi, qədim türk törəsinə görə elbəyin, xaqanın 
oğulları (teginlər) qoşun və ya bölgə başçısı təyin olunanda 
onun ər adına şad ünvanı (titulu) əlavə edilirdi. Asur çarının 
yazısında belə bir elbəy oğlu olan Sandak-şat ərin adı keçir. 
Lemni yazılarında da Aker Tagarın ər adına şad titulu əlavə 
edilməsindən bəhs olunur. Bu baxımdan, lemni yazılarını 
qamər boyu ilə bağlayıb, Aker Tagar şadı qamər elbəylərin-
dən birinin oğlu saymaq olar, çünki hər iki yazıda onun ər 
adına şad titulunun əlavə olunması qeyd edilir. Görünür, 41 
yaşında Lemni adasında savaşda ölən bu elbəy oğluna  şad 
ünvanı həmin savaş günlərində verilmişdi. Ona görə, hər iki 
yazıda mara qam (mara maq) deyimilə müraciət olunan sab-
çıdan ər adıma şad ekiz tut  (ekiz tut ər adına şad ) sözlərinin 
suqas dilində yazılması
 
tələb olunur.
  
Lemni yazısının yazılma tarixi Aker Tagar şad üçün son 
döyüş olan savaşın tarixilə bağlıdır. Hər halda, Lemnos ada-
sında bu savaş qamər hegemonluğunun ilkin çağlarında de-
yil, son çağlarında baş vermişdir. Lidiya çarı Aliata yenilən 
qamərlər 7-ci əsrin sonunda Anadolunun doğu bölgələrinə 
                                                           
113
 Təbəri, I. 272. 
114
 Дьяконов, 1956, 285. 
 
170


 
171
çəkildilər. Görünür, Aker Tagarın son savaşı təxminən 620-
610 arasında olmuşdur.  
Beləliklə, qədim türk tarixinə yeni bəlgə verən lemni ya-
zıları Suqas elinin, suqas (çuvaş) dilinin və Aker Tagarın 
mənsub olduğu araz boyunun da qamərlərlə bağlı olmasını 
ortaya qoyur. Bu yozum qamər-etrusk əlaqələrinə işıq tutur, 
etrusk dilinin türk qatında çuvaş dilinə məxsus elementlərin 
varlığına, özlərini rasen (*aras-en) adlandıran etrusk toplu-
munda qamər kökənli araz boyunun önəmli çəkisinə aydınlıq 
gətirir.   
*  
*   *   * 
Lemni yazısı üzərində verilən yorumlar bir daha etruskla-
rın Anadoludan İtaliyaya getdiyini yazan Herodotun haqlı 
olduğunu göstərir. Lemni yazısı göytürk və etrusk runikası 
arasında yer tutur və daha çox etrusk yazılarına yaxınlığı ilə 
diqqəti çəkir.  
Lemni yazısındakı türk sözləri etruskcadakı türkizmlərdən 
daha anlaqlıdır. Belə ki, burada işlənən bitik, sab, sabçı, el, 
il, ər ad, ağız, qam, apa, tetik, tut, şad kimi turk sözləri çox 
aydın oxunur. Lakin qarışıq (hibrid) etrusk dilində olan söz-
lərin içindən türkizmlərin seçilməsi hələlik müəyən çətinlik-
lərlə bağlıdır, mövcud olan yanlış baxışların, yazılara yanlış 
orfoqrafik yorumlarla yanaşmanın nəticəsində bir sıra mane-
ələr yaranmışdır. Deyilən problemi gözardı etmədən, etrusk 
yazılarında olan daha bir neçə söz, titul və şəxsadının leksik 
anlamlarına baxaq. 
Kiçik Asiyanın qədim dillərindən bəhs edən
 V.V. Şevoroş-
kin kari adlarının sonunda görünən  alp sözünün burada iş-
lənmiş Alpos adı ilə bağlantısını mümkün sayır və müqayisə 
üçün etruskcadan cul-alp sözünü sual işarəsilə örnək göstə-
 
171


 
172
rir.
 
115
  
Əlbəttə, alp sözünün “igid” anlamı onun türk adlarına 
qoşulmasına imkan vermişdir və etruskların tale tanrısı kimi 
təqdim olunan Kul-alp  adında türkcə  “şanlı igid” anlamı 
vardır. Bu baxımdan, uzmanların Alpan teonimini cəsarətli 
tanrıca kimi deyil, onun adında  həvəslə, istəklə  (
willingly
)
 
sözlərini axtarması əbəsdir.
 Bir etrusk yazısının sonluğunda 
alpan turke (alpan sunağı) sözləri işlənir ki, burada da alpan 
igid, cəsur anlamındadır. 
Doğu türklərdə Ulgen tanrının epitetlərindən biri də Ayaz 
adıdır. A. İnan qeyd edir ki, bəzi şaman dualarında Ulgenə 
aqayaz (ağ ayaz), ayazkan deyimlərilə müraciət olunurdu.
116
 
Etrusk yazılarında bahadır adı kimi keçən Ayvaz yunanların 
Ayaks (Ayaz) adı ilə qarşılaşdırılır. Hər halda, Eyvaz  vari-
antı da qeyd olunan bu adların Koroğıu-Herekle  əlaqələri 
fonunda etimoloji baxımdan araşdırılması yararlı ola bilər.  
Tit Liviy “Ab urbe Condito” adlı  kitabında maraqlı bir 
qızqaçırma olayından bəhs edir. Roma şəhəri inşa ediləndən 
sonra burada qızların qıtlığı üzündən qonşu bölgədən bayram 
şənliyinə  gələn qızlarla evlənmək üçün gənc oğlanların hər 
biri gözaltı etdiyi qızı qaçırır. Gözəl bir qızı qoltuğuna alıb 
aradan çıxmağa tələsən bir dəliqanlıdan nə etdiyini soruşan-
da təngənəfəs cavab verir ki, talassiya, talassiya. Bu olayı 
təkrar qələmə alan Plutarx da yazır ki, o çağdan toy şənlik-
lərində “Talassiy! Talassiy!” deyimi alqış kimi işlənir, lakin 
heç kim onun mənasını bilmir.
 
117
Bu deyimin Anadoludan gətirilməsi quşqusuzdur, çünki 
eyni alqış het yazılarında var. Dini törəyə görə, het çarı öz 
xanımı ilə qutsal izdivac ritualı yerinə getmək üçün arabaya 
minib saraydan çıxanda arxalarından kütlə “Talisa!” alqışı 
                                                           
115
 Шеворошкин, 1965, 232. 
116
 İnan, 1972, 32. 
117
 Тит Ливий, 1989, (I. II. 1; I. I.VII.1; I. IX, 12); Плутарх, II, 1963, 336. 
 
172


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə