Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə41/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   37   38   39   40   41   42   43   44   ...   47

 
151
olmasını ortaya qoyan özəlliklərdən biri də eyni motivlərin 
ortaq struktur elementləridir. Burada belə elementlərdən ge-
niş bəhs olunmasa da, toxunduğumuz bəzi ortaq motivlərin 
qısa özətini vermək olar: 
 
Mifin struktur elementləri 

a) Yeraltı dünyada (Gorda) doğulma  
b)  Göy-Yer iyələrinin (Papay-Api) və Zevslə Yer gözəli 
Alkmenanın oğlu 
2  
a) Qoşabulaqdan su içib bahadır olur  
b) Ana ilahənin südünü içib ölümsüz olur;  
2-ci variant: keçi südü içib diri qalır  
3 Xilaskar 
missiyası daşıma, köməyə ehtiyacı olanlara yardım, 
Xalqın ən sevimli qəhrəmanı, geyimi aslan (bars) dərisi 
4 Yatarkən inəyi//atı itir, onu saxlayan qadından (pəri, höküm-
dar qızı) oğlu olur  
5 Oğlu üçün əmanət (qolbağı-bazubənd, kəmər və yay) qoyur 
6 Koroğlu və Herakl adı sonradan verilən ikinci addır  
7 Koroğlu-Herakl adlarının morfonoloji bərpası *Goroqulu 
(Gor-oqlu) praformasını verir 

İlk xanımlarının adı: Nigar(a) və  Megara  

a) Soykökü motivində soybabasıdır 
b) Hakimiyəti kiçik oğluna verir 
Türkmən variantında Koroğlu “Meniñ aslı kərim xəzirbey-
canlı” desə də, olaylar təkə-türkmən boylarının yurdlarında 
cərəyan edir. Uzaq səfərlər İsfahan, Gürcüstan, Anadolu və 
başqa bölgələrə yönəlir, lakin olaylarda daha çox Araz çayı-
nın sağı-solu yer alır, Qaf (Qafqaz) dağı, Şirvan, Xəzirbeycan 
(Azərbaycan) adları hallanır. Türk-Azər variantında Koroğlu 
eposunun coğrafiyası Qafqaz, Güney Azərbaycan və Anado-
 
151


 
152
ludur.
 
Bu coğrafi adlar da göstərir ki, Koroğlu mifinin mən-
şəyi Ön Asiyadır. Mifin epos variantı Azərbaycandan Anado-
lunun orta bölgələrinə uzanan ərazilərdə  ərsəyə  gəlmiş, onu 
buradan İtaliyaya etrusklar, Skitiyaya isə saqalar aparmışlar
 
Anadolunun quzey-batı tərəfində Koroğlu sıra dağlarının 
Bolu (qədim  Pala), Eregli (keçmiş  Hirakle) bölgəsində ol-
ması göstərir ki, yunan mifologiyasında Herakl obrazının 
prototipi olan Koroğlu ilə bağlı rəvayətlər burada qaşqay eli 
(m.ö. II minilin ortaları) dönəmində yayılmışdır. Amazonka, 
İlanqız, Təpəgöz və Troya ilə bağlı əfsanələrin burada yay-
ğın olması sonralar Homerin m.ö.VIII əsrdə  qələmə aldığı 
eposlarda əks olunmuşdur. Trabzon, Ərzurum, Tokat, Bolu, 
Tuman yurdları Dədə Qorqud və Koroğlu eposlarının  coğ-
rafiyasında batı bölgələrdir. Bu bölgələri keçib gedən proto-
etrusklarda Koroğlu adının (Kuruqıle, Herekle) və Koroğlu 
motivlərinin olması normal haldır.   
Herodota görə, saqalar Heraklın törəmələridir. Targitayla 
bağlı saqalardan eşidib yazdığı adların da türk adları olması 
dolayısı ilə türkləri də Herakl soyuna bağlayır. Etruskların 
(tirsen) Herakl soyundan törəməsini də Strabon 
yazmışdır.
100
  
Beləliklə, Koroğlunun adından tutmuş onunla 
bağlı motivlər  türk-saqa və etrusk əlaqələrinin qədim 
çağlarına 
işıq salan 
 
önəmli bəl-
gələrdir. 
 
 
 
 
                                                           
100
 
Страбон,V. 2. 2; Yunan mifində Heraklın atlı olmaması göstərir ki, bu mifik su-
rət onlara hələ ata minilməyən m.ö. II minilin ortalarına qədərki çağlarda keçmişdir.  
 
152


 
153
 
ETRUSK DILINDƏ TÜRK SÖZLƏRI  
Bura qədər söhbət etrusk-türk əlaqələrinə birbaşa və dola-
yı  işıq tutan bəlgələrdən gedirdi, belə  bəlgələrdən örnəklər 
burada da veriləcək. Lakin örnəklərin sayı nə qədər çox olsa 
da, etruskları bütövlükdə türk toplumu kimi təqdim edə bil-
mir. Əslində, belə də olmalıdır, çünki etrusk xalqı müxtəlif 
protoetrusk boylarının Etruriyada qovuşmasından yaranmış-
dı. Bu durumda qoyun saxlayanlarla yanaşı, donuz saxlayan 
boylar vardı, qədim türk törələrilə yaşayanlarla yanaşı Taqın 
yaydığı dini törələrlə yaşayanlar, atacağı hər addımı belə tan-
rının iradəsinə bağlayanlar və bunlardan da fərqlənən açıq-
saçıq, həm də erotik səhnələrdə təsvir olunan yaşamla keçi-
nənlər də vardı. Belə sosial və etnoqrafik fərqlər toplumda 
formalaşan ortaq dildə də əks olunmalı idi. Görünür, etrusk 
dilinin leksik tərkibində, qramerində türk dilindən fərqlənən 
elementlər də bununla bağlıdır. 
O çağlarda etrusk dili kimi başqa qarışıq dillərin olmasına 
dair bəlgələr var. Örnəyin, Herodot qrek (yunan) kökənli sa-
yılan gelonların yarı qrek, yarı skitçə bir dildə danışdıqlarını 
yazırdı. Müəyən tarixi şəraitdə bir xalqın ikidilli duruma düş-
məsini göstərən bəlgələr çoxdur. Bilinqvizm adlanan durum 
dillərdən birinin üstünlüyü, sonra da qələbəsilə  nəticələnir. 
Etrusk dilinin latın dililə əvəzlənməsindən öncəki ikidillilik 
başdaşı yazılarında geniş  əks olunmuşdur. Bu örnəklərdən 
birinə (TLE 541) baxaq;  
Etrusk:   art. Trepi. thanasa  
Latın:     Ar. Trebi. histro 
Trebi adının latın variantından aydın olur ki, etrusk yazı-
larında hərfi bəzi sözlərdə [b] səsini bildirir. Latın dilində 
teatrla (tamaşa ilə) bağlı aktyor və aktyorun yaratdığı surət, 
 
153


 
154
obraz anlamında işlənən histrio sözü etruskcadan alınmadır. 
Bu yazıda onun qarşılığı kimi verilən tanasa sözü surət, şə-
kil anlamında ola bilər. Bu halda bütöv yazı belə oxunur:   
Arnt Trebi(nin) surəti.  
Əgər semantikası və morfoloji quruluşu ilə diqqəti çəkən 
tanasa sözünün güman etdiyimiz “surət”anlamı doğrudursa, 
onda etruskcanın bu sözü türkcənin tanış, taniq (şahid) söz-
ləri kimi tanı- feilindən yaranmışdır. Burada Turab adını xa-
tırladan Trebi antroponimi də maraqlıdır. Bu ada başqa bir 
ikidilli (TLE 462) yazıda Kay Trebu şəklində rast gəlirik ki, 
kayı (qayı) soyunun da saqa-türk qaynaqlarından yuxarıda 
bəhs olunmuşdu. 
Etrusk dilindəki türkcə sözləri, türk dilinə aid qramer gös-
təricilərini aşkara çıxarmaq yolunda uğur qazanmaq üçün 
öncə etrusk yazılarının oxunuşunda buraxılan yanlışlıqları 
düzəltmək lazımdır. Bu üsulun bir-iki örnəyini sınaqdan ke-
çirək:  
Athets və Kathn adlı 
iki döyüşçünün savaşı 
təsvir olunan bu şəkildə 
soldakı doyüşçünün di-
zinə yaxın  enqen sözü 
yazılmışdır: 
Buradan aydın olur 
ki, etrusk dilində qalib 
gəlmək anlamında işlə-
nən  engen  feili türkcə-
nin  yengen  (yeñmək) sözüdür. Lakin Z. Mayyaninin yanlış 
transkripsiyasını əsas götürən C. Qaraşarlı enkten kimi oxun-
muş bu sözün “şaşırmaq, özünü itirmək” anlamında türkcə 
engdin (şaşırdın) olacağını düşünür.
101
  
Halbuki Mayyani bu 
                                                           
101
 Qaraşarlı, 2005, 102. 
 
154


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə