Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

21 

 

sarayda tutduqları  vəzifələrdən 



[27-28]

sui-istifadə edərək elatları özlərinin  şəxsi 

xidmətçilərinə çevirir, onlardan qulam və ya mulazim kimi istifadə edirdilər. 

XVIII  əsrin 60-cı illərinin sonlarında bu hadisə o qədər adi hala çevrilmişdi ki

hətta elat ağsaqqalları  həmin dövrdə müəyyən dərəcədə Naxçıvan xanlığına təsir edə 

bilən  İran hakimi Kərim xan Zəndə yazılı surətdə  şikayətlə müraciət etməyə  məcbur 

olmuşdular.  Şikayət məktubunda deyilirdi: «Bizim zadəganlar (bəyzadələr) bəzi 

kəndliləri və elatları apararaq özləri üçün qulamlara çevirirlər. Onlar qoymurlar ki, 

köçərilər öz peşələri ilə məşğul olsunlar. Heç vaxt görünməyib ki, kəndli qulam olsun. 

Xahişimiz budur ki, ədalətli fərman verəsiniz ki, bir daha kəndlilər və köçərilər 

qulamlara və mülazimlərə çevrilməsinlər. Kim nəslən qulamdırsa və ya pulla alınmışsa, 

yaxud başqa ölkədən gəlmişdirsə qoy o da qulam olsun. Naxçıvan ölkəsində kəndlilər 

və köçərilər heç zaman qulam olmamış və ona görə də onları qulam etmək olmaz». 

Kərim xan Zənd Naxçıvan ağsaqqallarının xahişinə əməl etmiş və naxçıvanlılara 

cavab məktubu göndərmişdi. Əlbəttə, başqa cür ola da bilməzdi. Çünki İranın şimalında 

və  Cənubi Azərbaycanda öz hakimiyyətini gücləndirə bilməmiş  Kərim xan Zənd 

istəmirdi ki, həmin bölgədə narazılıq artsın, əhali arasında çəkişmə yaransın. Ona görə 

də Kərim xan Zənd Naxçıvan ağsaqqallarının şikayət məktublarına yazılı şəkildə cavab 

verməklə ağsaqqallar arasında öz nüfuzunu artırmağa cəhd göstərirdi. 

Yuxarıda göstərildiyi kimi, xanlığın təbəələri xəzinə üçün tələb olunan vergiləri 

məcburi verməli və  hər cür mükəlləfiyyəti yerinə yetirməli idilər. Vergi və 

mükəlləfiyyətlər kəndlilər kimi şəhər  əhalisinə  də aid edilirdi. Naxçıvan xanlığında 

feodal rentası aşağıdakı formada mövcud idi: 

Şəxsi vergilər (can vergisi). 

 a) Baş pulu: Əsasən 15 yaşına çatmış şəxsdən ildə bir dəfə gümüş pulla 1 man. 

20 qəpik alınırdı. Bu vergidən heç kəs yayınmasın deyə şəhər və kəndlərdə yeni peyda 

olmuş şəxs haqqında kəndxudalar divana mütləq məlumat verməli idilər. Əks təqdirdə 

kəndxudanı ciddi cəza gözləyirdi. 



b) Ev pulu (tüstü pulu): Bu vergi toplanılarkən evlilərlə subaylar arasında heç bir 

fərq qoyulmurdu. Yalnız qadınlardan və uşaqlardan ev pulu alınmırdı. Hər kişidən ildə 

gümüş pulla 1 manat 20 qəpik, hər evdən isə gümüş pulla 20 manat alınırdı. 

Torpaqla əlaqədar vergilər Bu vergi buğda ilə ölçülürdü. Naxçıvan xanlığında 

bu vergi «bəhrə» adlanırdı. «Bəhrə» taxılçılıqla məşğul olan bütün rəiyyətlər üçün 

məcburi vergi idi. Naxçıvan xanlığında bəhrə o qədər geniş vüsət tapmışdı ki, natura ilə 

alınan bütün vergilər xalq arasında «bəhrə» adlandırılırdı. Bu vergi, adətən, aşağıdakı 

şəkildə toplanırdı: məhsul yığılıb qurtardıqdan sonra sahibkarın və ya onun inanılmış 

adamlarının iştirakı ilə taxıl bölüşdürülürdü... Bu bölgü məhsul yığıldıqdan sonra üç 

gündən gec olmayaraq həyata keçirilməli idi. Əgər kəndli sahibkarın mülkünün 

yaxınlığında yaşayırdısa, bəhrə üç gündən gec olmayaraq sahibkara çatdırılmalı idi. 

Əgər sahibkar həmin yerdən uzaqda yaşayırdısa, o zaman bəhrə çöl işləri qurtardıqdan 

sonra ödənilirdi. 

«Naxçıvan vilayətinin statistik təsviri» kitabında bəhrə barədə  dəqiq məlumat 

verilmişdir. Burada deyilirdi ki, natura halında yalnız taxıldan bəhrə alınırdı. Hər il 

məhsul yığımından sonra xan öz nökərlərini kəndə göndərirdi ki, yığılmış  məhsulun 

miqdarını müəyyənləşdirsinlər. Heç kimin ixtiyarı yox idi ki, xanın icazəsi olmadan 




22 

 

yığılmış  məhsula sahib çıxsın. Taxılın qiyməti müəyyənləşdirildikdən sonra məhsul 



aşağıdakı qaydada bölüşdürülürdü. Xəzinə torpaqlarından toplanmış  məhsulun hər 10 

hissəsindən 3,5 hissəsi xanın, qalanı isə torpağı becərənlərin payına düşürdü. Mülkədar 

torpaqlarından toplanmış  məhsulun 1,5 hissəsi mülkədarın, 2 hissəsi xəzinənin, qalan 

hissəsi torpağı becərənin payına düşürdü. «Bəhrə»nin iki hissəsi buğda ilə, bir hissəsi 

isə arpa ilə ödənilirdi. 

Natura halında toplanan verginin miqdarı  bəzən vergi toplayan məmurların 

özbaşınalığından artırı

[29-30]


lırdı. 

=Mal-qara üçün vergi (gümüş pulla): 

         Camış üçün 1 manat 

         İnək üçün 50 qəpik 

         Ulaq üçün 50 qəpik 

         Dişi ulaq üçün 1 manat 20 qəpik 

         Yük daşıyan at üçün 2 manat 20 qəpik 

         Dişi at üçün 1 manat 

Minik atları heç bir gəlir gətirmədiyindən sahibi vergidən azad olunurdu. Taxılın 

əkilib-becərilməsində iştirak edən öküz və kəllər üçün də vergi alınırdı.

 

Qoyun sahibi hər baş qoyun üçün bir «pənahabad»



9

 və yaxud 20 qəpik gümüş pul 

verməli idi. 

İqtisadiyyatının  əsas sahəsini maldarlıq təşkil edən xanlıqlarda maldarlar 

heyvanlarını dövlətə  məxsus çəmənliklərdə otardıqları üçün xəzinəyə «çöpbaşı» adlı 

xüsusi vergi verməli idilər. Maldarlardan eyni zamanda «çobanbəyi» adlanan vergi də 

toplanılırdı.  Bu vergi mal-qaranın feodal torpaqlarında otarılması üçün alınırdı. Dəqiq 

məlumatın azlığından Naxçıvan xanlıqında «çöpbaşı» və «çobanbəyi» kimi vergilərin 

miqdarını müəyyənləşdirmək mümkün olmasa da İ.  Şopenin XIX əsrin  əvvəllərində 

yazdığı Naxçıvan xanlığına aid əsərindən istifadə edərək bu barədə müəyyən təsəvvür 

yarada bilərik. İ. Şopenin əsərində maldarların həyatı və onların verdikləri vergi barədə 

bəzi maraqlı  dəlillərə  də rast gəlirik. Onun yazdıqlarından məlum olur ki, maldarlar 

müxtəlif vergilərlə yanaşı, hər yüz qoyun və keçidən xana müəyyən miqdarda pay 

verməli idilər. Bundan başqa maldarlar xana yağ, yun və başqa məhsullar da verirdilər. 

İ. Şopenin əsərində oxuyuruq: «... maldarlardan alınan vergilərdən başqa, sərdar öz mal-

qarasını saxlamaq üçün də elatlardan yem alırdı»

10

... Bundan əlavə, hər bir elat ildə 



sağılan bir baş qoyuna görə yarım batman yağ, sağılan və sağılmayan qoyunlara görə 

isə müəyyən miqdarda yun verməli idi 

11



Yuxarıda göstərilən vergilər Naxçıvan xanlığında yaşayan bütün maldarlara aid 



edilirdi. Yalnız kəngərli

 

tayfasından olan elatlar bu ödənclərdən azad idilər. Bu da 

səbəbsiz deyildi. Müharibə baş verdikdə onlar kəngərli tayfasının süvari dəstələrini 

təşkil edirdilər. Bu tayfa əsasən üç vergidən azad edilmişdi: tüstüpulu, başpulu və 

maldarlığa aid vergilər. 

                                                            

9

 .Şuşada kəsilmiş pul vahidi. Pənahabad, daha sonra «pənəbad»adlandırılırdı. Bu pul vahidi bütün xanlıqlarda işlədilirdi 



 

10

 И. Шопен. Исторический памятник состояния Армянский области в эпоху ее присоединения к Российской империи. 



СПб,,1852, с. 1127. 

11

 Yenə orada. 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə