Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   25   26   27   28   29   30   31   32   33

60 

 

Nebolsinə  sərəncam verildi ki, Naxçıvan qalasın tərk edərək gəldiyi yolla Gəncəyə 



qayıtsın. 

Rus qoşunlarının geri döndüyündən xəbəri olmayan Abbas Mirzə 1808-ci il 

noyabr ayının 22-də qardaşına yazdığı  məktubda «işlərin acınacaqlı  vəziyyət alması 

barədə  şikayət edir, fərarilərin sayının çoxalmasından söz açır, Naxçıvan və  İrəvan 

əhalisinin rusların tərəfinə keçməsindən xəbər verirdi»

39

. Lakin rus ordusunun geri 



qayıtması xəbərini eşidən Abbas Mirzə bunu rusların gücsüzlüyü kimi qiymətləndirdi, 

buna baxmayaraq , rus ordusuna qarşı yenidən döyüşə girməyə  cəsarət etmədi. O 

gözləyirdi ki, İranda olan ingilislər Rusiyaya qarşı yönəldilmiş  fəaliyyətlərini daha da 

genişləndirsinlər. 

1809-cu ildə Talış xanlığı rus qoşunları  tərəfindən işğal olunduqdan sonra 

ingilislər İranda daha da fəallaşırlar. 1809-cu ildə İranla bağlanmış müqaviləyə əsasən 

İranın Rusiya ilə müharibə apardığı dövrdə İngiltərə silah, hərbi sursat verməklə yanaşı, 

İran ordusunu hərbçi mütəxəssislərlə təmin etməyi, 200 min tümən yardım göstərməyi 

öz üzərinə götürdü. 

Bu müqavilədən sonra Abbas Mirzə Rusiyaya qarşı yenidən hərbi  əməliyyata 

başlamağı  qərara aldı. O, 1809-cu ildə öz ordusunu Naxçıvana gətirdi ki, buradan da 

Qarabağ, Gəncə və Şamaxı istiqamətində yürüşünü davam etdirsin. 

Hələlik mənbələrdə rus ordusu Naxçıvandan getdikdən sonra, Naxçıvan taxtının 

taleyi ilə bağlı  məsələləri aydınlaşdırmaq mümkün olmamışdır. Abbasqulu xanın, 

Abbas Mirzənin ruslara qarşı vuruşan ordusunda olduğunu nəzərə alıb ehtimal etmək 

olar ki, rus ordusu getdikdən sonra Naxçıvan taxtını Abbasqulu xan tutmuşdur. 

Abbas Mirzə öz qoşunlarını Naxçıvanda topladı və 1810-cu il iyunun əvvəlində 

ordusunu üç dəstəyə ayıraraq Qarabağ, Gəncə  və  Pəmbək istiqamətində döyüşə 

göndərdi. Lakin Cənubi Qafqazda sərbazlar müvəffəqiyyətsizliyə  uğradıqdan sonra 

İranın hakim dairələri Azərbaycan və Gürcüstan üzərinə yeni yürüş üçün daha ciddi 

hazırlaşmağa başladı.  İngiltərədən üç il müddətində 600 min tümən yardım alan və 

ingilis təlimatçılarının köməyi ilə ordunu yenidən təşkil edən İran şahı hərbi əməliyyata 

başlamaq haqqında oğlu Abbas Mirzəyə  sərəncam verdi. Abbas Mirzə bu əməliyyatla 

əlaqədar Naxçıvanı yenə də özü üçün dayaq məntəqəsi seçdi. 1811-ci ilin sentyabrında 

50 mindən artıq döyüşçü ilə Abbas Mirzə Naxçıvan tərəfdən Qarabağa daxil oldu ki, 

Qafan, Bərgüşad, Tativ və Gorus mahallarındakı əhalini, həmçinin köçəri kürdləri İrana 

köçürsün. Qarabağdan gələn məlumata görə, Abbas Mirzənin yaxınlaşması ilə əlaqədar 

olaraq yerli əhali arasında canlanma əmələ  gəlmiş, bəziləri hətta ona tabe olmağa 

hazırlaşırlar 

40

.



 [85-86]

Lakin rus ordusunun general-mayoru Xotumsevin iki batalyonu və 

qarabağlı Mehdiqulu xanın başçılıq etdiyi Qarabağ süvarisi İran sərbazlarını geri 

dönməyə məcbur etdi. General-mayor Lisaneviçin dəstəsi tərəfindən təqib olunan İran 

sərbazları Naxçıvan qalasında sığınacaq tapdılar, hava şəraitinin pisləşməsi ilə əlaqədar 

rus qoşunları düşməni təqib etməkdən əl çəkdilər. 

                                                            

39

 Хаджи Мурат Ибрагим бей. Россия и Азербайджан в первой трети XIX века. М.1960,с.93. 



 

40

 MDHTA, f. VUA, 6132-ci sənəd (1811) v  106 107 



 


61 

 

Yaranmış fasilədən istifadə edərək  İran komandanlığı arxada vəziyyəti qaydaya 



salmağı  qərara aldı. Naxçıvanın  İran ordusunun əsas dayaq məntəqəsi və  hərbi sursat 

bazası olduğunu nəzərə alaraq, habelə Naxçıvan ha kimi Abbasqulu xan etimadı 

doğrultmadığı üçün Abbas Mirzə atasından xahiş etdi ki, Kəlbəli xanı  həbsdən azad 

edib vətəninə qaytarsın. 1812-ci ildə Kəlbəli xan yenidən Naxçıvan taxtına əyləşdi. Belə 

hərəkəti ilə Abbas Mirzə Naxçıvan feodallarının, xüsusilə kəngərli tayfasının hörmətini 

qazanmaq məqsədi güdürdü. 

Məlumdur ki, 1812-ci ildə Rusiya Napoleonun işğalçı ordusuna qarşı müharibə 

aparmalı oldu. Bundan istifadə edən  İran Cənubi Qafqazda hərbi  əməliyyatları 

genişləndirdi. İran qoşunlarının ilk çağlarında Qarabağ, Gəncə, Şəki, Talış xanlıqlarında 

müvəqqəti üstünlük qazanmasına baxmayaraq, rus ordusunun və xalq könüllülərinin 

təzyiqi altında əvvəlki mövqelərə doğru geri çəkilməyə məcbur oldular. 

Birinci Rusiya — İran müharibəsi haqqında kifayət qədər əsər yazıldığından bu 

müharibənin gedişini işıqlandırmağa ehtiyac yoxdur. Lakin bununla belə müharibənin 

Naxçıvan xanlığının siyasi tarixi ilə bağlı müəyyən məsələləri üzərində dayanmaq 

məqsədəuyğun olardı. Təkcə bunu qeyd etmək kifayətdir ki, birinci Rusiya— İran 

müharibəsi,  əslində  İrana heç bir müvəffəqiyyət qazandırmadı.  İran ordusu bir-birinin 

ardınca müvəffəqiyyətsizliyə uğrasa da əvvəlcə Fransanın, sonra isə İngiltərənin təhriki 

ilə müharibə meydanına yeni qüvvələr göndərdi. Bu müharibə  nəinki hər iki tərəfdən 

təkcə canlı qüvvələrin məhv olmasına gətirib çıxardı, habelə Azərbaycanın  ərazisi 

müharibə meydanına çevrildi, onlarca şəhər və kəndlər dağıdılıb xarabazarlığa çevrildi. 

Müharibə zamanı əkin sahələri və suvarma sistemləri sıradan çıxır, yüzlərcə, minlərcə 

günahsız adamlar məhv olurdu. 

Nəhayət,  İranı Rusiya ilə müharibəyə  təhrik edən Napoleon Bonapart özü rus 

ordusu tərəfindən məğlubiyyətə uğradıldıqdan sonra döyüş meydanında tək qalmış İran 

şahı 1813-cü ildə sülh istəmək məcburiyyətində qaldı. 

İngilis diplomatiyası İranla Rusiya arasında gedən sülh danışıqlarını pozmağa   

cəhd etsə  də, buna nail ola bilmədi. Beləliklə, 1813-cü il oktyabrın 12-də Qarabağın 

Gülüstan kəndində müharibə aparan iki tərəf arasında sülh müqaviləsi imzalandı. 

Gülüstan müqaviləsinin şərtinə uyğun olaraq İran tərəfi Azərbaycanın şimal xanlıqları, 

Şərqi Gürcüstan və Dağıstan haqqında iddialarından  əl çəkdi. Bununla belə, Gülüstan 

müqaviləsinə görə  İrəvan, Naxçıvan və  Cənubi Azərbaycan xanlıqları üzərində  İranın 

hakimiyyəti bərpa olundu. 

Bundan  əvvəl  İran ordusu tərəfindən zorla işğal edilmiş Naxçıvan xanlığı 

Gülüstan müqaviləsinə əsasən hüquqi cəhətdən İran dövlətinin tərkibinə daxil edildi. 



 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə