Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

56 

 

ətrafında Baba xanın oğlu tərəfindən  İran qoşunu toplanmışdır. Məlumatlardan aydın 



olur ki, Ərzurum sərkərdəsi Yusif paşanın qoşunları ilə birləşərək bizim sərhədlərə 

yaxınlaşmaq istəyir.»

23



Lakin türk qoşunları  məğlub olduqdan sonra Abbas Mirzə türklərlə birləşmək 



fikrindən  əl çəkdi və öz dostu ilə Naxçıvan qalası  tərəfə üz qoydu. Burada vəziyyəti 

qaydaya saldıqdan sonra Abbas Mirzə  İrəvan qalası üzərinə getməyi qərara aldı 

24



Abbas Mirzə Naxçıvanda Abbasqulu xanın iştirakı ilə Kəlbəli xanın yaxın adamlarına 



və rus ordusunun Qafqaza gəlişinə müsbət münasibət bəsləyənlərə divan tutdu. Elə bu 

səbəbdəndir ki, Naxçıvanın dörd nəfər adlı-sanlı sakini Şuşaya qaçmalı oldu. İran 

ordusunun Naxçıvanda olması  əhali üçün daha bır təhlükə yaradırdı. Çünki döyüşdə 

məğlub olan İran komandanlığı  hər an naxçıvanlıları Arazın cənub sahilinə köçürə 

bilərdi. Bu haqda rus ordusunun ali baş komandanı  İ. V. Qudoviç general-mayor 

Nebolsinə açıq  şəkildə bildirmişdi.  İ. V. Qudoviç Nebolsindən tələb edirdi ki, 

Naxçıvana tələssin, Naxçıvan  əhalisinin iranlılar tərəfindən Arazdan o tərəfə 

köçürülməsinə imkan verməsin. 

Naxçıvan yürüşündən  əvvəl qraf Qudoviçin general-mayor Nebolsinə verdiyi 

təlimatda xüsusilə deyilirdi: «...Tezliklə ora getmək (Naxçıvana — rçd.) və Naxçıvana 

qarşı  hərbi  əməliyyata başlamaq lazımdır.  Əgər müqavimət göstərilsə  şəhəri tutun. 

Onlar könüllü şəkildə tabe olsalar yerli əhalini narazı salmamaq və  sıxışdırmamaq. 

Ümumiyyətlə, hər bir hərəkətiniz haqqında etibarlı erməni, yaxud tatar (azərbaycanlı) 

vasitəsilə tez-tez məlumat verin»

25



Bu «Təlimatın» bir hissəsində deyilirdi: «Sizə tapşırıram ki, siz də Mehdiqulu 



xana bildirəsiniz ki, yerli əhali tabe olduqda Naxçıvan kəndlərinin soyulub talanmasına 

imkan verməsin»

26



Beləliklə, 1808-ci il oktyabr ayının 28-də general-mayor Nebolsinin 



komandanlığı altında rus ordusu Qarabağdan Naxçıvan qalasına doğru hərəkətə başladı. 

Eyni zamanda general-feldmarşal qraf Qudoviçin komandanlığı ilə rus ordusu İrəvan 

qalasına doğru hərəkət etdi. 

Naxçıvanlı Şıxəli bəy öz atlıları ilə birlikdə general-mayor Nebolsinin dəstəsinə 

bələdçilik edirdi. Onların ardınca Mehdiqulu xanın komandanlığı altında Qarabağ  və 

Şəki qoşunları  gəlirdilər. Bu dövrdə  Şəki xanlığının idarəsi Xoyu tərk etmiş 

Cəfərqulu

[79-80]


 xana tapşırılmışdı. Bunlardan başqa bu yürüşdə könüllülərdən ibarət 

erməni və gürcü dəstələri də iştirak edirdilər. 

Naxçıvan uğrunda ilk döyüş Qarababada oldu. Burada İran  şahzadəsi Abbas 

Mirzənin 3000 piyadası, 10000 süvarisi, 12 adi topu və 60 ədəd qədim topu var idi 

27



Qeyd etmək lazımdır ki, Abbas Mirzənin hərbi rəisləri arasında dəfələrlə Naxçıvanda 



taxta çıxmış Abbasqulu xan da var idi. General-mayor Nebolsinin dəstəsi  İran 

qüvvələrindən sayca 4 dəfə az idi. 

Əlverişli mövqedə yerləşən  İran qoşunları birinci olaraq general-mayor 

Nebolsinin dəstəsinə hücum etdilər. Qanlı  və  gərgin döyüşdən sonra İran qoşunları 

                                                            

23

 AKAK, III cild, 946-cı sənəd 



24. Gürcüstan Respublikası Mərkəzi Dövlət Tarix Arxivi, 2-ci fond, 183-cü sənəd. vərəq 399. 

25

 AKAK, III cild, 875-ci sənəd, s. 496 



26

 Yenə orada, vərəq 497 

27

 MDHTA, f. VUA, 4258-ci sənəd, 4-cü hissə (1808), vərəq 29 




57 

 

tutduqları mövqedən geri çəkilməyə  məcbur oldular. Döyüşlərdə  təcrübə qazanmış 



general-mayor Nebolsinin komandanlığı ilə  təcrübəli polkovniklər Lisaneviç, 

Kotlyarevskinin və naxçıvanlı  Şıxəli bəyin dəstələri Abbas Mirzənin qoşununu 

məğlubiyyətə uğradıb geriyə qaçmağa məcbur etdilər. Bu döyüşdə İran tərəfi çoxlu top

digər döyüş sursatı, canlı qüvvə  və at itirdi. Xeyli sərbaz  əsir alındı.  İran qoşunları 

yaralıları belə ataraq intizamsız halda Naxçıvana qaçdılar. 

Rus ordusundan isə bu döyüşdə 37 nəfər həlak oldu, 6 nəfər itkini düşdü. Zabit 

heyətindən 6 və əsgərlərdən 66 nəfər yaralanan oldu. 

General-mayor Nebolsin nəfəs almağa imkan verməyərək düşməni Naxçıvana 

qədər qovdu, Rus qoşunlarının irəliləmədiyini görən, birinci məğlubiyyətdən möhkəm 

qorxmuş Abbas Mirzə Naxçıvan qalasını  tərk edərək Arazı keçib Xoy istiqamətində 

geriyə çəkildi. İran qoşunları geri çəkildikdən sonra Naxçıvan əhalisi başda naxçıvanlı 

Şıxəli bəy öz dəstəsi ilə gəldiyinə görə, rus ordusuna müqavimət göstərmədi. 

Beləliklə, general-mayor Nebolsin «... heç bir müqavimətə rast gəlmədən 

Naxçıvanı tutdu.»

28

. Qraf Qudoviç mərkəzə göndərdiyi məktubda yazırdı: «... Naxçıvan 



qalası müqavimətsiz olaraq Ümumrusiya ordusu tərəfindən tutuldu...»

29



Naxçıvan qalası rus qoşunları  tərəfindən tutulduqdan sonra general-mayor 

Nebolsin ali baş komandan qraf Qudoviçin adından Naxçıvan ağsaqqallarına, 

ruhanilərinə və bütün xalqa müraciət etdi: «Siz böyük şöhrətə malik ordunun Naxçıvan 

vilayətinə  gəldiyini bilirsiniz. Rusiya ordusunun qalib silahının gücü ilə Abbas Mirzə 

Baba xan oğlu öz ordusu ilə birlikdə  məğlub edilərik böyük itki hesabıma Arazın o 

tayına Xoy yolu ilə geri qayıtmağa məcbur oldu. Naxçıvan bizim ordumuz tərəfindən 

tutuldu və Ümumrusiya imperiyasının himayəsinə keçdi hörmətli ağsaqqallar, ali 

ruhanilər və bütün Naxçıvan xalqı! Mən böyük və humanist imperator adından sizi 

Ümumrusiya imperiyasının yeni sədaqətli adamları kimi qorxmamağa və inandırmağa 

çalışıram ki, öz yerlərinizə qayıdasınız və qalib rus ordusunun himayəsi altında 

babalarınızın yurdunda yaşayasınız. Mən. sizi inandırıram ki, könüllü şəkildə qayıdanlar 

əvvəlki hüquqlarına və mülkiyyətlərinə malik olacaqlar. Bu gündən etibarən həmişəlik 

olaraq şöhrətli rus ordusunun himayəsi altında əmlakınız toxunulmaz qalacaqdır. Mən 

sizdən tələb edirəm ki, həmişə Ümumrusiya taxt-tacına sədaqətli olasınız, həmişəlik 

olaraq rus imperiyasının və mənim ordumun düşmənləri ilə hər cür əlaqəni kəsib sakit 

yaşayasınız.  Əlahəzrət imperatorun ordusu həmişəlik olaraq Naxçıvan vilayətində 

qalacaqdır. Sizin verdiyiniz ərzağın, mal-qaranın və digər məhsulların dəyəri 

ödəniləcəkdir.  Əgər siz qayda-qanunu sədaqətlə yerinə yetirsəniz, o halda mən 

imperator həzrətlərindən hər cür güzəşt etməyi xahiş edəcəyəm»

30

. Qudoviçin Naxçıvan 



əhalisinə müraciətindən sonra «xristianların» törədəcəkləri dəhşətlərdən qorxub 

qaçanlar  şəhərə qayıtdılar. Bu sahədə  Kəlbəli xanın oğlu  Şıxəli bəyin böyük rol 

oynadığı rus komandanlığının rəsmi sənədlərində qeyd olunmuşdur. 

Rus komandanlığı  Şıxəli bəyin cəsurluğunu xüsusilə qeyd etmişdi. General-

feldmarşal Qudoviçin bu döyüş haqqında raportunda Şıxəli bəyin göstərdiyi igidlik 

barədə deyilirdi: «... Şıxəli bəy general-mayor Nebolsinin bölgəsində Naxçıvana qədər 

                                                            

28

 MDHTA, f. VUA, AKAK, III cild, 895-ci sənəd, s. 508 



29

 Yenə orada, 458-ci sənəd, s. 248. 

30

 AKAK, III cild, s. 267. 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə