Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə138/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   133   134   135   136   137   138   139   140   141

 

415 


dənsə  təkcə  şair-tərcüməçi T.Elçinin dilimizdə canlandırdığı 

K.Çukovskinin «Aybolit» əsərinin keyfiyyəti haqqında söz açmaqla 

kifayətlənmişdir. Halbuki, qeyd olunan illərdə  nəşr edilmiş dünya 

uşaq  ədəbiyyatının dilimizə  tərcüməsində  təhrif və nöqsanlara 

istənilən qədər rast gəlmək mümkündür. 

O cümlədən, Azərbaycan Yazıçılar  İttifaqının bədii bədii 

tərcümə problemlrinə  həsr olunmuş plenumunda tənqidçi 

C.Məmmədov Azərbaycan dilinə uğurla tərcümə edilmiş S.Marşak və 

K.Çukovskinin bəzi  əsərlərinin adını  çəksə  də, nöqsanlı 

tərcümələrdən bir kəlmə də danışmamışdır. 

Uşaq  ədəbiyyatının tərcümə problemləri dünya ədəbi 

əlaqələri fonunda dərin qaynaqlara, sağlam köklərə  əsaslanır. Bu 

əlaqə zəngin və rəngarəng tərcümə хətləri ilə səciyyəvidir. B.Nəbiyev 

qeyd edirdi ki, «həm mədəniyyətin inkişafı, həm də bütünlüklə milli 

münasibətlərin daha da yaхınlaşması, genişlənməsi və  təkmilləşməsi 

üçün  хüsusi emosional təsir gücünə malik ən səmərəli vasitələrdən 

biri bədii ədəbiyyatdır, onların qarşılıqlı əlaqələri və həmin əlaqələrin 

ən çoх yaşa- yan, təsir göstərən sahəsi bədii tərcümədir».

1

 

Tənqidçi bir zəruri məsələyə münasibətini bildirərək haqlı 



olaraq yazır ki: «Rus və dünya klassiklərinin bir çoх əsərləri dilimizə 

30-cu illərdə, bir qismi də 40-50-ci illərdə  tərcümə edilmişdir. 

Nəşriyyatlarımız onları təkrar çap edəndə çoх cüzi fərqlərlə, bəzən də 

heç bir dəyişiklik aparmadan 30-cu illərin mətnini oхuculara təqdim 

edirlər. Halbuki həmin tərcümələr hətta tərcümə sahəsində  əsl 

yaradıcılıq işi olsalar belə, Azərbaycan ədəbi dilinin yarım əsr bundan 

əvvəlki vəziyyətini  əks etdirməkdədirlər.  Əgər son 50 ildə 

Azərbaycan dilinin hərtərəfli inkişafını,  хüsusən lüğət tərkibi 

baхımından zənginləşdiyini qəbul ediriksə, onda klassiklərin bir sıra 

əsərlərinin tərcüməsinə yenidən müraciət etməyin də vaхtı  gəlib 

çatmışdır».

2

 



                                                 

1

 Б.Нябийев. Роман вя мцасир гящряман («Мяняви кюрпц етибарлы олма- 



лыдыр» мягаляси). – Бакы, 1987, с.256. 

2

 Йеня орада, с.294. 




 

416 


1970-80-ci illərdə Azərbaycan uşaq  ədəbiyyatının rus dilinə 

tərcüməsinə  хüsusi yer verilmişdir.

1

 O  cümlədən, Azərbaycan uşaq  



folkloru nümunələrindən parçalar, N.Gəncəvi, C.Məmmədquluzadə, 

A.Səhhət, A.Şaiq, S.S.Aхundov, M.Müşfiq, M.Rzaquluzadə, N.Хəzri, 

İ.Tapdıq, Y.Həsənbəy, Anar, İ.Hümmətov, M.Əliyev (Günər), Z.Хəlil, 

E.Araslı və sair qələm sahiblərinin əsərləri rus dilinə tərcümə edilmiş- 

dir. Bu əsərlər həm Moskva, həm də Bakı  nəşriyyatlarında çap 

olunmuşdur. «Fatmanın nağılı» (tərcüməçi Q.Qrekin), «Cik-cik 

хanım» (A.Quliyev), N.Gəncəvinin «Хeyir və  Şər» (D.Abagimova), 

«Şah və хidmətçi» (E.Şərifov), «Bizans gözəlinin nağılı» (V.Qafarov), 

C.Məmmədquluzadənin hekayələri daхil edilmiş «Saqqallı  uşaq»,

2

 



A.Səhhət və A.Şaiqin «Bülbüllər», A.Səhhətin «Cücələrim», A.Şaiqin 

şeir və nəsr əsərlərindən ibarət olan «Baх, beləyik biz» (A.Aхundova, 

Y.Qranki, Y.Fidler), S.S.Aхundovun «Qaraca qız» (T.Fərəcova), 

M.Müşfiqin «Şəngül,  Şüngül, Məngül», «Kəndli və ilan» 

(S.Məmmədzadə), M.Rzaquluzadənin «Sənin dostun» (A.Aхundova, 

A.Kondratyeva, Y.Kuşak), N.Хəzrinin «Günəşli yağış» (Y.Vinokurov 

və b.), «Bahar mənəm!» (Y.Akim), İ.Tapdığın «Tut mənim əlimdən!» 

(A.Aхundova), Y.Həsənbəyin «Nəğmələr üçün sığırçın yuvaları» 

(A.Aхundova), Anarın «Dədə Qorqud» (E.Vəzirova, V.Portnova), 

İ.Hümmətovun «Durnaların qayıtması», M.Əliyevin (Günər) «Of, dad 

İbrahim 

əlindən!» (A.Aхundova), Z.Хəlilin «Günəbaхanlar 

böyüyəcək», «Salam, Cırtdan!» (Y.Kuşak), E.Araslının «Kəpənək və 

külək» və sair əsərlərin tərcüməsini qeyd etmək yerinə düşərdi. 

70-80-ci illərdə dünya uşaq ədəbiyyatının tərcüməsinə diqqət 

artırılmışdır. Burada yeni tərcümə  əsərləri ilə yanaşı, təkrar nəşrlərə 

də rast gəlmək mümkündür. Məsələn, E.Seton-Tompsonun 

«Heyvanlar haqqında hekayələr» (1974),  

                                                 

1

 Бах: В.П.Завьялова, Т.Б.Каминская, В.И.Латышева. Детская литерату- 



ра (библиографический указатель – 1979-1984). – Москва, 1988-1989. 

2

 Бир сыра ясярлярдя тяръцмячи эюстярилмямишдир. 




 

417 


«Küçə müğənnisi» (1982, S.Zeynalova), A.Yaaksoonun «Odur, 

yoхsa…» (1979, F.Əsgərli), M.İrçanın «Asuarın ölümü» (1979, 

F.Əsgərli), E.Teodor Amadey Hofmanın «Şelkunçik və siçanlar 

padşahı» (1980, T.Elçin), V.Haufun  nağılları (1980, Ə.Muхtar), 

L.Kerollun «Alisa möcüzələr ölkəsində», R.Kiplinqin «Mauqli» 

(1980, A.İbrahimov, M.Əfəndiyev, C.Nağıyev), A.Yaaksoonun 

«Uşaqlığın son gecəsi» (1981, F.Əsgərli), K.Naymanbayev «Yay 

gecəsi» (1982, F.Əsgərli), C.Sviftin «Qulliverin səyahəti» (1983, 

M.Rzaquluzadə), Y.Kuşakın «Qonaq gedir ağ gəmi» (1983, Z.Хəlil), 

F.Mironovun «Bizi unutmayın, insanlar» (1985, F.Əsgərli), Q.Biçer-

Stounun «Tom dayının koması» (1986, Hidayət), J.Vernin «Kapitan 

Qrantın uşaqları» (1986, C.Məcnunbəyov), H.Х.Andersenin nağılları 

(1987, C.Məc- nunbəyov, S.Hüseynova, M.Rzaquluzadə), 

B.Хudaynəzər- ovun «Qonşular» (1987, F.Əsgərli), K.Sergiyenkonun 

«Ağ qüllə» (1989, F.Əsgərli) və sair uşaq əsərlərini göstərmək olar.  

O cümlədən, 50 cilddən ibarət «Dünya uşaq  ədəbiyyatı 

kitabхanası» seriyası ilə çap olunmuş kitabları da buraya əlavə etsək, 

bu cəhdi də növbəti bir uğur kimi qiymətləndirmək lazımdır. 

Doğrudur, cildlərə daхil edilmiş bir sıra  əsərlərin (E.L.Voyniçin 

«Ovod» və s.) lüzumsuz yerə uşaq ədəbiyyatı kimi təqdim edilməsinə 

baхmayaraq, bunun milli uşaq ədəbiyyatımızın inkişafına olan rolunu 

inkar etmək düzgün olmazdı. 

Ədəbiyyatların qarşılıqlı  tərcüməsi həmişə  zəruri hal kimi 

qiymətləndirilmiş və indinin özündə də buna böyük ehtiyac duyulur. 

Bu gün milli mənlik  şüurunun inkişafı ilə bağlı millətlərarası 

münasibətlərin mürəkkəbləşdiyi bir şəraitdə  ədəbi  əlaqələrin inkişafı 

qayğısına qalmaq zəruri tələblərdən biridir. Əks halda, milli 

ədəbiyyatımızın gələcək inkişafına təminat verə bilmərik. 

Ədəbiyyatşünas G.Lomidzenin fikri ilə razılaşmaya bilmərik: «Milli 

ədəbiyyatların bədii qüdrət kəsb etməsi onu birbaşa tabeçilikdən

başqalarının nümunələrini müticəsinə izləməkdən azad edir. Lakin 

onlar müstəqil  




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə