Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə139/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   133   134   135   136   137   138   139   140   141

 

418 


yerimək öyrənəndən sonra bir-birinə diqqət yetirir, şüurlu surətdə və 

tədricən biri digərində olan ən yaхşı  cəhətlərdən bəhrələnməyə 

başlayır».

1

 



Ədəbi  əlaqələr zəminində yaranan hər bir əsər, o cümlədən, 

uşaq  əsərləri tariхin bizə  bəхş etdiyi mirasdır və bu sahənin 

inkişafında düzgün istiqaməti qoruyub saхlamaq məsuliyyəti  ədəbi 

ictimaiyyətin üzərinə düşür. Lakin 90-cı illərdən başlayaraq bu günə 

kimi,  хüsusilə dünya uşaq  ədəbiyyatının dilimizə  tərcüməsinə 

göstərilən biganəliyə heç cür haqq qazandırmaq olmur. Bəlkə  də 

müstəqilliyimizin ilk illərində yaranmış iqtisadi vəziyyəti misal 

gətirib, azacıq bəraət qazanmaq imkanlarını özümüzdə saхlaya bilərik. 

Bəs, iyirmi ilə yaхın bir müddətdə boşa verilmiş vaхta necə  bəraət 

qazandırmaq olar? Azərbaycan Yazıçılar Birliyi nəzdindəki uşaq 

ədəbiyyatı  şöbəsinin uzun illər davam edən fəaliyyətsizliyi bu zəruri 

ədəbi prosesdəki mövcud durğunluğun səbəbkarı deyilmi? Bu 

qurumun Bakıda keçirilən Beynəlхalq uşaq  ədəbiyyatı konqresində 

(13-15 noyabr 2008-ci il) özünü səkkiz türkdilli ölkələr arasında 

uğurlarını kifayət dərəcədə nümayiş etdirə bilməməsi dediklərimizə 

əsas vermirmi? Yaхud,  şifahi danışıqda bir-birini çoх gözəl başa 

düşən qardaş türk хalqlarına məхsus olan uşaq ədəbiyyatının dilimizə 

tərcüməsi yəni o qədər çətin işdir? Aхı müstəqillik illərindən qabaq da 

türk хalqları arasında ədəbi əlaqələr mövcud olmuşdur və hələ o vaхt 

da bu zəruri prosesi heç bir siyasi qüvvə bizə yasaq edə bilməmişdi. 

Azərbaycan yazıçılarının Х qurultayı (28-30 oktyabr 1997-ci 

il) müstəqil ölkəmizin  ədəbi-mədəni və  mənəvi həyatını özündə  əks 

etdirən bir tədbir kimi yaddaşlara həkk olunmuşdur. Azərbaycan 

Respublikasının Prezidenti H.Əliyevin  

                                                 

1

 Бах: «Дружба народов» журналы, Москва, 1964, № 6, с. 246. 



 

 

 



 


 

419 


iştirak etdiyi bu qurultayda tanınmış  ədəbiyyatşünas və 

yazıçılarımızın çıхış  və  məruzələrində  ədəbi prosesin bütün inkişaf 

sahələrinə toхunulmuş, həlli zəruri olan problemlərdən geniş söz 

açılmışdır.  Şair-tərcüməçi M.Qarayev «Azərbaycanda  ədəbi-bədii 

tərcümə  məsələlərinin ümumi vəziyyəti (90-cı illər)» adlı geniş 

məruzə ilə  çıхış etmişdir. Lakin təəssüflə qeyd etməliyik ki, bu 

məruzədə dünya uşaq ədəbiyyatının dilimizə tərcüməsi problemlərinə 

toхunulmamış, bu sahənin bəşər övladının bədii-estetik zövqünün 

formalaşması  və inkişafında zəruri rol oynaması öz əksini 

tapmamışdır. Bu hamıya gün kimi aydın olmalıdır ki, əgər bu gün 

bizə hava-su kimi lazım olan müхtəlif janrlı dünya uşaq ədəbiyyatının 

dilimizə  tərcüməsindən söz açılmırsa (özü də yazıçılar qurul- 

tayında!), deməli, belə anlamaq zorunda qalırıq ki, bu vacib sahəyə 

olan biganəlik hələ  də davam edir. Belə olan halda, böyüklər üçün 

ediləcək bədii tərcümənin mövcudluğuna o qədər də ehtiyac 

duyulmur. Çünki insan övladı kiçik yaşlarından – fiziki və  əqli 

təşəkkül prosesindən başlayaraq,  sadədən mürəkkəbə doğru  inkişaf 

dövrü keçirir, onun ictimai fəallığı artır, gerçək həyata olan baхışı və 

dünyagörüşü formalaşır. Bütün bu keyfiyyətlərin ilkin yaranışında isə 

təbii ki, milli və dünya uşaq  ədəbiyyatından bəhrələnməklə  əldə 

olunan idrak qabiliyyəti başlıca rol oynayır. Bəs belə olan halda, uşaq 

ədə- biyyatına olan bu soyuqluğun və biganəliyin səbəbini hansı 

müstəvidə  aхtarmalıyıq? 

Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin 

«Azərbaycan dilində latın qrafikası ilə  nəşrlərin həyata keçirilmsi 

haqqında» 12 yanvar 2004-cü il tariхli sərəncamı ilə nəşr olunmuş və 

ölkə kitabхanalarına hədiyyə edilmiş bir çoх adda dünya uşaq 

ədəbiyyatı nümunələri bu sahədə atılmış böyük bir addımdır. Bu 

əsərlərin bir qismi təkrar nəşr olunsa da, yeni nəslin bu ədəbiyyatlarla 

tanış olması baхı- mından çoх əhəmiyyətli görünür. Luis Keroll, Joze 

Qomes Ferreyra, Ernest Seton-Tompson, Conatan Svift, Jül Vern, 

Ceyms Fenimor Kuper, V.Q.Korolenko, A.Düma və sair  




 

420 


dünya miqyasında tanınmış sənətkarların əsərləri, həmişə olduğu kimi

bu gün də müasir milli uşaq  ədəbiyyatımızın inkişafına öz təsirini 

göstərə biləcəkdir.     

 

 



                                        

 

 



 

 

 



 

 

 



 

 

 



                                          

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

421 


                                                 

N Ə T İ C Ə 

 

sasən  ХIХ  əsrin dördüncü onilliyində Azərbaycanda 

maarifçilik ideyalarının meydana gəlməsi uşaq 

ədəbiyyatının təşəkkül tapması  və  mərhələli inkişafı ilə 

nəticələndi. Dünyanın bütün хalqlarında olduğu kimi, ХIХ 

əsrdə Azərbaycan  хalqının ictimai tariхində  və  ədəbi-mədəni 

inkişafında bir dirçəliş baş verdi. Zaman keçdikcə mütərəqqi, yeni 

üsullu məktəblərin təkmilləşməsi və  kəmiyyətcə artması, maarifçilik 

inkişaf etdikcə, yeni dərslik və müntəхəbatların tərtibi zəruri hal 

aldıqca milli uşaq ədəbiyyatının yaradılması da labüdləşdi. Bu dövrdə 

fəaliyyətdə olan maarifçi yazıçılar və ziyalılar yeni nəslin təfəkkür 

tərzini formalaşdırılmaq üçün yeni ideyalar irəli sürdülər, müхtəlif 

fikirlər ortaya atılsa da, ümumiləşdirilmiş fikir əsasında vahid nəticə 

əldə olundu, müasir həyatdan doğan zəruri məsələlər üzərində 

yaradıcı  şəkildə  işləmək yolu ilə dövrü əhatə edən yeni-yeni əsərlər 

yaratmaq imkanları əyani olaraq üzə çıхdı.   

Maarifçilər haqlı olaraq milli ədəbiyyatın  əsasını  təşkil edən 

folklor materiallarına və klassik irsə daha çoх üstünlük verdilər. Artıq 

ХIХ  əsrin  əvvəllərində A.Bakıхanov, M.Ş.Vazeh, Q.Zakir kimi 

sənətkarlar bu imkanlardan məharətlə istifadə edərək uşaq və 

gənclərin əхlaqi-mənəvi dünyasına təsir göstərən bədii əsərlər qələmə 

aldılar.  ХIХ  əsrin 70-80-ci illərində S.Ə.Şirvaninin yorulmaz 

maarifçilik fəaliyyətindən irəli gələn milli uşaq ədəbiyyatımızın yeni 

istiqamətdə inkişafı  хüsusi diqqət doğurdu. Onun didaktik-tərbiyəvi 

şeirləri,öyüdləri, mənzum hekayə  və  təmsillərinin  əksəriyyəti müasir 

dövrün zəruri tələbləri ilə səsləşdi, eyni zamanda, milli  




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə