Фяхряддин Вейсялли. СЕМИОТИКА
322
obyektlə, onun əlamət və nədənilə əlaqəsi isə siqmatikanın sahə-
sidir. Onların tədqiqində insan və cəmiyyət nəzərə alınmır. Bəziləri
bu iki aspekti birləĢdirirlər. Bəzən bunu məzmun və məna (stoiklər
və sxolastiklər), bəzən də məna və ifadə (Karnap) kimi fərqlən-
dirirlər. Sözün – adın məzmunu məfhumdur, onun mənası isə
obyektdir. Cümlənin məzmunu ifadədir, onun mənası isə gerçəkli-
yin dəyəridir.
Karnap iĢarə və cümlələrin intension və ekstension aspekt-
lərini fərqləndirir. Belədə nəqli cümlənin inikası varlıq, ekstensiya
isə həqiqətin dəyəridir. Amerika alimi V.Kvin semantikanı məna və
referensiya nəzəriyyəsi olmaqla iki yerə bölür.
Əlbət ki, iĢarə ilə onun referenti və ya denotatı arasında
münasibətlər çox mürəkkəbdir.
Ancaq iĢarələyən iĢarələninin yerində gəlirsə, bəs onda onun
semantikası nədir. Bu xüsusilə cümlələrdə və frazeoloji
birləĢmələrdə özünü daha aydın büruzə verir. ĠĢarənin obyektə
münasibəti mental və psixi xarakter daĢıyır.
iĢarə
inikas
nüsxə
obyekt
Dildə mənanın obyekti əks etdirməsi konkret kriteriyalarla
verilir. Obyektin kənd, Ģəhər, qəsəbə və ya hansı rəngdə olmasını
biz asanlıqla cümlədən aydınlaĢdırırıq. Məsələni daha dəqiq həll
etmək üçün elmi terminlər iĢlədilir. Bunu riyaziyyat daha dəqiq
ifadə edir. Əksolunmanın obyekti onun Ģüurdakı inikasından
fərqləndirilməlidir.
Deməli, semantika iĢarə ilə Ģüurda inikas arasındakı əlaqələri
öyrənir. O iĢarədən istifadə edəndən və onun ifadə etdiyi obyektdən
və varlıqdan abstraktlaĢıb ayırır.
Siqmatika iĢarənin obyektlə əlaqəsini öyrənir. Bu da məna
vasitəsilə aĢkar edilir. Odur ki, siqmatika sintaksisin və semanti-
kanın olmasını tələb edir. O da istifadəçidən abstraktlaĢır. Metadildə