Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə103/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   98   99   100   101   102   103   104   105   106

ХЫ. Д
ИЛ ИШАРЯЛЯРИНИН ПРАГМАТИК ВЯ СИГМАТИК 
ХЦСУСИЙЙЯТЛЯРИ
 
 
321 
(Carry)  çoxmənalı  iĢarə  düzümünü  «politektonik»  adlandırır.  Sin-
taktik  nəzəriyyə  müəyyən  etməlidir:  düzüm  politonikdir,  ya  yox. 
Məlumdur ki, formal sintaksisdə belə Ģey ola bilməz. Belədə maĢın 
çıxılmaz  vəziyyətdə  qalar,  ya  da  səhv  həll  ortalığa  qoyar.  Deməli, 
süni  dildə  aydın  çatıĢmazlıq  təbii  dil  üçün  üstünlük  ola  bilər. 
Ġkimənalı  cümlələrin  olması  artıq  redundantlıqdan  qaçmaq  üçün 
əsas  yaradır.  Məs.,  /Professorun  dəvəti  hamının  ürəyindən  oldu// 
cümləsi  iki  cür  baĢa  düĢülə  bilər.  /Professoru  dəvət  edirlər/  və 
/Professor özü kimisə dəvət edir//. Real danıĢıqda presuppozisiya və 
danıĢıq məqamı belə çoxmənalılığı aradan qaldırmağa xidmət edir. 
Bu  zaman  semantik  və  praqmatik  faktorlar  həlledici  rol  oynayır. 
Burada transformasiya mühümdür. Məs., /o siqaret çəkir//

/siqareti 
o  çəkir//

/siqaret  onun  tərəfindən  çəkilir//

/o  çəkir//

/siqaret 
çəkilir//,  ancaq  */siqaret  onu  çəkir//  və  */o  çəkilir//  mümkün  de-
yildir.  QısaldılmıĢ  elliptik  cümlələrdə  redundantlıq  yoxdur,  ancaq 
anlaĢılmazlıq hər zaman meydana çıxa bilər. 
Sintaksis dildə mümkün olan və ya hələ də iĢlənməmiĢ, ancaq 
qrammatik cəhətdən düzgün cümlələrin siyahısını sintaktik əməliy-
yatlar  vasitəsilə  müəyyənləĢdirməyə  imkan  verir.  Ġkinci  məsələ  isə 
cümlənin  konkret  dilə  məxsus  olduğunu  müəyyən  etməyə  xidmət 
edir.  Cümlə  düzdürsə,  deməli,  sayıla  bilər,  ancaq  bütün  sadalanan 
cümlələr heç də həmiĢə düzgün olmur. 
Bəzən  cümlə  düzgün  qurula  bilər,  ancaq  dil  sisteminə  uyğun 
gəlməz,  mənası  olmaz.  Məs.,  L.V.ġerbanın  «Qlokaya  kuzdra  Ģteko 
budlanula  bokra  i  kudryaçit  bokryonka»  misalı  bunun  bariz  nü-
munəsidir
19

Qeyd  edək  ki,  neopozitivizmin  görkəmli  nümayəndəsi  olan 
Vyana  məktəbi  sintaktik  tədqiqatlara  xüsusi  önəm  verirdi.  Bu 
zaman  düzlük  anlayıĢı  sübut  olunmaq  və  düzəldilmək  kriteriyaları 
ilə  məhdudlaĢırdı,  baĢqa  sözlə,  hər  hansı  cümlə  cümlə  strukturuna 
malik olmasının sübutu və düzəlmə qaydalarının dildəki kimi olma-
sı  əsas  götürülürdü.  Lakin  qondarma  cümlələrin  də  dildə  müm-
künlüyü  vyanalıları  semantik  tədqiqatlara  üz  tutmağa  vadar  etdi. 
ĠĢarənin Ģüurda inikasla, məfhum və söyləmlə əlaqəsi semantikanın, 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
322 
obyektlə,  onun  əlamət  və  nədənilə  əlaqəsi  isə  siqmatikanın  sahə-
sidir. Onların tədqiqində insan və cəmiyyət nəzərə alınmır. Bəziləri 
bu iki aspekti birləĢdirirlər. Bəzən bunu məzmun və məna (stoiklər 
və  sxolastiklər),  bəzən  də  məna  və  ifadə  (Karnap)  kimi  fərqlən-
dirirlər.  Sözün  –  adın  məzmunu  məfhumdur,  onun  mənası  isə 
obyektdir.  Cümlənin  məzmunu  ifadədir,  onun  mənası  isə  gerçəkli-
yin dəyəridir. 
Karnap  iĢarə  və  cümlələrin  intension  və  ekstension  aspekt-
lərini  fərqləndirir.  Belədə  nəqli  cümlənin  inikası  varlıq,  ekstensiya 
isə həqiqətin dəyəridir. Amerika alimi V.Kvin semantikanı məna və 
referensiya nəzəriyyəsi olmaqla iki yerə bölür. 
Əlbət  ki,  iĢarə  ilə  onun  referenti  və  ya  denotatı  arasında 
münasibətlər çox mürəkkəbdir. 
Ancaq  iĢarələyən  iĢarələninin  yerində  gəlirsə,  bəs  onda  onun 
semantikası  nədir.  Bu  xüsusilə  cümlələrdə  və  frazeoloji 
birləĢmələrdə  özünü  daha  aydın  büruzə  verir.  ĠĢarənin  obyektə 
münasibəti mental və psixi xarakter daĢıyır. 
 
                        iĢarə                             inikas 
 
                       nüsxə                           obyekt 
 
Dildə  mənanın  obyekti  əks  etdirməsi  konkret  kriteriyalarla 
verilir.  Obyektin  kənd,  Ģəhər,  qəsəbə  və  ya  hansı  rəngdə  olmasını 
biz  asanlıqla  cümlədən  aydınlaĢdırırıq.  Məsələni  daha  dəqiq  həll 
etmək  üçün  elmi  terminlər  iĢlədilir.  Bunu  riyaziyyat  daha  dəqiq 
ifadə  edir.  Əksolunmanın  obyekti  onun  Ģüurdakı  inikasından 
fərqləndirilməlidir. 
Deməli, semantika iĢarə  ilə Ģüurda inikas arasındakı əlaqələri 
öyrənir. O iĢarədən istifadə edəndən və onun ifadə etdiyi obyektdən 
və varlıqdan abstraktlaĢıb ayırır. 
Siqmatika  iĢarənin  obyektlə  əlaqəsini  öyrənir.  Bu  da  məna 
vasitəsilə  aĢkar  edilir.  Odur  ki,  siqmatika  sintaksisin  və  semanti-
kanın olmasını tələb edir. O da istifadəçidən abstraktlaĢır. Metadildə 


ХЫ. Д
ИЛ ИШАРЯЛЯРИНИН ПРАГМАТИК ВЯ СИГМАТИК 
ХЦСУСИЙЙЯТЛЯРИ
 
 
323 
bəzən  semantika  ilə  siqmatika  fərqləndirilmir,  hər  ikisi xüsusilə  də 
süni dillərin təhlilində semantikanın tərkib hissələri kimi götürülür. 
ĠĢarənin  mənası  olan  Ģəkillər  və  inikas  olunanların  xarak-
terindən belə  aydın olur ki, onlar bilavasitə tədqiq oluna bilməzlər, 
onlara yol, iĢarələrdən və adı çəkilən obyektlərdən keçir. Bu zaman 
polisemiya,  omonimiya  və  ya  sinonimiya  yaranır.  Məs.,ing.  d. 
/hand/-(əl) /he has  a  book  in  his hand/  (o  kitabı  əlində  saxlayır), /I 
know  his  hand//,  (Mən  onun  xəttini  tanıyıram),  /a  factory  hand/ 
(iĢçi,  icraçı).  Omonimiyaya  misal:  /spring/  (yaz),  /spring/  (yay), 
/spring/ (mənbə, mədən) və s. Sinonimiyaya isə aĢağıdakı misal ola 
bilər: /nəm/-/yaĢ/-/höyüĢ/ və s. ĠĢarə o zaman polisemdir ki, ona iki 
və ya daha çox məna Ģamil edilir. Təbii dillərdə bu adi haldır. O, ta-
rixi prosesdə meydana gəlir. Yeni hadisə və ya məfhum yarananda, 
əvvəl mövcud olan sözü iĢlədirlər. Bu zaman məna ya geniĢlənir, ya 
da bölünür. Məs., /peyk/ (yerin peyki), (süni peyk) və s.. 
Ġkinci  məsələ  sinonimlə  bağlıdır.  Alm.d.  /Schimmel/  (ağ  at) 
və  /weißes  Pferd/  sinonimdirlər.  Azərb.d.  /su/  və  /H
2
O/  da  sino-
nimlərdir. Ancaq onların iĢlənmə məqamları müxtəlifdir. Bəzən elə 
olur  ki,  eyni  obyektləri  bildirən  sözlər  (məs.  alm.  d.  /Morgenstern/ 
və  /Abendstern/  (hər  ikisi  dan  ulduzu  deməkdir)  və  ya  /hindu/  və 
/qədim amerikalı  sakin/  və  s.  sinonim  deyillər. Biz  deyə  bilərik ki, 
H
2
O valentliyə  görə düzələn birləĢmədir, ancaq  burada /su/ sözünü 
iĢlətmək  olmaz.  Deməli,  iki  intensional  dəyər  eyni  olsa  da, 
ekstensional baxımdan onlar eyni deyillər və əksinə. 
Semantika  iĢarələr  arasındakı  əlaqələri  öyrəndiyindən  sino-
nimlik onun bir hissəsi kimi götürulə bilər. Burada sintaktik əlaqəyə 
girən elementlərin də məna strukturunun öyrənilməsi vacibdir. Eyni 
zamanda  bir  cümlənin  o  biri  cümləyə  mənaca  bağlılığı  da  mühüm 
rol oynayır. 
Dil  iĢarələri  ifadə  etdikləri  məna  ilə  ən  azı  dolayısı  ilə  ob-
yektiv gerçəkliklə bağlı olur. Səs təqlidində isə birbaĢa bağlılıq göz 
qabağındadır. Deyirlər ki, gerçəkliklə iĢarə arasında bir izomorfluq 
var,  yəni  sözlərlə  Ģeylərin  bağlılığı  ən  azı  strukturlarda  üzə  çıxır. 
Yəni iĢarələrin struktur birləĢmələri  gerçəkliyin abstrakt əlaqələrini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə