Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə102/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   98   99   100   101   102   103   104   105   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
318 
ondan  ünsiyyətdə  istənilən  qədər  iĢlətmək  olar.  Onlar  düzəldikdən 
sonra  qalmır,  yox  olur,  dildə  və  ya  lal-karların  ünsiyyətində  və 
jestlərdə  olduğu  kimi  ünsiyyət  məqamı  keçəridir,  iĢarə  də  qalır 
keçmiĢdə. 
ĠĢarə nüsxələri işarələrin  daşıyıcıları və  ya  işarə  hadisələri 
adlandırıla bilərlər. Onlar hər hansı bir iĢarə obrazına, geĢtaltına aid 
edilməlidir, yəni onun təmsilçisi olmalıdır ki, tanınsın, hər hansı bir 
məlumatın  daĢıyıcısı  məna  tutumlu  iĢarənin  nüsxəsi  olsun. 
ĠĢarələrin  nüsxələri  iĢarətanıma  nəzəriyyəsinin  obyektidir.  Onların 
düzəldilməsi  və  tanınması  mürəkkəb  neyroloji  prosesdir.  Ancaq 
elektron  avtomatlarla  görülən  iĢlər  hələ  də  arzu  olunan  səviyyədə 
deyildir. 
ĠĢarə  nüsxəsinin  iĢarə  obrazına  münasibəti  əks  olunan  ilə 
inikası,  Ģəkli  arasındakı  münasibətə  parallelik  təĢkil  edir.  Məfhu-
mun inikası Ģüurda əks olunan obyektlərin abstraktlaĢması sayəsin-
də mümkün olur. 
ĠĢarə  nüsxəsi  konkret  təbiətə  malikdir,  hissi  qavranılan 
Ģəkildir.  Məcburi  deyil  ki,  o,  əksolunmanın  obyekti  olsun.  Eynilə 
fikri  proseslər  də  əks  oluna  bilərlər.  Bu  da  semantik  aspektin 
sahəsidir. ĠĢarə gestaltı əsasında nəinki iĢarə nüsxələri eyniləĢdirilir, 
həm də düzəldilə bilərlər. Bu qarĢılıqlı əlaqəni alman alimi G. Klaus 
belə əyaniləĢdirir. 
 
 
ĠĢarə obrazı                                   inikası 
 
 
iĢarə nüsxəsi                                əksolunmanın 
                                                      obyekti 
 
 
Deməli,  dilin  iĢarələri  arasındakı  əlaqələri  sintaksis  öyrənir. 
Təbii və süni dilin sintaksisi təsvir olunan obyekt dili üçün qaydalar 
sistemi  müəyyənləĢdirir  ki,  buna  da  metadil  deyilir.  Məs.,  biz  süni 


ХЫ. Д
ИЛ ИШАРЯЛЯРИНИН ПРАГМАТИК ВЯ СИГМАТИК 
ХЦСУСИЙЙЯТЛЯРИ
 
 
319 
dili  Azərbaycan  dilindən  istifadə  etməklə  öyrəniriksə,  burada  süni 
dil  obyekt  dili,  Azərbaycan  dili  isə  metadil  kimi  çıxıĢ  edir.  Eynilə 
semantika  dildə  ifadə  olunan  məfhum  və  anlayıĢların  əlaqəsini 
təsvir  edir.  ĠĢarə  ilə  əks  olunan  obyektlər  və  Ģeylər  arasındakı 
əlaqələri  siqmatika,  nəhayət,  iĢarə  ilə  ondan  istifadə  edənlər 
arasındakı əlaqəni praqmatika öyrənir. AĢağıdakı sxem bu əlaqələri 
daha əyani göstərir: 
 
/su içməlidir//,    /duzludur//    
/su/ (arxdakı) 
/su aydınlıqdır//; /təmizdir /   
su istəyirəm/ (göldəki) 
/susuz çətindir//; /Ģirindir//   
/su istəmirəm/ (dənizdəki) 
/su həyatdır// ; /lillidir// və s.   
/susuzlamıĢam/ (arxdakı) 
sintaqmatika   semantika   
praqmatika     siqmatika 
 
Sintaksis  təbii  dildəki  birləĢmə  qaydalarını  araĢdırır.  Məs., 
/dilxor/,  /rüĢvətxor/,  /nəĢəxor/  iĢlənir;  ancaq  */çayxor/,  */Ģorbaxor/ 
deyilmir. 
Süni dillərdə isə dildəki birləĢmə əlaqələri formullar əsasında 
müəyyən  edilir.  Deməli,  quraĢdırılan  dildə  hansı  əlaqələrin  olub-
olmaması müəyyən edilir. 
Semantika da iĢarənin hansı mənalara malik olmasını öyrənir, 
konkret bir məqamda iĢarənin hansı mənada iĢlənilməsini araĢdırır. 
Məs.,  /baĢ/  (ağacın,  dağın,  insanın)  və  s.  anlamlarında  iĢlənə  bilir. 
Deməli,  təsviri sintaksis və  semantika  dilçiliyə,  formal  sintaksis və 
formal semantika məntiqə aiddir. 
Formal  və  təsviri  sintaksisin  oxĢar  cəhətləri  onların  hər 
ikisindəki birləĢmə əlaqələrini öyrənməsindədir. Ancaq onların fərqi 
də var. Belə ki,  formal sintaksis  təsadüfləri  nəzərə  almır;  iĢarələrin 
düzümü  dəqiq  və  yoxlanılan  olmalıdır.  Təsviri  sintaksis  isə  tarixi 
əlaqələri də nəzərə alır. Bu deyilənlər eynilə semantikaya da aiddir. 
Bundan  baĢqa  süni  dillərin  sintaktik  özəlliklərini  də  sintaksis 
öyrənir. Süni  dillər öz sintaktik strukturu baxımından formal mən-
tiqin xüsusi hallarıdır. Odur ki,  bu sintaksisi saf sintaktik nəzriyyə 
və  ya  məntiqi  sintaksis  kimi  göstərirlər.  Eyni  sözləri  semantika 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
320 
haqqında  da  demək  olar.  Saf  semantik  nəzəriyyə  baĢqa  sözlə 
məntiqi  semantika  adlandırılır.  Məntiqi  sintaksis  və  semantika 
qaydadan  kənara  çıxmanı,  təsadüfi  və  tarixi  məqamları  nəzərə 
almadan  dili  öyrənir.  Elə  buna  görə  də  onlar  bütün  dillərdə 
―təmizlənmiĢ‖  xüsususi  halları  tədqiq  edir.  Təsviri  sintaksis  və 
semantika  isə  bütün  halları  nəzərdən  keçirir,  qaydadan  kənar  və 
tarixi  məqamları da öyrənir.  Süni  dillərdə müəyən məhduduiyət  və 
bununla  bağlı  sintaktik  və  semantik  strukturların  istifadəsində  bir 
dəqiqlik vardır. 
Sintaktik  və  semantik  əlaqələrin  növləri  haqqında  dildə 
söylənilən ifadələr metadilə aiddir. 
Beləliklə, biz 4 cür əlaqənin hər tipi barədə müəyyən nəzəriy-
yələr yaratmıĢ oluruq. ĠĢarələr üçün əlaqələr sinifləri müəyyən edir-
lər.  Ayrı-ayrı  sintaktik  sistemlər  ümumi  sintaksis  nəzəriyyəsinin 
xüsusi  hallarıdır:  Belə  demək  olar:  x  y  dilinin  sintaktik  sistemidir. 
Bütün  bu  dörd  əlaqəni  öyrənən  nəzəriyyələrin  məcmusu  semiotika 
adlanır. 
Sintaksis  Ġ  və  Ġ
1
  arasındakı  əlaqəni  öyrənir.  Bu  zaman  sosial 
amillər  və  iĢarə  ilə  onu  iĢlədən  arasındakı  əlaqələr  nəzərə  alınmır, 
yəni  sözlər  və  söz  birləĢmələri,  fonemlər,  morfemlər  və  s.  ara-
sındakı qaydalar öyrənilir (funktorlar, arqumentlər, kvantifikatorlar 
və  s.).  Bu  birləĢmələrin  düzgünlüyü  müəyyən  edilir,  bir  forma 
baĢqasına  keçir.  Formanın  məzmunca  uyğunluğu  a  priori  nəzərdə 
tutulur. 
ĠĢarələrin  düzümündə  sintaktik  (formal  və  ya  təsviri) 
birmənalılıq  mühüm  rol  oynayır.  Ancaq  bəzən  cümlə  ikimənalı  da 
ola  bilər.  Müq.et:  /o  qoca/  atlıya  yaxınlaĢdı//  və  ya  /o/,  qoca  atlıya 
yaxınlaĢdı/.  Burada  fasilə  və  tonun  hərəkəti  baĢadüĢməni 
asanlaĢdırır və yersiz izafilikdən (redundantlıqdan) qaçmağa imkan 
verir.  N.Xomskinin  təbirincə  desək,  alt  qat  üst  qatdakı  düzümdən 
asılı olaraq müxtəlif cür açıla bilər. 
Özü  də  bu  ikimənalılıq  cümlədəki  sözlərin  çoxmənalığından 
deyil,  cümlənin  sintaktik  strukturundakı  ambiqivitlikdən  irəli  gəlir. 
Təbii  dillərdə  belə  Ģeylər  tez-tez  olur.  Amerikan  alimi  H.Karri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə