Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə100/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   96   97   98   99   100   101   102   103   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
312 
nimiya  ekvivalentliklə  üst-üstə  düĢür.  Ancaq  məntiqi  ekvivalentlik 
hələ  deskriptiv  məna  hissələrinin  üst-üstə  düĢməsi  demək  deyildir, 
hələ biz tam sinonimliyi demirik ki, orada sosial ekspressiv mənalar 
da  nəzərə  alınmalıdır.  Xüsusilə  identik  gerçəklik  Ģərtlərinə  əməl 
edən  cümlələr  həmiĢə  eyni  mənalı  ola  bilməzlər.  Nəticə  budur  ki, 
məntiqi cəhətdən düz cümlələr MHS-də eyni məna daĢımalıdır: hər 
mümkün  Ģəraitə  1  gerçəklik  funksiyası  uyğun  gəlir.  Semantik 
intensiyanın əksinə olaraq aĢağıdakı cümlələr MHS-də eyni mənalı 
götürülür: 
a)
 
/Əhməd ördəkdir, ya da Əhməd ördək deyil// 
b)
 
/Bütün itlər itdirlər// 
c)
 
/Ġki üstəgəl iki bərabərdir dörd// 
Məna postulatını geniĢləndirsək siyahını artırmaq olar. MHS-
nin  aksiomları  leksik  ifadələr  arasındakı  düzgün  məntiqi  əlaqələri 
əhatə  etsə,  onda  onların  hamısı  eynimənalı  olardı,  baxmayaraq  ki, 
onlar intuitiv cəhətdən hər dəfə baĢqa Ģeylərdir. 
Özü  də  MHS-də  bizim  intuisiyamıza  uyğun  gəlməyən  təkcə 
məntiqi  cəhətdən  düzgün  cümlələrin  mənaları  deyildir.  Müxtəlif 
mənalı kontinget cümlələr də identik gerçəklik Ģərtlərinə uyğun ola 
bilər  və  bununla  da  MHS-də  semantik  cəhətdən  fərqləndirilməyən 
cümlələr alına bilər. Məsələn, 
a)
 
/Bu gün Ģənbədir// 
b)
 
/Sabah bazardır// 
Bu  cür  çatıĢmazlıqlar  konseptual  səviyyənin  nəzərə  alınma-
ması  və  cümlə  mənasının  gerçəklik  Ģərtlərilə  eyniləĢdirilməsinə 
görədir.  MHS-da  mənalar  eyniliklərdir,  mümkün  hallar  və  ya  söy-
ləm  kontekstini  onlarda  ekstensiya  müəyyən  edir.  Əslində  bu, 
gerçəklikdən və referensdən kontekst asılılığı üçün bir modeldir. O, 
konseptual səviyyədə necə olması barədə heç nə demir. Aydındır ki, 
MHS-nin  intensional  modellərini  insanın  koqnitiv  sisteminə  daxil 
etmək  olmaz.  Yəni  baĢımızda  intensional  koqnitiv  strukturlar  yox-
dur ki, onlar hər bir mümkün söyləm kontekstinə, hər bir leksik ifa-
dəyə hazır bir ekstensiya olsun. Ġntensiyalar sonsuzdur, çünki çoxlu 
məqamların hər birinə bir ekstensiya tapır. MHS-ı koqnitiv səviyyə 


Х. Д
ИЛ ИШАРЯЛЯРИНИН СЕМАНТИК САЩЯЛЯР ЦЗРЯ ТЯЩЛИЛИ
 
 
313 
üçün  model  hazırlamaqdan  uzaqdır.  Ancaq  güman  ki,  belə  bir 
səviyyə  mövcuddur,  onun  necə  fəaliyyətdə  olmasına  isə  semantik 
təhlil kömək edə bilər. 
Biz mənaya konsept kimi  yanaĢırıq.  Burada gerçəklik Ģərtləri 
məna üçün səmərəlidir, məna özü deyil. Yuxarıdakı cümlələrin (/Bu 
gün  Ģənbədir//,  /  Bu  gün  bazardır//)iki  situasiya  konsepti  var,  ona 
görə onların gerçəklik Ģərtləri eynidir. Ancaq bu Ģərtlər müxtəlif sə-
bəblərə söykənir: onlar konseptlər kimi fərqləndirilir. Semantikanın 
vəzifəsi  ifadələrin  mənasını  təĢkil  edən  konseptlərin  təsvirindən 
ibarətdir.  Vəzifə  bu  konseptləri  Ģərtləndirən  gerçəklik  dəyərlərini 
üzə çıxartmaqdan ibarətdir. 
Bunu kompüter proqramı ilə müqayisə etmək olar. Daxil olan 
məlumata  (input)  müəyyən  cavab  (output)  tapılmalıdır.  Hər  bir 
inputa müvafiq output olmalıdır. Elə bir semantik  model olmalıdır 
ki,  əvvəlcədən  demək  olsun  ki,  hansı  inputa  hansı  output  çıxsın. 
Proqramın iĢindən çox Ģey asılıdır. Input kimi biz söyləm konteksti 
haqqında  relevant  əlamətləri  bilməliyik.  MHS  deməlidir  ki,  hansı 
gerçəklik dəyəri qarĢıya çıxacaq. Mentalist semantika deməlidir ki, 
niyə  bu  gerçəklik  dəyəri  üzə  çıxdı.  Cümlənin  gerçəklik  Ģərtlərini 
bilməklə  biz  cümlə  mənası  haqqında  əsas  Ģeyləri  bilməyəcəyik. 
MHS-ni,  intensiya  və  ekstensiya  anlayıĢlarını  ötən  əsrin  40-cı 
illərində  Q.Freqenin  Ģagirdi,  filosof  R.Karnap  (1891-1970)  inkiĢaf 
etdirmiĢdir. Formal aparatı isə riyaziyyatçı və məntiqçi R.Montagü 
(1930-1971)  iĢləyib  hazırlamıĢdır.  O  ilk  dəfə  olaraq  ingilis  dilinin 
fraqmentləri  üçün  formal  kompozisional  təsvir  vermiĢdir.  Bu 
təsvirdə  cümlələrin  düzəlməsində  sintaktik  və  kompozisiya 
qaydaları paralel tətbiq olunmuĢdur. Formal təsvir sistemi onun adı 
ilə Montagü – qrammatikası adlanır. 1970-ci ildə ―English as formal 
language‖  əsərində  fraqmenti  R.Montagü  birbaĢa  intensional 
modellə  təhciz  etmiĢdir.  ―Universal  Grammar‖  əsərində  isə  (1970) 
o,  formal  məntiqi  dilə  tərcümədə  ikimərhələli  metodu  tətbiq  edir. 
Onun üçüncü iĢi ―The proper treatment of quantication in ordinary 
English‖  (1973)  semantika  üçün  məhək  daĢı  sayılır,  burada  formal 
semantika  öz  yüksək  həllini  tapır.  Bu  gün  bu,  aparıcı  semantik 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
314 
istiqamətdir.  Son  30  ildə  Montagünün  nəzəriyyəsi  müxtəlif  istiqa-
mətlərdə  inkiĢaf  edib.  Ancaq  situasiya  semantikası  və  dinamika 
semantikası kimi alternativ istiqamətlər də inkiĢaf etməlidir. Onların 
hamısında  Montagünün  formal  məntiqi  dillərin  məna  reprezen-
tasiyalarının  və  mənaya  məntiqi  yanaĢmanın  nəzəriyyəsini  bölüĢ-
dürür. Ancaq onların heç biri mentalist deyildir. 
 
 
X.8. Fəslin ədəbiyyatı və qeydlər 
 
1
. F.Veysəlli. Struktur dilçiliyin əsasları. Studia Philologica. I, Bakı, 
2005; II, Bakı, 2007; III, Bakı, 2009. 
2
. Maraqlananlar oxuya bilər: S.Löbner. Semantik. Eine Einführung 
(ing. variantı: Understandig Semantics. Hodder Headline Group, London, 
2002), Berlin, 2003, s.136-153. 
3
. Yenə orda, s.146. 
4
. S.Löbner. Göstərilən əsər, s.159. 
5.
 Yenə orada. 
6.
 Ġ.Löbner. Göstərilən əsər, s.175. 
7.
 S.Löbner. Yenə orada. s.176. 
8.
  F.Y.Veysəlli.  Struktur  dilçiliyin  əsasları.  Studia  Philologica.  II, 
Bakı, 2008. 
9.
 F.Veysəlli. Dil. Bakı, 2007. 
10.
 R.Jackendoff. Semantic Structures. Cambridge, Mass: MĠT Pres, 
1990. 
11.
  F.Y.Veysəlli.  Struktur  dilçiliyin  əsasları.  Studia  Philologica.  I, 
Bakı,  2005.  Qeyd  edək  ki,  morfologiyada  paradiqm  bir  sözün  müxtəlif 
formalarının məcmusudur. 
12.
  N.S.Trubeskoy.  Fonologiyanın  əsasları.  1939-cu  il  nəĢrindən 
tərcüməsi,  ―Son  söz‖  və  qeydlər  Prof.  F.Yadigarındır  (Veysəlli).  Bakı, 
2001. 
13.
 S.Löbner. Yenə orada, s. 262. 
14.
 E.Sepir. Language, 1921, s.12. 
15.
 S.Löbner. Göstərilən əsər, s.300. 
16.
 S.Löbner. Göstərilən əsər, s. 353. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə