Фяхряддин вейсялли


Х. Д ИЛ ИШАРЯЛЯРИНИН СЕМАНТИК САЩЯЛЯР ЦЗРЯ ТЯЩЛИЛИ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə99/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   95   96   97   98   99   100   101   102   ...   106

Х. Д
ИЛ ИШАРЯЛЯРИНИН СЕМАНТИК САЩЯЛЯР ЦЗРЯ ТЯЩЛИЛИ
 
 
309 
belə aça bilərik: 
a)
 
x cazibədar Ģəxsdir = cazibədar (x) ^Ģəxs (x) 
b)
 
x cazibədar+dır = cazibədar (x) 
c)
 
x bir Ģəxsdir = Ģəxs (x) 
Burada məntiqi təhlilə görə heç vaxt eyni halda ola bilməz ki, 
a) və b) düz olsun, c) isə səhv olsun. 
Ancaq  sistem  hələ  leksemlərin  məna  əlaqələrindən  çıxan 
implikasiyanı  nəzərdə  tutmur,  yəni  /PiĢik/  heyvanı  ehtiva  etsin. 
Bura çatmaq üçün iki yol var: 
1.  Postulatlar  müəyyənləĢməlidir,  yəni  PiĢiklər  heyvanlardırlar, 
eyni valideynləri olanlar bacı-qardaĢdırlar və s. Bunlar formal sistemdə 
aksiomlardır,  yəni  bütün  hallarda  gerçəkdirlər.  Bununla  da  intensiya 
funksiyasını  [[...]]  müəyyənləĢdirən  imkan  xeyli  məhdudlaĢır.  Bura 
qədər mümkün intensiyalar ümumi Ģəkildə formal müəyyən edilmiĢdir. 
Prinsipcə biz [[...]] belə tərifləndirə bilərik ki, w
1
 halında /piĢik/ sözünə 
bir  m-predikat  aid  olur  ki,  bu  da  bütün  piĢiklərə  Ģamil  edilir,  w
2
-də 
baĢqa heyvana, w
3
-də m-predikata ki, o da w
3
-də sıfır mənası kəsb edir 
və  ya  deyə  bilərik  ki,  piĢik  və  Ģəxs  sözləri  bütün  hallarda  ekstension 
eyniliyini  bildirdiyindən  məntiqi  cəhətdən  ekvivalentdirlər.  /PiĢiklər 
insan deyillər/ də belə Ģərhlər istisna edilir. Düzgün olmayanı eksplisit 
Ģəkildə istisna edirlər. 
2-ci  yolda  MHS-nin  (mümkün  hallar  semantikası)  baĢlandığı 
anı  leksik  dekompozisiya  ilə  bağlayırlar.  Yəni  leksemlər  birin-birə 
nisbətində  açılmır,  əksinə  dekompozisiya  formulları  ilə  açılır. 
Məsələn,  /arvad/  və  /kiĢi/  sözlərini  fraqmentə  daxil  edib  belə 
tərcümə edərik: 
Qadın=Ģəxs (-) ^ qadın (-) 
KiĢi = Ģəxs (-) ^ qadın (-) 
Buradan  belə  çıxır  ki,  hər  iki  isim  məntiqi  cəhətdən 
komplementardır.  Bu  Ģərh  olunan  predikat  konstantların  sayını 
zəiflədir. 
Mümkün  hallar  semantikasının  uğurları  və  məhdudiyyətləri 
hansılardır?  Birincisi  üğurlar  barədə  danıĢaq.  MHS-da  leksik  və 
mürəkkəb ifadənin mənası intensional modeldə onun intensiyasıdır. 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
310 
Cümlələr  üçün  intensiyalar  elə  funksiyalardır,  o  hər  bir  mümkün 
halda  bir  gerçəklik  dəyəri  yaradır,  özü  də  mümkün  hal  anlayıĢı 
söyləm  konteksti  üçün  teoretik  konstruktdur.  Cümlənin  semantik 
mənası  MHS-da  onun  gerçəklik  Ģərtlərinin  tərifindən  ibarətdir. 
Məna  anlayıĢı  ilə  yanaĢı  MHS  ifadələrin  bütün  növləri  üçün 
referens  kimi  götürülür.  MHS  elə  bir  çərçivə  təklif  edir  ki,  onda 
mərkəzi semantik anlayıĢlar müəyyən edilir: 
1)
 
söyləmin mənası: onun intensiyası; 
2)
 
söyləm konteksti: müəyyən hal
3)
 
söyləmin (potensial) referenti: onun ekstensiyası; 
4)
 
cümlənin gerçəklik dəyəri: onun intensiyasının təsviri. 
Deməli,  MHS-ı  məna  kompozisiyasının  təsvirinə  yönəlib. 
Göründüyü  kimi,  leksik  ifadələr  təhlilsiz  tərcümə  dilinə  gətirilir, 
təbii  dilin  hər  bir  predikat  ifadəsi  üçün  formal  tərcümə  dilində  bir 
predikat konstant götürür (məsələn, tanı, tanımaq feli üçün). 
Semantik  təhlil  düzgün  məntiqi  tipin  müəyyənləĢməsilə 
məhdudlaĢır. Bu proses cümlə semantikasının məqsədinə uyğundur. 
Məsələn, biz /cazibədar/ sifətinin və Ģəxs isminin mənalarını bilirik, 
bəs  /cazibədar  Ģəxs/  birləĢməsində  S-Ġ  kombinasiyasının  mənası 
nədir? Ġndiyə qədər nə struktur, nə də koqnitiv semantika semantik 
kompozisiya  nəzəriyyəsini  iĢləyib  hazırlaya  bilməmiĢdir.  MHS-nin 
əsas xidiməti bundadır: o, təbii dilin ifadələrinin formal məntiqi dilə 
çevirmək  kompozisiyasının  müxanizmlərini  öyrənir,  özü  də  məna 
reprezentasiyalarını  semantik  cəhətdən  aĢkar  və  eksplisit  məntiqi 
formullar Ģəklində izah edir. Bu yolla biz təbii dilin cümlələrini mü-
qayisə edib onlar arasındakı münasibətləri öyrənə bilərik: 
1)
 
formal məntiqi dildə mənanın reprezentasiyası; 
2)
 
ümumilikdə  cümlələr  və  mürəkkəb  kompozisiya  qaydal-
arının təsviri; 
3)
 
məntiqi əlamət və əlaqələrin təsviri
Bundan əlavə, MHS-i leksik tərkiblərə bölmə üçün xüsusi bir 
çərçivə  təklif  edir  ki,  bununla  leksikonda  ən  azı  müəyyən  həcmdə 
məna əlaqələrini təsvir tmək olur. 
Bəs çatıĢmazlıqlar hansılardır? MHS-inin söykəndiyi mərkəzi 


Х. Д
ИЛ ИШАРЯЛЯРИНИН СЕМАНТИК САЩЯЛЯР ЦЗРЯ ТЯЩЛИЛИ
 
 
311 
anlayıĢ intensiya yuxarıdakı təsvir imkanlarını versə də, özündə bu 
nəzəriyyədən kənara çıxan hüdudlar gizlədir. Ən böyük çatıĢmazlığı 
odur  ki,  bu  nəzəriyyədə  məna  məfhumu  gerçəklik  Ģərtlərinə  və 
referensə əsaslanır. Onun nəticəsində burada məntiqi məna təhlilinə 
söykənən hüdüdlar var. 
1. MHS-I qeyri-deskriptiv məna hissələrini, məsələn, sosial və 
ekspressiv mənanı əhatə etmir. 
2. Deskriptiv mənanı yalnız dolayısı ilə əhatə edir. 
Semiotik üçbucağa tətbiq etdikdə MHS  yalnız ifadə ilə onun 
ekstensiyası  arasındakı  əlaqəni,  yəni  üçbucağın  sağ  tərəfini  əhatə 
edir: 
 
 
intension 
deməkdir 
 
 
 
təyin edir 
 
BaĢqa sözlə desək, o, intensiyanı əhatə edir. Üçbucağın sol tə-
rəfi MHS-i üçün heç nədir, daha çox üçbucaqdan kənarda qalandır. 
Söyləmin  konseptual  məna  üzərindən  keçib  denotasiyaya  ikiqat 
birləĢməsi (yəni verilmiĢ Ģəraitdə ekstensiyaya) birbaĢa intensiyaya 
bağlamaqla  əvəz  olunur.  MHS-i  üçün  intensiya  ifadənin  mənası 
olduğundan konseptual mənanın komponentinə uyğun gələn heç nə 
yoxdur.  Bu  MHS-də  çox  zəifdir.  Cümlənin  gerçəklik  Ģərtlərinin 
onun  mənasından  hasil  olması  MHS  üçün  əhəmiyyətsizdir.  Burada 
yalnız  obyektiv  gerçəklik  Ģərtləri  mühümdür.  Həqiqi,  konseptual 
mənadan  faktiki  olaraq  imtina  etmək  olarmı?  Semantik  əlamətləri 
ifadə  –  intension  –  ekstenston  ardıcıllıqdan  əldə  etmək  olarmı? 
Cavab qisməndir, ancaq tam deyil. 
Eyni  intensiyalı  ifadələr  MHS-də  eyni  mənalı  kimi  (sinonim 
kimi)  götürülür  ki,  bu  da  məntiqi  ekvivalentlik  deməkdir.  Sino-
ifadə 
deskriptiv 
məna 
ekstension 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə