Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə104/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   98   99   100   101   102   103   104   105   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
324 
əks etdirirlər. 
Cümlə ya səhv, ya da düz olur. Cümlə o zaman düzdür ki, ifa-
də  olunan  həqiqətən  də  realdır.  Real  olmayan  isə  səhvdir.  Məs. 
/Bakı  Azərbaycanın  paytaxtıdır//  düzdür.  /Sumqayıt  da  Azərbayca-
nın paytaxtıdır// isə səhvdir. 
Birinci faktiki  gerçəklikdir.  Ancaq  məntiqi həqiqət də  var ki, 
bu cümlənin strukturundan hasil olur. Məs., əgər a b-yə bərabərdirsə 
və  b  də  t-yə  bərabərdirsə,  deməli,  a  da  t-yə  bərabərdir.  Buradakı 
gerçəklik qanunauyğunluğu dildə öz əksini tapır. 
 
 
XI.3. Dil işarələrinin praqmatik  
və siqmatik təhlili 
 
Artıq  yuxarida  qeyd  edildiyi  kimi,  iĢarə  ilə  insan  arasındakı 
münasibətləri öyrənən elm praqmatika adlanır. 
ĠĢarə 

  insan,  cəmiyyət,  qrup  və  s.  münasibətləri  praq-
matikanın  maraq  dairəsinə  aid  olan  məsələlərdir.  Əlbəttə,  bura 
mütləq sintaksis, semantika və siqmatika da daxildir, çünki hər bir 
iĢarə  qayda  üzrə  düzülməli,  nəsə  ifadə  etməli  və  obyekti  əks  et-
dirməlidir. 
Buraya  yuxarıda  adları  çəkilən  funksiyalar  -  simptom  və 
siqnal  funksiyası,  yəni  müsahibdə  reaksiya  oyatmaq  funksiyası  da 
daxil  edilməlidir:  deməli,  ifadə  funksiyası,  təsvir  funksiyası  və 
müraciət  funksiyasından  baĢqa  yuxarıdakı  funksiyalar  da  nəzərə 
alınmalıdır. 
Qeyd  edək  ki,  praqmatika  az  öyrənilən  sahələrdəndir.  Ancaq 
unutmaq olmaz ki, dünyanın idarə olunması bilavasitə iĢarələrin bu 
aspektindən asılıdır: müharibə, konflikt, dostluq, sevgi və s. 
Deməli,  praqmatika  linqvistik  formalarla  onlardan  istifadə 
edənlər  arasındakı  münasibətləri  öyrənir.  Praqmatika  danıĢanların 
ifadə  etdiyi  mənaları  tədqiq  edir.O  həm  də  kontekstual  mənanın 
öyrənilməsidir.  Praqmatika  deyilən  ifadədən  daha  çox  məna 
çıxartmaq yollarını öyrənir. Praqmatika nisbi məsafəni öyrənir. 
Bunları  ―Ġkinci  dilin  mənimsənilməsi  seriyasından‖  2008-ci 


ХЫ. Д
ИЛ ИШАРЯЛЯРИНИН ПРАГМАТИК ВЯ СИГМАТИК 
ХЦСУСИЙЙЯТЛЯРИ
 
 
325 
ildə  Oksford  universitetində  C.Yul  çap  etdirdiyi  kitabında  yazır.

Deməli,  praqmatika  söz  və  söyləmin  hansı  mənada  iĢləndiyini  (se-
mantika ilə bağlı), insanların harada və hansı Ģərtlər daxilində necə 
ünsiyyətə  girdiklərini  (kontekst  və  situasiya  ilə  bağlı),  dinləyənin 
deyiləndən nəyi və necə seçib götürməsi Ģərtlərini (inferenslə bağlı) 
və  deyilənlə  deyilməyənlər  arasındakı  fərqləri  ayırd  etmək,  din-
ləyənin  danıĢan  üçün  nə  qədər  açıq  və  qapalı  qalmasından  asılı 
olaraq  danıĢanın  nə  deməsi  nisbiliyini  öyrənir.  Göründüyü  kimi, 
praqmatikanın maraq dairəsi kifayət qədər geniĢdir. 
Deyilən  aspektləri  ümumiləĢdirsək  belə  qənaətə  gələ  bilərik: 
sintaksis dil iĢarələri arasındakı əlaqələri, iĢarələrin düzüm və seçim 
xüsusiyyətlərini  və  ardcıllığın  düz  və  səhv  olmasını  öyrənir  ki,  bu 
da dünyaya referens etmədən mümkündür. Semantika isə iĢarələrlə 
dünya  reallıqları  arasındakı  əlaqələri  öyrənir,  yəni  söz  və  ifadələr 
predmet,  əĢya  və  hadisə  ilə  necə  əaqələnir,  bu  da  deyilən  fikrin 
gerçəkliyə uyğunluğunu və gerçəklik dəyərini müəyyən edir. 
Bu üç aspektin hamısı danıĢıq aktına bir hərəkət kimi yanaĢır 
və bu axında hər biri  öz məqsədinə  uyğun olaraq axtarıĢlarda olur. 
Bunların  hər  üçündə  söhbət  linqvistik  formadan  və  ya  iĢarədən 
gedir. Lakin bu iĢarəyə yanaĢma bucağı fərqlidir. Praqmatik aspekti 
çözmək üçün belə bir misala müraciət edək: fərz edək ki, həftə sonu 
bağda  istirahət  edib  gələn  tanıĢınızın  üzündəki  qızartını  görüb 
ondan soruĢursunuz: ?Nə olub? 
/Heç, bağda nəsə diĢləyib// 
Bu  kiçik  mükalimədə  məlum  olanla  (üzdəki  ĢiĢ)  məlum 
olmayan (nə diĢləyib-cücü, milçək, bəlkə arı sancıb və s.) arasındakı 
əlaqənin aĢkarlanması söhbətin konkretləĢməsinə köməklik göstərir. 
Yəni  hadisə  necə  baĢ  verib,  adamın  yatdığı  vəziyyətdəmi  olub, 
diĢləyənin  özü nə idi və s.? Propozisiya aydın  olsa da presuppozi-
siya qaranlıq qalır, ona görə də deyilən tam açılmamıĢ qalır. Burada 
propozisiya  həĢəratın  diĢləməsidir.  Müasir  dilçilik  terminləri 
lüğətləri  propozisiyanı  faktın  göstərilməsi,  cümlə  məzmunu  kimi 
açırlar,  onu  dildən  asılı  olmayan,  cümlənin  mənasının  illokutiv  tip 
baxımından  neytral,  ümumi  məxrəci  bildirən,  hər  hansı  bir  varlığı 
məzmun kimi götürür. Məsələn, biz deyəndə ki, /O siqaret çəkir// və 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
326 
almanca  /Er  raucht/  və  ya  /O  siqaret  çəkməyə  adətkardır//  və  /Er 
raucht  gewohnheitsmäßig//  cümlələrinin  referensi  (/o-er/  və  pre-
dikasiyası  (/siqaret  çəkir-raucht  gewohnheitsmäßig/)  eynidir.  Özü 
də  sual,  təsdig  və  ya  inkar  formalarında  olsa  da  həmən  eynilik 
qalır.Deməli, propozisiya cümlənin mənasınn həqiqət dəyərini təyin 
edən  nüvədir,  özü  də  söyləm  formasının  spesifik  sintaktik  forması 
və leksik tutumu nəzərə alınmır.

Burada presuppoyisiza , yəni nəyin diĢləməsi məlum deyildir. 
Biz  presuppozisiyanı  belə  tərifləndirmiĢik:  ―Ünsiyyətdə  bilavasitə 
adı  çəkilməyən,  ancaq  deyilənin  tərkib  hissəsi  kimi  baĢa  düĢülən 
informsiya presuppozisiya kimi dəyərləndirilə bilər.‖
5
 
DanıĢan  deyirsə  ki,  /QonĢumuz  Əhməd  hələ  boĢanmayıb//, 
onda bu cümlənin presuppozisiyası aĢağıdakılardan ibarətdir: Danı-
Ģanın bir qonĢusu  var, adı  Əhməddir. O da evlidir, boĢanmaq istə-
yirmiĢ, ancaq hələ boĢanmayıb. Deməli, onun evli olması və boĢan-
maq  istəməsi  həmin  cümlədə  adı  çəkilməyən,  lakin  güman  edilən 
nəsnələrdr. 
Praqmatik  aspektdə  deyktik  iĢarələr  (o,  bu)  və  ünsiyyət 
məqamında referentə dair məsafə (burada, orada, yuxarıdsa, aĢağıda 
və s.), zaman bildirən deyiksizlər (indi, sonra, felin zamanları) mü-
hüm  əhəmiyyət  kəsb  edir.  Eyni  zamanda  referens  (danıĢan  dinlə-
yənə nəsə deyərkən öz söyləmlərilə ona iĢarə elədiyi əĢya və pred-
metləri eyniləĢdirməyə mkan yaradır. Məs., Nizami, yaxĢı Ģair və s. 
olmaqla ünsiyyətdən kənardakı reallıqlar bildirir və hər iki ünsiyyət 
iĢtirakçısına  məlum  reallıqlardır  və  inferens  (ünsiyyət  məqamında 
adını  çəkdiyimiz  və  iĢarələdiyimiz  obyekti  və  əĢyanı  öz  fon  bi-
liklərimiz  və  kontekst  daxilində  götürdüyümüz)  də  praqmatik 
aspektin elementləridir.
6
 
Semantik  baxımdan  /Azərbaycan  Rusiyadan  asılı  deyildir// 
cümləsi düz deyildir, çünki burada əsas obyekt  göstərilməyib. An-
caq /Azərbaycan dövləti hüquqi baxımdan Rusiyadan asılı deyildir// 
cümləsi düzdür, çünki burada konkret olaraq obyekt göstərilib. 
Siqmatika  soruĢur  ki,  doğrudanmı  bu  üç  varlıq  arasındakı 
əlaqələr belədir? Əslində, bu, semantikanın davamıdır. 
Praqmatika  isə  soruĢur:  müstəqilliyi  kimlər  qəbul  edir,  necə, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə