Х. Д
ИЛ ИШАРЯЛЯРИНИН СЕМАНТИК САЩЯЛЯР ЦЗРЯ ТЯЩЛИЛИ
313
üçün model hazırlamaqdan uzaqdır. Ancaq güman ki, belə bir
səviyyə mövcuddur, onun necə fəaliyyətdə olmasına isə semantik
təhlil kömək edə bilər.
Biz mənaya konsept kimi yanaĢırıq. Burada gerçəklik Ģərtləri
məna üçün səmərəlidir, məna özü deyil. Yuxarıdakı cümlələrin (/Bu
gün Ģənbədir//, / Bu gün bazardır//)iki situasiya konsepti var, ona
görə onların gerçəklik Ģərtləri eynidir. Ancaq bu Ģərtlər müxtəlif sə-
bəblərə söykənir: onlar konseptlər kimi fərqləndirilir. Semantikanın
vəzifəsi ifadələrin mənasını təĢkil edən konseptlərin təsvirindən
ibarətdir. Vəzifə bu konseptləri Ģərtləndirən gerçəklik dəyərlərini
üzə çıxartmaqdan ibarətdir.
Bunu kompüter proqramı ilə müqayisə etmək olar. Daxil olan
məlumata (input) müəyyən cavab (output) tapılmalıdır. Hər bir
inputa müvafiq output olmalıdır. Elə bir semantik model olmalıdır
ki, əvvəlcədən demək olsun ki, hansı inputa hansı output çıxsın.
Proqramın iĢindən çox Ģey asılıdır. Input kimi biz söyləm konteksti
haqqında relevant əlamətləri bilməliyik. MHS deməlidir ki, hansı
gerçəklik dəyəri qarĢıya çıxacaq. Mentalist semantika deməlidir ki,
niyə bu gerçəklik dəyəri üzə çıxdı. Cümlənin gerçəklik Ģərtlərini
bilməklə biz cümlə mənası haqqında əsas Ģeyləri bilməyəcəyik.
MHS-ni, intensiya və ekstensiya anlayıĢlarını ötən əsrin 40-cı
illərində Q.Freqenin Ģagirdi, filosof R.Karnap (1891-1970) inkiĢaf
etdirmiĢdir. Formal aparatı isə riyaziyyatçı və məntiqçi R.Montagü
(1930-1971) iĢləyib hazırlamıĢdır. O ilk dəfə olaraq ingilis dilinin
fraqmentləri üçün formal kompozisional təsvir vermiĢdir. Bu
təsvirdə cümlələrin düzəlməsində sintaktik və kompozisiya
qaydaları paralel tətbiq olunmuĢdur. Formal təsvir sistemi onun adı
ilə Montagü – qrammatikası adlanır. 1970-ci ildə ―English as formal
language‖ əsərində fraqmenti R.Montagü birbaĢa intensional
modellə təhciz etmiĢdir. ―Universal Grammar‖ əsərində isə (1970)
o, formal məntiqi dilə tərcümədə ikimərhələli metodu tətbiq edir.
Onun üçüncü iĢi ―The proper treatment of quantication in ordinary
English‖ (1973) semantika üçün məhək daĢı sayılır, burada formal
semantika öz yüksək həllini tapır. Bu gün bu, aparıcı semantik
Фяхряддин Вейсялли. СЕМИОТИКА
314
istiqamətdir. Son 30 ildə Montagünün nəzəriyyəsi müxtəlif istiqa-
mətlərdə inkiĢaf edib. Ancaq situasiya semantikası və dinamika
semantikası kimi alternativ istiqamətlər də inkiĢaf etməlidir. Onların
hamısında Montagünün formal məntiqi dillərin məna reprezen-
tasiyalarının və mənaya məntiqi yanaĢmanın nəzəriyyəsini bölüĢ-
dürür. Ancaq onların heç biri mentalist deyildir.
X.8. Fəslin ədəbiyyatı və qeydlər
1
. F.Veysəlli. Struktur dilçiliyin əsasları. Studia Philologica. I, Bakı,
2005; II, Bakı, 2007; III, Bakı, 2009.
2
. Maraqlananlar oxuya bilər: S.Löbner. Semantik. Eine Einführung
(ing. variantı: Understandig Semantics. Hodder Headline Group, London,
2002), Berlin, 2003, s.136-153.
3
.
Yenə orda, s.146.
4
. S.Löbner.
Göstərilən əsər, s.159.
5.
Yenə orada.
6.
Ġ.Löbner. Göstərilən əsər, s.175.
7.
S.Löbner. Yenə orada. s.176.
8.
F.Y.Veysəlli. Struktur dilçiliyin əsasları. Studia Philologica. II,
Bakı, 2008.
9.
F.Veysəlli. Dil. Bakı, 2007.
10.
R.Jackendoff. Semantic Structures. Cambridge, Mass: MĠT Pres,
1990.
11.
F.Y.Veysəlli. Struktur dilçiliyin əsasları. Studia Philologica. I,
Bakı, 2005. Qeyd edək ki, morfologiyada paradiqm bir sözün müxtəlif
formalarının məcmusudur.
12.
N.S.Trubeskoy. Fonologiyanın əsasları. 1939-cu il nəĢrindən
tərcüməsi, ―Son söz‖ və qeydlər Prof. F.Yadigarındır (Veysəlli). Bakı,
2001.
13.
S.Löbner.
Yenə orada, s. 262.
14.
E.Sepir. Language, 1921, s.12.
15.
S.Löbner. Göstərilən əsər, s.300.
16.
S.Löbner. Göstərilən əsər, s. 353.