Фяхряддин вейсялли


Х. Д ИЛ ИШАРЯЛЯРИНИН СЕМАНТИК САЩЯЛЯР ЦЗРЯ ТЯЩЛИЛИ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə97/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   93   94   95   96   97   98   99   100   ...   106

Х. Д
ИЛ ИШАРЯЛЯРИНИН СЕМАНТИК САЩЯЛЯР ЦЗРЯ ТЯЩЛИЛИ
 
 
303 
bütün cümlələrin gerçəklik Ģərtləri üçün relevant faktlar tapır. Təbii 
dildə  bu  model  mümkün  ifadə  konteksti  deməkdir.  Nə  qədər 
referent göstəriciləri və söyləm kontekstlərində fakt Ģərtləri varsa, o 
qədər mümkün model var. Beləliklə, xüsusi adın model nəzəriyyəsi 
Ģərhi  (mənası)  onun  modellə  verilmiĢ  söyləm  kontekstindəki  re-
ferentidir, cümlənin Ģərhi isə onun gerçəklik dəyəridir. 
Əlbəttə,  cümlənin  xüsusi  kontekstdəki  gerçəklik  dəyəri  onun 
mənası  deyil.  Belə  olsaydı,  təsadüfən  modellə  birgə  gerçək  olan 
bütün  cümlələrin  eyni  mənası  olardı,  səhv  cümlələrin  də  mənası. 
Deməli, hər hansı bir söyləmin mənasını onun təsadüfi referenti ilə 
eyniləĢdirmək  olmaz.  Model  nəzəriyyyəsi  semantikasında  adlara, 
fellərə  və  sifətlərə  kimi  m-predikat  Ģərti  verilməsi  eynilə  onun  öz 
mənasından  uzaqda  olmaq  deməkdir.  Deməli,  təbii  dil  amillərinə 
verilən Ģərhlər xüsusi mənada mənalar kimi baĢa düĢülməlidir. 
Bunun üçün bütün söyləm kontekstlərində dilin söyləmlərinin 
semantik  potensialı təsvir olunmalıdır. Yalnız belədə predikatlaĢan 
ifadə və cümlələrin ümumi gerçəklik Ģərtlərini təsvir etmək olar. Bu 
geniĢlənmiĢ  təhlil  irəlidə  aparılacaq  ki,  buna  da  mümkün  hallar 
semantikası deyilir. 
Təsəvvür edək ki, biz artıq dilin az fraqmentlərini deyil, bütün 
dili əhatə etmək istəyirik. Əslində elə formal semantika da buna can 
atır. Təsəvvür edək ki,  bizim kompleks tərcümə  sistemimiz var və 
o,  dilin  bütün  cümlələrini  xüsusi  məntiqi  dilə  -L-A-ya  çevirə  bilir. 
Belədə,  L-A  dilin  hər  bir  leksemi  üçün  həqiqi  məntiqi  tipin  kons-
tantına,  xüsusilə  dilimizin  isimləri,  felləri  və  sifətləri  üçün  xəbər 
konstantlarına malikdir. Bunun üçün L-A-da necə model olmalıdır? 
Bu modellə Ģərh olunan dilin hər bir cümləsi üçün gerçəklik dəyəri 
müəyyən  edilməlidir.  Bu  model  Azərbaycan  dilinin  bütün 
cümlələrinin  tərcüməsi  formulları  olarsa,  onda  bu  modeldə  hər  bir 
Azərbaycan cümləsinin düzgün və  yalan olmasını müəyyənləĢdirən 
informasiya  olmalıdır.  Ancaq  cümlələr  istisna  olmaqla  onların 
düzgünlüyü  və  səhvliyi  söyləm  kontekstindən  asılıdır.  Məsələn, 
aĢağıdakı cümlələr müəyyən dövrdə səhv, müəyyən dövrdə isə ikisi 
də düz və ya səhvdir. 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
304 
a)
 
/Əhməd yorğundur// 
b)
 
/Əhməd yorğun idi// 
Əhməd  deyəndə  kim  baĢa  düĢülür,  sonra  o  niyə  yorğundur, 
doyunca  yatmayıbmı, ümumi səhhəti necədir? Beləliklə, referensin 
müəyyənləĢməsi  və  onun  relevant  faktları  söyləm  kontekstinin 
komponentidir. Biz bunları yuxarıda araĢdırmıĢıq: Ģəxsdir, piĢikdir, 
arıqdır, ağıllıdır, cazibədardır, kim kimə nifrət edir və s. Cümlənin 
gerçəkliyi üçün bütün mümkün məlumatlar üzdə olmalıdır. Formal 
məntiqdə bunu haqlı olaraq mümkün hallar adlandırırlar.
15 
Mümkün  hallar  ən  azı  bir  cümlənin  gerçəklik  dəyərinin  asılı 
olduğu  bütün  əlamət  və  Ģərhlərin  məcmusudur.  O,  cümlənin  aid 
olduğu vaxtı və yeri, danıĢanı və dinləyəni təyin edir (bununla Ģəxs 
əvəzliklərinin referensi iĢlənir). Onda bütün referensial ĠS və digər 
ifadələr  üçün  referentlər  dəqiq  göstərilir,  həm  də  bu  zaman  hansı 
faktların  olması  müəyyən  edilir.  Bəzi  mümkün  hallar  o  mənada 
reallığa  uyğun  gəlir  ki,  onlardakı  faktlar  reallıqla  üst-üstə  düĢür. 
BaĢqa hallarda faktlar baĢqa cür olur. Onlar reallığa alternativlərdir. 
Mümkün  hal  birdən  çoxdur,  çünki  faktları  reallığa  uyğun  gələn 
halda  alternativ  söyləm  kontekstləri  olur.  Məsələn,  Əhməd 
gerçəkdən yorğun ola bilər (d
1
), ancaq alternativ dünyada (yuxudan 
tez durğuzulduğuna görə) yorğun ola bilər: d
2

Bunu aĢağıdakı cümlə aydın göstərir: 
/Əgər  Əhməd  günorta  yuxusunu  doyunca  yatsaydı,  o  yorğun 
olmazdı// 
ġərt  budaq  cümləsi  aidiyyəti  fərqli  aləmə  çəkir,  bu,  faktiki 
olaraq xüsusi aləmdən (w
1
) felin arzu forması seçilir. Alternativ söz 
zamanı  elə  götürülür  ki,  o  verilmiĢ  situasiyadakı  Ģərtlərdən 
fərqlənsin,  o  yerə  qədər  ki,  deyilmiĢ  faktları  situasiyaya  bağlamaq 
olsun. 
Əllbəttə,  praktiki  olaraq  mümkün  aləmi  tam  Ģəkildə  vermək 
olmaz.  Formal  semantikada  MHS  (mümkün  hallar  semantikası) 
mümkün aləmi elə təsəvvür edir ki, bu fərziyyə zəminində gerçəklik 
Ģərtlərini müəyyən etmək olsun. 


Х. Д
ИЛ ИШАРЯЛЯРИНИН СЕМАНТИК САЩЯЛЯР ЦЗРЯ ТЯЩЛИЛИ
 
 
305 
Lazım gələrsə mümkün halın bütün tərkib hissələrini (danıĢıq 
vaxtını,  yerini,  danıĢanı,  dinləyəni  və  s.)  nəzərə  almalı  oluruq. 
Deməli,  bu  bütün  faktların  məcmusu  üçün  irəli  sürülən  nəzəri 
konstrukturdur  ki,  cümlənin  gerçəklik  dəyəri  ondan  asılı  olur. 
Bununla biz referensi və gerçəklik dəyərini müəyyənləĢdirə bilərik. 
O  zaman  ki,  söyləm  situasiyası  haqqında  lazımi  informasiyalar 
ixtiyarımızda olsun. 
Ġndi  biz  dil  ifadəsinin  Ģərhi  üçün  modeldən  kənara  çıxan 
məsələlərə  toxuna  bilərik.  Bu,  sadəcə  olaraq  ifadəyə  referent,  m-
predikat,  gerçəklik  dəyəri  verən  funksiyalardan  ibarət  Ģərhlərdir. 
/Əhməd yorğundur// cümləsini götürək. Bu cümlə ya düzdür, ya da 
yanlıĢ.  Bunun  üçün  Əhməd  deyilən  referent  var,  bu  artıq  presup-
pozisiyadır,  çünki  ad  burada  referensial  münasibəti  göstərir.  Dildə 
cümlələr  belə  qəbul  edilir.  Təsəvvür  edək  ki,  W  bütün  mümkün 
Ģərtlərin  cəmidir,  onda  cümlənin  gerçəklik  dəyərini  W-də  hər  bir 
mümkün Ģərait üçün müəyyən etmək olar. MHS-də (mümkün hallar 
semantikasında)  bu  funksiyanı  cüt  mötərizə  ilə  [[...]]  qeyd  edə 
bilərik.  Deməli,  biz  [[Əhməd  yorğundur]]  yazsaq,  onda  hər  bir 
mümkün  Ģəraitə  uyğun  gerçəklik  dəyəri  funksiyasını  müəyyən-
ləĢdirmiĢ oluruq. Onda yazarıq [[Əhməd yorğundur]]
w

Buradan belə tərif alınır: 
Ġstənilən  C-lər  üçün  [[C]]  elə  funksiyadır  ki,  o  istənilən  w 
Ģəraitində  W-də  bu  aləmdə  C-in  gerçəklik  dəyərini  verir,  yəni 
[[C]]
w
. [[C]]-in funksiyası MGS-də cümlənin mənası kimi götürülür 
və ona görə də propozisiya adlanır. Qeyd etməliyik ki, propozisiya 
formal semantikada  göstərilən mənada  çox az propozisiyadır, necə 
ki  m-propozisiya  və  k-propozisiyadan  danıĢa  bilərik.  K-propo-
zisiyalar  konseptlərdir  (yəni  potensial  referensiya  situasiyalarının 
mental  təsviridir),  m-propozisiyalar  isə  çoxluq  bildirən  nəzəri 
konstrukturlar,  yəni  mümkün  hallara  aid  olan  gerçəklik  dəyərlərini 
ehtiva edir, çünki bu konseptlər hər mümkün hal üçün bu dünyada 
konseptin  uyğun  gəldiyi  situasiyadan  asılı  olaraq  gerçəklik  dəyəri 
verir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə