Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   2   3   4   5   6   7   8   9   10   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
22 
münasibətini  Q.Frege  onun  mənası  üzərinə  keçirir.  Bu  zaman  o, 
sözün  mənasını  cümlənin  mənasının  hissəsi  adlandırır,  əgər  sözün 
özü cümlənin bir hissəsidirsə. 
Cümlədə gerçəklik dəyəri bir ifadənin eyni mənalı baĢqası ilə 
əvəzləyəndə  toxunulmaz  qalır.  Ancaq  o  ifadə  özü  cümlədirmi? 
Cümlə vasitəli nitqdə cümlə, vasitəsizdə isə fikir deməkdir. 
Budaq  cümlələr  tabeli  mürəkkəb  cümlənin  bir  hissəsi  kimi 
çıxıĢ  edir,  məntiqi  baxımdan  eynilə  cümlə  özü  də  baĢ  cümlə  olur. 
Ancaq  budaq  cümlələrin  mənası  həqiqət  dəyəridirmi?  Bu 
mübahisəlidir.  Vasitəsiz  nitqdə  biz  bunun  əksini  ğörürük. 
Qrammatiklər  budaq  cümlələri  cümlə  hissələri  kimi  götürürlər  və 
onları mübtəda, xəbər, zərf cümlələri kimi təsnif edirlər. 
Buradan  belə  nəticə  çıxa  bilər  ki,  budaq  cümlənin  mənası 
gerçəklik  dəyəri  olmayıb,  eynilə  korrelyatın  və  ya  zəif  sözün 
mənasıdır,  yəni  cümlənin  bir  hissəsinin  mənasıdir,  o  hissənin  ki, 
anlam  kimi  heç  bir  fikir  deyil,  yalnız  onun  bir  hissəsidir.  Əlbəttə, 
bunu qramatiklərin öhdəsinə buraxan Q.Frege elə halları öyrənir ki, 
budaq  cümlənin  anlamı,  yuxarıda  deyildiyi  kimi,  müstəqil  fikir 
deyil. 
―Ki‖  bağlayıcısı  ilə  qoĢulan  cümlələrə  vasitəsiz  nitq  aiddir, 
onlarda sözlər vasitəsiz mənaya malikdir, yəni öz anlamları ilə üst-
üstə  düĢür.  Bu  halda  budaq  cümlə  məna  kimi  fikirdir,  gerçəklik 
dəyəri deyildir. 
Anlam  özü  fikir  deyildir,  ancaq  sözlərin  anlamı  fikirdir  ki, 
bütöv tabeli cümlə ifadə olunan fikrin bir qismidir, parçasıdır. 
Budaq cümlənin mənasının əslən fikir olması hallarını ondan 
görmək  olar  ki,  bütövün  gerçəkliyi  baxımından onda  fikrin  gerçək 
və ya səhv olmasının fərqi yoxdur. 
Fikrini  sübut  etmək  üçün  o  belə  misallar  gətirir:  /Kopernik 
inanırdı  ki,  planetlər  çevrəvari  hərəkət  edirlər//  və  /Kopernik  ina-
nırdı  ki,  günəĢin  iĢıq  saçması  yerin  hərəkətilə  baĢ  tutur// 
cümlələrinin  gerçəklik  dəyəri  var.  Mənaya  xələl  gətirmədən  bir 
budaq cümləni o biri ilə əvəz etmək olar. 


Ы. Ц
НСИЙЙЯТИН МОДЕЛИ
 
 
23 
BaĢ cümlə budaq cümlə ilə birgə anlam kimi  yalnız bir fikrə 
malikdir və bütövün gerçəkliyi budaq cümlənin nə həqiqətini, nə də 
yalanını  ehtiva  edir.  Belə  hallarda  budaq  cümlədə  ifadəni  adətən 
eyni  mənası  olan  ifadə  ilə  əvəz  etmək  olmaz,  yalnız  onunla  əvəz 
etmək  olar  ki,  o,  vasitəsiz  mənaya,  yəni  həmin  adi  anlama  malik 
olsun. 
Əgər  kimsə  nəticə  çıxartmaq  istəsə,  cümlənin  mənası  onun 
gerçəklik  dəyəri  deyildir,  çünki  onu  eyni  gerçəklik  dəyəri  olan 
baĢqası  ilə  hər  yerdə  əvəz  etmək  mümkündür,  o  çox  Ģeyi  sübut 
etmiĢ olardı. 
Eynilə  təsdiq  etmək  olar  ki,  ―səhər  ulduzu‖  sözünün  mənası 
Venera  deyil;  çünki  hər  yerdə  Venera  əvəzinə  ―səhər  ulduzu‖ 
demək  olmaz.  Əgər  bu  sözün  vasitəsiz  mənası  varsa,  onda  tam 
haqla  demək  olar  ki,  cümlənin  mənası  heç  də  həmiĢə  gerçəklik 
dəyəri bildirmir, ―Səhər ulduzu‖ həmiĢə Venera demək deyil. 
/Kolumb  yerin dairəvi  olmasından nəticə çıxardı ki,  o, qərbə 
gedəndə Hidistana çata bilər// cümləsinin hissələri iki fikir bildirir: 
/yer  dairəvidir/  və  /Kolumb  qərbə  gedəndə  Hindistana  çata  bilər/. 
Burada  birinci  ikinci  üçün  əsas  verən  inamdır.  Yerin  dairəvi  olub-
olmaması  və  Kolumbun  Qərbə  gedərkən  həqiqətən  Hindistana 
çatıb-çatmaması  bizim  cümlənin  gerçəkliyi  üçün  əhəmiyyətsizdir. 
Ancaq  bizim  yeri  ―ay  tərəfindən  iĢıqlanan,  əhatə  oxunun  4 
hissəsindən böyük olan planet‖-lə əvəz edə bilərik. Burada da sözün 
vasitəsiz mənası ortaya çıxır. 
Zərflik budaq  cümlələri  də bu cürdür, çünki  məqsəd fikirdir, 
ona  görə  də  ―əmr  etmək‖,  ―xahiĢ  etmək‖,  ―qadağan  etmək‖  və  s. 
kimi  fellər  olan  cümlələrin  mənası  yoxdur,  anlamı  var.  Onlarda 
sözlər  vasitəsiz  mənaya  malik  olur.  Belə  bir  cümlənin  mənası 
gerçəklik  dəyəri  deyil,  əmrdir,  xahiĢdir.  Arzu  forması  ilə  iĢlənən 
bütün cümlələr belədir. /Adam ki, planetlərin hərəkətlərinin elliptik 
formasını etmiĢdi, yoxsulluq içində öldü// cümləsində budaq cümlə 
anlam  kimi  fikir  bildirsəydi,  onu  baĢ  cümlə  ilə  də  ifadə  etmək 
olardı. 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
24 
Amma bu mümkün deyil, çünki qrammatik mübtəda /o adam 
ki,/-nin  müstəqil anlamı  yoxdur, o ancaq /yoxsulluq içində öldüyə/ 
münasibətdə  üzə  çıxır.  Buradan  da  budaq  cümlənin  anlamının 
müstəqil  fikir  bildirməməsi  hasil  olur,  onun  gerçəklik  dəyəri 
yoxdur. 
―Xalqın iradəsi‖ kimi demaqogiyanın heç bir mənası yoxdur. 
Bunu  hər  kəs  bir  cür  yoza  bilər.  Bu  ifadədə  fikrin  gerçəkliyi  çox 
nisbidir.  Biri  seçkini  saxtalaĢdırır  və  çıxıb  deyir  ki,  xalqın  iradəsi 
qalib gəldi. Digəri həmin Ģeyi özü haqqında söyləyir. 
Bu xüsusi ad (Eigenname) fikrin bir hissəsi olmaqla gerçəklik 
dəyərində  məna  kimi  götürülə  bilməz,  anlam  kimi  o,  fikrin  bir 
hissəsi  olar.  Burada  müstəqil  subyekt  yoxdur  və  elə  buna  görə  də 
budaq  cümlənin  anlamını  müstəqil  baĢ  cümlədə  vermək  imkanı 
olmur. 
Yer,  zaman  və  məkan  anlayıĢları  məntiqi  baxımdan 
predmetlərdir, onların köməyilə konkret yer, zaman və məkan ifadə 
etmək olur. Budaq cümləniin anlamını baĢ cümlədə vermək olmur, 
çünki  yer və  ya məkan  müəyyən deyil, onlar nisbi əvəzliklə və  ya 
korrelyatla ifadə olunur. 
/Nizami  ehtiyacdan  öldü//  cümləsində  ad  nəsə  bildirir,  bu  o 
deməkdir ki, yəni Nizami adı nəyisə bildirir. /Nizami ehtiyac içində 
öldü//-nün  anlamında  Nizami  adı  nəsə  bildirir,  ancaq  onda  ehtiva 
olunmur. Belə olmasaydı onun inkiĢaf forması mümkün olmazdı: /, 
/Nizami ehtiyac içində ölmədi//. 
ġərt  budaq  cümləsi  də  ayrılıqda  anlam  kimi  tam  fikir 
bildirmir, ancaq baĢ  cümlə ilə birlikdə fikir ifadə edir, özü də tam 
fikir. Onun hissələri isə artıq fikir ifadə etmir. 
/Napoleon  sağ  cinahdan  təhlükəni  hiss  edib,  dəstəsini 
düĢmənin üstünə özü yönəltdi//. Burada iki fikir var: 
1)
 
/Napoleon sağ cinahdan təhlükəni hiss etdi/ 
2)
 
/Napoleon dəstəsini düĢmənin üstünə özü apardı// 
Alman  dilində  bu,  tabeli  cümlə  kimi  iĢlənir:  /Napoleon,  der 
die  Gefahr  für  seine  rechte  Flanke  erkannte,  führte  selbst  seine 
Garden gegen die feindliche Stellung//. Çünki hər ikisində mübtəda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə