G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə25/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   62

 
 
82 
 
Cenevrə  (Fransa  və  İsveçrənin  sərhədində),  Bodeni  (Almaniya)  misal  göstərmək 
olar. Göllərin əksəriyyəti axarlı və şirinsuludur. Onlar çayların rejiminin tənzimlən-
məsində böyük rol oynayır. 
Skandinaviya  yarımadasında  və  düzənliklərində  yerləşən  göl  çökəkliklərinin 
əksəriyyəti tektonik və buzlaq mənşəlidir.  
 
 
Avropanın cənubuna doğru göllərin sayı azalır. Çayların məcralarında axmazlar,  
dəniz sahilində laqunlar, Pireney, Apennin və Balkan yarımadalarında karst gölləri 
mövcuddur. Avropada regionlar üzrə su təhcizatının müxtəlifliyi ölkələrin əksəriy-
yətinin iqtisadiyyatına öz təsirini göstərir.  
 
 
 
2. Xəritə-sxem və cədvəldən alınan məlumatları mətn formasında təqdim edin. 
 
• Qarda – İtaliyanın ən böyük gölü olub Alp dağlarının 
cənubunda yerləşir. Mənşəyinə görə buzlaq-tektonik 
çökəkliyindədir. Qardanın məşhur  Milan və Venesiya 
turizm bazaları arasında yerləşməsi isə gölün 
sahillərində  əyləncə, şou, məşhur moda nümayişlərinin 
keçirilməsinə imkan verir. 
Müzakirә edin:  
– Avropanın iqtisadiyyatında iri göllərin hansı əhəmiyyəti 
vardır? 
  
Mәtn üzrә iş
Qarda gölü. 
İtaliya  
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
1. Cədvəli tamamlayın.
Su təchizatı  (hər nəfərə 
görə min m
3
/il) 
Ölkələr 
100-dən çox 
 
50–100 
 
25–50 
 
10–25 
 
2,5–5 
 
0,5–2,5 
 
 • 
Su anbarları 
  
Xәritә-sxem üzrә iş
Mətndə  rast gəldiyiniz çay adlarını cədvələ yazın. Avropanın fiziki və siyası xəritəsindən, 
coğrafi lüğət və ensklopediyalardan, internet məlumatlarından istifadə edərək onu tamam-
layın

Avropanın çaylarını kontur xəritədə qeyd edin.
 
Adı 
Çayın 
uzunluğu 
(km-lə) 
Çayın yerləşdiyi region 
Çayın tökül-
düyü okean 
(dəniz) 
Çayın axdığı 
ölkə (ölkələr) 
Şimali 
Avropa 
Orta 
Avropa 
Şərqi Avropa  Cənubi Avropa 
 
Volqa 
3530 
 
 

 
Xəzər dənizi 
Rusiya 
 
 
 
 
 
 
 
 
 
 
Dәrsdәn sonra
 
LAYİHƏ


 
 
 
83 
 
•   III  fəsil  •  
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti  


 
 A
SİYANIN DAXİLİ SULARI   
 
 
Cədvəli dəftərinizə cəkib xəritə- sxem və siyasi xəritədən 
istifadə etməklə cədvəli tamamlayın: 
Su təchizatı (hər nəfərə görə min m
3
/il) 
Ölkələr 
100-dən çox 
 
50–100 
 
25–50 
 
10–25 
 
2,5–5 
 
0,5–2,5 
 
 
 
 
 
Asiyanın bütün iqlim qurşaqlarında yerləşməsi, hündür dağ və geniş düzənliklərə 
malik olması daxili sulara  təsir edir. Şimali Asiyada Sibir çaylarının (Yana, İndi-
qirka, Kolıma və s.) əksəriyyəti Şimal Buzlu okeanına tökülür. Onlardan ən uzunu 
Lenadır
 (4400 km). Sutoplayıcı sahənin böyüklüyünə görə Ob (təxminən 3 mln. km
2
), 
bol  sululuğuna görə  isə  Yenisey çayı (630 min  m
3
/san)  fərqlənir. Sibir  çaylarının 
qidalanmasında qar və yağış suları üstünlük təşkil edir. Yazda çaylar daşır, suyun 
səviyyəsi 7–18 m qalxaraq ətraf sahələri  basır.
 
  
Sibirin çayları üzərində nəhəng SES-lər tikilir. Çayda suyun təzyiqini artırmaq 
üçün çay dərəsində bәnd tikilir. Bənddən yuxarıda – dərənin daha enli hissəsində 
yaradılan “anbarda” su toplanır. Su anbarında toplanan suyun təzyiqi artır və SES-
in gücünün artmasına imkan verir. Su anbarları balıqçılıq, turizm, içməli su, suvarma 
məqsədləri üçün də istifadə edilir.  
 
 
 
SES-lər nəhəng sənaye komplekslərinin formalaşmasına təsir edir. Onların ya-
xınlığında  enerji tələb edən sənaye sahələri yaradılır. Məsələn, Yenisey  çayı üzə-
rində tikilmiş Sayan-Şuşenski SES-in yaxınlığında onun enerjisindən istifadə edən 
alüminium zavodları və molibden kombinatı fəaliyyət göstərir.    
22 
  
Şәkil üzrә iş
Su anbarı
Bənd
Müzakirә edin:   
1. Çay hansı istiqamətə axır? 
2. Nə üçün SES-lər su anbarının 
aşağı hissəsində tikilir?  
Asiyanın su təchizatı ilə Avropanın su təchizatını müqayisə edin və fikirlərinizi əsaslandırın.  
Müzakirә edin:   
–  Asiyanın hansı regionları və ölkələri  ən az və ən çox su ilə təchiz olunmuşdur? 
 
Xәritә-sxem üzrә iş
 

 
Su anbarları 
LAYİHƏ


 
 
84 
 
Şərqi,  Cənub-Şərqi  və  Cənubi  Asiyanın  iri  çayları  –  Amur,  Xuanxe,  Yantsızı, 
Mekonq, Hind, Qanq və s. yay aylarında daşır. Bu, musson yağışları ilə əlaqədardır. 
Daşqınlar zamanı çaylar ətrafda fәlakәtli tәbiәt hadisәsi yaradır,  milyonlarla hektar 
əkin sahələri məhv olur. Bu çaylardan qış aylarında suvarmada istifadə olunur. Bu 
ərazilər əhalinin tarixən sıx məskunlaşdığı və dünyadakı ən mühüm əkinçilik rayon-
larından biridir. 
 
 
 
 
 
• 1992-ci ildə Çində Yantsızı çayı üzərində nəhəng “Üç 
dərə”  su-elektrik stansiyasının tikintisinə başlanıldı. 
Çayın üzərindəki bənd 185 m hündürlüyə və 2 km-dən 
artıq uzunluğa malikdir. Bəndin tikintisinin çoxsaylı 
tərəfdarları ilə yanaşı, əleyhdarları da var idi. 
 
Mәtn üzrә iş
Tapşırıq (debat). Bəndin tikintisinin lehinə və əleyhinə olanların dəlillərini təhlil edin və öz 
fərziyyənizi irəli sürün. 
“Lehinә olanlar”
“Әleyhinә olanlar” 
 Son minillikdə Yansızı çayında 215 dəfə daşqın baş 
vermişdir. 
 1998-ci ildə daşqınlar nəticəsində 4000 insan həyatını 
itirmiş, 14 milyon sakin öz evlərindən məhrum olmuş, 
iqtisadiyyata  24 milyon ABŞ dollar məbləğində zərər 
dəymişdir.  Bənd tikildikdən sonra daşqınların 
başvermə ehtimalı sıfıra bərabərdir. 
 “Üç dərə” SES-də 15 AES-in istehsal etdiyi miqdarda 
enerji istehsal olunacaqdır. 
 Su anbarı suvarılan əkin sahələrinin çoxalmasına səbəb 
olacaqdır. 
 Hər il minlərlə litr tullantı və çirkli  sular Yantsızı 
çayına axıdılır. “Üç dərə” layihəsinə əsasən isə bu 
tullantılar təmizləndikdən sonra çaya axıdılacaqdır.   
 Yeni SES bu ərazidə yeni müəssisələrin yaranmasına 
şərait yaradacaqdır.   
 “Üç dərə” SES-i  hər il 40 mln. ton kömürə qənaət 
edilməsinə imkan verəcəkdir, bu isə milyonlarla ton 
karbon  qazının, tozun, kükürd 2-oksidin atmosferə 
atılmasının qarşısını alacaqdır. 
“Üç dərə” ərazisi çoxsaylı turist axınını cəlb edəcəkdir. 
 Üç dərə” tikintisi zamanı 13 şəhər, 140 
qəsəbə və 1300 kənd su altında qalmış, 
1,3 milyon insan öz yaşayış yerlərini 
tərk etməyə məcbur olmuşdur. 
 Çinin 1300 arxeoloji abidəsi məhv 
edilmiş və həmişəlik su altında 
qalmışdır. 
 Ekoloji dəyişikliklər baş vermiş, əsasən 
də, bir çox balıq növləri yox olmuşdur. 
 Minlərlə  zavod və  mədən  su altında 
qalmışdır. Bu isə  suya zəhərli maddə-
lərin daxil olmasına şərait yaratmışdır. 
 Su bəndindən aşağıda yaşayan 360 
milyon nəfərdən artıq  insan daim 
ciddi təhlükə altındadır. 
Yeni sənaye müəssisələrinin yaradılması 
ətraf aləmin çirklənməsi, həmçinin 
zəhərli qazların havaya atılması ilə 
nəticələnəcəkdir. 
• İndoneziyanın Yava adasında Sita-
rium çayı Yer kürəsinin ən çirkli ça-
yıdır. Digər su mənbələri olmadığına 
görə yerli əhali çirkabla dolu olan bu 
çaydan istifadə etmək məcburiyyətin-
dədir.  
Sitarium çayı. İndoneziya
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə