196
A
ZƏRBAYCANIN İQTİSADİ İNKİŞAFI
Müzakirә edin:
1. 2000–2010-cu illər ərzində istehsal olunan məhsul və göstərilən xidmətlərin dəyəri nə qədər
artmışdır?
2. İstehsal olunan məhsul, göstərilən xidmətlərin dəyəri və yoxsulluq səviyyəsini əks etdirən
qrafiklərin arasında hansı əlaqə olduğuna aid fikirlərinizi yazın.
İqtisadi, demoqrafik, sosial və ekoloji sahələrdə qazanılan nailiyyətlər Azərbay-
canın dünyada “yuxarı orta gəlirli” və “insan inkişafı indeksinin yüksək olduğu”
ölkələr qrupuna aid olduğunu göstərir.
Əhalinin hər nəfərinə düşən illik gəlirləri (manatla) – (www.az.stat.org. saytına əsasən)
İllәr
2000
2002
2004
2006
2008
2010
2012
2014
Manat
508,9
618,8
796,7
1201,3
2378,3
2866,1
3789,3
4180,6
1. Cədvəldəki rəqəm göstəriciləri əsasında diaqram qurun.
2. Gəlirlərin daha sürətli artım dövrü hansı illəri əhatə edir?
3. Sizcə, gəlirlərin kəskin artımına hansı amillər təsir edə bilər?
Sxem üzrә iş
Cәdvәl üzrә iş
55
Azәrbaycan Dövlәt Statistika Komitәsinin mә-
lumatlarına görә, istehsal olunan mәhsul, gös-
tәrilәn xidmәtlәrin dәyәri vә Azәrbaycan Res-
publikasında әhalinin yoxsulluq sәviyyәsinin
dәyişmәsi
Azәrbaycanda istehsal olunan mәhsul vә
göstәrilәn xidmәtlәrin dәyәrinin 1990–
2010-cu illәr üzrә dinamikası
LAYİHƏ
7
197
• VII fəsil •
İqtisadiyyat və onun inkişaf yolları
•
Azərbaycanın hazırkı iqtisadi inkişafı müəyyən mərhələlərdən keçmişdir. Hər
mərhələdə təsərrüfat sahələrinin quruluşu bir-birindən fərqli olmuşdur.
1900-cü ilə qədərki dövrü əhatə edən I mәrhәlәdә Azərbaycan aqrar öl-
kəsi idi. Kənd təsərrüfatı şəxsi təsərrüfatlarda cəmləşmişdi. Yüngül və
yeyinti sənayesi qismən inkişaf etmişdi. Həmin dövrdə Azərbaycandan
xarici ölkələrə yun, ipək parça, xalça, kürü ixrac edilirdi.
II mәrhәlә 1900–1940-cı illəri əhatə edir. Ölkə neft hasilatına görə dün-
yanın ən qabaqcıl dövlətlərindən birinə çevrilmişdi. Xüsusilə 1920-ci
illərdə Azərbaycan nefti ölkəyə xeyli miqdarda gəlir gətirirdi. Neft hasi-
latının artması neft-mədən avadanlığının istehsalına olan tələbatın artma-
sına səbəb oldu. Azərbaycan aqrar ölkədən aqrar-sәnaye ölkәsinә
çevrildi. Ölkədə istehsal edilən neft maşınqayırması məhsulları daxili
bazarı təmin etməklə yanaşı, həm də xarici ölkələrə satılmağa başladı.
1940–1990-cı illəri əhatə edən III mәrhәlә Azərbaycanda sənayenin
digər sahələrinin inkişafı ilə fərqlənir. Bu dövr ərzində ölkənin təsərrüfat
strukturunda mühüm dəyişikliklər baş verdi. Bununla yanaşı, neft maşın-
qayırması ölkənin ixtisaslaşmış sahəsinə çevrildi. Bu mərhələdə qeyri-
neft sektorunun inkişafına da diqqət artırıldı. Gəncə alüminium, Daş-
kəsən filizsaflaşdırma, Sumqayıt boru-prokat və sintetik kauçuk zavodu,
Mingəçevir SES-i, Bakı məişət kondisionerləri və digər iri müəssisələr
fəaliyyətə başladı. Bu müəssisələri ixtisaslı kadrlarla təmin etmək üçün
mütəxəssis hazırlığına diqqət artırıldı.
Hazırda Azərbaycan iqtisadi inkişafının IV mәrhәlәsindәdir. Bu mər-
hələ ölkə iqtisadiyyatının dünyaya inteqrasiyası kimi səciyyələnir. Azər-
baycanın zəngin təbii sərvətləri, aqroiqlim, rekreasiya ehtiyatları və əl-
verişli iqtisadı mövqeyi xarici kapital axınını ölkəyə cəlb edir. 1994-cü
ilin 20 sentyabrında Azərbaycan Respublikası ilə dünyanın 20-dək ölkə-
sinin neft şirkətləri arasında bağlanan “Əsrin müqaviləsi” iqtisadiyyatda
dönüş yaratdı. Müqaviləyə əsasən, yeni neft yataqlarının (“Azəri”, “Gü-
nəşli”, “Çıraq”) istismarı üçün investisiyalar qoyuldu. Müstəqillik illə-
rində ölkə iqtisadiyyatına 120 milyarda qədər ABŞ dolları həcmində sər-
mayə qoyulmuşdur. Müasir dövrdə ölkədə nəhəng beynəlxalq nəqliyyat
layihələri həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Ərzu-
rum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryol xətti, TANAP və s.
Bu isə qeyri-neft sektorunu (nəqliyyat, aqrar, turizm, ticarət və s.) inkişaf etdir-
mək üçün iqtisadi islahatlar həyata keçirməyə imkan yaratdı. Sosial problemlərin
Müzakirә edin:
1. Diaqrama əsasən maddi və qeyri-maddı təsər-
rüfat sahələrindən alınan gəlirlərin cəmini he-
sablayın.
2. Sənayenin payının yüksək olması hansı amil-
lərlə əlaqədardır?
Azәrbaycan Respublikasının istehsal
olunan mәhsul vә göstәrilәn xidmәtlәrin
dәyәrindә tәsәrrüfat sahәlәrinin payı
Diaqram üzrә iş
LAYİHƏ
198
həllində böyük nailiyyətlər əldə edildi. Yeni mülkiyyət formalarının inkişafına diq-
qətin artırılması da əhalinin gəlirlərinin artmasına səbəb olmuşdur.
Çoxsahəli təsərrüfat ölkədə iqtisadiyyatın inkişafına, əmək haqlarının artmasına,
xidmət sahələrinin genişlənməsinə və s.-yə səbəb olur. Əhalinin mülkiyyət növləri
üzrə iş yerlərində də mühüm dəyişikliklər baş vermişdir. İqtisadi islahatların həyata
keçirilməsi üçün müxtəlif illəri əhatə edən dövlət proqramları qəbul olunur. Dövlət
proqramları tərtib edilərkən müxtəlif regionların potensialı, problemləri nəzərə alı-
nır, görüləcək işlərin siyahisi tərtib edilərək vəsait ayrılır. Hazırda “Azərbaycan Res-
publikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”
tətbiq edilir ki, bu da regionlarda müxtəlif sahələrin inkişafına səbəb olur.
1. Mətndən istifadə edərək Azərbaycanda iqtisadi inkişafın mərhələlərinin səciyyəsini müəyyən
edin və cədvəli dəftərinizdə tamamlayın:
Mərhələlər
İllər
Səciyyəvi əlamətlər
1
...
2. Diaqrama əsasən Azərbaycanın müxtəlif rayonlarına qoyulan sərmayənin miqdarını müqayisə
edin və səbəblərinə dair fərziyyələrinizi şərh edin.
Biliklərin tətbiq edilməsi və yoxlanılması
1. “Azərbaycanda əhalinin iş yerləri” mövzusunda sorğu aparın. Ətrafınızda olan insan-
ların təsərrüfatın hansı sahəsində çalışdığına və onların yaşayış səviyyəsinə aid
(əməkhaqqı, məzuniyyət vaxtını harada keçirməsi və s.) aid məlumat toplayın. Apar-
dığınız sorğunun nəticələrini təhlil edin və cədvəl formasında hesabat hazırlayın.
2. İnternet axtarış sistemlərindən istifadə edərək, işçi axtaran saytlarda hansı ixtisas-
çıların daha çox tələb olunduğunu müəyyənləşdirib dəftərinizə yazın.
Dәrsdәn sonra
LAYİHƏ
7
199
• VII fəsil •
İqtisadiyyat və onun inkişaf yolları
•
“
T
ÜSTÜSÜZ SƏNAYE” – TURİZM
Turizm üçün ərazilərin cəlbedicilik səviyyəsi dünya iqtisadi forumlarında qəbul
edilmiş göstəricilər əsasında müəyyən olunmuşdur.
Göstəricilərə görə:
– siyasi cəhətdən sabitlik;
– güclü iqtisadiyyat;
– yüksək xidmət səviyyəsi;
– əhalinin milli-mənəvi adət-ənənələri;
– zəngin təbii şərait hər hansı ölkəni turizm və səyahətçilər üçün cəlbedici edə
bilər.
Turizm ən inkişafda olan təsərrüfat sahələrindən biridir. O, əhalinin həyat səviy-
yəsini əks etdirir. Turizm baxımından ölkələr iki qrupa ayrılır: ABŞ, Norveç, Böyük
Britaniya, Almaniya və s. ölkələrdən digər ölkələrə turist axını yüksəkdir. Türkiyə,
İspaniya, Yunanıstan, İtaliya və bu kimi ölkələr isə daha çox turist qəbul edir.
İnkişaf sürətinə və qazanılan gəlirlərə görə turizm yalnız neft və neft məhsulları
ticarəti və avtomobil satışından sonra üçüncü yeri tutur.
Turizmin inkişafı müxtəlif amillərdən asılı olduğu kimi, özü də iqtisadiyyatın
müxtəlif
sahələrinə təsir edir. İlk növbədə, turizm xeyli sayda iş yeri deməkdir.
56
Dünyanın siyası xəritəsindən istifadə
edərək turizm və səyahət üçün
cəlbediciliyə görə ölkələri qruplaş-
dırın və cədvəli tamamlayın.
Xәritә-sxem üzrә iş
Çox
yüksək
Yüksək
Orta
Aşağı
Çox
aşağı
Müzakirә edin:
– Sizcə, ölkələrin cəlbedici olması
hansı meyarlara əsaslanmışdır?
Turizm vә sәyahәt baxımından ölkәlәrin cәlbedicilik
sәviyyәsi
Dünyada turizmdən əldə olunan gəlirlərin artım dinamikasının qrafikini
qurun.
İllər
2000
2004
2009
2013
Gəlirlər (ABŞ dolları ilə)
500 mlrd.
600 mlrd.
850 mlrd.
1 trln.
Gəlir
($)
İllər
Cәdvәl üzrә iş
LAYİHƏ
200
Hazırda dünyada bu sahədə çalışanların sayı 300 milyon nəfərdən çoxdur. Bu isə
dünyanın iqtisadi cəhətdən fəal əhalisinin hər 16 nəfərindən biri deməkdir.
Xidmət sahələrinin bəzi sahələri turizmlə birbaşa əlaqədardır: istirahət edənlərin
daşınması, yerləşdirilməsi, qidalanması, onlar üçün əyləncələrin təşkili, ekskursiya
turları, mehmanxanalar (hotel, motel, kempinq, resort), hədiyyə istehsalı və s. sa-
hələr də bilavasitə turizmə xidmət edir.
Turizm və səyahətlər, əsasən, turizm şirkətləri
tərəfindən
təşkil olunur. Müəssi-
sələr öz xidmətlərini turizm şirkətlərinə reklam etməklə yeni
müştəri
axını qazanırlar.
Bu proses, müxtəlif reklam və sәrgilәr vasitəsilə həyata keçirilir.
Elektron vasitələr – televiziya kanalları və internet vasitəsilə turizmin təbliği ge-
nişlənmişdir. Xüsusilə inkişaf etmiş Avropa, Asiya və Amerika ölkələrində elektron
marketinq üsullarından daha geniş istifadə olunur ki, bu da daha böyük potensiala
malikdir.
Turizmin növləri çoxdur: tәbii turizm, dini turizm, tarixi turizm, ticarәt turizmi vә s.
Buna baxmayaraq turizm şirkətləri ildən-ilə bu sahələrə daha yenilərini əlavə edirlər.
Turizm sənayesindəki yeni istiqamət yerli ənənələrinə sadiq qalmış regionlar
üçün səciyyəvidir. Yüksək göstəricilərə malik olan ölkələrlə yanaşı, nisbətən inki-
şafdan geri qalmış, xidmət şəraiti zəif olan regionlara da maraq artmışdır. Nepal,
Qırğızıstan, Peru, Meksika və digər ölkələr buna misal ola bilər. Efiopiya, Somali,
Nigeriya, Əfqanıstan, CAR, Misir və bu kimi ölkələrdə turizm imkanları böyük olsa
da, siyasi sabitliyin olmaması bu sahənin inkişafına mane olur.
Turizm Azərbaycan iqtisadiyyatı üçün önəmlidir. Azərbaycan dövlətinin turizm
sahəsini iqtisadiyyatın qeyri-neft sektoru üzrə mühüm sahə elan etmişdir. Turizmin
inkişafı üçün ölkə zəngin təbii sərvətlərə, cəlbedici turizm landşaftına, rəngarəng iq-
• Xidmət sahələrinin əksəriyyəti kimi turizm də Avropa ölkələrində təşəkkül
tapmışdır. 1985-ci ildə Lüksemburqun Şengen şəhərində Avropa ölkələri
arasında gömrük-sərhəd nəzarətinin ləğv olunmasna dair razılaşma
(hazırda Şengen vizasına 26 Avropa ölkəsi daxildir) əldə edilmişdir. Şen-
gen vizası almış turistlərin həmin zona daxilində sərbəst hərəkəti bu
regiona xeyli gəlir gətirir.
EKSPO mәrkәzi, turizm sәrgisi. Bakı, 2015.
Şahdağ Qış-Yay Turizm Kompleksi. Qusar rayonu.
LAYİHƏ
7
201
• VII fəsil •
İqtisadiyyat və onun inkişaf yolları
•
limə, qədim tarixi-mədəni irsə, adət-ənənəyə, milli mətbəxə, milli musiqiyə malik-
dir. Hazırda Azərbaycanda 300-ə qədər turizm şirkəti vardır. Şirkətlərdən 35%-i gəl-
mə və daxili, 65%-i isə getmə turizmi ilə məşğul olur.
1. Cədvəldə verilən məlumatları təhlil edin, ayrı-ayrı illər üçün ölkəyə gələn və ölkədən gedən
turistlərin sayı arasında fərqi əks etdirən diaqram tərtib edin.
2010
2011
2012
2013
2014
Azərbaycana gələn xarici ölkə
vətəndaşlarının sayı (min nəfər)
1962,9
2239,2
2484,1
2508,9
2297,8
Xarici ölkələrə gedən Azərbaycan
vətəndaşlarının sayı (min nəfər)
3175,6
3550,2
3874,4
4284,7
4244,3
2. Ölkəyə gələn turistlərin sayını artırmaq üçün təkliflər yazın.
• Uzun illər turizmin əsas etalonu – dәniz-
günәş–qumu əks etdirən “ SSS” (“Sea-
Sun-Sand”) olmuşdur.
• Hazırda turizmin inkişaf istiqaməti milli
adәtlәr–peyzaj–asudә vaxtı əks etdirən LLL
(“Lore-Landscare-Leisure”).
Müzakirә edin:
1. Dünyanın hansı ölkələrində “SSS” istiqamətli turizm mərkəzləri mövcuddur?
2. Azərbaycanın hansı rayonlarında “SSS” və “LLL” istiqamətli turizmin inkişafına imkan var-
dır?
3. Sizi turizmin hansı istiqaməti daha çox cəlb edir? Səbəbi izah edin.
Mәtn vә şәkil üzrә iş
Biliklərin tətbiq edilməsi və yoxlanılması
1. İnternet axtarış sistemindən hər
hansı ölkənin və ya Azərbaycanın
ən məşhur turizm zonalarının si-
yahısını əldə edin. Turizm zonala-
rından biri haqqında plan üzrə mə-
lumat toplayaraq onu təqdim edin.
2. Gələcəkdə şəxsi turzim şirkəti yaratsanız və ya orada işləsəniz, şirkətin gəlirlərini
artırmaq üçün hansı təklifləri verərdiniz? Fikirlərinizi layihə formasında yazın.
Dәrsdәn sonra
Plan
1.Ölkə
2. Turizm zonasının adı
3.İldə neçə nəfər turist qəbul etmək imkanı vardır
4. Turizmin hansı növü inkişaf etmişdir
5. İldə neçə nəfər turist qəbul edir
6. Birgünlük istirahətin qiyməti nə qədərdir
7. İstirahət üçün hansı xidmətlər göstərilir
LAYİHƏ
202
1. ABŞ-da alüminium sәnayesi, әsasәn, Kolumbiya vә Kolorado çayları әtrafında cәmlәnmişdir.
Buna sәbәb...
a) ərazidə ağır maşınqayırmanın inkişafı
b) burada ucuz elektrik enerjisinin istehsalıdır.
c) Ixtisaslı kadrların mövcudluğu.
d) Sakit okeana çıxışın olmasıdır.
2. Diaqrama әsasәn doğru ifadәlәri müәyyәn edin.
a) inkişaf etmiş ölkədir.
b) əhalinin əksəriyyəti maddi istehsal sahələrində çalışır.
c) aqrar ölkədir.
d) iqtisadi cəhətdən geri qalmış ölkədir
3. Mәntәqәlәrdә kәnd tәsәrrüfatının hansı sahәlәrini inkişaf etdirmәk mümkündür?
a) suvarma əkinçiliyi
b) heyvandarlıq
c) dəmyə əkinçilik
84
10
16
İŞ YERLӘRİ (%-lә)
Sənaye
Kənd təsərrüfatı
Xidmət sahələri
Ü m u m i l ә ş d i r i c i t a p ş ı r ı q l a r
LAYİHƏ
7
203
• VII fəsil •
İqtisadiyyat və onun inkişaf yolları
•
4. Xәritә-sxemdә işarәlәnmiş mәntәqәlәrdәn biri metallurgiya zavodunu, digәri isә ticarәt mәr-
kәzini әks etdirir. Yerlәşmә prinsipinә әsasәn onları müәyyәn edin.
5. Cәdvәli dәftәrinizdә tamamlayın.
№
Təsərrüfat sahəsi
Yerləşmə amili
1.
Əlvan metallurgiya (yüngül metalların istehsalı)
2.
Yeyinti sənayesi (meyvə-tərəvəz konservləri istehsalı)
3.
Xidmət sahələri
4.
Qara metallurgiya (ağır metalların istehsalı)
5.
Maşınqayırma (kompüter istehsalı)
6.
Yüngül sənaye (pambıq parça istehsalı)
a _______
b _______
LAYİHƏ
204
Coğrafiya
Ümumtәhsil mәktәblәrinin 9-cu sinfi üçün dәrslik
Əlizadə Elbrus Kərim oğlu
Seyfullayeva Nərminə Səftər qızı
Aktoprak İrkən Fatixovna
Şabanova Yelena Ələkbər qızı
Dil redaktoru: K.Abbasova
Rəssamlar: M.Hüseynov, E.Məmmədov
Korrektor: A.Məsimov
www.bakineshr.az
e-mail: bn@bakineshr.az
Kağız formatı: 70
100
1
/
16
.
Fiziki çap vərəqi: 12,75.
Çapa imzalanmışdır: 00.00.2016.
Tirajı: 000 000.
Pulsuz.
LAYİHƏ
Document Outline - Страница 1
- Страница 2
- Страница 3
- Страница 4
- Страница 5
- Страница 6
Dostları ilə paylaş: |