G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə60/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   62

 
 
 
190 
 
 
 
B
AZAR İQTİSADİYYATI 
 
 
 
Bazar – cəmiyyətin inkişafı prosesində sonradan yaranan iqtisadi əlaqə forma-
sıdır. Tarixən iqtisadiyyatın,  ya da təsərrüfatın  3 әsas forması mövcud olmuşdur:  
 
  1. Natural tәsәrrüfat            2. Әmtәә tәsәrrüfatı             3. Bazar iqtisadiyyatı 
 
 
 Bu formaların hər biri digərindən bir çox xüsusiyyətlərinə görə fərqlənir. Məsə-
lən, natural təsərrüfat formasında insanlar yalnız öz tələbatlarını ödəmək məqsədilə 
məhsul istehsal edirdilər. Əmtəə təsərrüfatı formasında isə istehsal olunan məhsul 
53 
Çay üzәrindә bazar.  Tailand. 
ABŞ-dakı qiymətli kağız bazarlarında və dün-
yanın ən iri şirkətlərinin sələmlərinin satışı 
həyata keçirilir. Amerikanın fond bazarı milli 
və xarici investorları cəlb edir. 
Müzakirә edin: 
1. Şəkildə təsvir edilmiş bazarlarda hansı məhsullar satılır? 
2. Bazarlarda ticarət etmək üçün hansı bilik və bacarıqlara malik olmaq lazımdır?  
  
Mәtn vә şәkil üzrә iş
Tailandda suda bazarlar çox məşhurdur. 
Bazardakı bütün satıcılar və alıcılar üzən 
qayıqlarda alver edir. Buradakı məhsulla-
rın qiyməti xeyli ucuzdur. 
Qiymәtli kağız bazarı. ABŞ. 
LAYİHƏ


 
 

191 
 
•   VII  fəsil  •  
İqtisadiyyat və onun inkişaf yolları 

satış məqsədi daşıyır. Bunun üçün insanlar öz tələbatlarından artıq məhsul istehsal 
etməyə başladılar. Tələbatdan artıq olan məhsul isə tərəflər arasında mübadilə edilir. 
Bazar iqtisadiyyatı isə tәlәb vә tәkliflәr əsasında yaranan iqtisadi münasibət-
lərdir. Tәlәb istehlakçının müəyyən bir qiymətə ala biləcəyi, tәklif isə istehsalçının 
təqdim etdiyi məhsul və ya xidmət növüdür. Tələb və təklif bazarın vəziyyətini əks 
etdirir. Məhsulun qiymətinə təsir edən amillərdən biri bazardakı təklifin miqdarıdır. 
Təklifin  miqdarı  artdıqca  məhsulun  qiyməti  aşağı  düşür.  Əksinə,  bazarda  məhsul 
çatışmadıqda, lakin ona tələb yüksək olduqda həmin məhsulun qiyməti yuxarı qalxır. 
Tələb  və  təklif  azad  və  sağlam  rəqabət yaratmaqla  iqtisadiyyatın  inkişafına  təkan 
verir.  
 
 
 
Rәqabәt – eyni növ məhsul istehsal edən və ya eyni xidmət sahələri ilə məşğul 
olan müxtəlif müəssisələr arasında gedən mübarizədir. Rəqabətin məqsədi mövcud 
bazarda üstünlüyə malik olmaqdır. Maddi istehsal sahələrində nə qədər keyfiyyətli 
və ucuz məhsul istehsal edilərsə, yaxud qeyri-istehsal sahələrində keyfiyyətli xidmət 
göstərilərsə, onlar bazarda rəqabətə davamlı olur. Məhsulun rəqabətə davamlılığını 
artırmaq üçün müxtəlif tədbirlər görülür: yeni dizayn, cəlbedici qablaşdırma, müştə-
riyə pulsuz çatdırılma, malın üzərində hədiyyə, lotereya oyunu və s.  
 
 
• Mart ayında  Novruz bayramına bir həftə qalmış yaşadığımız yerdə (şəhər, kənd, rayon mərkəzi) 
bazar və marketlərdə səməni qıtlığı yaranır. Sahibkar qohumunuz öz marketinə başqa yerdən xeyli 
sayda səməni alır. Ertəsi gün başqa sahibkar sizdən daha ucuz 
qiymətə səməni satış-sərgisi təşkil edir. 
Müzakirә edin: 
– Sahibkar  vəziyyətdən necə çıxa bilər? Siz ona  hansı təklifləri 
verə bilərsiniz? 
 
Bazar iqtisadiyyatının ən vacib komponentlərindən biri sahibkarlıq fəaliyyətidir. 
Sahibkar – gəlir əldə etmək üçün öz biznesini (istehsal, yaxud xidmət müəssisəsi) 
yaradan şəxsdir. Xidmət və ya məhsulun satışı müəssisənin gəlirlərinin artmasına 
səbəb  olur.  Gəlirlər  artdıqca  müəssisənin  dövlətə  ödədiyi  verginin  –  yəni  dövlət 
büdcəsinə köçürülən icbari ödənişlərin miqdarı artır. Bu isə səhiyyə, təhsil, hərbi, 
iqtisadi  və digər dövlət proqramlarının həyata keçirilməsinə şərait yaradır.  
 
 
Mәtn üzrә iş
 
• Bazar 6-7 min il əvvəl meydana gəlmişdir. Məhsulun tələbatdan artıq isteh-
sal edilməsi, çatışmayan məhsullara yaranan ehtiyac və nəqliyyatın inkişafı 
bazarların yaranmasına səbəb olmuşdur. Bazarların yaranması bir sıra tarixi 
şərtlərlə bağlı olmuşdur: əkinçiliyin heyvandarlıqdan ayrılması, sənətkarlığın 
müstəqil sahə kimi yaranması, ticarətin meydana gəlməsi və s.
LAYİHƏ


 
 
 
192 
 
 
 
1. Rəqabətin istehlakçıya verdiyi faydalar haqqında qısa esse yazın. 
 
    
 
 
2. Tələb və təklifin 2 vəziyyətini təhlil edin: 
İsmayıllıdan  olan  sahibkar  Bakının  böyük  marketlərinin  birinə  50  kq  miqdarda  qızıləhmədi 
almasının  satışını  təklif  edir.  İki  sahibkar  arasındakı  razılaşmaya  əsasən,  almanı  marketin 
sahibi 2 manatdan  alır. Həmin almalar  marketdə 2 manat 50 qəpiyə satışa çıxarılır. Günor-
taya qədər gətirilən alma satılır. Tələbin yüksək olduğunu görən market sahibi fermerə kilo-
qramı 3 manatdan 200 kq alma gətirməyi xahiş edir. Ertəsi gün marketdə həmin almalar 4 
manatdan satışa çıxarılır. 3 gün keçsə də, almalar satılmır.  
 
– Qrafiklərdən hansı tələb və təklifi əks etdirir?  
 
 
a)  
 
 
 
   b) 
 
3. İfadələrdən hansı doğrudur? 
– Qiymətin qalxması tələbin aşağı düşməsinə gətirib çıxarır. 
– Qiymətin qalxması tələbin yuxarı qalxması ilə nəticələnir. 
– Qiymətin qalxması təklifin həcminin artmasına səbəb olur. 
– Alıcının tələbi ilə məhsulun qiyməti arasında əlaqə yoxdur.  
 
4. Hadisələrin düzgün ardıcıllığını müəyyən edin: 
a) Xidmət və istehsal sahələri açılır. 
b) Sahibkar daha çox gəlir götürür. 
c) Büdcəyə vergi ödəmələri artır.  
d) Yeni dövlət proqramları həyata keçirilir. 
e) Əhalinin rifah səviyyəsi artır. 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə