G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə58/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   62

 
 
 
184 
 
Dəniz nəqliyyatı ilə gətirilən xammala əsaslanan sahələr, adətən, sahilboyunda 
yerləşdirilir. 
 
Təsərrüfat müəssisələrinin yerləşdirilməsinə təsir edən amillərdən biri işçi qüv-
vәsi  hesab  edilir.  Müəssisələr  işçilərin  ixtisas  təcrübəsinə,  cinsi  tərkibinə  görə  də 
müxtəlif tələblərə malik olur. Dəqiq maşınqayırma sahələri yüksəkixtisaslı kadrlar 
tələb edir.  
 
Yüngül və qida sənayesi müəssisələrində, əsasən, qadın əməyi tələb olunur. Belə 
müəssisələr əksər hallarda şəhərlərdə yaşayış massivlərinə daha yaxın tikilir. Bu həm 
də yüngül və qida sənayesinin ekoloji cəhətdən daha təmiz olmaları ilə əlaqədardır.  
Qida sənayesinin bəzi sahələri (meyvə-konserv, şəkər, şərab, balıq-konserv və s.) 
birbaşa  xammaldan  asılı  olduğuna  görə  onların  yerləşdirilməsində  xammal  amili 
əsasdır. Quşçuluq sənayesi də şəhər əhalisini təmin etdiyi üçün iri şəhərlərə yaxın 
yerləşdirilir.  Quşçuluq  fermalarının  taxıl  əkinlərinə  yaxın  yerləşdirilməsi  isə  yem 
bazasının yaxın olması deməkdir.  
Yaponiyanın “Sahilboyu sәnayesi”.  
Yaponiyanın sənaye sahələrinin çox hissəsi inkişaf etmiş 
digər dənizsahili region və ölkələrdə (Qərbi Avropa, ABŞ) 
olduğu kimi sahil boyunca yerləşir. Bu, əsasən, xammalın 
xarici ölkələrdən dəniz yolu vasitəsilə gətirilməsi ilə 
əlaqədardır.  
Bu müəssisələrin sahilboyunda yerləşməsi istehsal olunan 
məhsulların maya dəyərinin aşağı düşməsinə imkan verir.  
 
 
 
• Texnoparklar yeni ideyaların yaranması, onun tətbiq olunması və inkişaf etdirilməsi üçün hərtərəfli 
şəraitin olduğu məkandır. Texnoparklar insan kapitalı (yəni yüksəkixtisaslı kadr) üzərində qurulur.  
Orada universitetlər, elmi-tədqiqat 
mərkəzləri və istehsal müəssisələri 
birgə fəaliyyət göstərir. ABŞ-ın ən 
böyük texnoparklardan biri Silikon 
vadisidir.  
Silikon vadisində 386 mindən çox 
ixtisaslı kadr çalışır, mindən çox 
məşhur şirkətin nümayəndəliyi bura-
da yerləşir. Amerikanın nəhəng 
universitetləri də (Kaliforniya, 
Stenford və digərləri) buradadır.  
Müzakirә edin: 
1. Hansı məşhur şirkətlərin baş 
ofisləri Silikon vadisində yerləşir? 
2. Silikon Vadisində yerləşməsi 
onların inkişafına necə təsir edir?
 
 
Mәtn vә xәritә-sxem üzrә iş
 
LAYİHƏ


 
 

185 
 
•   VII  fəsil  •  
İqtisadiyyat və onun inkişaf yolları 

İstehsal  müəssisələrini  yerləşdirərkən  ekoloji amilin vacibliyi  mühüm  şərtdir. 
Hava,  torpaq  və  suyu  çirkləndirən  müəssisələrin  yerləşdirilməsi  zamanı  onların 
təbiətə və insanların sağlamlıqlarına vura biləcək zərər mütləq nəzərə alınmalıdır.  
Təsərrüfat sahələrinin yerləşdirilməsində iqtisadi-coğrafi mövqeyin dә rolu bö-
yükdür. İqtisadi-coğrafi mövqe – müəssisənin nəqliyyat magistralına, enerji və su 
mənbələrinə yaxınlığıdır.  
Xidmət sahələrinin yerləşdirilməsi zamanı əhalinin məskunlaşması nəzərə alınır. 
Belə müəssisələr, əsasən, iri şəhərlərdə yaradılır.  
 
 
1.  Cədvəli dəftərinizdə çəkib tamamlayın. 
Təsərrüfat sahələri 
Yerləşməsinə təsir edən amillər   
Xammal  
Enerji 
İxtisaslı kadr 
Qadın əməyi 
 
 
 
 
 
 
 
2.  Xəritə-sxemdə təsərrüfat müəssisələ-
rinin yerləşmə prinsiplərinə uyğun 
gələn məntəqələri müəyyən edin və 
cədvəli tamamlayın. 
Mineral 
ehtiyat 
amili 
Işçi 
qüvvəsi 
amili 
Enerji 
amili 
Elmilik 
amili 
 
 
 
 
 
 
 
 
 
 
 
  
Xәritә üzrә iş
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
Təsəvvür edin ki, siz hər hansı bir ərazidə dükan açmaq istəyirsiniz. Ərazini 
seçərkən hansı amilləri nəzərə almağı düşünürsünüz? Fikirlərinizi əsaslandırın 
və yazılı təqdim edin. 
1. Məktəbə yaxın;  
2. Hündürmərtəbəli binalara yaxın;  
3. Bağlara gedən magistral yolda;  
4. Universitetə yaxın;  
5. Parka yaxın;  
 
 
6. Metroya yaxın;    
7. Kəndin mərkəzi küçəsində
8. Avtobus dayanacağında; 
9. Supermarketə yaxın. 
 
 
 
Dәrsdәn sonra
 
LAYİHƏ


 
 
 
186 
 
 
 
K
ƏND TƏSƏRRÜFATI SAHƏLƏRİNİN YERLƏŞDİRİLMƏ 
PRİNSİPLƏRİ  
 
 
 
Kənd  təsərrüfatının  ayrı-ayrı  sahələrinin  inkişafı  və  yerləşdirilməsi  təbii  şərait 
amillərindən – iqlim, relyef, torpaq və su ehtiyatlarından bilavasitə asılıdır. Lakin 
bəzi sahələr xeyli sayda işçi qüvvəsi tələb etdiyinə görə onların yerləşdirilməsində 
əhalinin sıx məskunlaşması nəzərə alınır.   
 
 
 
52 
Müzakirә edin: 
1. Nə üçün heyvandarlıq fermaları (3) dağətəyi ərazilərdə yerləşdirilmişdir? 
2. Nəyə görə taxıl əkinləri (1) yaşayış məntəqəsindən uzaqda, istixanalar (5) isə daha yaxında 
yerləşir? 
3. Quşçuluq fermalarını (4) yerləşdirmək harada daha əlverişlidir? 
4. Pambıq əkinlərinin (2) çaysahili düzənliklərdə yerləşmə səbəbini izah edin.  
Şәkil üzrә iş
 
1. Taxıl əkinləri  
2. Pambıq əkinləri 
3. Heyvandarlıq fermaları  
4. Quşçuluq fermaları 
5. İstixanalar 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə