G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə54/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   62

 
 
171 
 
•   VI  fəsil  •  
Dünya əhalisinin müxtəlifliyi 


 
 
1. Xәritә-sxemә әsasәn, rәnglәnmiş әrazilәrә aid xarakterik xüsusiyyәtlәri müәyyәnlәşdirin:  
a) Təbii artım yüksəkdir.  
b) Cinsi tərkibinə görə kişilər 
üstünlük təşkil edir.  
c) Emiqrasiya prosesi güclüdür.  
d) Təbii artımın aşağı səviyyəsi 
səciyyəvidir.    
e) Əhalinin yaş strukturunda 
yaşlıların sayı üstündür.  
f) Dövlətin demoqrafik siyasəti 
təbii artımın yüksəlməsinə 
istiqamətlənmişdir.  
g) Uzunömürlülərin sayı 
yüksəkdir.   
 
 
2. Demoqrafik  piramidalara uyğun  gәlәn ölkәlәri qruplaşdırın vә yazın: 
 
 
 
 
 
 
 
 
Ü m u m i l ә ş d i r i c i   t a p ş ı r ı q l a r
 
Avstriya 
Banqladeş  
Əfqanıstan 
Vyetnam  
Almaniya 
İtaliya 
Yaponiya  
Nigeriya  
Braziliya 
Norveç 
Monqolustan 
Misir 
Kanada 
Danimarka  
Peru  
Avstraliya 
 
1. ______ 
 
2. ______ 
LAYİHƏ


 
 
 
172 
 
3. Cәdvәli  dәftәrinizә çәkib tamamlayın: 
Göstəricilər 
Ölkələr, regionlar 
Qadınlar və daha yuxarı  yaşlı  əhali üstünlük  təşkil  edir. 
Uşaqlar 22–25%-dən  çox  deyil, yaşlı  əhali 15–20%-dir. 
Orta  ömür  müddəti  70 yaşdan  yuxarıdır.  
  
Kişilər  üstünlük  təşkil edir, əhali  sayında  gənclərin  payı  
yüksəkdir, 40–45%  və  daha  artıq, qocaların  payı 5–6 %-
dən  aşağıdır, orta  ömür  müddəti  45  yaşa  qədərdir. 
  
Kişi  və  qadınların  sayı  təqribən  bərabərdir,  əmək  qabiliyyətli  
əhali  üstünlük  təşkil  edir. Uşaqlar  əhalinin  ümumi  sayının 
15–18%-ni,  yaşlılar 10–12%-ni təşkil  edir, orta  ömür  müddəti  
60–70  yaşdır. 
  
 
4. Mәsәlә. Ölkə əhalisi 9  milyon nəfərdir. Onların  3  milyonunu 16 yaşa qədər olanlar, 2  milyonunu 
yaşlı təqaüdçülər,  0,6 milyonunun isə işsizlər təşkil edir. İşsizliyin səviyyəsini müəyyən edin: 
 
 
 
5. Mәsәlә.  Ölkədə işsizlik 14% təşkil edir, əmək qabiliyyətli əhalinin sayı isə 5 mln. nəfərə çatır.  
Ölkənin iqtisadi cəhətdən fəal əhalisini hesablayın:  
 
 
 
6. Cәdvәldә verilmiş statistik rәqәmlәrdәn istifadә edәrәk yaş-cins piramidasını qurun.  
Hindistanın yaş-cins qruplarının əhali bölgüsü (min nəfər)
 
Yaş qrupları 
Ümumi sayı 
Kişilər 
Qadınlar 
00-04 
1 000 849 
517 040 
483 809 
05-09 
118 195 
60 593 
57 602 
10-14 
113 059 
58 303 
54 756 
15-19 
109 931 
56 568 
53 364 
20-24 
92 066 
49 089 
42 977 
25-29 
83 094 
43 057 
40 037 
30-34 
74 355 
37 098 
37 258 
35-39 
65 399 
33 077 
32 322 
40-44 
56 462 
29 225 
27 238 
45-49 
47 451 
24 762 
22 689 
50-54 
38 712 
20 354 
18 358 
55-59 
30 841 
16 130 
14 710 
60-64 
23 560 
12 180 
11 379 
65-69 
18 384 
9 332 
9052 
70-74 
13 586 
6807 
6779 
75-79 
8437 
4345 
4092 
80+ 
6006 
3087 
2919 
 
LAYİHƏ


 
 

173 
 
•   VII  fəsil  •  
İqtisadiyyat və onun inkişaf yolları 

 
 
 
 
 
 
 
 
 
 
T
ƏSƏRRÜFATIN  SAHƏ  QURULUŞU 
 
 
 
 
İqtisadiyyatın belə bölgüsü yüz min illər ərzində formalaşaraq müasir dövrdə daha 
da təkmilləşmişdir. Hazırda iqtisadiyyatın dörd sektoru mövcuddur – birinci, ikinci, 
üçüncü  dördüncü. 
Birinci sektor – insanların təbiətdən istifadə etdikləri sahələri əhatə edir. Bu sahəyə 
faydalı qazıntıların hasilatı, kәnd tәsәrrüfatı, meşә  tәdarükü  və  s.  daxildir.  Faydalı 
qazıntıların istehsalı – mineral ehtiyatların mövcudluğundan birbaşa asılıdır. Dünyada 
çıxarılan mineral xammalın 90%-dən çoxu 20-yə qədər ehtiyatın payına düşür. On-
lardan neft, təbii qaz, daş kömür, dəmir, boksit, mis, qalay, qızıl, habelə almaz, fosforit 
və s. üstünlük təşkil edir.  
Əkinçilik və heyvandarlığı birləşdiriən kənd təsərrüfatı da, əsasən, təbii şəraitdən 
asılıdır. Lakin kənd təsərrüfatının təbii şəraitdən asılılığı elm və texnikanın inkişafı 
nəticəsində yaradılan istixana və fermalar sayəsində azalmışdır.  
49 
Qədim insanların fəaliyyətini cədvəl üzrə 
qruplaşdırın:  
1. Heyvan və balıqların ovu  
2. Geyimin hazırlanması  
3. Əmək alətlərinin hazırlanması  
4. Misin çıxarılması  
5. Dərinin emal edilməsi  
Resursların əldə 
edilməsi 
Resursların emal 
edilməsi 
 
 
Qədim insanlar öz həyatlarını təmin etmək üçün müxtəlif fəaliyyət növü ilə məşğul olurdular. 
  
Cәdvәl üzrә iş
 
İQTİSADİYYAT VƏ 
ONUN İNKİŞAF 
YOLLARI 
7
LAYİHƏ


 
 
 
174 
 
Ağac tədarükü, ilk növbədə, oduncaq  emalını  əhatə  edir. Bu  sahə  meşə  ehtiyat-
larının zəngin olduğu ekvatorial və mülayim iqlim qurşaqlarında yerləşən ölkələrdə 
inkişaf etmişdir. Meşə resurslarından istifadənin istiqamətləri fərqlidir: inkişaf etmiş 
ölkələrdə mebel və kağız; Konqo, Qabon, Surinam və s. kimi ölkələrdə isə əsasən, 
oduncaq emal olunur və ixrac edilir.  
İkinci sektor – әldә edilәn ehtiyatların emalıdır. Bu sektora aşağıdakı təsərrüfat 
sahələri daxildir:  
1. Energetika – yanacağın hasilatını, elektrik enerjisinin əldə edilməsini və onun 
istehlakçıya çatdırılmasını əhatə edir. Enerji istehsalı olmadan digər sahələrin inkişaf 
etdirilməsi mümkün deyildir.  
 
İnkişaf  etmiş  ölkələrdə  enerji  mənbəyi  kimi  bioehtiyatlardan  da  (peyin  və  bitki 
qalıqları) istifadə olunur. 
2. Metallurgiya – filizlərin saflaşdırılması, əridilməsi, prokata çevrilməsi proseslə-
rinin həyata keçirildiyi sahədir. 
 
 
 
3. Maşınqayırma – maşın, cihaz və digər növ mexanizmlərin hazırlandığı sahədir. 
Maşınqayırma digər sahələri avadanlıqlarla təmin edir. Bu sahənin inkişaf səviyyəsi 
ölkənin iqtisadi gücünü əks etdirir. 
 
 
 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə