G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə56/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   62

 
 

179 
 
•   VII  fəsil  •  
İqtisadiyyat və onun inkişaf yolları 

 
Maddi istehsalın ən mürəkkəb sahəsi sənayedir. Sənaye iki qrupa bölünür:  
A qrupu. İstehsal vasitələri istehsal edən, yəni digər məhsulları istehsal etmək üçün 
istifadə olunan avadanlıqların istehsalını birləşdirir və ağır sәnaye adlanır. Onun tər-
kibinə energetika, dağ-mədən, maşınqayırma, metallurgiya, kimya və meşə sənayesi 
daxildir. Hər hansı məhsulun istehsalı prosesində təbiətə xeyli miqdarda tullantı atılır. 
İstehsal tullantılarının qarşısının alınması müasir dövrün ən mühüm problemlərindən 
biridir.  Elmi-texniki  tərəqqinin  nailiyyətlərini  tətbiq  etməklə,  istehsal  tullantılarını 
minimuma  çatdırmaq  mümkündür.  Lakin  tamamilə  tullantısız  istehsal  prosesini 
yaratmaq hələlik mümkün deyil.  
 
 
 
B qrupu. İstehlak malları, yəni bilavasitə əhalinin istifadə etdiyi məhsulları is-
tehsal edən sahədir. Bura yüngül və qida sənaye sahələri daxildir.  
Maddi və qeyri-maddi istehsal sahələrinin əhalinin tələbatına xidmət edən sahəsi 
xidmət sahələrini əmələ gətirir. Bu sahədə hər hansı maddi məhsul istehsal edilmir. 
Xidmәt sahәsini digәrlәrinә fayda verәn, rahatlıq yaradan sahә adlandırırlar. Xid-
mət sahələri оlduqcа müxtəlifdir.  
1. İnfrastruktur xidmәtlәri – istеhsаl prosesini tənzimləmək üçün göstərilən xid-
mətlərdir: nəqliyyat, rabitə, elektrik, su, qaz təchizatı, təmir və s. Bu xidmət növləri 
Maddi istehsal. İstehsalatda maddi ne-
mətlər yaradan və onu istehlakçıya çatdı-
ran bütün sahələri əhatə edir. Bura səna-
ye, kənd təsərrüfatı, tikinti və tədarük 
sahələri  daxildir. 
Qeyri-maddi istehsal. İnsanların mənəvi tələbatını təmin 
edir. Səhiyyə, təhsil, elmi-tədqiqat, mədəni-maarif, idman, 
incəsənət, istirahət, turizm, mənzil-kommunal xidmətləri, 
məişət xidməti, dövlət idarələri, nəqliyyat, rabitə, ticarət və 
ictimai asayişin mühafizəsi daxildir.  
TƏSƏRRÜFAT SAHƏLƏRİ 
1 ton polad istehsalı üçün 
tәlәb olunan  
RESURSLAR
Müzakirә edin:   
1. Ətraf mühitə zərər verməsinə baxmayaraq, qara metallurgiyanın  inkişafı vacibdir. Bu sahənin  
inkişafının hansı əhəmiyyəti var? 
2. Əvvəllər yalnız metaldan hazırlanan hansı məhsullar hazırda plastik kütlə ilə əvəz olunur? 
1 ton polad istehsalı zamanı 
yaranan   
TULLANTILAR 
  
Sxem üzrә iş
•  Hindistanın  poladəritmə  zavodunda  min  nəfər  işçinin  istehsal  etdiyi 
məhsulu əldə etmək üçün Yaponiyada cəmi 17 nəfər çalışır. 
LAYİHƏ


 
 
 
180 
 
tətbiq edilmədən A və ya B qrupuna daxil olan sahələri inkişaf etdirmək qeyri-müm-
kündür.   
2. Fәrdi xidmәtlәr  – əhalinin fərdi olaraq məişət tələbatını ödəmək üçün göstə-
rilən xidmətlərdir: istirahət-əyləncə, bərbərxana, dərzi, kimyəvi təmizləmə, müha-
fizə-xidməti və s.    
3. İşgüzar xidmәtlәr – istehsalçının təsərrüfat fəaliyyətinin səmərəliliyinin artırıl-
masına xidmət edir: bank marketinq, reklam, hüquq məsləhətxanası və s. 
4. Sosial  xidmәtlәr – vətəndaşların təhsil, səhiyyə, idman, mədəniyyət və s. sa-
hələrə olan tələbatlarının ödənilməsinə xidmət edir.  
Xidmət sahələrinin inkişafı cəmiyyətin inkişafını əks etdirən ən mühüm sahələr-
dən biridir. Lakin bu sahələrin inkişafı  həm də məhsul istehsal edən sahələrdə tex-
nikanın tətbiqi və əhalinin həyat səviyyəsinin inkişafı ilə əlaqədardır.  
 
 
İnkişaf etmiş ölkələrdə xidmət sahələrindən istifadə edənlərin sayı çoxdur. Bu, 
əsasən, əhalinin gəlirlərinin yüksək olması ilə əlaqədardır.  
 
 
1. Müəssisələri maddi və qeyri-maddi istehsala aid olmasına görə qruplaşdırın və cədvəli 
dəftərinizdə tamamlayın. 
1. “Sumqayıt  boru-prokat”  
2. “Qəbələ konserv”  
3. “Asan xidmət”   
4. “Azərsığorta”   
5. Mərkəzi Klinik xəstəxana  
6. “Qaradağ sement”   
7. “Hilton-hotel”   
8. “Azərdəmiryolservis” 
9. Qusarda “Şahdağ” qış kurort bazası  
10. Zaqatala fındıqtəmizləmə  kombinatı  
11. Şirvan elektrik stansiyası  
12. Lənkəran çay fabriki  
13. Xalça muzeyi  
14. Naxçıvan “Badamlı” sudoldurma müəssisəsi  
15. Mingəçevir su anbarı 
 
Maddi istehsal 
Qeyri-maddi istehsal 
 
 
 
 
ABŞ-da  I vә IV sektorda çalışanların orta 
illik әmәkhaqqının göstәricisi
 
Müzakirә edin:  
1. Qrafikə əsasən IV sektorda işləyənlərin əməkhaqları 
daha yüksəkdir. Bu nə ilə izah oluna bilər? 
2. Siz iqtisadiyyatın hansı bölməsində çalışmaq 
istərdiniz? Bunun üçün hansı bilik və bacarıqları 
əldə etmək lazımdır?  
 
  
  
Şәkil üzrә iş
 
(I sektor) 
Fermer
(IV sektor) 
Proqramist 
200 000
150 000
100 000
50 000
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
 
Sizin yaşadığınız ərazidə (şəhər, rayon, kənd) hər hansı müəssisənin təsərrüfat 
fəaliyyətinə dair aşağıdakı plan üzrə təqdimat hazırlayın: 
1. Müəssisənin adı, yerləşdiyi yer. 
2. Hansı məhsul istehsal edir/hansı xidmət növünü göstərir
3. Hansı müəssisələrlə əlaqəli (xammal, nəqliyyat və s.) işləyir?  
4. Hansı sənaye sahələrinə/xidmət qrupuna aiddir
5. Müəssisənin fəaliyyətinin sizin və  yaxınlarınızın həyatına hansı təsiri olmuşdur? 
 
 
Dәrsdәn sonra
 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə