ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 4,07 Mb.
səhifə4/39
tarix14.06.2018
ölçüsü4,07 Mb.
#48866
1   2   3   4   5   6   7   8   9   ...   39

DÖRDÜNCÜ KƏRAMƏT

HƏZRƏT ƏBÜLFƏZL ABBASIN(Ə) ƏLƏMİNİN BƏRƏKƏTİNDƏN BOMBALAR NEFT ANBARLARINA TƏ`SİR ETMƏDİ!

Günəş ili ilə 1352-ci ildə Pakistanla Hindistanın ikinci müharibəsi dövrü idi. Pakistanın Kəraçi şəhəri yaxınlığında müxtəlif şirkətlərə aid çoxlu neft anbarları yerləşirdi. Hindistan təyyarələri bu neft mənbələrini bombardman edirdilər. Nəticədə, anbarlara elə od düşmüşdü ki, heç bir vasitə ilə söndürmək mümkün deyildi. Təxminən, bir həftə bu anbarlar və ətrafda olanlar yandı. O vaxta qədər ki, İranın yanğınsöndürən təyyarələri kimyəvi maddələr vasitəsilə bu atəşi söndürdülər.


NEFT MƏ`DƏNİ BONBARDIMANDAN OD TUTMAMIŞDI!


Bir müddətdən sonra təbliğdən ötrü Kəraçi şəhərinə getdim. Bir nəfər mənə dedi ki, bütün bu neft anbarlarının arasında bir neçə neft anbarı «Hacı dusa» adlı mö`min bir şəxsindir. O, özünün anbarlarının üstünə «Həzrət Əbülfəzlin» ələmini asmışdı. Bu ələmlərin bərəkətindən onun anbarlarına atəş düşməmişdi.

Mən dedim: Eşitmək görməyə çata bilməz. Gəlin bu neft anbarlarını mənə nişan verin. Tez maşınlara minib Hind dənizinin sahilinə yetişdik. Həzrət Əbülfəzl Abbasın(əleyhissalam)kəramətindən belə bir mənzərəni müşahidə etdim.

Böyük bir meydanda neft anbarlarından ibarət meşə var idi. Sayını Allah bilirdi. Bütün anbarlar yanmışdı. Onların bə`ziləri yarı əyilmiş, bə`ziləri isə tam çökmüşdülər. Hətta, oranın torpağı da daş kimi yanmışdı. Lakin onların arasında bir neçə neft anbarı var idi. Əbülfəzl Abbasın (əleyhissalam)-ın bərəkətindən onlar atəş tutmamışdı. Həzrət Əbülfəzl Abbasın (əleyhissalam)adına olan bayraq da bu neft anbarlarının birinin üstündə dalğalanırdı. Onun üstünə bu söz yazılmışdı: «Ya Abbas!».

Təəccüblü burasıdır ki, salamat qalan bu dörd-beş neft anbarında hələ də neft ağzına kimi dolu idi. Bunların hamısı bütün bu yanğınların içində tamamilə zərərsiz qalmışdılar.

İndi özünüz təsəvvürünüzə gətirin, iki yüz ədədə yaxın neft anbarına ot düşə, orda hansı cəhənnəm əmələ gələr. Elə bir vaziyyət ki, hətta quş da onların üstündən uça bilmirdi, heç bir canlı yüz metrdən artıq o məntəqəyə yaxınlaşa bilməzdi. Lakin, onların ortasında bir neçə neft anbarı salamat qalsın. Görəsən bu mö`cüzə deyilmi? Elə bir mö`cüzə ki, Qur`ani-Kərimin «Ənbiya» surəsinin 69-cu ayəsində olan bu mö`cüzəni ‒ «Ey atəş! İbrahimə qarşı soyuq sağlam ol» ‒ təsdiq edir.

HƏZRƏT ƏBÜLFƏZLİN ƏLƏMİ EVLƏRİN ÜSTÜNDƏ

Mən Pakistanda xüsusilə «Pəncah» şəhərində Əhli-Beyt (əleyhimussalam)-ı sevənlərin evlərinin üstündə Həzrət Abbasın (əleyhissalam)-ın ələminin dalğalandığını müşahidə edirdim. Lakin, mənim ürəyim hələ də arxayın olmadığına görə özüm bu cür şeydən istifadə etmirdim. Amma bu mö`cüzəni müşahidə etdikdən sonra qəlbimin pərdəsi açıldı. Ona görə də Nəcəf-Əşrəfə qayıdanda öz evimin yuxarısından Həzrət Əbülfəzl Abbasın (əleyhissalam)-ın ələmini asdım və möhkəm e`tiqad bəslədim. O ildən bu vaxta qədər təxminən otuz beş il keçir və mən də Qum şəhərində həzrət Mə`sum (s.ə) hərəminin yanında yaşayıram. Mən bu bayraqdan bu vaxta qədər çoxlu mö`cüzələr görmüşəm.


İmdadə yet, Əbülfəzlim amandı!



Hüseynimin Kərbəlası burdadı

Zeynəbimin ney-nəvası burdadı

Hər bir zülmün ibtidası burdadı

Əldən gedən həm vətənim həm imandı

İmdadə yet, Əbülfəzlim amandı!

* * * * * * * * * *

Gülüstanda gəşt eyləyir uşaqlar

Güllə səsi tutubdu çox qulaqlar

Bu günümüzə dərə ağlar, dağ ağlar

Dağlarımın başı çəndi, dumandı

İmdadə yet, Əbülfəzlim amandı!

* * * * * * * * * *

Axı atan olub, Əli şahi din

Qalxıb göyə fəqani din, ahi din

Cəbhələrdə ölən min-min şəhidin

Qan çuxuru dəniz deyil, ümmandı

İmdadə yet, Əbülfəzlim amandı!

* * * * * * * * * *

Əsir olub şəhidlərin balası

Qızarıbdır gözlərinin alası

Bax gör kimdir bu günlərə qalası

Şücaətin doğru, yoxsa yalandı

İmdadə yet, Əbülfəzlim amandı!

* * * * * * * * * *

Neçə gəlin başsız qalıb ocaqda

Neçə körpə başsız qalıb bucaqda

Kimsəsizik neyləyək biz bu çağda

Ümidimiz bir sənsən, bir Qur`andı

İmdadə yet, Əbülfəzlim amandı!

* * * * * * * * * *

Çoxları var hərbi paltar geyərlər

Dillərində vətən, vətən deyərlər

Amma yetim əmlakını yeyərlər

Bu haqsızlıq sənə yaxşı bəyandı

İmdadə yet, Əbülfəzlim amandı!

* * * * * * * * * *

Dəstəli şəb həmdəki ruz ağlar

Dərdlərini ürəyində saxlayar

Ürək odun qələmimi dağlayar

Haqsızlıqlar məmləkəti dağladı

İmdadə yet, Əbülfəzlim amandı!

* * * * * * * * * *

Şəhid Məşədi molla Dəstəli.(İmişli)

BEŞİNCİ KƏRAMƏT

YALNIZ YADIMDA QALAN BUDUR Kİ, «YA ƏBÜLFƏZL!» DEDİM.


Cənab höccətül-islam vəl-müslimin yazıçı hacı seyyid Əbul Fəth Də`vəti bizim ünvana belə bir məzmunda məktub göndərir:

Təxminən 45-46-cı illər olardı ki, iş yoldaşım Nikpəndar və Rövşənlə tanış olmuşdum. Mərhum Nikpəndar «İslam cəmiyyətinin tə`limatı» adlı ordusunun rəhbərliyini Kərəc şəhərində öz öhdəsinə almışdı. Mərhum Rövmən də bu ordunun sənətçilik bölməsinə nəzarət edirdi. Bu ordu Kərəcin böyük və tanınmış ağacı çox olan bir bağda qərar tutmuşdu.

Bu bağ yay fəslində müxtəlif dəstələrin və müxtəlif əqidəli şəxslərin ixtiyarında olurdu. Çox vaxtı «İslam cəmiyyətinin tə`limatı» adlı dəstə bu bağda istirahət edirdi. Mən də bu dəstədə olan dostlarımla birlikdə bu bağda istirahət edirdim. Bütün yayı bu bağda keçirirdik.

Günlərin birində zəlzələ olması münasibəti ilə Nikpəndar və Rövşənə belə dedim: Bütün zəlzələlər müəyyən bir vaxtda baş verir və qabaqcadan ehtimal vermək olar. Dağıdıcı zəlzələlər adətən, ya ayın əvvəlində və axırında olar, ya da ayın ortasında olar. Əgər ayın ortasında baş verərsə zəlzələ gündüz olar, yox əgər ayın əvvəlində və ya axırında dağıdıcı zəlzələ baş verərsə gecə yarılarında olar. Sonra bir xəritə çəkib dedim: Biz indi güclü bir zəlzələyə tərəf gedirik. Bu ayın əvvəlində zəlzələyə şahid olacağıq.

Bu sözlərdən bir müddət keçmişdi. Cənab Nikpəndar və Rövşən hər gün sübh tezdən saat altıda Tehrandan hərəkət edir və təxminən səhər saat yeddidə düşərgəyə çatırdılar. Bir gün sübh namazından sonra yatmışdım. Düşərgəyə yaxın olan otağımın qapısı möhkəm döyülməyə başladı. Ayıldım və gördüm Nikpəndar özünün şad və açıq üzü ilə deyir: Hörmətli seyyid Əbul Fəth, nə qədər yatacaqsan? Bu gecə ayın əvvəli idi. Məgər eşitmədin ki, radioda e`lan olundu ki, filan yerdə (dəqiq yadımda deyil hansı məntəqə idi, amma Xorasanın ətrafı idi) zəlzələ olub?. Sən verdiyin xəritə düz çıxdı.

Çox söhbətləşdik.......

Sonra münasib bir vaxtda cənab Rövşənin yanına getdim (bəlkə də nahardan sonra idi). Düşərgədə onunla da zəlzələ barəsində söhbətlərimiz oldu. Sonra buyurdu ki, mənim də zəlzələ barəsində bir əhvalatım var, onu deyim yazın, siz ki, qələm əhlisiniz. Buyurdu:

Filan cənab ruhani (o şəxsin adı yadımadan çıxıb) keçmiş zamanlarda Məşhəddən Günabad məntəqəsində olan kiçik bir kəndə tərəf hərəkətə gəlir. Kəndin adı «Sərvdaşt» idi. İstəyirmiş ki, məhərrəmin on gününü bu kənddə rövzəxanlıq etsin. O vaxtlar maşın az olduğuna görə yolu yarı-yarı getməli olur.

Bəli, bu şəxs azuqəsini götürüb Günabad kəndi tərəfə yola düşür. Yolun yarısında maşın xarab olur Bu zaman at-arabası görür. Arabada iki-üç nəfər oturubmış. Həmin ruhani onlardan xahiş edir ki, onlarla birlikdə kəndə qədər getsin.

Yol arasında müxtəlif söhbətlər qarşıya çıxır. Bu ruhani bə`zi məsələlərdən xəbərdar olmadan birinci və ikinci xəlifə barəsində söhbətə başlayır. Onların barəsində xoşagəlməz tarixi hadisələri nəql edir. Xəbəri olmur ki, ətrafındakılar müxalif məzhəbdən imişlər. Özləri də çox təəssübkeş şəxslər imiş. Beləliklə, arabaçı öz dostlarına işarə edir ki, bu ruhanini öz kəndlərinə aparıb dediyi sözlərə görə cəzalandırsınlar.

Bu təhlükəli niyyətin ardınca onlar tələ qururlar ki, araba xarab olub, atın da istirahətə ehtiyacı var. Təklif edirlər ki, bu ruhani gecəni onlara qonağ olsun və kənddə qalsınlar. Beləliklə, ruhanini öz evlərinə aparırlar. Gecə şam yeməyi gətirirlər. Seyyid ruhani, naçar qalıb gecəni orada qalmalı olur ki, sübh tezdən yola düşsün. Gecə dostlar cəm olurlar. Qoca ruhaniyə hər tərəfdən söz atırlar. Kişi qəflətdə olub onlarla söhbətə girişir. Gecədən bir miqdar keçir. Kişiyə deyirlər ki, sənin yataq otağın yan otaqda hazırdır. İxtiyarınız var ki, yatmaqdan ötrü öz otağınıza gedəsiniz.

Sonra üç nəfər araba sahibləri (sünnülər) ayağa dururlar və seyyidi başqa otağa keçirirlər. Seyyid otağa daxil olur. Birdən görür ki, otağda bir qəbir qazıblar. Onlar seyyidə deyirlər:

Bu gecə sənin yerin bu qəbirin içindədir. Ey kafir! Ey mürtəd! Ey şeyxlərin düşməni!!!........! Sonra ona bir neçə yumruq vurub, əl-ayağını bağlayıb qəbirin içinə atırlar.

Bəli, əhvalatın qalanını seyyidin özündən eşidək. Seyyid can buyurun. Seyyid buyurur: Elə ki, məni otağa apardılar və qəbirin müqabilində dayandılar və əl-ayağımı tutdular ki, qəbirə atsınlar, doğrusu gözlərim yaşla doldu. Öz-özümə həzrət Əbulfəzl Abbasa (əleyhissalam)-a xitab etdim və buyurdum:

Ya Əbulfəzl Abbas! Öz kərəminə və fəzilətinə sığışdırırsan ki, mən qoca kişi, yorğun halda, arvad-uşağı atıb sənin müsibətindən rövzə deməkdən ötrü gələm və o vaxt sən razı olarsan və imkan verərsən ki, bu camaat məni bu cür qarşılasın və məni diri-diri qəbrə atsınlar! Xeyr! Bu iş sizin kəramətinzdən uzaqdır! Ya Əbülfəzl Abbas! Ya Qəməri Bəni Haşim! Özün bilərsən və Allahın bilər!

Seyyid buyurur: Onlar mənim əl-ayağımı bağladılar və ağzıma bir-iki yumruq vurub məni möhkəmcəsinə qəbrin içinə atdılar. Daha sonrasın bilmirəm necə oldu?

O vaxta qədər ki, gözlərim açıldı. (İlahi) bir taxtın üstündə uzanmışdım. Əynimdə göy və ya yaşıl paltarım var idi. Başımın üstündə bir-iki tibb bacısı durmuşdu. Bu vəziyyətdən çox-çox təəccübləndim. Bilmirdim diriyəm, ya ölü?

Tibb bacılarının birindən soruşdum: Bura haradır? Niyə görə məni bura gətiriblər?

Tibb bacısı dedi: Seyyid, siz o kənddə nə iş görürdünüz? O kənddə zəlzələ olub və kəndin bütün əhalisi qırılıb. Təkcə siz mö`cüzə şəklində sağ-salamat qalmısınız! Sonra yavaş-yavaş araba sahiblərinin əhvalatını yadıma salıb onlara nəql etdim. Onlara dedim ki, ev sahibləri məni qazdıqları qəbrə atdılar. Sonrasını bilmədim necə oldu. Təkcə yadımda qalan odur ki, dedim: Ya Əbülfəzl Abbas!

Həmin anda, həmin anda zəlzələ olmuşdu. Otağın tavanı aşağı düşmüşdü. Bütün ev əhli və bütün kənd əhalisi həlak olmuşdular. Yalnız sən sağ qalmısan ki, bu da çox təəccüblüdür. Sözsüz ki, həzrət Əbülfəzl Abbas (əleyhissalam) sənə nicat verib və bütün kənd əhalisi yerlə-yeksan olublar.

Ruhani nəql edir ki, bütün xəstəxana əhli bu işə təəccübləndilər. Əhvalatı eşidib ağlamağa başladılar.

Sonra Rövşən dedi: Fulani, de görüm bu əhvalat da ayın əvvəlində olmuşdu? Bəs bu özü bir dəlildir ki, mənim nəzərim həqqdir.

Mən özüm bu dastanı çoxdan yadımdan çaxartmışdım. Amma cənab höccətül-islam Xəlxali məndən xahiş etdi və mən də əhvalatı yadıma salıb qələmə aldım. Allah ona Özü mükafat versin!

Seyyid Əbul Fəth Də`vəti. 1995-ci il.


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə