ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 4,07 Mb.
səhifə14/39
tarix14.06.2018
ölçüsü4,07 Mb.
#48866
1   ...   10   11   12   13   14   15   16   17   ...   39

OTUZ DOQQUZUNCU KƏRAMƏT

«ONU İMAM HÜSEYN (Ə)-IN HƏRƏMİNƏ BAĞLADILAR.»


Cənab höccətül-islam vəl-müslümin seyyid Mürtəza Nəvvab anasının dilindən yazır:

Bir nəfəri and içməkdən ötrü həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) hərəminə gətirmişdilər. Yalandan and içdiyinə görə durub yerə yıxıldı. Xidmətçi və başqaları gəlib onu tuturlar. Sonra yaşıl şal gətirdilər. Onu həzrət imam Hüseyn (ə)-ın hərəminə bağladılar ki, Seyyidüşşühəda(əleyhissalam) ona şəfa versin. O həzrət ona şəfa verdikdən sonra ayıldı!


QIRXINCI KƏRAMƏT

«İMAM HÜSEYN (Ə) VƏ HƏZRƏT ƏBUL-FƏZL ABBASIN(Ə)-IN HƏRƏMİNDƏ BULUD GÖRÜNDÜ.»


Cənab siqətul-islam Məhəmməd Rza Məhmudi yazır:

Atam hacı, şeyx Abbas Məhmudi mənə belə nəql edir:

Otuz il bundan əvvəl Kərbəlayə getmişdim. Bir gün «Zeynəbiyyə» adlı məkanda durmuşdum. Gördüm bir bulud göründü. Əvvəlcə imam Hüseyn (əleyhissalam)-ın, sonra isə həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) hərəmlərinin başında dövr etdi. Sonra Nəcəfi-Əşrəfə üz tutdu.


QIRX BİRİNCİ KƏRAMƏT

QƏDİM «ƏLƏMLƏRDƏN» BİRİNDƏN YAPIŞMAQLA QƏTİ ÖLÜMDƏN NİCAT TAPMAQ»


Höccətül-islam vəl-müslimin şeyx Məhəmməd Rza Xurşidi bu barədə belə yazır:

İnandığım dostlardan biri nəql edir: Həzrət Əbul-Fəzlə Abbasa(əleyhissalam) xüsusi məhəbbətim olduğuna görə çox vaxt harada olsam onu:

«Ey qədim ələmlərin ələmi!» Nökərini darda saxlama»- deyə çağırırdım. Hətta, həzrəti Fatimeyi-Mə`sumənin(salamullahi əleyha) zirehi yanında durub (canım ona fəda) ərz edirəm:

Bibi can! Üzr istəyirəm! Həmin yerdən sənin əmini çağırıram: Ya Əbul-Fəzl! Bilirəm narahat olmazsan, bəlkə də xoşhal olarsan!».

O şəxs buyurur: Təxminən, iki il əvvəl, yə`ni, 1994-cü ildə dost libasında olan bə`ziləri şeytanın vəsvəsəsi nəticəsində mənə müşkül icad etmişdilər. Elə vəziyyətdə idim ki, bə`zən dərs oxumaq və fikirləşməyə belə qüdrətim olmurdu. Mən səbr etdim. Hətta iki dəfə özüm qabağa düşüb onların evinə getdim ki, kin-küdurət aradan getsin. Təəssüflər olsun ki, onlar mənim bu xoş niyyətimdən sui-istifadə edib, yenidən mənimlə dava-dalaş etməyə başladılar. Mən də nə qədər nəsihət etdimsə faydası olmadı. İki müşkül arasında giriftar olmuşdum. Bir tərəfdən əgər öz haqqımı müdafiə etsəydim dava-dalaş şö`ləsi ucalacaqdı, başqa tərəfdən belə cəsarətlər və bihudəçiliyə dözməyə qüvvətim yox idi. Bu arada qəlbimin döyüntüləri çoxaldı. Öz sağlamlığımdan ötrü qorxu hissi keçirtdim. Həmişə cibimdə olan Qur`anı yanımdakılar hiss etmədən qorxunun aradan getməsindən ötrü qəlbimin üzərinə qoydum. Bir neçə an keçmişdi mən hələ də qəlbimdə xətər hiss edirdim, onlarsa öz aləmlərində mənə qarşı hörmətsizliklərində davam edirdilər!!

Nəhayət, abır-həyamı və sağlamlağımı qorumaqdan ötrü o evdən çıxıb mənzilimə tərəf hərəkət etdim. Yol arasında ayaqlarımı çətinliklə çəkirdim. Küçələr arasından keçdim. «Eşq Əli» küçəsində yol üstə olan məscidin yanından ötəndə artıq nəfəsimi güclə alırdım. Qəlbimin dayanması (infakt) ehtimalı var idi. Öz-özümə dedim: Yaxşı olar ki, şəfa və nicat niyyəti ilə bədənimi içində uzun illər Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) dininin tədrisi keçirilən və böyük ustad ayətullah hacı, şeyx Məhəmməd Əli Müdərris Əfğaninin (r.ə) dərs keçdiyi məscidə sürtüm. Ona görə də bədənimi məscidin divarına sürtməyə başladım. Lakin hələ xətər hiss edirdim. Bir neçə qədəm çətinliklə yeridim. Birdən yadıma Kərbəla Ələmdarı və «ələm» düşdü. Ərz etdim: Ya Ələm! Bizləri an, ümüdsiz etmə! Nicat ver! Məhərrəm ayının 7-ci günündə həzrət Əbul-Fəzl Abbasa(əleyhissalam) xatir qurbanlıq qoyun kəsərəm.

Ravi deyir: Həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam)özünə and olsun «Eşqəli» küçəsindəki dörd yol ayrıcından təxminən yüz metr keçməmiş birdən hiss etdim ki, qəlbimin heç bir döyüntüsü yoxdur və heç bir xətər hiss etmirəm. Hətta əvvəlkindən də gümrah oldum. Bir neçə gündən sonra mənimlə dava-dalaş edənlər isə rüsvayçılığa mübtəla oldular.

Ümidvaram ki, Kərbəla ələmdarı bütün dünyanın məzlumlarına şərli adamların əlindən nicat versin və hər kim onun ziyarətini arzulayırsa ona qismət etsin!».

Axırda bu kitabın müəllifi höccətül-islam vəl-müslimin hacı şeyx Əli Rəbbani Xəlxaliyə müvəffəqiyyət arzulayıram.

ƏLVİDA EY ÜMMƏTİM.....


Əlvida ey ümmətim, dünyanı tapşırdım sizə

Can sizə can itrətim, Qur`anı tapşırdım sizə.

*****

Gərçi mən Peyğəmbərəm nazil olub Qur`an mənə

Azimi rahi bəqayəm çün yetib fərman mənə

Müntəzirdir Ədndə dərvazəban rizvan mənə

Dini təkmil etmişəm, imani tapşırdım sizə.

*****

Ümmətimdən hökmü Qur`anə itaət istərəm

İtrətü övladimə sizdən himayət istərəm

Çün əmanətdir bular ruzi qiyamət istərəm

Hörməti Qur`anilən Zəhranı tapşırdım sizə.

*****

Çün Hüseynilə Həsəndir cani şirindən əziz

Huriyan həsrət çəkir olsun bu tiflanə kəniz

Qoymuyun məndən sora dünyadə olsun əşkiriz

Hər iki cənnət gülü reyhani tapşırdım sizə

*****

Qoymayın asari qəm yetsün dili naşadimə

Eyləyün hörmət cahanda siz mənim övladimə

Vurmayın məndən sora od xaneyi bərbadimə

Dudimani itrəti Tahanı tapşırdım sizə.

*****

Din yolunda çox çəkib zəhmət əmim oğlu Əli

Hörməti vacibdi çün Allah onu etmiş vəli

Məzhəri külli əcayibdir əli Allah əli

Mən vəliyyullahi tək mövlani tapşırdım sizə.

*****

Ovsiyavü övliyanın çün Əli övlasıdır

Hər kəsə mövla idim mən, pəs Əli mövlasıdır

Dinə pərçəmdir olan ol hümməti valasıdır

Əhli əyalinən Şəhi-mərdani tapşırdım sizə.

*****

Qoymuyun qəmdə qızım Gülsümü sinə dağlasın

Zeynəbi çox istərəm qoymun cahanda ağlasın

Mən xudahafiz sizi, ey ümmət, Allah saxlasın

Bil-əxəss mən Zeynəbi Kübrani tapşırdım sizə.

*****

Var yeri ərz eyliyək biz ey Rəsuli aləmeyn

Kaş olaydın Kərbəladə zibh olan vəqti Hüseyn

Ta görəydin Zeynəbün ərşə salıbdır şurişin

Əmr edəydin kufiyan sultani tapşırdım sizə

*****

Nadiri qəm movcinə qərq olmusan dünyadə sən

Olgunan şərhi müsibət yazmağa amədə sən

İstə Zəhradan şəfaət məhşəri kübradə sən

Yazdığın göz yaşilən Tuğranı tapşırdım sizə.

* * * * * * * * * * * *


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə