ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 4,07 Mb.
səhifə13/39
tarix14.06.2018
ölçüsü4,07 Mb.
#48866
1   ...   9   10   11   12   13   14   15   16   ...   39

OTUZ DÖRDÜNCÜ KƏRAMƏT

«AĞA! SƏN ÖZÜN MƏNİM GİRİFTARÇILIĞIMI GÖRÜRSƏN!»


Cənab höccətül-islam hacı seyyid Nəcəf Rəzəvi yazır:

Çətinliyim var idi. neçə vaxtlar idi ki, həll olmurdu. Sizin bu kitabı oxuduqdan sonra otaqdan çıxdım. Halım dəyişdi. Həzrət Əbul-Fəzl Abbasa(əleyhissalam) xitabən ərz etdim:

Ağa! Sən özün mənim giriftarçılığımı bilirsən. Mənə elə gəlir ki, sən kömək edə bilərsən. Səni and verirəm qardaşın həzrət imam Hüseyn (əleyhissalam)-a, mənim bu müşkülümün həllini Allahdan istə!

Bu sözləri dedikdən sonra evdən şəhərə çıxdım. Günorta evə qayıdanda zövcəm dedi ki, müşkül həll oldu. Halbuki zövcəmin bu işdən xəbəri yox idi. Bəli, Allaha şükür olsun ki, həzrət Əbul-Fəzl Abbası(əleyhissalam) köməyə çağırmaqla müşkülüm həll oldu


OTUZ BEŞİNCİ KƏRAMƏT

«İKİ MAŞIN ARASINDAN BİR NƏFƏR TAPILDI!»


Cənab Rəzəvi təxminən 50 il bundan əvvəl olmuş başqa bir kəraməti belə yazır:

Mənim bibim Nəcəfi-Əşrəf ziyarətindən Kərbəlaya, yaxud əksinə səfər edirmiş. Yol arasında hava dəyişir və hər tərəfi toz-duman bürüyür. Həmin halda qarşıdan bir maşın gəlir və onların maşınları ilə üzbəüz olur. Az qalır ki, hadisə baş versin. Birdən bütün zəvvarlar bir ağızdan «Ya Əbul-Fəzl Abbas!» deyə fəryad çəkirlər.

Bibim nəql edir ki: Mən iki maşın arasında qolsuz bir nəfəri gördüm. Bu şəxs özünün pak çiyinləri ilə iki maşının bir-birinə dəyməsinə mane oldu. Mən bu işi həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) kəramətlərindən hesab edirəm.

OTUZ ALTINCI KƏRAMƏT

«QƏMƏRİ BƏNİ HAŞİMİ YADIMA SALDIM!»


Cənab hacı Hüseyn Babayi bir neçə kəramət yazıb göndərir:

1.Mən altımış il bundan öncə Qum şəhərinin Kərəmgah kəndində sakin idim. 17-18 yaşım olardı. O vaxt hər tərəfdə yayılan «qızdırma» xəstəliyinə tutulmuşdum. Bu xəstəlik o vaxt demək olar ki, hər bir evdə vardı və çox evlərdən 2-3 nəfəri öldürmüşdü. Mən də bu xəstəliyə tutulmuşdum. Məni müalicə etməkdən ötrü Mirzə Qulam Hüseyn Casibi adlı bir həkim gətirmişdilər. Həkim məni müayinə etdikdən sonra dedi:

Mən dərman verməyəcəyəm.

Soruşdum: Həkim! Bir-iki dənə nar yeyə bilərəmmi?

Həkim narahat olub dedi: Nar ye və öl!

Halım o qədər pis idi ki, anam və bacılarım mənim dəfnimdən ötrü kəfən hazırlamışdılar. Bu halda Həzrət Qəməri bəni Haşimi yadıma saldım.

Yuxuda gördüm ki, yaşıl libas geymiş, uzun boylu gözəl bir şəxs başımın üstündə durub buyurdu:

Sən yaxşı olmusan!

Dedim: Ağacan! Mirzə Qulam Hüseyn həkim dedi ki, sən öləcəksən. Buyurdu: Sən yaxşı olmusan!

Birdən gördüm ki, sanki otağın divarı yarıldı və həmin şəxs otaqdan xaric oldu. Sonra gözlərimi açdım və hiss etdim ki, zərrə qədər də olsa bədənimdə ağrı yoxdur. Bir neçə nar dənəsi yedim. Sonra anamı və bacımı səslədim: Həzrət Əbul-Fəzl Abbas(əleyhissalam)- mənə şəfa verdi!

İndi altımış ilə yaxındır ki, tasua gecələrində (Məhərrəmin 9-cu gecəsi) həzrət Əbul-Fəzl Abbasdan(əleyhissalam) ötrü süfrə açıb ehsan verirəm. O da hər il mənə köməklik göstərir və ildən-ilə yaxşılaşıram.

Yatdı ələm sandı qoşun qardaş Hüseyn gəl, yalqızam!


Yatdı ələm sandı qoşun qardaş Hüseyn gəl, yalqızam

Düşmən alıbdır dörəmi neynəyim qolum yox qolsuzam

* * * * * * * * * * * *

Kəsib yolum əhli hərəm, mümkin deyil heç bir gələm

Qanə batıb əhli hərəm, qardaş Hüseyn gəl yalqızam

Neynim əlim yox qolsuzam!

* * * * * * * * * * *

Qanə batıbdır peykərim, tez gəl hərayə sərvərim

Yolda qalıbdır gözlərim qardaş Hüseyn gəl yalqızam

Neynim əlim yox qolsuzam!

* * * * * * * * * * *

Səd parə olmuş gül bədən, yoxdur imdadə rəhm edən

Qardaş yoxdur nə dəfn edən, qardaş Hüseyn gəl yalqızam

Neynim əlim yox qolsuzam!

* * * * * * * * * * *

Yox nəyşim üstə ağlayan, qanlı gözümü bağlayan

Baş açıb sinə dağlayan, qardaş Hüseyn gəl yalqızam

Neynim əlim yox qolsuzam.

* * * * * * * * * * *

Çoxdur başımın yarəsi, ürəkdə qan fəvvarəsi

Ey dəri qəm əvvarəsi, qardaş Hüseyn gəl yalqızam

Neynim əlim yox qolsuzam.

* * * * * * * * * * *

OTUZ YEDDİNCİ KƏRAMƏT

«HEÇ BİRİNİZİN CƏRRAHİYYƏ ƏMƏLİYYATINA EHTİYACI YOXDUR.»


2. Təxminən 30 il bundan öncə Tasua gecələrinin birində süfrə açıb ehsan verməkdən ötrü imkanım olmadı. Nəhayət, qərara aldım ki, o ili öz nəzirimə əməl etməyim. Həmin gecə xəstələndim və məni «Kamıkar» adlı xəstəxanaya apardılar. Feyz və Fatimi adlı həkimlər məni müayinə etdilər. Dedilər sənin narahatçılığın 12 barmaq bağırsaqdandır. Əməl olunmalısan.

Elə ki, həkimlərin fikrin öyrəndim çox narahat oldum və həmin xəstəxanada həzrət Əbul-Fəzl Abbasa(əleyhissalam) dua etdim.

Yatdığım otaqda altı başqa xəstə də yatırdı. Qərara alınmışdı ki, o günün səhəri hamını cərrahiyyə əməliyyatına aparsınlar. Gecə yuxuda gördüm ki, həzrət Əbul-Fəzl Abbas(əleyhissalam) xəstəxananın biz yatan otağına gəldi və buyurdu: «Siz yeddi nəfərin heç birinizin əməliyyata ehtiyacı yoxdur. Hamınız sağalmısınız. O yeddi nəfərdən biri cənab Xirədməndin oğlu idi.

Səhəri gün hamını müayinə etdilər.Həkim e`tiraf etdi ki, heç birinizin əməliyyata ehtiyacı yoxdur. Axırda hamımızı xəstəxanadan çıxardılar. Allaha şükür olsun ki, hər il nəzirimə əməl edirəm və həzrət Əbul-Fəzl Abbasa(əleyhissalam) borcluyam.


OTUZ SƏKKİZİNCİ KƏRAMƏT

«BİR ƏL GƏLİB ONU GƏMİYƏ MİNDİRDİ.»


Siqətul-islam Şeyx Məhəmməd Əli Məkarimi nəql edir:

Hüseyn Nasiri adlı Məşhəd sakini olan bir nəfər belə nəql edir:
Atam dəniz səfərlərinin birində gəmidən dənizə düşür. O, suda boğula-boğula bir dəfə başını sudan çıxardıb həzrət Əbul-Fəzl Abbası(əleyhissalam) köməyə çağırır və fəryad edir: Ya Əbul-Fəzl! Dadıma yetiş!

Birdən görür ki, bir əl gəlib onun əlindən tutub gəmiyə atır».



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə