7
Bir azacıq rahatlıq,
Səadət istəyirəm.
Ürək dolu azadlıq,
Məhəbbət istəyirəm, -
ovqatı üstündə bu dünyanın əzəli-əbədi, fəqət həmişə
təzətər, hər zaman yeni çalarlı mövzularına köklənən;
Bağçaların solmadığı,
Yamanların qalmadığı,
Xəyanətin olmadığı
Bir diyara götur məni, -
xəyallarının haçansa gerçəkləşəcəyi arzusuna könül
verən Afaq xanımın şeirlərini bir su içimi qədər rahat-
lıqla, bir hava udumu kimi xoşhallıqla oxuyub başa
vardım. Şeirdən-şeirə, mövzudan-mövzuya keçibən
ovqatdan-ovqata düşdükcə, duyğusal şairənin poetik
məninin, lirik qəhrəmanın (eləcə də digər obrazların)
psixoloji yaşantılarını içimdən keçirdikcə misra yüklü
kağızları yenidən dönə-dönə vərəqlədim, tez-tez irəli-
geri qayıdıb bir çox sorğularıma bəzən güllü-çiçəkli,
bəzən boranlı-şaxtalı, bəzən də nisgilli-miskinli görünən
duyğularda cavab tapmağa çalışdım.
Ən başlıcası onu müəyyənləşdirdim ki, Afaq Şıxlı
nədən yazırsa-yazsın, hansı mövzuya üz tutursa-tutsun,
böyük anlamda təpədən-dırnağacan türkçülük ideologi-
yasına, azərbaycançılıq məfkurəsinə sadiq qalır. Qərib
eldə, qürbət diyarda, yadellilər sırasında, yaddillilər ara-
sında azərbaycanlı mənəviyyatını, azərbaycanlı düşün-
cəsini, azərbaycanlı təfəkkürünü poetik yaddaşda bu cür
qorumaq, milli adət-ənənələri öz yaradıcılığında bu
şəkildə səmimiyyətlə əks etdirmək, açığı, bir çox qələm