Gənc şairə Afaq Şıxlı 1969-u ildə Bakı şəhərində anadan olub



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix01.07.2018
ölçüsü0,84 Mb.
#52610
1   2   3   4   5   6   7   8   9   10   11


 
Sevmə daha!  .............................................................. 87 
Bağışlamaram!  .......................................................... 89 
İnanma!   .................................................................... 90 
Sevdim səni ................................................................ 91 
Heyif ki...   ................................................................. 92 
Giley ........................................................................... 93 
Görüşənədək!  ............................................................ 94 
Dedin .......................................................................... 95 
Mənəm ....................................................................... 96 
Yarım var ................................................................... 97 
Gəl, yenidən başlayaq!  .............................................. 98 
 
NƏĞMƏLƏR 
 
Bir gün də olsa...  ....................................................... 101 
Yağış .......................................................................... 102 
Niyə getdin, ana? ....................................................... 103 
Əlvida ......................................................................... 104 
Unutma məni!  ........................................................... 105 
Bilmədim  ................................................................... 106 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
BİR DAĞ ÇAYI ÖMÜR YOLUM 
 
 
 
 
 
 
 
 
 
Bir neçə il öncə istedadlı şairə Afaq Şıxlının “Sevər-
sənmi”  adlı  şeirlər  kitabına  ön  söz  yazarkən  sözün 
məsuliyyətini,  zəmanətin  cavabdehliyini  qəlbən  duyub 
dərk  edərək  qələmini  bədii  ədəbiyyatın  ayrı-ayrı  növlə-
rində – nəzmdə, nəsrdə uğurla sınayan gənc müəllifə ya-
radıcılıq yolunda yeni-yeni müvəffəqiyyətlər arzulamış-
dım.  O  zaman  diqqətlə,  qayğıyla,  sevgiylə  oxuduğum, 
ürəklə, ümidlə, cəsarətlə rəy verdiyim ədəbi nümunələr 
onun  davamının  yetərincə  rəngarəng,  yetərincə  maraqlı 
olacağına məndə daxili bir əminlik yaradırdı.  
Xeyli  vaxtdır  gözləri  yolda  qalmış  ümidim  bu  ya-
zağzı  özünü  doğrultdu,  gilənar  ağacı  kimi  çiçəklədi, 
yasəməntək ətir saçdı, qaranquşsayaq ilk bahardan müj-
də gətirdi. Şeir-sənət xiridarı, söz sərrafı, əziz dostumuz 
İsaxan İsaxanlı bir müddət əvvəl uğurlu  yol arzuladığı-
mız Afaq Şıxlının  növbəti şeirlər kitabının  əlyazmasını 
mənə təqdim edəndə o çağlar əkilmiş qızılgül kollarının 
tumurcuq-tumurcuq  pöhrələndiyini  gördüm.  Bir  az  mə-
cazi, bir az da intizarlı “Sevərsənmi” sualına qədirbilən 
oxucuların  müsbət  cavabını  eşidirmiş  kimi  sevindim. 
Qəlbi  poetik  duyğularla  çırpınan  kövrək  bir  həkim-şai-
rin, şair-həkimin aramsız hiss-həyəcanlarını duydum. 
 



 
Bir azacıq rahatlıq, 
Səadət istəyirəm. 
Ürək dolu azadlıq, 
Məhəbbət istəyirəm, - 
 
ovqatı  üstündə  bu  dünyanın  əzəli-əbədi,  fəqət  həmişə 
təzətər, hər zaman yeni çalarlı mövzularına köklənən; 
 
Bağçaların solmadığı, 
Yamanların qalmadığı,  
Xəyanətin olmadığı 
Bir diyara götur məni, - 
 
xəyallarının  haçansa  gerçəkləşəcəyi  arzusuna  könül 
verən  Afaq  xanımın  şeirlərini  bir  su  içimi  qədər  rahat-
lıqla,  bir  hava  udumu  kimi  xoşhallıqla  oxuyub  başa 
vardım.  Şeirdən-şeirə,  mövzudan-mövzuya  keçibən 
ovqatdan-ovqata  düşdükcə,  duyğusal  şairənin  poetik 
məninin,  lirik  qəhrəmanın  (eləcə  də  digər  obrazların) 
psixoloji  yaşantılarını  içimdən  keçirdikcə  misra  yüklü 
kağızları  yenidən  dönə-dönə  vərəqlədim,  tez-tez  irəli-
geri  qayıdıb  bir  çox  sorğularıma  bəzən  güllü-çiçəkli, 
bəzən boranlı-şaxtalı, bəzən də nisgilli-miskinli görünən 
duyğularda cavab tapmağa çalışdım.  
Ən  başlıcası  onu  müəyyənləşdirdim  ki,  Afaq  Şıxlı 
nədən  yazırsa-yazsın,  hansı  mövzuya  üz  tutursa-tutsun, 
böyük  anlamda  təpədən-dırnağacan  türkçülük  ideologi-
yasına,  azərbaycançılıq  məfkurəsinə  sadiq  qalır.  Qərib 
eldə, qürbət diyarda, yadellilər sırasında, yaddillilər ara-
sında  azərbaycanlı  mənəviyyatını,  azərbaycanlı  düşün-
cəsini, azərbaycanlı təfəkkürünü poetik yaddaşda bu cür 
qorumaq,  milli  adət-ənənələri  öz  yaradıcılığında  bu 
şəkildə səmimiyyətlə əks etdirmək, açığı, bir çox qələm 



 
adamlarına müyəssər olmur. Elə ana Azərbaycanın pay-
taxtında  yaşayıb  xalqa  özünü  Qərbli  cildində  sırımağa 
çalışan, amma cidanı çuvalda gizlətmək mümkün olma-
dığından dərhal da gülünc vəziyyətə düşən özündənrazı 
cızmaqaraçıları  kim  görməyib,  ya  kim  eşitməyib  ki?! 
Məntiqsiz  tərzdə  bir-birinin  ardınca  pərçimlənən,  biri 
dağdan, biri arandan gələn kəlmələri “dost” və ya “post-
modernist”  kimi  cürbəcür  adlarla  qiymətə  mindirməyə 
çalışan, amma buna nail olmayan əllaməçiləri kim tanı-
mır ki?  Quraşdırdıqlarından nəinki özünün, heç  fələyin 
də  baş  açmadığı  üzdəniraq  ədəbi  ədabazlardan  oxucu-
nun  ürəyində,  dinləyicinin  qafasında,  zamanın  yad-
daşında nə qalacaq ki?!. 
Şimal  ölkəsinin  mərkəzi  şəhərində  yaşayıb-yaradan 
Afaq Şıxlının şeirlərindəki doğma Vətən ətrini, müqəd-
dəs torpaq qoxusunu, əziz Azərbaycan rayihəsini duyub 
hiss  etdikcə  nədənsə  üryimdən  ilk  öncə  elə  bu  fikirlər 
keçdi.  Onu  da  gördüm  ki,  onun  yaradıcılığında  bütöv 
yurdun  əsrarəngiz  təbiətinə,  misilsiz  şan-şöhrətinə  tü-
kənməz bir məhəbbət boy göstərir: 
 
Çöl-çəməni, meşəsi, 
Laləsi, bənövşəsi. 
Mənim üçün cənnətdir 
Vətənin hər guşəsi. 
 
Vətənpərvər  bir  ziyalı  olaraq  düşmən  tapdağında  in-
ləyən  torpaqlarımızın  sızıltısına  dözə  bilməyən,  kövrək 
şeirləri ilə zirvəsi qarlı, ətəyi barlı, qəlbi qubarlı dağla-
rımızın  hələ  də  qaysaqlanmamış  yaralarına  məlhəm 
qoymağa çalışır həkim-şairə. O, eyni zamanda: 
 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə