Gənc şairə Afaq Şıxlı 1969-u ildə Bakı şəhərində anadan olub



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix01.07.2018
ölçüsü0,84 Mb.
#52610
1   2   3   4   5   6   7   8   9   10   11

23 
 
ZAMAN 
 
 
Keçdi, tükəndi, bitdi, 
Qədribilinməz zaman. 
Bilmədik, ötdü getdi  
Qədribilinməz zaman. 
 
Sovruldu yelə döndü, 
Durmayan selə döndü, 
An idi, ilə döndü 
Qədribilinməz zaman. 
 
Gah xüftən, gah şam oldu, 
Gündüzlər axşam oldu. 
Əriyən bir şam oldu 
Qədribilinməz zaman. 
 
Xəyalda uça-uça,  
Qırxa deyirdik “qoca”. 
Oymuş hər şeydən uca - 
Qədribilinməz zaman. 
 
Sanırdıq bəxtiyarıq, 
Sevincə, eşqə yarıq. 
İndi biz ixtiyarıq, 
Qədribilinməz zaman! 
 


24 
 
Bənizimiz saraldı, 
Coxu getdi, nə qaldı? 
Yaşadıqca azaldı 
Qədribilinməz zaman. 
 
Keçən geri qayıtmaz, 
Arxasınca çatilmaz. 
Etdiyinə darılmaz 
Qədribilinməz zaman. 
 
 
 
 


25 
 
BİR  GÜN  GƏLƏR... 
 
 
Vətənimsiz mən yarımcan gəzirəm, 
Yad yollarda itirmişəm izimi. 
Yana-yana bu həsrətə dözürəm, 
Göstərmirəm alovumu-közümü. 
 
Gümanım yox, bir şey gəlmir əlimdən, 
Qəmim misra-misra düşür dilimdən. 
Uzaq düşdüm şəhərimdən, elimdən, 
Kimə deyim söhbətimi, sözümü? 
 
Fikrim qalıb torpağında, daşında, 
Yel olaydım dağlarının başında. 
Sel gücü var gözlərimin yaşında, 
Tükənməzdir ürəyimin dözümü. 
 
Bir gün gələr, qürbət eldən qaçaram, 
Sevincimdən qanad açıb uçaram. 
Dostlarıma ürəyimi açaram, 
Yad yanında sındırmaram özümü. 
 


26 
 
VAXTI  VAR 
 
 
Sarsılma qarşında uzun olsa yol
Gedənin qayıdıb dönən vaxtı var! 
Alışma hər sözə, dəyanətli ol! 
Hər yanan ocağın sönən vaxtı var! 
 
Bəzən ayrılırıq sevsə də ürək, 
Bəzən “yox” deyirik, istəməyərək. 
Bu bir həqiqətdir, anlamaq gərək, 
İnsanın ağlayan, gülən vaxtı var! 
 
Bəni-adəmin heç doymayır gözü, 
Doğru olur yalnız mindən bir sözü. 
Çağlayan bulağa çevirib üzü, 
Zərrənin qədrini bilən vaxtı var! 
 
Namərd at oynatsa ər meydanında, 
Həyat alt-üst edər ən son anında. 
Çox qılınclar qalıb paslı qınında, 
Şahların taxtlardan enən vaxtı var! 
 
Dünyada hər bir kəs verir imtahan, 
Qazanmaq çətindir, itirmək asan! 
Solsa ümidlərin yenə döz, dayan, 
Ağacın bir bəhrə verən vaxtı var!  


27 
 
YENƏ  YOLUM  DÜŞDÜ... 
 
 
Yenə yolum düşdü tanış yerlərə, 
Əski xatirələr baş aldı getdi. 
Elə bil qayıtdım ötən günlərə, 
Keçmiş anılarım məni isitdi. 
* * * 
Necə olmuşdusa bu yerlər hələ 
Yenilik, təzəlik görməmişdilər. 
Sanki bugünədək, lap bilə-bilə
Həsrətlə yolumu gözləmişdilər. 
* * * 
Aşıb keçdiyimiz möhtəşəm hasar 
Sökülüb, əyilib, rəngi bozarıb. 
O daş yol, darvaza, qoca çinarlar 
Ozünü keçmişdə gizləyib qalıb. 
* * * 
Bu da qədim bazar, uçulub təmiz, 
Uzun daxılların qaralır yeri. 
Əvvəlki halından qalmayıb bir iz, 
Andırır o qədim xərabələri. 
 
 
 
 
 
 
 


28 
 
* * * 
Qoca park, səndəmi belə qəmlisən?! 
Susubdur çağlayan fəvvarələrin. 
Kimsəsiz qalalı qəribsəmisən, 
Hanı o füsunkar mənzərələrin? 
* * * 
Xatirimə gəlir, burda bir zaman 
Yerimək olmurdu insan əlindən. 
Amma ötən illər verməyib aman, 
Bir əsər qalmayıb əzəmətindən. 
* * * 
...Gedirəm, qəlbimə bir həsrət çöküb, 
Əlvida, uşaqlıq xatirələri! 
Kövrək duyğuları içimə gömüb, 
Sükutda qoyuram yenə sizləri. 
* * * 
Yaş sınağa çəksə əgər qəlbimi, 
Ürəyim dözməsə, bir də qayıtsam, 
Bəlkə sevinərəm mən uşaq kimi 
O köhnə hasarın yerini tapsam. 


29 
 
HƏSRƏT 
 
 
Açıram qapını, qəlbimdə həsrət
Həyət həmin həyət, eyvan o eyvan. 
Bağça da o bağça, amma ki, heyrət! 
Hər şey yad görünür baxdığım zaman. 
* * * 
Nənəm də qəmlidir, asta yeriyir, 
Hanı o şuxluğu, o təravəti?... 
Öpüb qucaqlayır, “xoş gəldin” deyir, 
Ancaq qollarının yoxdur taqəti. 
* * * 
Gözləri yaşarır baxdıqca bizə,  
Saçımı oxşayır titrək əliylə. 
Dodağı altında danışır nəsə, 
Baş-başa qalanda öz həsrətiylə. 
* * * 
Bükübdür qəddini sənin xiffətin, 
Daha qalmayıbdır o abu-hava. 
Sənsiz ona indi yaşamaq çətin, 
Yoxluğun yamandır, baba, ay baba! 
 
 
 
 
 
 
 


30 
 
* * * 
İçəri girirəm, sataşır gözüm 
Sənin çarpayına, sənin kürsünə. 
Güllü balınclardan tanış ətrini 
Çəkirəm burnuma mən dönə-dönə. 
* * * 
Divar saatı da susub, işləmir, 
Sənin qəlbinlə bir o da durubdur. 
Nənəm də köksünü ötürüb deyir: 
“Son dəfə rəhmətlik baban qurubdur”. 
* * * 
Basaraq bağrına: can, - deyən zaman, 
Duyurdum sevginin dərinliyini. 
Sənin nəvazişin doğmaydı yaman, 
Özün də bilirdin sevildiyini. 
* * * 
...İndi nə sən varsan, nə də o günlər, 
Göz yaşım həsrətə axıb qarışır. 
Onsuz da bilirəm hər axşam-səhər 
Bu evdə nəfəsin, ruhun dolaşır! 


31 
 
GƏNCLİYİM  GERİ  DÖNƏYDİ! 
  
 
Rəsmlərdən mənə baxan, 
Gəncliyim geri dönəydi! 
Birdən-birə yoxa çıxan  
Gəncliyim geri dönəydi! 
 
Gəzişəydik biz əl-ələ
Baxışlar gələydi gülə. 
Yaşlanırıq ildən-ilə, 
Gəncliyim geri dönəydi! 
 
Hanı o bahar çağımız, 
Allanaydı yanağımız. 
Sən olaydın qonağımız, 
Gəncliyim geri dönəydi! 
  
Mənə cizlicə baxaydın, 
Qəlbimi oda yaxaydın, 
Saçlarıma gül taxaydın. 
Gəncliyim geri dönəydi! 
 
Saf duyğular oyanaydı, 
Aləm nura boyanaydı, 
Zaman durub-dayanaydı, 
Gəncliyim geri dönəydi! 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə