Gənc şairə Afaq Şıxlı 1969-u ildə Bakı şəhərində anadan olub



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix01.07.2018
ölçüsü0,84 Mb.
#52610
1   2   3   4   5   6   7   8   9   10   11

13 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
 
  
  
 
 
 
 


14 
 


15 
 
! ! ! 
 
 
A
nlar olur, insanlardan uzaq qaçmaq istəyirəm. 
F
əzalara üz tutaraq, quş tək uçmaq istəyirəm. 
A
rzuların dolaşdığı bir adadır könlüm mənim. 
Q
əlbimdəki duyğuları duya bilsin sevənlərim! 
 


16 
 
BU  NƏ  SİRDİ? 
 
 
Bu nə sirdi, dayanmadan 
Hey gedirəm birnəfəsə?! 
Görənlər də qibtə edir  
Məndə olan bu həvəsə. 
 
Bir dağ çayı - ömür yolum, 
Maneədir sağım-solum. 
Cəhd edirlər məğlub olum - 
Yollarımı kəsə-kəsə. 
 
Hər yan olsa da daş-qaya, 
Fərq qoymuram günə, aya. 
Arzularım gəlmir saya, 
Sığışmıram dar qəfəsə. 
 
Mən də bir tanrı quluyam, 
Hamı deyir: qürurluyam. 
Gərək bu adı qoruyam,  
Taleyimlə bəhsə-bəhsə. 
 
 
 
 
 
 


17 
 
ÜZDÜ  MƏNİ 
 
 
Saf ürəkli bir mələkdim
Uzaq ellər üzdü məni. 
Açılmamış bir çiçəkdim, 
Zalım əllər üzdü məni. 
 
Bir ağılsız körpə quşdum, 
Qanad açıb göyə uçdum, 
Yuvamdan aralı düşdüm. 
Əsən yellər üzdü məni. 
 
Gördüyüm gün oldu haram, 
Bilmədim ki, yoxam, varam. 
Sağalmadı könül yaram, 
Acı dillər üzdü məni. 
 
Üz çevirdim bir tufana, 
Umidlərim sına-sına. 
Səd çəkmədim qarşısına, 
Axan sellər üzdü məni.  
 
Həyatı bir nağıl sandım, 
Yaşam uçun oda yandım. 
Gələcəyə arxalandım, 
Ötən illər üzdü məni. 


18 
 
...ŞEİRLƏRİM 
 
 
Məni bu dünyada ucaldacaqdır  
Qələmim, kağızım və seirlərim! 
Həssas könüllərdə yaşadacaqdır  
Qələmim, kağızım və seirlərim! 
 
Yazmaqla qurtarmaz kəlamım, sözüm, 
Sonməzdir qəlbimdə alovum, közüm. 
Varım-dövlətimdir, bilirəm özüm - 
Qələmim, kağızım və seirlərim. 
 
Hər dəfə dərdlərdən qurtarır məni, 
Nağıl dünyasına aparır məni, 
Bu üçlük həyata qaytarır məni - 
Qələmim, kağızım və seirlərim. 
 
Bir anda aləmi gəzib gələrəm, 
Qayıdıb vətənə dönə bilərəm. 
Sizinlə dünyada ən bəxtəvərəm, 
Qələmim, kağızım və seirlərim! 
 
İstəsəm qəlblərin buzu əriyər, 
Gücsüzün önündə güclü baş əyər. 
Mənimçün dünyada hər şeyə dəyər - 
Qələmim, kağızım və seirlərim! 
 
Keçən günlərimə bəraətimdir, 
Hər zaman qürurum, səadətimdir, 
Mənim dostlarıma əmanətimdir - 
Qələmim, kağızım və seirlərim. 


19 
 
MƏNDƏN UZAQDA.. 
 
 
Gunəş yox… Soyuqdur... Havada şaxta... 
Əllərim üşüyür, donur ürəyim.  
Doğma bir vətən var məndən uzaqda, 
O isti qoynuna dönə biləydim... 


20 
 
İSTƏYİRƏM 
 
 
Bir azacıq rahatlıq, 
Səadət istəyirəm. 
Ürək dolu azadlıq, 
Məhəbbət istəyirəm. 
 
Çətinlikdən keçməyə, 
Özümə yol seçməyə, 
Həyatı dəyişməyə 
Cəsarət istəyirəm. 
 
Var vermişəm varımdan, 
Dərd udmuşam arımdan. 
Əzizimdən, yarımdan 
Sədaqət istəyirəm. 
 
Sözlərimdir silahım, 
Düzgünlükdür günahım. 
Eşit məni, Allahım,  
Ədalət istəyirəm! 


21 
 
DÜNYA  YALAN   DEYİL! 
 
Zərəngiz Şıxlının  
“Dünya yalan deyildir“ şeirinə cavab 
 
Cahil nə anlasın, aqillər bilər: 
Dünya həqiqətdir, bir yalan deyil! 
Qoynuna kim gələr, kimlər köç eylər... 
Bilirik bizlərə o qalan deyil! 
 
Yazılan qismətlə olmasaq qane, 
Yaşam uzun olar, səadət ani. 
Bəzən aldansaq da, desək də fani
Ədalətsiz yerə öc alan deyil! 
 
Gedirik durmadan biz bilə-bilə, 
Anlar uçub keçir, qarışıb yelə. 
Günlər aya dönür, aylarsa ilə, 
Aldığını geri qaytaran deyil! 
 
İnsan düz danışsa gəldikcə səsi, 
Edilən dualar olacaq bəsi. 
Dar qəlbli olmasa, sevsə hər kəsi, 
Yaxşılıq dünyadan yox olan deyil! 
 
Səxavət cənnətin gizli açarı! 
Tapdığın neməti payla tən yarı! 
Nə qədər yığsan da dövləti-varı, 
Heç kim özü ilə aparan deyil! 
 


22 
 
Bir pöhrə bəsləsək bizlərdən sona, 
Qoymasaq şaxtadan, soyuqdan dona, 
Kölgəsini salsa əgər hər yana
Savab ömürlükdür, bircə an deyil! 
 
Vətən müqəddəsdir, əzizdir vətən, 
Yolunda gərəkdir candan keçəsən. 
Dağının, daşının qədrini bilsən 
Sən də şad olarsan, peşiman deyil! 
 
Nağıldır, nəğmədir, sirdir təbiət - 
Gecələr möcüzə, sabahlar cənnət! 
Sevənlər bilirlər bu necə hikmət: 
Məhəbbət ötəri bir duman deyil! 
 
Afaq, bu həyatda sən tap özünü, 
Eşidə bilsinlər ürək sözünü, 
Sonunda vətəndə yum ki, gözünü, 
Qürbət sənin üçün ağlayan deyil! 
Vətənsiz ürəyin şad olan deyil! 
Dünya - vətənimdir, bu yalan deyil! 
 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə