Gənc şairə Afaq Şıxlı 1969-u ildə Bakı şəhərində anadan olub



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə9/11
tarix01.07.2018
ölçüsü0,84 Mb.
#52610
1   2   3   4   5   6   7   8   9   10   11

60 
 
GEDİRƏM  DAHA 
 
 
Keçmiş günlərimə eyləyib vida
Qəlbimdə bir həsrət, gedirəm daha! 
Salma ürəyinə, söylə “əlvida!” 
Bitdi bu məhəbbət, gedirəm daha! 
 
Qəlbə “unut” demək çətindir, çətin! 
Sonu görünməyir bunca zillətin... 
Qədrini bilmədin bu məhəbbətin, 
Arama sədaqət, gedirəm daha! 
 
Xatirən yadigar qalacaq mənə, 
Mənsə ürəyimi vermişdim sənə! 
Bir oyun oynadı bu həyat yenə... 
Ummuram səadət, gedirəm daha!  


61 
 
DEYİLMİ?! 
 
 
Məni sevmək sənə düşdü, 
Məhəbbət zülüm deyilmi?! 
Yollarımız ayrı düşdü, 
Ayrılıq ölüm deyilmi?! 
 
Xoş arzular oldu yalan
Satammıram, yox dərd alan. 
Səni məndən ayrı salan 
Yanası dilim deyilmi?! 
 
Həsrət tutub yollarımı, 
Qəm bağlayıb qollarımı. 
Şaxta vurub eşq bağımı, 
Saralan gülüm deyilmi?! 
 
Gündüzlərim olub qara, 
Belə olma, məni ara! 
Sənsiz məni çəkən dara 
Aylarım, ilim deyilmi? 


62 
 
ƏGƏR SƏN  İSTƏSƏYDİN 
 
 
Əgər sən istəsəydin, 
Yanağimı gecələr göz yaşları yumazdı, 
Bu talenin oyunu bizi ayrı salmazdı, 
Soyuq baxışlarından ürəyim soyumazdı, 
Eşqimiz də solmazdı  
Əgər sən istəsəydin. 
 
Saçına çələng düzüb, tellərini hörərdim, 
Qabağında diz çöküb əllərini öpərdim
Bir körpə uşaq kimi mən arxanca gəzərdim, 
Ta ölüncə sevərdim 
Əgər sən istəsəydin. 
 
Sən günəşim olardın, çəkilərdi zülmətim, 
Gündən-günə daha da artardı məhəbbətim, 
Bircə xoş gülüşündən qalmazdı heç bir qəmim, 
Sən, ey könül həmdəmim, 
Əgər sən istəsəydin! 
Əgər sən istəsəydin! 


63 
 
NİYƏ  TƏLƏSİRDİM ? 
 
 
Mən ki, gözlərinə baxa bilmirdim
Niyə tələsirdim səni görməyə? 
Naz edib qəlbini yaxa bilmirdim, 
Niyə tələsirdim səni görməyə? 
 
Mehriban səsinə etmişdim adət, 
Mənimçün yox idi başqa səadət. 
Bilirdim: qarşıda sonsuz bir həsrət... 
Elə tələsirdim səni görməyə! 
 
Gecələr qəlbimə bir yük olurdu, 
Könlümə ayrılıq qəmi dolurdu, 
Ürəyim çırpınıb tel-tel olurdu, 
Yaman tələsirdim səni görməyə. 
 
Tarım çəkilirdi qəlbimin simi
Gözüm gözlərinə sataşan kimi. 
Aça da bilmirdim mən öz sirrimi, 
Amma tələsirdim səni görməyə. 
 
Nə bir söz tapırdım səndən soruşam, 
Nə də bir bəhanə - yanında duram. 
İndi ürəyimdən mən soruşuram: 
Niyə tələsirdim səni görməyə? 


64 
 
ƏLVİDA DEDİN 
 
 
Sən bu gün ilk dəfə “əlvida” dedin... 
Bu sözün həkk oldu qəm yaddaşıma. 
Niyə gözlərimə baxa bilmədin? 
“Sağ ol, sabahadək!” deyərdin amma. 
* * * 
Sən bu gün ilk dəfə “əlvida” dedin... 
Boşluqda buraxdın şaşqın, çarəsiz. 
Qəlbim parçalandı, sənsə bilmədin 
Bir anda yox oldu gələcəyimiz. 
* * * 
Bir sözlə bir ömrü dəyişmək asan, 
Eşq üçün özünü dəyişmək çətin. 
Artıq bizim üçün dayandı zaman – 
Sən bu gün ilk dəfə “əlvida” dedin... 
 


65 
 
GƏLSƏN... 
 
 
Mən günləri sənsizlikdə ötürürəm, 
Mən özümü səssizlikdə itirirəm. 
And içmişdik dözəcəyik bu həsrətə, 
And içmişdik biz bu eşqə, məhəbbətə. 
Söz vermişdik – unutmayaq, - unutmadım, 
Bəs nə oldu, illər keçdi, qayıtmadın? 
Gəlsən, sönən ümidimə od salaram. 
Ümid olsa mən hər şeyi,  
Mən hər şeyi bacararam. 
 
Tükənərsə ürəyimdə arzularım, 
Bağlanarsa geri dönməyə yollarım, 
Ruhum uçub tanrılarla əlləşərsə, 
Başım üstdə sıx buludlar birləşərsə, 
Kövrələrsə qəlbim körpə uşaq kimi,  
Tapammasam bu dünyada öz yerimi, 
Gəlsən, yeni bir güc alıb canlanaram. 
Məhəbbətə, sədaqətə  
Ölənədək inanaram.  
 
Mən şamına həsrət qalan pərvanəyəm
Mən Leylayam, eşq əlindən divanəyəm. 
Bir buludam, boşalmasam şimşək ollam, 
Bir mehəm ki, coşdursalar külək ollam. 
Boz çöllərin çılpaq qalan ormanıyam, 
Çökəklərin yorğun düşən dumanıyam, 
Yollarını qarış-qarış dolanaram.  
Gəlsən, səndən mən bir daha  
Ayrılmaram, ayrılmaram! 


66 
 
BU MƏHƏBBƏT 
 
Bu məhəbbət itə bilməz! 
Qəlbimizdə izi vardır. 
Bu məhəbbət saf-təmizdir, 
Zirvələrdə qalan qardır. 
* * * 
Bu məhəbbət duyğuların  
Titrəyən incə simidir. 
Bu məhəbbət gələcəyin 
Sarsılmayan bir himidir. 
* * * 
Biz bu eşqi yaratmışıq, 
Qədrini də bilək gərək. 
Yaratmışıq sətir-sətir 
Barmağımız titrəyərək. 
* * * 
Yorğunluqdan qızarardı 
Səhər çağı gözlərimiz. 
Amma yenə tükənməzdi 
Ürəkdəki sözlərimiz. 
* * * 
Unutmayaq o yuxusuz  
Gecələri, sabahları. 
İncitməyək qəlbimizi 
Yada salıb günahları.  
* * * 
Əlini ver əllərimə, 
Yaxın qotmayaq həsrəti. 
Ozümüzü itirərik - 
İtirsək bu məhəbbəti.  


67 
 
DEYİR ... 
 
 
Mən bir ürəksizə könül vermişəm, 
Lazımsız bilibdir, atıbdır oda. 
Deyir: unutmuşam, deyir silmişəm! 
O şirin anları salmayır yada. 
* * * 
Dilimdən düşməyir zalımın adı, 
Bu sevən ruhumun sınıb qanadı. 
Məni dara çəkən o insafsızın 
Nə səbri tükənir, nə də inadı. 
* * * 
Deyir: qəlbim mənim dönübdür daşa. 
Deyir: baxmayacam gözündə yaşa
Aldanma keçmişin xəyallarıyla, 
Mən sənsiz yaşayım, sən mənsiz yaşa! 
 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə