Gənc şairə Afaq Şıxlı 1969-u ildə Bakı şəhərində anadan olub



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix01.07.2018
ölçüsü0,84 Mb.
#52610
1   2   3   4   5   6   7   8   9   10   11

41 
 
MƏN  OYUNCAQ  DEYİLƏM! 
 
 
Mən oyuncaq deyiləm  
Mənə evcik qurasan! 
Nə vaxt kefin istəsə  
Açarımı burasan. 
Mən oyuncaq deyiləm  
Qutuda saxlayasan! 
Yorulanda, bezəndə  
Bir bucağa atasan. 
 


42 
 
SƏN  UŞAQ  OLMAMISAN 
 
 
Sən uşaq olmamısan.  
Yaddaşımda qalalı 
Böyük kimi düşünüb
Böyüktək davranmısan. 
Sənə ümid ediblər, 
Hey səni buyurublar. 
Elə səndən küsüblər, 
Elə səndən umublar. 
Heç boş vaxtın olmayıb 
Dəcəlliklər etməyə.  
Öyrənmisən tək-tənha 
Xəyallarda gəzməyə. 
Başqaları ataya, 
Anaya naz edəndə 
Nazlarına dözmüsən.  
Hərdən haqsız deyilən 
Sözlərinə dözmüsən. 
 
 
 
 
 
 
 
 
 
 


43 
 
Yəqin, qibtə etmisən 
Çöldə oturanlara, 
Qaçdı-tutdu, gizlənpaç, 
Beşdaş oynayanlara. 
Tum çırtlaya-çırtlaya 
Söhbət eləyənlərə, 
Yoldaşlarıyla birgə 
Gəzməyə gedənlərə… 
…Heyif keçən günlərə
Beləcə yaşlanmısan. 
Heyif, keçən günlərdən 
Öcünü almamısan. 
Görəsən, məhkum idin 
Sən böyük doğulmağa? 
Yoxsa ki, qoymayıblar 
Səni usaq olmağa? 
 


44 
 
YENƏ  YALAN   DANIŞDIN
 
 
 
Yenə yalan danışdın, 
Yenə sənə inandım. 
Sənin içdiyin andın 
Heç dəyəri varmı ki?! 
Yalan olar bir, iki. 
Daha qalmayıb gücüm. 
Sənin yalanların çox… 
Yenə aldandığımçün 
Mən utandım, 
Sənsə yox. 
 


45 
 
BİLMƏDİM 
 
 
Sözümlə, özümlə öyünən adam 
Məni xəyanətlə vurdu arxadan. 
Dedi ki, ayrılıq keçdi aradan, 
Mən də vəfasızam, dözə bilmədim. 
 
Nə qədər gizləsə sirri faş oldu, 
Gözümdən sel axdı, sinəm yaş oldu, 
Mənim göz yaşıma qəlbi daş oldu. 
İstədim söyləyəm sizə, bilmədim. 
 
Mən onu satmadım şöhrətə-şana, 
İnsanda üz gərək səhvini dana. 
Yalan sözlərindən gəlmişəm cana
Çatıbdır əlliyə-yüzə, bilmədim. 
 
Dərd-ələm yox etdi iqtidarımı, 
Bağçamda qar-şaxta vurdu barımı, 
Uçurdu əlimlə qurduqlarımı, 
Əvvəlki sahmanla düzə bilmədim. 
 
Düşmənlər duymasın düşüb qan-qada, 
Yaraşmaz məndəki mənliyə, ada. 
Silərdim, atardım, salmazdım yada, 
Arada bağları üzə bilmədim. 


46 
 
BAHAR, SƏNİ GÖZLƏYİRƏM! 
 
 
Saya-saya günlərimi, 
Mən günəşi səsləyirəm. 
Ötürürəm illərimi, 
Nisgilimi gizləyirəm. 
Bahar, səni gözləyirəm! 
 
Şən misralar yaza-yaza, 
Keçsin bu qış, dönsün yaza! 
Novruz gəlsin yurdumuza! 
Göy səməni bəsləyirəm, 
Bahar, səni gözləyirəm! 
 
Buludları qovsun külək
Çöl-çəmənlər açsın çiçək, 
Gəl, yenə də deyək-gülək! 
Al şəfəqlər istəyirəm! 
Bahar, səni gözləyirəm! 
 
Qoy açılsın göyün üzü, 
Qalmasın şaxtanın izi. 
Qoşa gəzək elimizi! 
Vətənimi özləyirəm! 
Bahar, səni gözləyirəm! 


47 
 
TANIYARAM 
 
 
Məhəbbəti tanıyaram 
Qəlbimdəki təlatümdən, 
Sevincimdən, fərəhimdən. 
 
Səadəti tanıyaram 
Gətirdiyi həvəsindən, 
Bahar dolu nəfəsindən. 
 
Mən nifrəti tanıyaram 
Şimşək çaxan gözlərimdən, 
Alov saçan sözlərimdən. 
 
Mən həsrəti tanıyaram 
Nisgilimdən, kədərimdən, 
Sənsiz keçən günlərimdən... 


48 
 
QIYMA , ƏCƏL! 
 
Gülnarə Məmmədquliyevanın unudulmaz 
xatirəsinə ithaf edilib 
 
Sən bu ömrə qıyma, əcəl! 
Hələ təzə, hələ tərdir. 
Qıyılası yamanlar gör nə qədərdir... 
Səbr et, dayan! 
Qırılacaq arzuları sən gəlincə. 
O ki, çiçək qədər incə, 
O ki, həyat qədər gözəl! 
Sən bu ömrə qıyma, əcəl! 
 
Möcüzədir barmaqları, 
Düzəltdiyi muncuqları,  
Öz əliylə işlədiyi yaylıqları. 
Nələr, nələr… 
Yoldaşları toplaşıblar otağına, 
Sığışmayır yatağına. 
Hələ şıltaq, hələ dəcəl! 
Sən bu ömrə qıyma, əcəl! 
 


49 
 
Arzusuydu həkim ola, 
Ürəklərə ümid sala, 
Hər könüldə, hər yaddaşda adı qala. 
Qismətə bax… 
Yaddaşına iz salmamış sevgi sözü 
Vaxt qalmayıb, gedir özü… 
Gül yanaqlar olub xəzəl! 
Sən bu ömrə qıyma, əcəl! 
 
İnsanın əlindən gələ, 
Dərdinə bir əlac bilə, 
Onun yenə əvvəlkitək üzü gülə! 
Amma heyhat... 
Qış ötüncə gəlməyəcək bir də yazı, 
Qismətiymiş ömrün azı. 
Ürəklərə dağ çəkmə, gəl! 
Sən bu ömrə qıyma, əcəl! 
Sən bu ömrə qıyma, əcəl! 
 
 


50 
 
SƏNİ BİR DƏ GÖRMƏK ÜÇÜN 
 
 
Ahım ərşə duman olur 
Səni bir də görmək üçün. 
Gözümə qanlı yaş dolur, 
Səni bir də görmək üçün. 
 
Həsrət yaman, kədər acı,  
Hardasan, başımın tacı? 
Göynəyir burnumun ucu, 
Səni bir də görmək üçün. 
 
Yarğan uca, dərə dərin,  
Torpaq soyuq, yerin sərin. 
Niyə sənə çatmır əlim, 
Səni bir də görmək üçün? 
 
Zülmət yollardan keçəydim
Özümə ölüm seçəydim, 
Mən də dünyadan köcəydim, 
Səni bir də görmək üçün.  
 
 
1995 
Qazax 
 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə