Gənc şairə Afaq Şıxlı 1969-u ildə Bakı şəhərində anadan olub



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə11/11
tarix01.07.2018
ölçüsü0,84 Mb.
#52610
1   2   3   4   5   6   7   8   9   10   11

78 
 
GÜNAHIM VAR 
 
 
Ay sevgilim, mən səni canımdan çox sevirəm
Sənlə keçən günlərin həsrətini çəkirəm, 
Gündüzlər kölgə kimi mən arxanca gəzirəm, 
Bir şirin xəyal olub yuxuna da gəlimmi? 
 
Mən ki, sənin yolunda odlara galanmışam, 
Bir körpə uşaq kimi başına dolanmışam, 
İtirmişəm özümü, ruhumla talanmışam,  
Sənə peşkəş eləyib gəlbimi də verimmi? 
 
Unutduğun o gündən yoxdu mənim məkanım, 
Susub qəmli bülbülüm, qırılıbdı kamanım, 
Həsrətinə dözmürəm, al, qurtarsın bu canım, 
Bilirəm, günahım var, amma yalnız mənimmi? 
 
Hicran geri çəkilsə, sevgililər qovuşsa, 
Çayın ayrı qolları bir məcrada buluşsa, 
Qoşa yanan ulduzlar məndən səni soruşsa, 
Bu vəfasız dünyada tək qalmışam, deyimmi? 
 
 


79 
 
GEDİRƏM... 
 
 
Gəl mənə söyləmə: “Sevirəm səni!” 
Mən ki, bu sevgiyə cavab vermədim. 
Heç kəs yaza bilməz öz taleyini... 
Mən sənə “sevirəm” deyə bilmədim. 
* * * 
Gəl mənə söyləmə: sevirəm səni! 
Bu sevgi donacaq qarda, sazaqda. 
Nə edim, qismətim öz əlimdəmi? 
Canım yanındadır, özüm uzaqda. 
* * * 
Ayrılmaq asanmı? Düşünmə belə! 
Ayrılmaq – nəfəssiz qalmaqdan çətin! 
Sənsiz dəqiqələr dönsə də ilə, 
Məni yaşadacaq bu məhəbbətin. 
* * * 
Gedirəm, yazaraq mən bu sözləri, 
Əllərim titrəyir, tez-tez çaşıram. 
Gedirəm, qəlbimdə həsrət izləri... 
Məktubda səninlə vidalaşıram. 
 
 
 
 
 
 
 


80 
 
* * * 
Bitirə bilmirəm, axı nə edim?! 
Son sətir son görüş olacaq bizə. 
“Əlvida” yazmağa gəlməyir əlim, 
Biz günah edirik bir-birimizə. 
* * * 
Qorxuram, göz-gözə gəlsək səninlə 
Yenidən yaşayım hər bir anımı. 
Bütün sevincimlə, bütün qəmimlə 
Atım qollarına yorğun canımı. 
* * * 
Gedirəm, sən unut! Yox-yox, unutma! 
Yəqin görüşərik yenə bir zaman... 
O keçən günlərə daha qayıtma, 
Amma ürəyində yaşayım hər an! 
 


81 
 
DÜŞÜNMƏ  MƏNİ 
 
 
Mən sənin ömrünə həsrət gətirdim,  
Əlvida, sevgilim, düşünmə məni! 
Özüm bilə-bilə səni itirdim, 
Əlvida, sevgilim, düşünmə məni! 
 
Mən heç “olmamışam”! Unutmalısan! 
Qayğısız günlərə qayıtmalısan! 
Bu yükü çiynindən sən atmalısan! 
Əlvida, sevgilim, düşünmə məni! 
 
Sorma: “Sevirsənmi?” Deyə bilmərəm... 
Mən sənin ömrünə gələ bilmərəm
Nə də ürəyimdən silə bilmərəm. 
Əlvida, sevgilim, düşünmə məni! 
 
Hardasan, yanımda olasan, yenə! 
İstərəm ki, acam qəlbimi sənə. 
Amma söyləyirəm mən dönə-dönə: 
Əlvida, sevgilim, düşünmə məni! 
 
Ürək səni sevdi, sənə isindi, 
Yadigar qalası sözün, səsindi. 
Təki sən xoşbəxt ol, mənim bəsimdi! 
Əlvida, sevgilim, düşünmə məni! 
 


82 
 
“Səni itirmərəm”, - dedin, and içib, 
Dedin ki, ürəyim tək səni seçib. 
İndi bu vədlərdən çox zaman keçib... 
Əlvida, sevgilim, düşünmə məni! 
 
Soylədim: “Ömrümə gecikdin bir az”, 
Sən dedin:”Sevməyin zamanı olmaz!” 
Amma ayrılırıq gəlməmiş bu yaz, 
Əlvida, sevgilim, düşünmə məni! 
 
Demə vəfasızam, xəyanətim var! 
İsmətim, qürurum, dəyanətim var! 
Unutma, səndə bir əmanətim var! 
Əlvida, sevgilim, düşünmə məni! 
 
Yazma mənim üçün bu qəmli şeiri, 
Bir söz vermişəm mən, almaram geri. 
İndi dağıtma gəl sən göyü-yeri, 
Əlvida, sevgilim, düşünmə məni! 
 
Sənsizlik bağıma xəzan tez düşər, 
Ağarar saçlarım, illər ötüşər. 
Peşman olsam belə, de, nə dəyişər? 
Əlvida, sevgilim, düşünmə məni! 
 
Qışdan çıxmayacaq bizim sevgimiz, 
Birgə vurmayacaq ürəklərimiz. 
Yolumuz başqadır, ayrılırıq biz... 
Əlvida, sevgilim, düşünmə məni! 


83 
 
SEVİRƏM  SƏNİ 
 
 
Görüncə çevirsəm üzümü yana, 
Sanma biganəyəm, sevirəm səni! 
Arxanca baxıram mən yana-yana, 
Ahu-zəbanəyəm, sevirəm səni! 
 
Səsinə həsrətəm, üzülür canım, 
Sonsuzluğa dönüb dəqiqəm, anım. 
Sən məni oduna yandıran şamım,  
Mənsə pərvanəyəm, sevirəm səni! 
 
Eşqimin aləmdə bənzəri yoxdur! 
Gedişin sinəmə vurduğun oxdur! 
Sevib-sevilənlər dünyada çoxdur, 
Mənsə yeganəyəm, sevirəm səni! 
 
Mən oldum kölgətək səni izləyən, 
Gəlmirəm, - desən də, yenə gözləyən. 
Tənha gecələri səni səsləyən 
Qəmli təranəyəm, sevirəm səni! 
 
 
 
 
 
 
 
 
 


84 
 
Məhəbbət həyatdır, yaşadır bizi, 
Silinməz heç zaman qəlbimdən izi. 
Ayrılıq bitirdi hər ikimizi, 
Tərki-zəmanəyəm, sevirəm səni! 
 
Sənsiz gələn bahar bənzəyər qışa, 
Göz yaşım dönəcək yağan yağışa. 
Məni həsrət qoydun bir xoş baxışa, 
Qəlbi viranəyəm, sevirəm səni! 
 
Ağlım: “bu sevdanı unudaq”, - deyir,  
Yaddaşım: “yanına qayıdaq”, - deyir, 
Ürəyim qəmlidir, “ağlayaq”, - deyir, 
Dəli-divanəyəm, sevirəm səni! 
 


85 
 
BƏLKƏ BİR  GÜN... 
 
 
Bağlamışam ürəyimin hər guşəsin, 
sevgi girə bilməsin... 
Silmişəm ki, göz yaşımın hər zərrəsin, 
kimsə görə bilməsin... 
Unudarsam ötənləri – dərd azalar. 
İstəmirəm unudam! 
Bəlkə bir gün yenə onu yada salıb 
o günlərə qayıdam... 
 


86 
 
MƏN DƏ DEDİM UNUDARAM... 
 
Mən də dedim unudaram 
sənin kimi bircə günə: 
Sözlərini, gözlərini, 
əllərinin istisini... 
Bacarmadım! 
Mən də dedim unudaram 
sənin kimi bircə günə: 
O çağları, o anları,  
şirin-şirin xəyalları... 
Bacarmadım! 
Sən ki, mənə öyrətmişdin 
sevməyi də,  
həsrətinə dözməyi də. 
Öyrətmişdin gülməyi də,  
göz yaşımı silməyi də. 
Unutmağı öyrətmədin, axı, nədən? 
Ürəyimi bu göynədən 
acıları atmaq üçün, 
bir hüzura çatmaq üçün 
çalışıram dönə-dönə. 
İstəyirəm silim səni ürəyimdən 
sənin kimi, bircə günə... 
Yandıraraq körpüləri 
yol qoymadın keçmişimə qayıtmağa. 
Ay insafsız! 
Məhəbbətim imkan vermir unutmağa! 
Unudarsam səni, sanki 
itirəcəm özlüyümü, mənliyimi. 
Zaman keçir... 
Anlayıram: səni hər gün 
əvvəlkindən daha artıq sevdiyimi! 


87 
 
SEVMƏ DAHA! 
 
 
Şirin anlar ötüb getdi, 
Bu zamansız sevda bitdi. 
O aldatdı, günah etdi, 
Sən də batma bu günaha! 
Ürək, onu sevmə daha! 
 
Məni eşqə salan oldu,  
Arzularım talan oldu, 
Nə dedisə yalan oldu, 
Andlarını satdı baha! 
Ürək, onu sevmə daha! 
 
Dedi: qəlbimin parası, 
Dedi: gözümün qarası. 
Sağalarmı eşq yarası, 
Gündən-günə yaxa-yaxa? 
Ürək, onu sevmə daha! 
 
Yerini tutmayar kimsə! 
Çəkdiyim dərdləri bilsə! 
Bir də həyatıma dönsə, 
Gözlərimə baxa-baxa, 
Ürək, onu sevmə daha! 
 
 
 
 
 


88 
 
Sevmişdim, bunu danmaram! 
Bu odda bir də yanmaram! 
Şahid olsam, inanmaram 
Sinəsindən qopan aha! 
Ürək, onu sevmə daha! 
 
Unut olub keçənləri!  
Bir yuxu bil ötənləri! 
Kim qaytarar gedənləri? 
Səni and versə Allaha, 
Ürək, onu sevmə daha! 
 
Gəl, əlləşmə dərdlə, qəmlə! 
Belə susma, ağla, inlə! 
Bir dəfə də məni dinlə, 
Sevinclə bax hər sabaha! 
Ürək, onu sevmə daha! 


89 
 
BAĞIŞLAMARAM 
 
 
Bizi ayırmısan, daha qəm yemə, 
Artıq rahat uyu, uyuya bilsən! 
Sevgi sənə yaddır, sevirəm demə, 
Nifrət görəcəksən qarşıma gəlsən! 
 
Yalanın bitirdi hər ikimizi, 
Onsuz bu dünyada xoşbəxt olmaram. 
Batmısan günaha ayırıb bizi, 
Səni ömrüm boyu bağışlamaram! 
 
Nə etdin, neylədin, nə söylədinsə, 
Onu ürəyimdən qoparammadım. 
Kaş ki, etdiklərin qarşına gəlsə!... 
Nə yaxşı, heç zaman sənin olmadım! 
 
Mən ki, sevdiyimə arzu dilərəm: 
Hər yerdə, hər zaman bəxtiyar olsun! 
Nə sevgi ummaram, nə də enmərəm! 
Təki tanrı ona hər an yar olsun! 
 
Allaha yalvar ki, əfv etsin səni, 
Çünki günahların böyükdür yaman! 
Bacarsan geriyə qaytar kedəni... 
Amma ki, geriyə dönməyir zaman. 


90 
 
İNANMA 
 
 
Bir gün, unutmuşam, desələr sənə, 
Gözümə baxmamış gözün, inanma! 
Həsrət şərabını versələr sənə, 
Yenə seç əyridən düzü, inanma! 
 
Mən səndən sevgimi gizlətmədim heç, 
Qırsam da qəlbini günahımdan keç. 
Ya çılğın eşqimiz, ya ayrılıq! Seç! 
Yerimi verməyər yüzü, inanma! 
 
Bilirəm, bu sevda zamansız oldu, 
Dostlar düşməndən də amansız oldu! 
Desələr: “O, sənə vəfasız oldu!” 
Yalandır onların sözü, inanma! 
 
Qısqanclıq əlindən odda yansalar, 
Səni sevdiyimi səndən dansalar, 
Bu təmiz eşqimi oyun sansalar, 
İnanma, sevgilim, özun inanma! 


91 
 
SEVDİM SƏNİ 
 
 
Gözlərinə baxa-baxa 
mən bir ömür yaşamaqçün sevdim səni. 
Ayrılmaqçün sevmədim ki... 
Yalnız mənim olduğunu, 
necə yaşa dolduğunu izləməkçün sevdim səni. 
İtirməkçün sevmədim ki... 
Sevdim səni unudaraq dərdi, qəmi. 
Çəkə-çəkə həsrətini, 
xəyallarda tutdum, gülüm, əllərini... 
Hər an, hər gün  
sadiq qalıb öz sevgimə, 
sarıb səni ürəyimə 
nə düşündüm... Bir bilsəydin...  
Bilmədin ki... 
Əl uzadıb vüsalına qovuşmaqçün sevdim səni. 
Unutmaqçün sevmədim ki... 


92 
 
HEYİF Kİ... 
 
 
Həsrət əcəl deyil, ala canımı... 
Heyif ki, sənsiz də yaşayacağam! 
Eşqinə həsr edib hər bir anımı, 
Adını qəlbimdə daşıyacağam! 
 
 
 


93 
 
GİLEY 
 
 
Üç gün bundan əvvəl sevirdin məni
Başqa birisini nə tez sevmisən? 
O ülvi məhəbbət bu imiş yəni? 
Ötəri bir hissi sevgi bilmisən... 
 
Sevən sevdiyini baş tacı bilər, 
Lazımsa uğrunda canını verər, 
Ona söz deyəni dünyadan silər, 
Sənsə həyatından məni silmisən?! 
 
Ürəyin soyusun! Bir az da dözüm! 
Vaxt keçər, yandırmaz alovum-közüm. 
Bilirəm, acıdır sənə hər sözüm, 
Odur ki, özgəyə könül vermisən. 
 
Qıyma ki, bu dostluq davayla bitsin! 
Qıyma ki, bu hörmət yox olub itsin! 
Qoymursan qəlbimin acısı getsin, 
Məzəmmət etməyə sən də gəlmisən. 


94 
 
GÖRÜŞƏNƏDƏK 
 
 
Ardınca çatılmaz ötən illərin, 
Səadət qısadır, bir gün bitəcək. 
Nə sən məni üzmə, nə də mən səni, 
Qəlbini sızlatma, her şey keçəcək! 
* * * 
Bilirdim, xoş günlər çox olmayacaq, 
Əzəldən məhkumdu bizim sevdamız. 
Xəyallar tükənib yox olmayacaq…  
Sağalarmı bir gün könül yaramız? 
* * * 
Bəlkə həyatından gedim əbədi? 
Bəlkə də qayıdaq keçmişimizə? 
Bütün şirin sözlər xatirimdədi, 
Niyə zülm edirik bir-birimizə? 
* * * 
Uçuram arzumun arxasınca mən, 
Yəqin bu axtarış uzun çəkəcək. 
Qayıdaram bir gün, məni gözləsən, 
Hələlik, sevgilim, görüşənədək! 
 
 


95 
 
DEDİN... 
 
 
Sənə ürəyimi açdım gümansız, 
“Qəlbində nələr var bilirəm”, - dedin. 
“Mən də bu sevdaya düşüb amansız, 
Sənə vurulmuşam, sevirəm!” - dedin. 
 
Uçmağa olmadı bircə qanadım, 
Bu sevgi önündə sındı inadım. 
“İndi sənə bağlı namusum, adım, 
Yollarımı gözlə, gəlirəm!” - dedin. 
 
Yazdın taleyimi izin almadan, 
Bu eşq unudulmaz izi qalmadan! 
Susa bilməzdinmi, oda salmadan? 
“Mən sənin dərdindən ölürəm” - dedin?! 
 
Bir zaman olmuşdu dünya mənə yad, 
Sənin gəlişinlə dəyişdi həyat! 
Sandım, ayrılmarıq, amma ki, heyhat, 
Üzümə baxmadan, “gedirəm” - dedin. 
 
Bilmirəm, nə keçdi aramızdan, nə? 
Niyə birdən-birə yad oldun mənə? 
Yaşlı gözlərimlə baxdım üzünə, 
“Adını qəlbimdən silirəm” - dedin... 


96 
 
MƏNƏM 
 
 
Səni eşqə saldım, ey yar! 
Gəlbin oldu qubar-qubar, 
Ürəyində bir yara var, 
O yaranın adı mənəm. 
 
Dönə-dönə üzdüm səni, 
Xatırlama, unut məni! 
Qəlbin demir dil deyəni,  
Ürəyinin odu mənəm. 
 
Bəlkə buymuş alın yazın, 
Xəzan düşdü, soldu yazın! 
Bu bəlalı sevdamızın 
Dostu sənsən, yadı mənəm. 
 
Qayıdaraq zaman-zaman, 
İncidirəm səni yaman. 
Bilirəm ki, unutmazsan, 
Həyatının dadı mənəm. 
 
Tələsmişik biz sevəndə, 
Günahkarıq sən də, mən də. 
Bir üsyan var ürəyində
Qəlbinin fəryadı mənəm. 


97 
 
YARIM  VAR ... 
 
 
Bəs məni illərlə gözləyəcəkdin? 
Səni gözləyirəm, intizarım var! 
Qəlbində çiçəktək bəsləyəcəkdin? 
Sənsiz ürəyimdə ahu-zarım var! 
 
Bu tənha könlümü isitdi eşqin, 
Mənə ürəyimin parası dedin. 
O şirin anları, söylə, neylədin? 
Keçib xoş çağlarım, bədgüzarım var! 
 
Nə xoşdu yarımın hər bir kəlməsi! 
Heç kəs itirməsin sevdiyi kəsi! 
İçimdə inləyir hicran nəğməsi, 
Bir sınıq kamanım, bir də tarım var! 
 
Vuruldum ruhuna, dəyanətinə, 
Sığındım eşqinə, məhəbbətinə. 
Həsrətəm o günəş hərarətinə, 
Qəribəm, uzaqda bir diyarım var! 
 
Çox yalan danışıb qəlbimi yordun, 
Bir gün xəyanətlə sinəmdən vurdun. 
Məni bağışlamaq olarmı? - sordun, 
Səndən inciməyə ixtiyarım var! 
 
Adını səsləyən mənim səsimdir, 
Sənsiz yaşamıram, son nəfəsimdir. 
Dünyada olmağın, inan, bəsimdir! 
Bilim ki, hardasa mənim yarım var... 


98 
 
GƏL, YENİDƏN  BAŞLAYAQ! 
 
 
Gəl, yenidən başlayaq yaşamağa, yenidən! 
Bizimlə bir doğulsun ayımız, günəşimiz. 
Gəl, yenidən başlayaq, sənlə yeni sətirdən 
Ağ kağız üzərinə bəxtimizi yazaq biz. 
 
Gəl, yenidən başlayaq, səadət bizim olsun, 
Unudaq qəm-kədəri, qalmasın heç izi də. 
Bu həyat kitabımız xariqələrlə dolsun, 
Bir gün vərəqləyənlər yada salsın bizi də. 
 
Gəl, yenidən başlayaq, bu dünyanı sevərək, 
Yağışıyla, qarıyla, boranıyla barışaq. 
İnanaq ki, bundan da gözəl günlər gələcək, 
Yada salıb gəncliyi sevənlərə qarışaq. 
 
Gəl, yenidən başlayaq yaşamağa, yenidən! 
Bizimlə bir doğulsun ayımız, günəşimiz. 
Gəl yenidən başlayaq, sənlə yeni sətirdən 
Ağ kağız üzərinə bəxtimizi yazaq biz. 
 


99 
 
  
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


100 
 


101 
 
BİR  GÜNDƏ  OLSA... 
 
 
Ayrılıq bir gün də olsa,  
Gözlərim yollarda qalar. 
Sənsiz ürəyimi qəm-kədər alar, 
Ayrılıq bir gün də olsa. 
 
Nəqərat: 
 
Ömrümə həsrətin dumanı enər, 
Sevincim yox olar, günəşim sönər, 
Gündüzüm qaranlıq gecəyə dönər, 
Ayrılıq bir gün də olsa. 
 
 
Əsərsə bir soyuq külək, 
Bitərmi bu arzu-dilək? 
Məndə nə can qalar, nə də ki ürək, 
Ayrılıq bir gün də olsa. 
 
Nəqərat: 
 
Təkrar.


102 
 
YAĞIŞ 
 
Bu şeirə gənc musiqiçi İrena İsaxanlı 
musiqi bəstələmişdir 
 
Bu sirri kimə söyləyim, 
Dərdimə əlac eyləyim? 
Acı dil yandırıb mıni, 
Sevirəm, axı, neyləyim. 
 
Nəqərat: 
 
Bəs eyləməz bir xoş baxış, 
Mənə öz sevgindən danış. 
Yalvar buludlara, bəlkə, 
Göz yaşımı yusun yağış. 
 
 
Niyə bəs küsürsən məndən? 
Bilirəm, sən də sevirsən. 
İncimə, gəl, ay sevgilim, 
Aşiqəm, axı, bilirsən. 
 
Nəqərat. 
 
Təkrar.


103 
 
NİYƏ  GETDİN,  ANA?! 
 
Sizə qonaq gələydim, 
Qapınızı döyəydim. 
Qapının arxasından 
Həzin səsin gələydi. 
 
Ağarmış tellərində, 
Qırışmış əllərində. 
Dünyayın yükü vardı 
Cılız çiyinlərində. 
 
Nəqərat: 
 
Sən getdin, xoş laylalar bitdi, 
Gül bağımda tikanlar bitdi. 
Sən getdin, ömrümün mənası itdi. 
Niyə getdin, niyə getdin, ana, niyə? 
 
 
O gülümsər gözlərin, 
Məlhəm edən sözlərin.  
Dizimin taqətiydi 
O taqətsiz dizlərin. 
 
Ana, - deyib ağlaram,  
Gecə-cündüz sızlaram, 
Göydəki fələklərin 
Sinəsini dağlaram.  
 
Nəqərat. 
Təkrar.


104 
 
ƏLVİDA 
 
Bu şeirə İrena İsaxanlı musiqi bəstələmişdir 
 
Əlvida söyləyək, əlvida! 
İnləyir qəlbimdə bu nida. 
Gəl, külə dönməmiş sevgimiz, 
Əlvida söyləyək, əlvida! 
 
Əlvida söyləyək, əlvida! 
Necə uzun oldu bu vida. 
Gəl, buza dönməmiş gəlbimiz
Əlvida söyləyək, əlvida! 
 
Nəqərat: 
 
Əlvida söyləyək ötən günlərə,  
Nağıllara dönüb itən günlərə. 
Əlvida, qayğısız gülüşlərimiz, 
Əlvida, o gizli görüşlərimiz.  
 
 
Əlvida söyləyək dönmədən, 
Göz yaşlarımızı görmədən. 
Günah nə sənindir, nə mənim, 
Bizə düşmən oldu bu aləm. 
 
Əlvida söyləyək dönmədən, 
Sən hara, mən hara bilmədən. 
Günah nə sənindir, nə mənim, 
Bəlkə görüşərik yenidən?! 
 
Nəqərat. 
Təkrar.


105 
 
UNUTMA  MƏNİ 
 
 
Buludlаdrın qucağinda, 
Gunəşin nur ocağinda 
Ruhum uçur bir quş kimi 
Unutma məni! 
 
Pərvaz edib qalxdı birdən, 
Azad oldu dəddən, qəmdən. 
Tərk etdi bu zalım yeri, 
Unutma məni! 
 
Nəqərat: 
 
Məndən sənə qaldı nələr, 
Şirin-şirin xatirələr. 
Yada salsan keçənləri 
Unutma məni! 
 
Baxıb əski rəsmlərə, 
Əl uzatsan keçmişlərə, 
Xatırlayıb o illəri 
Unutma məni! 
 


106 
 
BİLMƏDİM 
 
Bu şeirə bəstələnmiş mahnı Aygun Kazımovanın 
ifasında səslənir 
 
 
Adi bir payız günündə 
Biz səninlə qarşılaşdıq. 
Bu qəfləti təlatümdən 
Həm sevindik, həm də çaşdıq. 
 
Gözlərinə baxan kimi 
Anladım ki, vurulmuşam. 
Bu dünyada təkcə sənin
Sənin üçün yaranmışam. 
 
Nəqərat: 
 
Nə sən durub-dayanmadın, 
Nə mən saxlaya bilmədim. 
Nə sən məni axtarmadın, 
Nə mən araya bilmədim. 
 
İllər gəldi, keçdi zaman,  
Səni unuda bilmədim. 
Bu doğruydu, yoxsa yalan - 
Hələ anlaya bilmədim. 
 
 
 


107 
 
Borc verilir bizə həyat,  
Saat-saat qaytarırıq. 
Ömrü boyu xoşbəxtliyi 
Uzaqlarda axtarırıq. 
 
Gəlir ötür yanımızdan, 
Qorumuruq məhəbbəti. 
Tək qalanda anlayırıq 
İtirmişik səadəti. 
 
Nəqərat. 
 
Təkrar. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə