Gənc şairə Afaq Şıxlı 1969-u ildə Bakı şəhərində anadan olub



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix01.07.2018
ölçüsü0,84 Mb.
#52610
1   2   3   4   5   6   7   8   9   10   11


 
Hanı o şən çağların, 
Çiçəkli yaylaqların? 
Gözləri yolda qalıb 
Kəlbəcərdə dağların, - 
 
nisgilini  öz  taleyində  yaşadan  soydaşlarımızın  qaçqın-
lıq-köçkünlük  ağrısına  acımaqla  yanaşı,  mənfur  yağı-
ların  işğal  etdikləri Azərbaycan  ərazilərindən lap  yaxın 
zamanlarda qovulacağı inamına qanad açır.  
Bu da təbiidir. Axı bu misraların müəllifi Afaq xanım 
gözəl  bilir  ki,  bədii  ədəbiyytın  vəzifələrindən  biri  də 
gənc nəsli düşmənə qarşı döyüşlərə səfərbər etmək, on-
lara mübarizlik, mətinlik, cəsurluq  kimi  müsbət  keyfiy-
yətlər aşılamaqdan ibarətdir.  
Fikir verin, doğrudan da bu həsrətli duyğuları yalnız 
paralanmış  məmləkətin  həssas  şairi  öz  könül  çırpın-
tılarına hopdura bilər: 
 
Fikrim qalıb torpağında, daşında, 
Yel olaydım dağlarının başında. 
Sel gücü var gözlərimin yaşında, 
Tükənməzdir ürəyimin dözümü. 
 
Ürəyində tükənməz dözüm bəsləyən, “Doğma bir və-
tən var məndən uzaqda” deyən Afaq xanım: 
 
Bu bahar Qarabağı 
Gəzəydim oymaq-oymaq! – 
 
arzusunun  çin  olacağına  da  daxili  bir  qətiyyətlə  ümid 
bəsləyir. 
Elə başqa bir şeirindəki bu misralar da onun sönməz 
inamından, sarsılmaz əqidəsindən soraq verir: 
 


10 
 
Dünyada hər bir kəs verir imtahan
Qazanmaq çətindir, itirmək asan! 
Solsa ümidlərin yenə döz, dayan, 
Ağacın bir bəhrə verən vaxtı var!  
 
Afaq  Şıxlı  sözün  qədrinin  bildiyi  kimi  vaxtın  da 
qədrini bilir. Ona görə də bu dünyaya gəlib bir ömürlük 
qonaq  qalan  insanları  həyatı  hədər  keçirməməyə,  hər 
anı, hər fürsəti mənalandırmağa səsləyir: 
 
Sovruldu yelə döndü, 
Durmayan selə döndü, 
An idi, ilə döndü 
Qədribilinməz zaman. 
 
Şair  əsrlərin,  nəsillərin  sınağından  keçmiş  sadə  bir 
məntiqi öz şeirlərində bir daha təsdiqləyərək vurğulayır 
ki, keçmişə arxalanmayanın gələcəyi də yoxdur. Əlbət-
tə, dünyaya yenicə göz açan hər bir insan elə həyatı na-
ğıl sana-sana yaşa dolur, yaşa dolduqca od-alova düşür, 
nə qədər yanıb-qarsalansa da gələcəyin nuru ilə könlünə 
təsəlli,  özünə təskinlik  verir, üzü xoşbəxtliyə  doğru  yü-
rüyür: 
 
Həyatı bir nağıl sandım, 
Yaşam uçun oda yandım. 
Gələcəyə arxalandım, 
Ötən illər üzdü məni. 
 
Afaq Şıxlının şeirlərinin çoxu eşq sətirli, sevgi ətirli, 
məhəbbət  xətirlidir.  Minillərdən  bəri  şairlərin  sənət  gü-
lüstanında bol-bol  görünən həsrət,  hicran,  ayrılıq, vəfa, 
sədaqət,  etibar,  vüsal  və  s.  kimi  tanış  hiss-həyəcanlar 
onun  yaradıcılığının  aparıcı  qolunu  təşkil  edir.  Bu  şeir-


11 
 
lərdəki  özünəməxsusluq  onların  səmimiliyində,  təvazö-
karlığında, həyatiliyindədir. Şair  yurda, bəşəriyyətə bü-
töv  məhəbət  bəslədiyi  kimi  sevgisindən  də  tamlıq,  bü-
tövlük  umur  və  bu  umacağında  da  tamamilə  haqlıdır. 
Digər  yöndən,  Afaq  xanımın  sevgi  şeirlərində  təqdi-
rəlayiq, tərifəlayiq, bənzərsiz bir qadın xarakteri də özü-
nü büruzə verir.  Bu  məğrur  obraz qız ləyaqətini, qadın 
mənliyini  hər  şeydən  uca  tutur  və  elə  buna  görə  də 
oxucunun rəğbətini qazanır: 
 
Deyirlər, ürəyə hökm etmək olmaz
Mənsə qəlbimə də hökm edərəm, bil! 
Neçə yerə bölüb sədəqə kimi 
Payladığin sevgi gərəyim deyil. 
 
Afaq  xanımın  yaradıcılığında  misilsiz  xalq  çeşmə-
sindən, rəngarəng aşıq sənətindən, əvəzsiz yazılı ədəbiy-
yatdan  gələn  motivlərin  boy  göstərməsi  də  təbiidir. 
Zəngin  Azərbaycan  ədəbiyyatının  təsir  dairəsi  o  qədər 
möhtəşəm,  o  qədər  güclüdür  ki,  onu  özünün  iç  dünya-
sından  keçirib  yeni  söz  demək  üçün  şeir-sənət  mey-
danına  girməyə  cəsarət  edən  şairi  bax  elə  bu  dönməz-
liyinə  görə  ürəkdən  alqışlamaq  olar.  Əsrlərdən  bəri  ulu 
ozanlarımızın,  dədə  aşıqlarımızın  dilindən  düşməyən 
qoşma-gəraylı  biçimli  şeirlərlə  yaxından  səsləşən  bu 
bəndə fikir verin: 
 
Xoş arzular oldu yalan
Satammıram, yox dərd alan. 
Səni məndən ayrı salan 
Yanası dilim deyilmi?! 
 
Tanışdır,  təravətlidir,  təzətərdir!..  Çünki  Afaq  Şıxlı 
bu  bəlli  hiss-həyəcanları,  bu  tanış  kəlmələri  özününkü-


12 
 
ləşdirməyi,  öz  könül  duyğularına  hopdurmağı  bacarıb. 
Ona görə də Afaq xanımın bu sayaq şeirlərini oxuyanda 
adamın  yaddaşında  qədim  bir  saz  havası  çalınır,  ürəyə 
yatan bir nəğmə oxunur. Məncə, bu da şairin uğurudur!.. 
Afaq  xanım  sadə  olduğu  qədər  də  təvazökar  şairdir. 
O,  yazdıqları  ilə  öyünmür,  əksinə,  ən  gözəl  şeirlərini 
hələ innən belə yazacağı inamı ilə könül çırpıntılarını ağ 
vərəqlərə  pıçıldayır.  Şair  kağıza  köçürdüyü  hər  misra-
nın, hər bəndin arxasında insan taleyinin, şair ömrünün, 
vətəndaş  həyatının  dayandığını  yaxşı  anlayır,  onları  sə-
daqətli dostlara əmanət kimi mənalandırır: 
 
Keçən günlərimə bəraətimdir, 
Hər zaman qürurum, səadətimdir, 
Mənim dostlarıma əmanətimdir - 
Qələmim, kağızım və seirlərim. 
 
...Dağ  çayları  zümzüməli  bulaqların  göz  yaşından 
yaranır. Zirvələrə, yamaclara, düzənlərə, dərələrə nəğmə 
qoşa-qoşa üzü dənizə doğru şütüyür. Zaman-zaman do-
lanbac  dağ  yollarında  yalçın  qayalara  da  çırpılır,  sərt 
daşlara da!.. Amma öz məcrasını dəyişmir!.. Çünki onu 
gözləyən var. Elə Afaq Şıxlının dağ çaylarına bənzəyən, 
bəzən sakit, bəzən təlatümlü şeirləri kimi... Şairənin özü 
demişkən: 
 
Bir dağ çayı ömür yolum... 
 
 
Knyaz ASLAN, 
“Qızıl Qələm” mükafatı laureatı, şair-
publisist 
 
  


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə