Gənc şairə Afaq Şıxlı 1969-u ildə Bakı şəhərində anadan olub



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix01.07.2018
ölçüsü0,84 Mb.
#52610
1   2   3   4   5   6   7   8   9   10   11

68 
 
SEVƏN  ZAMAN 
 
 
Təklik məni üzür yaman
Ən xoş soz də kömək olmur. 
Riyakarlıq, sevən zaman, 
Lazım olmur, gərək olmur. 
Ayrı qalmaq deyil asan, 
Nədən bunu demək olmur? 


69 
 
BİR  GÜN 
 
Bu şeirə bəstələnmiş mahnı 2006-cı ildə Aygün 
Kazımovanın ifasında səslənib  
 
Darıxma, sevgilim, bitər bu həsrət,  
Ayrı yollarımız birləşər bir gün. 
Yenə tapar bizi sevgi, səadət, 
Rüzgarlar səmtini dəyişər bir gün. 
 
Bu necə taledir, bu necə yazı? 
Bilinmir ömrümün payızı, yazı. 
Səbr et, çoxu gedib, qalıbdır azı, 
Yəqin qismət bizlə barışar bir gün. 
 
Ayrılıq bitəcək uzun olsa da, 
Həsrət qəlbimizdə yuva salsa da. 
Hər gün gözlərimiz yolda qalsa da, 
Yorğun baxışımız birləşər bir gün. 
 


70 
 
TƏLƏS 
 
 
Qəlbim həsrətindən qubar bağlasa, 
Sevgilim, yanıma gəlməyə tələs! 
Dolmuş bulud kimi birdən ağlasam
Bu göz yaşlarımı silməyə tələs! 
 
Sən mənim ömrümdə ən xoş təranə, 
Sənsiz könül evim sanki viranə. 
Nə olar, dərdimə qalma biganə, 
Bu dərdi mənimlə bölməyə tələs! 
 
Biz ayrı düşəli hicran kam alıb, 
Sevda yollarında izimiz qalıb. 
O xoşbəxt günləri yadına salıb 
Sirrimi-sözümü bilməyə tələs! 
 
Bir kərə çağırsan ollam yanında, 
Gəl qədrini bilək bircə anın da. 
Ömür keçib-gedər göz qırpımında, 
Gecikmə, ürəkdən sevməyə tələs! 


71 
 
DÖZMƏRƏM 
 
 
Sən – ömrümə doğan günəş, 
Qəlbimdə yanan atəş, 
Ey mənim göz bəbəyim! 
Sən – bəxtimə düşən payım, 
Mənim ulduzum, ayım, 
Unuda bilmədiyim. 
Mən kiməm – bir aşiqin. 
Sənsə mənim ürəyim. 
Sənə sevgilim deyim, 
Yoxsa mələyim deyim? 
Mən bütün keçmişimi  
Unudaram səninçün, 
Ey mənim gələcəyim! 
Sənsiz mən bir damlayam,  
Səninlə – coşqun bir çay. 
Sənsiz – boranlı qışam, 
Səninlə – günəşli yay. 
Getsən, tükənər ömrüm. 
Tükənər yoxsan deyə. 
Mənə qıyma, gəl, gülüm, 
Dözmərəm sənsizliyə. 


72 
 
ANLASAN  ARTIQ 
 
 
Mən çox yalvarırdım, tanrıma üz tutub, 
Bilmirdim, sevgilim sevməkdən yorulub
Unudub eşqini, əhdini unudub. 
Mənsə unutmaram, anlasan artıq! 
 
Bu eşq bir yuxudur, bu eşq bir yalandır, 
Qəlb evim viranə, ümidim talandır. 
Bu könül yarası ömürlük qalandır, 
Səni unutmaram, anlasan artıq! 
 
Mən sənin yolunda qatlandım nələrə, 
Eşqimi kül edib sovurdun yellərə, 
And olsun sevgimə, and olsun göylərə, 
Səni unutmaram, anlasan artıq! 
 
 
 
 
 
 
 
 
 
 
 
 


73 
 
AYIRIR  BİZİ 
 
 
Ay əzizim, mehribanım, 
Bu həsrət ayırır bizi. 
Sənə bağlı könlüm, canım, 
Bircə sədd ayırır bizi. 
 
O gün sənə rast gələrək 
İlk baxışdan sevdi ürək. 
Tanrımız olsa da kömək, 
Bir namərd ayırır bizi. 
 
Ruhum uçur qucağına, 
Yanır eşqin fərağına, 
Heyif ömrün bu çağına, 
Kəm qismət ayırır bizi. 
 
2005  
Moskva 
 


74 
 
ÖZÜMƏ  QAYTAR 
 
 
Sən mənim sevgimi özümə qaytar, 
Neçə ki, yandırıb kül etməmisən. 
Mənim ürəyimdən sən getməmisən, 
Getsən, həsrətini özünlə apar. 
Getsən, sakitcə get, demə: gələrəm, 
Yoxsa mən yenə də yol gözləyərəm. 
Azad et vədlərdən mənim qəlbimi
Çünki bu yuxudan ayılmalıyam. 
Səni sevdiyimi unutmalıyam, 
Sən də məni unut, bir xəyal kimi. 
 


75 
 
DEYİRLƏR... 
 
 
Daha əfv etmərəm, incimə, gülüm, 
Qürurum qoymaz ki, əyiləm sənə. 
Qürurum qoymaz ki, geriyə dönüm 
Səni sevsəm belə dəlicəsinə. 
* * * 
Getsən gözlərimdən, sevsən birini, 
Yanından sakitcə uzaqlaşaram. 
Heç kim, sən özün də anlamazsan ki
Yaşayıb yanaram, yanıb yaşaram. 
* * * 
Yaşlar gözlərimdən axsa da yerə, 
Səni ürəyimdən silərəm səssiz. 
Qayıdıb dönərəm bizim yerlərə 
Bu dəfə tək-tənha, bu dəfə sənsiz. 
* * * 
Deyirlər, ürəyə hökm etmək olmaz, 
Mənsə qəlbimə də hökm edərəm, bil! 
Neçə yerə bölüb sədəqə kimi 
Payladığin sevgi gərəyim deyil. 


76 
 
DÖN 
 
 
Yollarımız ayrı düşüb... 
Sənlə bir də görüşməyə yoxdur ümüd... 
Nədən ötrü gəlmişəm ki, bu dünyaya? 
Sənsiz keçən günlərimi saya-saya, 
mən nə qədər yaşayacam? 
Həsrət yükü yaman ağır! 
Nə vaxtadək daşıyacam? 
Dön, ürəyim! Dön, sevgilim! 
Gəl ömrümə!  
Gəl ki, bitsin bu nisgilim! 
 


77 
 
SEV 
 
 
Məni istər gizli, istərsə aşkar, 
Fikrində, qəlbində, ürəyində sev! 
Bitsin yaşadığım bunca intizar, 
Mənimdir ruhun da, ürəyin də, sev! 
 
Soyuq sözlərimdən küsüb incisən, 
Eşqimlə könlünü alacağam mən. 
Sevdadan usanıb, “yoruldum” desən, 
Yenə de arzunda, diləyində sev! 
 
Gəl, gülüm, inanaq gələcək günə, 
Arzumuz qarışıb biri-birinə. 
Bizə nəğmə qoşsun küləklər, yenə! 
Eşqi var o əsən küləyin də, sev! 
 
Sən getmə, gen dünya mənə dar olar! 
Getmə, həsrətini qoyma yadigar! 
Sanma ki, bir qüvvə bizi ayırar, 
Yetməz buna gücü fələyin də, sev! 
 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə