Gənc şairə Afaq Şıxlı 1969-u ildə Bakı şəhərində anadan olub


YOXLUĞUNLA  BARIŞMARAM   MƏN!



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix01.07.2018
ölçüsü0,84 Mb.
#52610
1   2   3   4   5   6   7   8   9   10   11

51 
 
YOXLUĞUNLA  BARIŞMARAM   MƏN! 
 
Qoca Mustafaoğlunun xatirəsinə 
ithaf edirəm 
 
 
Sən deyirdin: dərdin alım, - dərdim sən oldun, 
Hər tərəfə kölgə salan ağacdın – soldun, 
Gəncliyini yaşamadan tez yaşa doldun. 
Ay dostlarım, nə dinib, nə danışmaram mən. 
Ata, sənin yoxluğunla barışmaram, mən! 
 
Sən getdiyin səltənətin qapısı bağlı,  
Balan indi səndən ayrı, sinəsi dağlı. 
Mən olmuşam bir divanə - ata soraqlı, 
“Can-can” deyən özgələrə qarışmaram mən. 
Ata, sənin yoxluğunla barışmaram, mən! 
 
Dünyaları alt-üst edən, ay əcəl zalım, 
Quruyubdur göz yaşlarım, qalmayıb halım, 
Görünməyir gözlərimə dövlətim-malım, 
İllər keçsə, bu həsrətə alışmaram mən. 
Ata, sənin yoxluğunla barışmaram, mən! 
 
2007 
Gürcüstan 


52 
 
GÖTÜR  MƏNİ! 
İthafnamə 
 
Ömür dostum, gül-çiçəkli 
Bir diyara götür məni. 
İnsanları saf ürəkli 
Bir diyara götür məni. 
 
Bağçaların solmadığı, 
Yamanların qalmadığı,  
Xəyanətin olmadığı 
Bir diyara götur məni. 
 
Mən həsrətəm bir bahara
Qəribəm, çəkiblər dara, 
Gəl üz tutaq bu yollara, 
Bir diyara götür məni. 
 
Havası pak, suyu mərcan, 
“Can” deyəndə eşidim “can”, 
Bir cənnət var - Azərbaycan! 
O diyara götür məni! 
 
Bu bir arzu, bu bir niyyət: 
Kiçik otaq, kiçik həyət. 
Olmasın sənə əziyyət
O diyara götür məni. 
 
Afaqam, düşmüşəm uzaq, 
Qəlbimi vurubdur sazaq. 
Dostlara bir namə yazaq, 
O diyara götür məni. 


53 
 


54 
 


55 
 
İZİN  VER 
 
 
İzin ver, sevgilim, bir izin olum, 
Ardınca sürünüm sən görməyəndə. 
Bizi ayırmasin uzanan yollar
Qoy mən də dönməyim sən dönməyəndə. 
* * * 
İzin ver, sevgilim, bir telin olum, 
Əllərin hər dəfə oxşasın məni. 
Saçına qarışım, sarılım sənə, 
Çəkim nəfəsimə nəfis ətrini. 
* * * 
İzin ver, sevgilim, bir sirrin olum, 
O sirr ki, hamıdan gizləməlisən. 
Qoruyub müqəddəs bir məşəl kimi 
Qəlbinin içində gizlə məni sən. 
* * * 
İzin ver, sevgilim, bir fikrin olum, 
Səni də özümlə alım aparım, 
Bircə an da olsa bəs edər mənə, 
Yenə o günləri geri qaytarım. 


56 
 
SƏN  ELƏ  BİLİRDİN 
 
 
Sən elə bilirdin sevmirəm səni, 
Mən də istəyirdim elə biləsən. 
Olub-keçənləri xatirə kimi 
Bir gün yada salıb gülə biləsən. 
* * * 
Sən elə bilirdin sevmirəm səni 
Bil ki, hər baxışım məhəbbət idi. 
Üzünü yaxından görə bilməyim 
Mənimçün ən böyük səadət idi. 
* * * 
Sən elə bilirdin sevmirəm səni, 
Mən də istəyirdim məğrur dayanım. 
Amma ki, yeganə sevincim idi  
Səninlə bir keçən dəqiqəm, anım. 
* * * 
Sən elə bilirdin sevmirəm səni? 
Heyif, ürəyimi aça bilmədim! 
Min kəs toplayaraq cəsarətimi 
Mən səni sevirəm,- demək istədim. 
* * * 
Bilmirdin, yazıram mən yaddaşıma 
Sənin gülüşünü, sənin səsini. 
Gizlicə-gizlicə sevirdim, amma 
Sən elə bilirdin sevmirəm səni. 
 
 


57 
 
NEYLƏYƏCƏKSƏN? 
 
 
Səni öz əlimlə uçurdum, gülüm, 
Bəlkə də bir daha dönməyəcəksən! 
Özün uzaqlara getsən də, düşün, 
Ürəyin məndədir, neyləyəcəksən? 
 
Bir gün kimsə məni sorarsa səndən
Arayıb taparsan öz ürəyindən. 
İstərəm: “Ömrümə qayıt!” - deyim mən, 
Amma gecikmişəm, gəlməyəcəksən. 
 
Sən mənə: “Vəfasız oldun!” – desən də, 
“Artıq mənim üçün oldün!” – desən də, 
“Səni yaddaşımdan sildim!” – desən də, 
Bilirəm, qəlbindən silməyəcəksən. 
 
Uçan quş kimidir ömürdə hər an, 
Mənə lazım deyil nə şöhrət, nə şan. 
Buraxsan əlimi, daha heç zaman 
Kimləyəm, hardayam bilməyəcəksən. 
 
Sənsiz zülmətlərə düşdü gündüzüm, 
Sənsiz olmaz oldu söhbətim-sözüm. 
Ey mənim ömrümə doğan ulduzum! 
Mənimçün heç zaman sönməyəcəksən! 


58 
 
BARIŞACAQMI? 
 
 
Bu gün məndən küsüb getdi sevgilim
Ürək bu həsrətə alışacaqmı? 
Qəlbinə dəymişəm, yanaydı dilim! 
Görəsən bir daha barışacaqmı? 
 
Hüsnü-camalına heyran olub el, 
Bu nə nazü-qəmzə, bu nə fəndi-fel? 
Qoşa addımlasaq, əssə sərin yel, 
Saçları saçıma qarışacaqmı? 
 
Mən onu sevmişəm on beş yaşında, 
Gözlərim qalıbdır hilal qaşında, 
Anasından gizli, bulaq başında, 
Yenə də mənimlə danışacaqmı? 
 


59 
 
BİR  SAHİL  BAĞI 
 
 
İlk bahar çağı, 
Bir sahil bağı 
Güllər arasında itdi. 
 
İki gənc ürək, 
Çox ürkək-ürkək, 
Sevişib əhd-peyman etdi. 
 
Çinar kölgəsində, 
Əlləri əlində, 
Düşündülər: bu qismətdi. 
 
Danışdı gözlər, 
Yandı bənizlər, 
Busələr tellərdə itdi. 
 
Bir gün əsdi yellər, 
Dəyişdi fəsillər, 
Bu məhəbbət burda bitdi. 
 
Deməyin, az oldu! 
Qiş keşdi, yaz oldu, 
O anlar bir ömrə yetdi. 
 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə