Gənc şairə Afaq Şıxlı 1969-u ildə Bakı şəhərində anadan olub



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix01.07.2018
ölçüsü0,84 Mb.
#52610
1   2   3   4   5   6   7   8   9   10   11

32 
 
KÖHNƏ  DOST 
 
 
Təkcə sənə ümid bəslərdim, amma, 
Sən də məni atıb getdin, köhnə dost! 
Əlvida deməyə verməyib aman, 
Niyə üz çevirib getdin, köhnə dost! 
 
Qəlbimin sirrini söylərdim sənə
Doğmadan-doğmaydın, əzizdin mənə. 
Əski dost çevrilməz, dedim, düşmənə, 
Bax, sən də xəyanət etdin, köhnə dost! 
 
Həsrəti ömrümə sarmadım, ey yar! 
Mənim əvəzimə sən verdin qərar! 
Gözlərim yenə də tək səni arar, 
Qəlbimdə tikantək bitdin, köhnə dost! 
 
Sözlərin könlümə olmuşdu dərman
Sənsizlik acısı yamandır-yaman! 
Bilmirdim, bizi də ayırar zaman... 
Yadlar arasında itdin, köhnə dost! 


33 
 
BİR  ŞAİR  VAR 
 
Şair Zakir Təkəliyə ithaf edilib 
 
 
Bir şair var bu gün bizdə, 
Əyləşibdir süfrəmizdə. 
Bir səhv tapır hərəmizdə, 
Nə desə sözün düzüdür. 
 
Misraları ilmə-ilmə, 
Onu heç də aciz bilmə! 
Dodağından qopan kəlmə  
Qəlbin alovu-közüdür. 
 
Qonaqları bir-bir süzür, 
Sözləri yan-yana düzür, 
Cahillərə dodaq büzür, 
Gözləri sərraf gözüdür. 
 
“Savadsızam”, - deyir özü, 
İnanmırıq buna, düzü. 
Bilirik, aldadır bizi, 
Zakir Təkəli - özüdür. 


34 
 
BİR TUZAQDA 
 
 
Sanki rol oynayıram, 
Özü də heç çaşmadan. 
Nə artıq demək olmaz,  
Nə əskik demək olmaz. 
Sərhədimi aşmadan  
Bir az sağa gedirəm
Bir az sola gedirəm. 
Amma onu bilirəm - 
Hamı tamam başqadır,  
Mənsə tamam özgəyəm, 
Hamı iş adamıdır, 
Mənsə gərək gözləyəm: 
Gələnləri qarşıla, 
Gedənləri yola sal… 
Boş sözləri alqışla, 
Elə ayaq üstə qal… 
Onunsa vaxtı yoxdur, 
Onu buyurmaq olmaz! 
Öz qayğıları çoxdur: 
İşə gedir, yorulur, 
Hələ ali məktəbə 
Pul da verib oxuyur.  
 
 
 
 
 


35 
 
Nə olsun ki, mən ondan  
İyirmi sənə öncə, 
O, alkoqol əlində, 
Papiros damağında 
Küçələri gəzəndə, 
Gecə-gündüz oxuyub  
Ali məktəb bitirdim?! 
Lakin necə oldusa
Amalımı itirdim. 
Mən əhli-müsəlmanam, 
Gərək, dözəm, dayanam. 
Kafir ayrı, mən ayrı. 
Amma görəsən niyə 
Qoyanda tərəziyə 
Bəxtəvərlik payını 
Onunku ağır gəlir. 
Bəs onda yaxşı ilə 
Yamanın fərqi nədir? 
Budurmu mükafatım?  
Yeksənəkdir həyatım… 
İndi ondan geridəyəm, 
Çünki mən bir yerdəyəm, 
Çünki mən bir tuzaqda! 
…Azadlıqsa uzaqda… 
 
 
 
 
 


36 
 
VƏTƏN  BAYATILARI 
 
 
Bu yerə yollar uzaq, 
Gecə düşübdür sazaq. 
Şairlərin vətəni 
Bizim Qazaxdır, Qazax! 
* * * 
Küçələri çıraqban, 
El-obası firavan, 
Soruşsanız: Haradır?  
Naxçıvandır, Naxçıvan! 
* * * 
Unutmaram bu yayı, 
Nə ulduzu, nə ayı. 
Min dərdin dərmanıdır 
Lənkəranımın çayı. 
* * * 
Qurtarsın qan davası,  
Köz bağlasın yarası. 
Laçında bir toy vuraq, 
Çalaq “Laçın” havası. 
 
 
 
 
 
 
 


37 
 
* * * 
Hanı o şən çağların, 
Çiçəkli yaylaqların? 
Gözləri yolda qalıb 
Kəlbəcərdə dağların. 
* * * 
Bu yerin suyu qaymaq, 
İçdikcə olmur doymaq. 
Bu bahar Qarabağı 
Gəzəydim oymaq-oymaq! 
* * * 
Çöl-çəməni, meşəsi, 
Laləsi, bənövşəsi. 
Mənim üçün cənnətdir 
Vətənin hər guşəsi. 


38 
 
ŞƏHƏRİMİN   KÜÇƏLƏRİ 
 
 
Dar dalanlı, gen qucaqlı 
Şəhərimin küçələri. 
Həm sirlidir, həm maraqlı  
Şəhərimin küçələri. 
 
Qış qurtarıb, yaz gəlibdir, 
Səmadan nur ələnibdir
Gözəllərlə bəzənibdir 
Şəhərimin küçələri. 
 
Deyin, hanı ilk baharım, 
Gözü yolda qalan yarım? 
O günlərdən yadigarım, 
Şəhərimin küçələri! 
 
Seyr etdikcə Xəzərimi 
Unuduram dərdi-qəmi. 
Gözəldir bir gəlin kimi 
Şəhərimin küçələri. 
 
Ruhum Bakımı dolaşır... 
İftixarım aşıb-daşır. 
Sənə nəğmələr yaraşır, 
Şəhərimin küçələri! 
 
Doymaq olmur bu vətəndən, 
Yaralıyam həsrətindən. 
Yola salın, gedirəm mən, 
Şəhərimin küçələri! 


39 
 
YAĞIŞ 
 
 
Nəfəs-nəfəs buxarlanıb havaya, 
Yerə damla-damla qayıdan yağış! 
Yüksəkdən nəzər sal bizim obaya
Varmı o yollarla qayıdan, yağış? 
 
Yaz gələndə çöllərə dost olursan,  
Dənizlərə, dəryalara dolursan, 
Çiçəklərin ləçəyini yolursan, 
Yeri nəfəsiylə soyudan yağiş! 
 
Kaş hər səhər pəncərəmi vuraydın, 
Həsrətimin sədasını duyaydın, 
Ağlayanda göz yaşımı yuyaydın, 
Yoxdur səndən başqa ovudan, yağış. 


40 
 
MƏN   DEDİM Kİ… 
 
  
Mən dedim ki, arzuları qanad edib uçacağam! 
Fələk dedi: çox öyünsən inadını qıracağam! 
 
Mən dedim ki, inadımı çətinliklər qıra bilməz! 
Fələk dedi: heç bir qüvvə mənə qarşı dura bilməz! 
 
Mən dedim ki, ümidim var, çalışacam gündüz-gecə, 
Qarşımdakı sərhədləri aşacağam bircə-bircə! 
 
Yolum nəki uzun olsa, mən bu yolu keçəcəyəm! 
Fələk dedi: heç yorulma, bəxtini mən seçəcəyəm! 
 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə