müdafiəçisidir. Lakin əslində hissə komandirlərinin
ermənilərdən təşkil edilməsi, toplanma və kadr məsələlərinə
ermənilərin baxması hərbi hissələrə yalnız erməni və rusların yazılması ilə nəticələndi. Hətta bolşevik
olan
azərbaycanlıların müxtəlif bəhanələrlə orduya yazılmasının qarşısı alınırdı.
Martın əvvəllərinə qırmızı qvardiyanın hələ də mövcud olan bəzi hissələri ilə bərabər Bakı Soveti 7 min
öz döyüşçüsü və ən azı 4 min daşnak döyüşçüsünə arxalana bilərdi.
54
Bakı Sovetinin qırmızı
ordusunda əksəriyyəti erməni zabit və əsgərləri təşkil edirdi.
1918-ci ilin aprelində Qafqaz Qırmızı Ordusunun könüllü prinsiplər əsasında təşkili barəsində müraciət
səsləndirildi. Aprelin 20-də Erməni Milli Şurasına tabe olan hissələrin Qırmızı Ordunun hissələrinə qatılması
barədə razılaşma əldə edildi.
May ayında yeni hərbi hissələr yaratmaq məqsədi ilə hərbi səfərbərlik uzadıldı. May ayına ordunun 1-ci
korpusu tam təşkil edilmişdi. Korpusun tərkibində 4 atıcı briqada, 6 topçu batareya, 3 pulemyot komandası və
texniki hissələr var idi. Bu hissələrə "Bakı şəhərinin hava müdafiəsi aviadivizionu"na daxil olan 13 təyyarə də
əlavə edilməlidir.
55
Mayın 16-da mədən-zavod komitələrinin konfransında çıxış edən S.Şaumyan deyirdi: "Özünün çoxsaylı
düşmənlərindən qorunmaq üçün sovetlər real silahlı qüvvə yaratmalı idi. Bolşeviklərdən başqa heç bir
digər partiya sovet hakimiyyətinin dayaqlarının
yaradılması barədə düşünmürdü".
Bakı
XKS-nin hərbi dəniz işləri üzrə
xalq komissarı Q.N.Korqanov RSFSR
XKS-nə göndərdiyi məruzədə qeyd
edirdi
ki,
yaradılmış
19
batalyonun tərkibində 18 min döyüşçü
var.
Donanmanın
gücləndirilməsi istiqamətində iş görülürdü.
B.Şeboldayev Sovet Rusiyası hərbi
dəniz işləri üzrə xalq komissarına
göndərdiyi
məktubda
yazırdı:
"Briqada və korpus qərargahlarının
formalaşdırılması
başa
çatandan sonra komandir
Qazarov,
qərargah rəisi Avetisov və digərləri (siyasi
baxışlarına görə daşnaklar) yürüşə başladılar. Dörd briqadadan (12-13 min süngü) ibarət olan
korpus, batalyonda 4 pulemyot olmaqla 3 səhra batareyası, 1 dağ və 1 mortir batareyaları, 3 süvari
yüzlük və digər
texniki qoşunlarla üç gün ərzində (10-undan 12-sinədək) Kürdəmir istiqamətində yürüşə başladı".
Məktub müəllifi onu da əlavə edirdi ki, ordunun 60-70%-ni ermənilər təşkil edir.
56
Bakı Fəhlə, Əsgər və Matros deputatları Sovetinin icraiyyə komitəsinin 1918-ci il 24 may qərarı Bakı və
ətraf rayonlarda "hərbi hazırlıq dərslərini mütləq və ümumi" elan etdi. İyun-iyulda elan edilən mükəlləfiyyətlər,
çar ordusunun istefada və ehtiyatda olan mühəndis və texniki hissələrinin, zabit və əsgərlərin Qırmızı Orduya
cəlb olunması kimi tədbirlər ordunun sayının artırılmasına yönəldilmişdi.
Moskvaya göndərilən teleqram və nümayəndələr cəbhədə vəziyyəti düzəltmək üçün Qafqaz
Qırmızı Ordusuna 2-3 diviziya göndərilməsini xahiş edirdilər. Riyakarcasına qeyd edilirdi ki, onların
gəlməsi "böyük əhəmiyyətə malik olacaq, çünki yerli əhali arasında rus diviziyalarına böyük rəğbət
var". 1918-ci ilin may- avqust aylarında V.Lenin Bakı Sovetinə əlavə qüvvələrin təşkil edilib göndərilməsi
ilə şəxsən məşğul olurdu.
57
Bakıya silah və sursatın göndərilməsini o, Moskvada olan Şimali Qafqaz hərbi dairəsinin büro rəisi M.K.Ter-
Arutyunyansa tapşırmışdı. M.K.Ter-Arutyunyans 1918-ci ilin iyul-avqust aylarında Şimali Qafqaz Hərbi Dairəsi
qoşunlarının təminat bürosunun rəisi, Fəhlə-Kəndli Qırmızı Ordusunun döyüş təminatı üzrə
Mərkəzi komissiyasının komissarı olaraq erməni-bolşevik hissələrini bütün lazım olanlarla təmin etmək üçün
dəridən- qabıqdan çıxırdı.
58
Sentrokaspi Diktaturası qoşunların strukturunda elə bir dəyişiklik etmədi. Bakı Sovetinin qırmızı ordusu
avqustun 26-da "Bakı və onun rayonlarının ordusu və donanması" adlandırıldı.
General Denstervil öz qeydlərində Qırmızı Ordunun "müdafiə üzrə 1-ci və 2-ci nümunəvi
alayları"nın Bakı müdafiəçilərinə ünvanladığı müraciətlərin mətnlərini göstərir. Bu, kağız üzərində olsa da,
taborların alaylar çərçivəsində birləşməsindən xəbər verir.
59
54
Дарабади П.Г. Военные вопросы, с.106; Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.66.
55
Директивы командования фронтов Красной армии. 1917-1922. Москва,
1
971, т. 1, с.291; Дарабади П.Г. Военные вопросы, с.112.
56
Дарабади П.Г. Военно - организационная деятельность Бакинской Коммуны. // Изв. АН АзССР, серия ИФП, 1978, № 3, 11-20.
57
Большевики в борьбе за победу социалистической революции в Азербайджане. 1917-1918. Документы и материалы. Баку, 1957, с.83.
58
Гражданская война. Энциклопедия, с.583.
59
Денстервиль, с.97.
31
Polkovnik Keyvortdan avqustun 15-də aldığı raportu şərh edən general Denstervil qeyd edir ki, "adamlar
hər birinin sayı 150 nəfərdən 500 nəfərədək olan 22 taborda cəmləşdiriliblər". Deməli, raporta əsasən, qoşunlar
əsasən taborlar şəklində təşkil edilir və fəaliyyət göstərirdi. Həmin polkovnikin raportunda qeyd
edilirdi ki,
qoşunların sanitar vəziyyəti bərbaddır. Doğrudur, Qırmızı Ordunun erməni hissələrini təsvir edən fotoşəkillərdə
tibb bacılarını da görmək olar, lakin şəkillərin birinin arxasında tibb bacısının tibb işçisi deyil,
"erməni
gözəlçəsi" ("армянская красотка") kimi göstərilməsi bu "tibb bacıları"nın necə fəaliyyət göstərməsindən xəbər
verir.
60
Sentrokaspi Diktaturasının çoxsaylı qoşunlarının az səmərə verdiyini görən general Denstervil keyfiyyət
dəyişikliyinə nail olmaq üçün bir neçə struktur dəyişikliyi etməyə çalışdı. Denstervilin
yazdığına görə, ingilislərin gəlişindən sonra "hər yerli tabora və ya batareyaya bizim (ingilis) zabiti təhkim
olunmuşdu ki, bu ordu vahidinin döyüş qabiliyyəti qaldırılsın". Avqustun sonlarında general yeni təşəbbüs irəli
sürdü: hər birində
bir ingilis və üç yerli tabor olan briqadalar təşkil etmək. İngilis rəhbərliyi altında olan bu briqadalar daha yaxşı
vuruşmalı idi. Generalın yazdığına görə, diktaturanın hərbi naziri, qoşunların komandanı, beş diktator və Erməni
Milli Şurası bu təkliflə razı idilər, lakin "Bakıda sözlə iş arasında elə böyük məsafə var idi ki",
təklif icra
olunmadı.
General Denstervil öz qeydlərində təəssüflə yazırdı: "Bizə ən çox lazım olan və bizim
nail ola
bilmədiyimiz bir şey varsa, о da əsl nizami qoşunlardan ibarət dəstənin yaradılmasıdır".
61
Avqustun 27-nə planlaşdırılan irimiqyaslı əkshücumun planı göstərir ki, döyüşdə hərbi hissələr əlahiddə
tabor və hətta bölüklər şəklində iştirak edirdi (alayların tərkibində olmasına baxmayaraq). Zirehli avtomobillər
də hansısa bir vahid şəklində (misal üçün, zirehli avtomobillər taqımı) birləşdirilməmişdi. Siyahıya
əsasən
müəyyən olunur ki, müdafiə mövqelərində dayanan qoşunlardan başqa bu qüvvələr də hücumda iştirak etməli
olublar: bir piyada alayı (8 bölük tərkibində), 7 piyada tabor (14 bölük tərkibində), 37 piyada bölüyü, bir süvari
bölüyü, 3 zirehli avtomobil.
Sentyabrın 14-də Sentrokaspi Diktaturasının məğlub olmasına qədər onun qoşunlarında
struktur
dəyişikliyi baş vermədi.
3.3. Bakı Sovetinin Qırmızı Ordusu və Sentrokaspi
Diktaturası ordusunda erməni hərbi hissələri
Rusiya imperiyası Osmanlı dövlətinə 1914-cü il oktyabrın 20-də mü-haribə elan etmişdi. Hələ 1914-cü il
sentyabrın 17-də imperator II Nikolay ermənilərə müraciət imzalamışdı: "Ermənilər, beş əsrlik zülmdən sonra...
azadlıq saatı gəlmişdir. Ermənilər! Çarın himayəsi altında öz qan qardaşlarmızla birləşərək siz
nəhayət ki, azadlıq
və
ədalətin
şirinliyini
dadacaqsız". 1914-cü ilin
noyabrında
Tiflisdə
olan
II
Nikolay
erməni
katolikosu Gevorku qəbul edərək
xüsusi
vurğulamışdı
ki,
"erməni
məsələsi
müharibə bitəndən sonra, sülh danışıqları
gedən
zaman
ermənilərin
gözlədikləri kimi həll olunacaq".
62
"Daşnaksutyun"
partiyası
açıqca
imperatora
müraciətində
vurğulayırdı: "Rus bayrağı Bosfor
və
Dardaneldə qoy azad dalğalansın. Böyüк
hökmdar, qoy Sizin iradənizlə Türkiyə əsarətində olan xalqlar azadlığa qovuşsunlar". Çap edilən
vərəqələr
aşağıdakı sözlərlə bitirdi: “Yaşasın böyük Rusiya! Yaşasın əziz Fransa! Yaşasın rus Ermənistanı!
"Qnçak" partiyasının 1914-cü ilin payızında dərc edilmiş müraciətində deyilirdi: "Qnçak" sosial-
demokratik komitəsi müharibə və inqilab şeypurlarını çalır ki, osmanlıları qan içində boğsun".
63
Beləliklə, hələ Osmanlı dövləti müharibəyə qoşulmadığı dövrdə Rusiya ermənilər vasitəsi ilə ona
qarşı mübarizə aparacağını açıq-aşkar vurğulayırdı. Ermənilər bunun əvəzində iddialı olduqları
torpaqlara yiyə çıxacaqlarına ümid edirdilər.
60
Файгл Эрих. Правда о терроре. Армянский терроризм - истоки и причины.Баку, 2000, с. 106.
61
Денстервиль, с.82.
62
Наджафов Б. Лицо врага, с.318.
63
Файгл Эрих, с.44.
32