Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə15/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   11   12   13   14   15   16   17   18   ...   113

 
 
müdafiəçisidir. Lakin əslində hissə komandirlərinin ermənilərdən təşkil edilməsi, toplanma və kadr məsələlərinə 
ermənilərin   baxması   hərbi   hissələrə   yalnız   erməni   və   rusların   yazılması   ilə   nəticələndi.   Hətta   bolşevik   
olan 
azərbaycanlıların müxtəlif bəhanələrlə orduya yazılmasının qarşısı alınırdı. 
Martın əvvəllərinə qırmızı qvardiyanın hələ də mövcud olan bəzi hissələri ilə bərabər Bakı Soveti 7 min 
öz    döyüşçüsü    və    ən    azı    4    min    daşnak    döyüşçüsünə    arxalana    bilərdi.
54     
Bakı    Sovetinin    qırmızı   
ordusunda əksəriyyəti erməni zabit və əsgərləri təşkil edirdi. 
1918-ci  ilin  aprelində Qafqaz  Qırmızı  Ordusunun  könüllü  prinsiplər  əsasında təşkili  barəsində  müraciət 
səsləndirildi.  Aprelin  20-də  Erməni  Milli  Şurasına  tabe  olan  hissələrin  Qırmızı  Ordunun  hissələrinə  qatılması 
barədə razılaşma əldə edildi. 
May ayında yeni hərbi hissələr yaratmaq məqsədi ilə hərbi səfərbərlik uzadıldı. May ayına ordunun 1-ci 
korpusu tam təşkil edilmişdi. Korpusun tərkibində 4 atıcı briqada, 6 topçu batareya, 3 pulemyot komandası və 
texniki hissələr var idi. Bu hissələrə "Bakı şəhərinin hava müdafiəsi aviadivizionu"na daxil olan 13 təyyarə də 
əlavə edilməlidir.
55
 
Mayın 16-da  mədən-zavod komitələrinin konfransında çıxış edən S.Şaumyan deyirdi: "Özünün çoxsaylı 
düşmənlərindən   qorunmaq   üçün   sovetlər   real   silahlı   qüvvə   yaratmalı   idi.   Bolşeviklərdən   başqa   heç   bir   
digər partiya    sovet    hakimiyyətinin    dayaqlarının 
yaradılması      barədə      düşünmürdü".     
Bakı 
XKS-nin      hərbi      dəniz      işləri      üzrə     
xalq  komissarı    Q.N.Korqanov    RSFSR   
XKS-nə göndərdiyi    məruzədə  qeyd       
edirdi   
ki, 
yaradılmış 
 
 
19     
batalyonun     tərkibində     18 min döyüşçü
 
 
 
var. 
Donanmanın 
gücləndirilməsi  istiqamətində iş görülürdü. 
B.Şeboldayev    Sovet    Rusiyası    hərbi   
dəniz  işləri      üzrə      xalq      komissarına     
göndərdiyi 
məktubda 
 
 
yazırdı:     
"Briqada      və      korpus  qərargahlarının
 
formalaşdırılması 
başa 
çatandan  sonra   komandir 
Qazarov, 
qərargah rəisi Avetisov və digərləri (siyasi 
baxışlarına     görə    daşnaklar)     yürüşə     başladılar.     Dörd     briqadadan    (12-13     min     süngü)    ibarət     olan     
korpus, batalyonda   4   pulemyot   olmaqla   3   səhra   batareyası,   1   dağ   və   1   mortir   batareyaları,   3   süvari   
yüzlük   və   digər 
texniki    qoşunlarla    üç    gün    ərzində    (10-undan    12-sinədək)    Kürdəmir    istiqamətində    yürüşə    başladı".   
Məktub müəllifi onu da əlavə edirdi ki, ordunun 60-70%-ni ermənilər təşkil edir.
56
 
Bakı Fəhlə, Əsgər və Matros deputatları Sovetinin icraiyyə komitəsinin 1918-ci il 24 may qərarı Bakı və 
ətraf rayonlarda "hərbi hazırlıq dərslərini mütləq və ümumi" elan etdi. İyun-iyulda elan edilən mükəlləfiyyətlər, 
çar ordusunun istefada və ehtiyatda olan mühəndis və texniki hissələrinin, zabit və əsgərlərin Qırmızı Orduya 
cəlb olunması kimi tədbirlər ordunun sayının artırılmasına yönəldilmişdi. 
Moskvaya    göndərilən    teleqram    və    nümayəndələr    cəbhədə    vəziyyəti    düzəltmək    üçün    Qafqaz   
Qırmızı  Ordusuna    2-3    diviziya    göndərilməsini    xahiş  edirdilər.  Riyakarcasına  qeyd    edilirdi    ki,    onların   
gəlməsi   "böyük  əhəmiyyətə   malik   olacaq,   çünki   yerli    əhali   arasında   rus   diviziyalarına   böyük   rəğbət   
var".   1918-ci   ilin   may-  avqust  aylarında  V.Lenin  Bakı  Sovetinə  əlavə  qüvvələrin  təşkil  edilib  göndərilməsi 
ilə şəxsən məşğul olurdu.
57
 
Bakıya  silah  və  sursatın  göndərilməsini  o,  Moskvada  olan  Şimali  Qafqaz  hərbi  dairəsinin  büro  rəisi  M.K.Ter- 
Arutyunyansa tapşırmışdı. M.K.Ter-Arutyunyans 1918-ci ilin iyul-avqust aylarında Şimali Qafqaz Hərbi Dairəsi 
qoşunlarının      təminat      bürosunun      rəisi,      Fəhlə-Kəndli      Qırmızı      Ordusunun      döyüş      təminatı      üzrə     
Mərkəzi komissiyasının  komissarı  olaraq  erməni-bolşevik  hissələrini  bütün  lazım  olanlarla  təmin  etmək  üçün 
dəridən- qabıqdan çıxırdı.
58
 
Sentrokaspi Diktaturası qoşunların strukturunda elə bir dəyişiklik etmədi. Bakı Sovetinin qırmızı ordusu 
avqustun 26-da "Bakı və onun rayonlarının ordusu və donanması" adlandırıldı. 
General    Denstervil    öz    qeydlərində    Qırmızı    Ordunun    "müdafiə    üzrə    1-ci    və    2-ci    nümunəvi   
alayları"nın  Bakı  müdafiəçilərinə  ünvanladığı  müraciətlərin  mətnlərini  göstərir.  Bu,  kağız  üzərində  olsa  da, 
taborların alaylar çərçivəsində birləşməsindən xəbər verir.
59
 
54   
Дарабади П.Г. Военные вопросы, с.106; Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.66. 
55   
Директивы командования фронтов Красной армии. 1917-1922. Москва, 
1
971, т. 1, с.291; Дарабади П.Г. Военные вопросы, с.112. 
56
Дарабади П.Г. Военно - организационная деятельность Бакинской Коммуны. // Изв. АН АзССР, серия ИФП, 1978, № 3, 11-20. 
57   
Большевики в борьбе за победу социалистической революции в Азербайджане. 1917-1918. Документы и материалы. Баку, 1957, с.83. 
58   
Гражданская война. Энциклопедия, с.583. 
59   
Денстервиль, с.97. 
31 
 


 
 
Polkovnik Keyvortdan avqustun 15-də aldığı raportu şərh edən general Denstervil qeyd edir ki, "adamlar 
hər birinin sayı 150 nəfərdən 500 nəfərədək olan 22 taborda cəmləşdiriliblər". Deməli, raporta əsasən, qoşunlar 
əsasən   taborlar   şəklində   təşkil   edilir   və   fəaliyyət   göstərirdi.   Həmin   polkovnikin   raportunda   qeyd   
edilirdi   ki, 
qoşunların sanitar vəziyyəti bərbaddır. Doğrudur, Qırmızı Ordunun erməni hissələrini təsvir edən fotoşəkillərdə 
tibb    bacılarını    da    görmək    olar,    lakin    şəkillərin    birinin    arxasında    tibb    bacısının    tibb    işçisi    deyil,   
"erməni 
gözəlçəsi" ("армянская красотка") kimi göstərilməsi bu "tibb bacıları"nın necə fəaliyyət göstərməsindən xəbər 
verir.
60
 
Sentrokaspi Diktaturasının çoxsaylı qoşunlarının az səmərə verdiyini görən general Denstervil keyfiyyət 
dəyişikliyinə    nail    olmaq    üçün    bir    neçə    struktur    dəyişikliyi    etməyə    çalışdı.    Denstervilin   
yazdığına    görə,  ingilislərin  gəlişindən  sonra  "hər  yerli  tabora  və  ya  batareyaya  bizim  (ingilis)  zabiti  təhkim 
olunmuşdu  ki,  bu ordu vahidinin döyüş qabiliyyəti qaldırılsın". Avqustun sonlarında general yeni təşəbbüs irəli 
sürdü: hər birində 
bir ingilis və üç yerli tabor olan briqadalar təşkil etmək. İngilis rəhbərliyi altında olan bu briqadalar daha yaxşı 
vuruşmalı idi. Generalın yazdığına görə, diktaturanın hərbi naziri, qoşunların komandanı, beş diktator və Erməni 
Milli   Şurası   bu   təkliflə   razı   idilər,   lakin   "Bakıda   sözlə   iş   arasında   elə   böyük   məsafə   var   idi   ki",   
təklif   icra 
olunmadı. 
General    Denstervil    öz    qeydlərində    təəssüflə    yazırdı:    "Bizə    ən    çox    lazım    olan    və    bizim   
nail    ola bilmədiyimiz bir şey varsa, о da əsl nizami qoşunlardan ibarət dəstənin yaradılmasıdır".
61
 
Avqustun 27-nə planlaşdırılan irimiqyaslı əkshücumun planı göstərir ki, döyüşdə hərbi hissələr əlahiddə 
tabor və hətta bölüklər şəklində iştirak edirdi (alayların tərkibində olmasına baxmayaraq). Zirehli avtomobillər 
də    hansısa    bir    vahid    şəklində    (misal    üçün,    zirehli    avtomobillər   taqımı)    birləşdirilməmişdi.    Siyahıya   
əsasən 
müəyyən  olunur  ki,  müdafiə  mövqelərində  dayanan  qoşunlardan  başqa  bu  qüvvələr  də  hücumda  iştirak  etməli 
olublar: bir piyada alayı (8 bölük tərkibində), 7 piyada tabor (14 bölük tərkibində), 37 piyada bölüyü, bir süvari 
bölüyü, 3 zirehli avtomobil. 
Sentyabrın     14-də     Sentrokaspi     Diktaturasının     məğlub     olmasına     qədər     onun     qoşunlarında     
struktur 
dəyişikliyi baş vermədi. 
3.3. Bakı Sovetinin Qırmızı Ordusu və Sentrokaspi 
Diktaturası ordusunda erməni hərbi hissələri 
Rusiya imperiyası Osmanlı dövlətinə 1914-cü il oktyabrın 20-də mü-haribə elan etmişdi. Hələ 1914-cü il 
sentyabrın 17-də imperator II Nikolay ermənilərə müraciət imzalamışdı: "Ermənilər, beş əsrlik zülmdən sonra... 
azadlıq   saatı    gəlmişdir.   Ermənilər!   Çarın   himayəsi   altında   öz   qan   qardaşlarmızla   birləşərək   siz   
nəhayət   ki, azadlıq 
və 
ədalətin 
şirinliyini 
dadacaqsız".      1914-cü      ilin     
noyabrında 
Tiflisdə 
olan 
II 
Nikolay 
erməni 
katolikosu   Gevorku   qəbul   edərək   
xüsusi 
vurğulamışdı 
ki, 
"erməni 
məsələsi 
müharibə bitəndən sonra, sülh danışıqları 
gedən 
 
 
zaman 
 
 
ermənilərin     
gözlədikləri kimi həll olunacaq".
62
 
"Daşnaksutyun" 
partiyası 
açıqca 
imperatora 
müraciətində 
vurğulayırdı:     "Rus     bayrağı      Bosfor     
və 
Dardaneldə qoy azad dalğalansın. Böyüк 
hökmdar,   qoy   Sizin   iradənizlə   Türkiyə   əsarətində   olan   xalqlar   azadlığa   qovuşsunlar".   Çap   edilən   
vərəqələr 
aşağıdakı    sözlərlə    bitirdi:    “Yaşasın    böyük    Rusiya!    Yaşasın    əziz    Fransa!    Yaşasın    rus    Ermənistanı! 
"Qnçak"  partiyasının    1914-cü    ilin    payızında    dərc    edilmiş    müraciətində    deyilirdi:    "Qnçak"    sosial-
demokratik    komitəsi  müharibə    və    inqilab    şeypurlarını    çalır    ki,    osmanlıları    qan    içində    boğsun".
63     
Beləliklə,    hələ    Osmanlı    dövləti  müharibəyə    qoşulmadığı    dövrdə    Rusiya    ermənilər    vasitəsi    ilə    ona   
qarşı    mübarizə    aparacağını    açıq-aşkar  vurğulayırdı.      Ermənilər      bunun      əvəzində      iddialı      olduqları     
torpaqlara     yiyə     çıxacaqlarına     ümid     edirdilər. 
60   
Файгл Эрих. Правда о терроре. Армянский терроризм - истоки и причины.Баку, 2000, с. 106. 
61   
Денстервиль, с.82. 
62   
Наджафов Б. Лицо врага, с.318. 
63   
Файгл Эрих, с.44. 
32 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə