Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə13/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   9   10   11   12   13   14   15   16   ...   113

9  sentyabr  - 15-ci  piyada  firqəsinin  bütün  hissələri  Bakı  ətrafına  gətirildi.  9-dan  10-a  keçən  gecə  QİO 
qoşunları Bakı ətrafında hücum üçün müəyyən edilmiş mövqeləri tutmağa başladılar. 
10    sentyabr    –    QİO-nun    komandanlığı    başda    Nuru    paşa    və    Ə.Şıxlinski    olmaqla    bütün    cəbhə   
xəttini 
dolaşmış,    düşmənin    müdafiə    mövqeləri    ilə    tanış    olmuş    və    şəhərin    tutulmasının    son    planını    tərtib   
etməyə başlamışdılar. 
13   sentyabr   -   ingilis   zabiti   Raulinson   təxribat   qrupu   ilə   Lənkərana   yollanmalı,   daha   sonra   
Muğandan 
QİO-nun  arxasına  keçməli və  körpüləri  dəmir  yolları, anbarları  partlatmalı  idi. QİO-nun  cəbhədəki  fəallığı  və 
son hücuma hazırlaşması buna imkan vermədi. Komandanlıq Bakıya hücum əmrini imzaladı. 
14 sentyabr   -   ayın   14-nə   keçən   gecə   QİO-nun   qoşunları   hücuma      başladı   saat   3-də   ilk   müdafiə   
xətti tutuldu,    saat    3.30-da    Qurd    qapısı    mövqeləri    ələ    keçirildi.    Bütün    gün    ərzində    gedən    döyüşlərdə   
ingilis    və 
Sentrokaspi    qoşunları    sıxışdırıldılar.    General    Denstervil    öz    qoşunları    haqqında    yazırdı:    "Bütün   
üstünlüklərə  malik    olan    qoşunlar    elə    döyüş    başlayan    kimi      darmadağın    edildilər".    Saat    22.00-
da    ingilislər    gəmilərlə evakuasiya olundular. 
15  sentyabr  -  15-nə  keçən  gecə  QİO-nun  qoşunları  hücuma  başlayaraq  şəhərin  əksər  hissələrini  tutdu. 
Saat   10.30-da   Sentrokaspi  Diktaturası   kapitulyasiya   təklifi   ilə  çıxış  etdi.  Bakı   şəhəri   azad  edildi.   
Azərbaycan 
hökumətinə qələbə barədə teleqram vuruldu. 
16    sentyabr    -    Bakıda    Qızıl    Qışla    adlanan    yerdə    QİO-nun    hərbi    paradı    keçirildi,    ondan   
sonra    QİO 
komandanlığı və Azərbaycan hökumətinin üzvləri şəhərə daxil oldular. 
16-17 sentyabr - görülmüş tədbirlər nəticəsində şəhərdə talançılıq və özbaşınalığın qarşısı alındı. 
18 sentyabr - Nuru paşa Bakı əhalisinə "Əmrnamə" ilə müraciət etdi. Azərbaycan hökuməti Bakının azad 
edilməsi və onun cümhuriyyətin paytaxtı kimi fəaliyyət göstərəcəyi barədə bəyanat verdi. 
20 sentyabr - Bakıda möhkəmlənmək üçün hərbi qüvvədən istifadə etmək qərarına gələn almanlar dəmir 
yolu vasitəsi ilə Tiflisdən qoşun göndərdilər. 
21 sentyabr  - Azərbaycana  gələn  alman  hərbi  hissələrinin  qarşısını  almaq  üçün  Ənvər  paşanın  əmri  ilə 
Azərbaycan-Gürcüstan  sərhədindəki  korpü  partladıldı,  sərhəd  boyunca  türk-Azərbaycan  hissələri  yerləşdirildi. 
Nəticədə alman qoşunları geri qayıtmağa məcbur oldular. 
Sentyabrın    sonları    -    Qarabağda    Azərbaycan    kəndləri    və    şəhərləri    özünümüdafiə    dəstələri   
yaradıb düşmənin    qarşısını    aldılar,    lakin    onu    tam    məğlub    etmək    üçün    zəif    idilər;    QİO-nun   
Azərbaycan    hissələri 
Qarabağda   qayda-qanunu   bərpa   etmək,   erməni   quldur   dəstələrinin   təcavüzünün   qarşısını   almaq   üçün   
yürüşə 
hazırlaşmağa başladılar. QİO-nun türk hissələri Dərbənd və Port-Petrovsk (Mahaçqala) yürüşünə hazırlaşmağa 
başladılar. Qoşunların bir qismi Bakının dənizdən təhlükəsizliyini təmin etmək üçün (ingilis qoşunları Xəzərin 
cənubunda, Ənzəlidə möhkəmlənmişdi) şəhərdə qaldı. 
25    sentyabr   -   QİO-nun   1-ci   Azərbaycan   firqəsi   (türk   və   Azərbaycan   hissələri)   Qarabağa   daxil   
oldu, erməni dəstələri ilə döyüşlər başlandı. 
8 oktyabr - əksər erməni dəstələri məğlub edildi, 1-ci Azərbaycan firqəsi Şuşaya daxil oldu. 
8    oktyabr    -    Biçeraxovun    rəhbərliyi    ilə    rus    qoşunları    məğlub    edildi,    Dərbənd    şəhəri    türk   
hissələri tərəfindən tutuldu. 
23 oktyabr - Osmanlı Ordusunun Baş Komandanlığının Ərkani hərb rəisi Əhmed İzzət paşa Qarabağda 
əməliyyatları dayandırmağı əmr etdi. 
30    oktyabr    -   Mudros   müqaviləsinin   şərtlərinə   görə,   I   Dünya    müharibəsində   məğlub   olmuş   
Osmanlı 
dövləti Azərbaycandan  öz qüvvələrini çıxartmağa  başladı.  Qafqaz  İslam  Ordusu ləğv olundu;  sırf  Azərbaycan 
hissələrindən      təşkil      edilmiş      1-ci      Azərbaycan      firqəsi      (komandir      general-mayor      İ.Usubov)     
Qarabağda əməliyyatları davam etdirdi. 
8   noyabr   -   Biçeraxovun   rəhbərliyi   ilə   rus   qoşunları   məğlub   edildi,   Port-Petrovsk   şəhəri   türk   
hissələri tərəfindən tutuldu. 
10    noyabr    -   Azərbaycanı   tərk   etməyə   başlayan   Osmanlı    qoşunlarının   şərəfinə   Azərbaycan   
hökuməti 
rəsmi vida ziyafəti təşkil etdi. 
15 yanvar 1919-cu il - sonuncu türk qoşun dəstəsi Azərbaycan ərazisini tərk etdi. 
26 


 
 
27 


 
 
 
 
 
 
3. Bakı Soveti və Sentrokaspi Diktaturasının qoĢunları 
3.1. Bakı Soveti Qırmızı Ordusunun yaradılması 
1917-ci    il    noyabrın    21-də    Rusiya    ordusu    Qafqaz    cəbhəsinin    komandanı    general    Prijevalski   
Osmanlı 
ordusu    Qafqaz    cəbhəsinin    komandanı    Feriq    Vehib    paşanın    sülh    bağlamaq    təklifi    haqqında   
Zaqafqaziya Komissarlığının iclasında məlumat  verdi  və  dekabrın 5-də  sülh  müqaviləsi  bağlandı. Şərtlərə əsasən, 
döyüşlər dayandırılmalı,   operativ   və   strateji   qruplaşma 
və yerdəyişmə aparılmamalı, döyüş bölgəsi və 
ona  yaxın  10  verstlik  zonada  təyyarə  uçuşları 
qadağan edilməli idi. 
Müqavilənin  imzalanmasından    sonra 
rus 
əsgərlərinin  kütləvi  surətdə  tərxis 
olunmasına  başlandı. 
Onlar  vətənlərinə 
qayıtmaq tələbləri ilə çıxış edir, çarəsiz qalmış 
kornandanlıq      isə      tələbləri      yerinə     
yetirməyə  məcbur    olurdu.    Çar    ordusunun   
parçalanması 
istiqamətində    böyük    iş   
görmüş 
məqsədi 
başqa 
idi. 
Onlar 
bolşeviklərin 
müharibəni 
aparanda 
dayandırmaq 
təbliğatını 
düşünürdülər  ki,    əsgərlər    vuruşmaqdan    imtina    etsələr    də,    öz    mövqelərində    qalacaqlar.    Nəticədə    on-
lardan 
hakimiyyət uğrunda mübarizədə istifadə etmək 
mümkün olacaq.  Əsgərlərin 
 
 
tərxis     
olunmaq  tələbləri      bolşeviklərin      ümid 
bağladıqları əsas qüvvənin 
 
ləğv 
 
olunması demək 
idi. 
Bolşeviklərdən  ibarət  Qafqaz  ordusunun  diyar 
şurası  müraciət  qəbul edərək  tərxis  olunmanın 
qarşısını        almağa        çağırdı.        Dekabrın       
10-da  Tiflisdə    Qafqaz    ordusunun    II    diyar   
qurultayı keçirildi, bolşeviklər 
tərəfindən
 
çağırılmış 
nümayəndələr   
bolşeviklərin    xəttini    dəstəklədi,  bolşevizmə   
qarşı    bütün    hərəkətlərə    mübarizə  elan 
etdilər.  Diyar  şurasının  sədri  Q.Korqanov 
seçildi.
42
 
Qafqaz      ordusu      diyar      şurasının     
qeyri- 
bolşevik    qüvvələri    isə    ayrıca   
iclas 
özlərinin 
şurasını 
yaratdılar. 
möhkəmlənə 
bilməyəcəklərini 
keçirərək 
Tiflisdə 
anlayan 
bolşeviklər bu səbəbdən öz qurumlarını Bakıya 
köçürməyə   başladılar.   Dekabrın   19-da   
Tiflisdə 
Fəhlə,    Əsgər    və    Kəndli    sovetlərinin    II   
Qafqaz  diyar      qurultayı    da    bolşeviklər   
üçün    uğursuz  oldu  və  onlar  da  Bakıya 
köçdü.
43
 
Hələ    noyabrın    12-də    bolşeviklərə   
sadiq  hərbi      hissələr    yaratmaq    üçün    şar   
ordusunun  hərbi    hissələrinin    komandirləri   
dəyişdirilməyə  başladı.    Nəticədə    podporuçik   
Yefremov    Bakı 
qarnizonu    rəisi,    Kleşov    Bakı    şəhər    komendantı    seçildilər.    1917-ci    il    dekabrın    12-də    Bakıda   
Hərbi    İnqilab  Komitəsi    (HİK)    yaradıldı.    Bəyan    edilmişdi    ki,    komitə    şəhərdə    qanun-qayda   
yaradılmasına    cavabdeh    olacaq.  Dekabrın  14-də  HİK  kütlə  halında  toplaşmağı,  kütləvi  tədbirlər  keçirməyi 
qadağan etdi. Aydın idi ki, bu qərar Azərbaycan milli qüvvələrinin fəaliyyətinə qarşı yönəlmişdi. Dekabrın 16-
da  RSFSR  Xalq  Komissarları  Soveti  Bakı  Sovetinin  sədri  S.Şaumyanı  Qafqazın  Fövqəladə  Komissarı  təyin 
etdi. Onun sərəncamına dərhal 500 min rubl pul göndərildi ki, Sovetə tabe olan silahlı qüvvələr yaradılsın. 
42   
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.16. 
43   
Дарабади П.Г. Военные вопросы, с. 95-96. 
28 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə