Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə21/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   17   18   19   20   21   22   23   24   ...   113

 
 
 
 
 
 
Əgər   Bakıya   təzə   gəldiyində   Denstervil   ermənilərin   qəhrəmanlığından   yazır,   lakin   bir   dənə   də   
olsun 
qəhrəmanlıq    nümunəsi    göstərə    bilmirdisə,    sonralar    o,    növbəti    döyüşləri    belə    təsvir    edirdi:    "Ön   
mövqelərə göndərilən   qoşunlar   çox   vaxt    heç   ora   gedib   çatmırdı";    ''yerli    qoşunlar   tamamilə   
etibarsızdır";   "bütün   əks    - 
hücumlar onunla nəticələnirdi ki, hücuma keçmək əmrini alan hissələr yavaş-yavaş toplaşır və möcüzəli şəkildə 
harasa yoxa çıxırdılar". 
Şəhərin erməni əhalisinin mənəvi keyfiyyətləri də elə erməni qoşunlarının keyfiyyətindən üstün deyildi. 
General  yazırdı:  "Güclü  top  atəşinə  məruz  qalan,  lakin  bundan  az  ziyan  görən  Bakıda   əhali  deyirdi:  "her  şey 
məhv oldu". Türklər atəşi qoşunlara keçirəndə və doğrudan da hər şeyin məhv edilməsi təhlükəsi yarananda isə 
əhali deyirdi: "biz xilas olduq".
96
 
Və   nəhayət,   sentyabrm   14-də   baş   vermiş   döyüş   barəsində   general   acı-acı   yazırdı:   "Bütün   
üstünlüklərə malik olan qoşunlar elə döyüş başlanan kimi darmadağın edildilər". 
Qoşunların   döyüş   ruhu   barədə   general   Denstervilin   son   nəticəsi   belə   olmuşdu:   "Yaxşı   döyüşçü   
olmaq üçün    mətin    inam    və    dəyişməz    ideallar    olmalıdır.    Döyüş    stimullarından    ən    güclüsü    -    vətənə   
məhəbbətdir". 
Xatirələrində    о    qeyd    edirdi:    "Uğursuzluqların    səbəbi    eynidir:    inqilabçı    öldürə    bilər,    lakin    vuruşa   
bilməz". 
Generalın   sözləri   erməni   xislətini   aydın   göstərir:   "onlar   (zənnimizcə,   general   erməni   "inqilabçılarını"   
onların 
əsil adı ilə - terrorçu adlandırsaydı, daha səmimi olardı - A.Y, Ə.S.) qətllər törədə bilərlər, lakin açıq döyüşdə 
üz-üzə vu-ruşa bilməzlər".
97
 
3.4. Polkovnik L.Biçeraxovun qoĢunları 
Dövrün   hadisələrində   müstəsna   rol   L.Biçeraxov   və   onun   silahlı   dəstəsinə   məxsus   idi.   Belə   ki,   
hələ   I 
Dünya      müharibəsinin      gedişində      İran      ərazisinə      rus      ekspedisiya      korpusu     
yeridilmişdi  (komandir,    general-mayor    N.Baratov,    qərargah    rəisi:    general-mayor   
Lastoçkin).    Korpus Türkiyə  sərhədində  fəaliyyət  göstərməli  və  ingilislərin  Mesopotamiya 
korpusunun  arxadan  müdafiəsini  təşkil  etməli  idi.
98   
1915-1916-cı  illərin  əməliyyatları 
göstərdi ki, İranın yaşayış 
az    olan    ərazilərində    ənənəvi    müharibə    aparmaq    çətindir    və    istənilən    səmərəni   
vermir.    Bu  səbəbdən    korpusun  tərkibindən    kazaklardan    ibarət    iki    partizan    dəstəsi   
seçilərək  düşmənin  arxasında  fəaliyyət  göstərmək  üçün  reydə  göndərilmişdi  (o  dövrdə 
partizan  termini  düşmən  arxasına  göndərilən  nizami  qoşunlara  da  şamil  edilirdi).  1500- 
2000  nəfər  şəxsi  heyəti  olan  kazak  reyd    dəstələri    geniş    əməliyyatlar    başladıqda   
düşmənin    arxasında    vahimə    yaratmalı,  qərargahları,  anbarları  və  digər  hərbi  obyektləri 
dağıtmalı i d i l ə r.  Baratovun korpusunda iki 
piyada taboru, iki drujina, 36 yüzlük kazak, 20 top var idi.
99   
Reyd dəstələrindən birinə polkovnik    L.Biçeraxov 
başçılıq edirdi. 
Mesopotamiya 
ərazilərinədək 
irəliləyən  polkovnik  L.Biçeraxovun  dəstəsi 
ingilis   qoşunları   ilə   əlaqə   yaratmış    və   
elə buradaca 
Rusiya 
imperiyası
 
və 
onun 
ordusunun      dağılması  xəbərini      almışdı. 
General-mayor baratovun Korpusu təxliyyə 
olunmağa    başladıqda    bolşevik   
təbliğatına 
uymuş 
və 
tamamilə 
nizam-intizamı 
itirmişdi.  General  Denstervilin  yazıları 
göstərir    ki,    yalnız    İrandan    çıxıb   
tezliklə  vətənə  qayıtmaq  istəyi  rus  hərbi 
hissələrini tamamilə    dağılmaqdan
 
saxlayır,   
onlar 
Baratov     və     onun     zabitlərinin     əmrlərini     həvəssiz     də     olsa,     yerinə     yetirirdilər.     Bara-tovdan     fərqli     
olaraq 
L.Biçeraxov  öz  dəstəsi  üzərində  nəzarəti  tam  saxlamış,  təxminən  1500  nəfər  kazak  döyüşçüsündən  ibarət  olan 
hissəsində inqilabi təbliğatın qarşısını ala bilmişdi. İngilislərlə əlaqə saxlamaq üçün podpolkovnik Kletterbek və 
Yeni Zelandiyalı heyətlə bir radiostansiya daim Biçeraxovun dəstəsində idi.
100
 
Baratovun korpusu ilə Kirmanşahda birləşən Biçeraxov inqilabi təblığatın qarşısını almaq üçün korpusdan 
ayrı 
mövqe 
tutmuş 
və 
ingilislərlə 
96   
Денстервиль, с.124. 
97   
Денстервиль, с. 10. 
98   
Корсун Н.Г. Кавказский фронт первой мировой войны, Москва, 2004, с.387. 
99   
Корсун. Кавказский фронт, с.388-389. 
100   
Денстервиль, с.16. 
40 


 
 
əlaqələrini genişləndirmişdi. Müstəqil şəkildə hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər qüvvəsi olmayan 
ingilis  komandanlığı  məhz Biçeraxovun  dəstəsindən istifadə  etmək qərarına  gəlmişdi.  İngilis  komandanlığının 
Baratovun korpusunun ayrı-ayrı hissələrini maraqlandırıb İranda saxlamaq cəhdləri boşa çıxdı və onlar nisbətən 
azsaylı, lakin intizamlı Biçeraxov dəstəsinə arxalanmağı qərarlaşdırdılar. General Denstervil yazırdı ki, "Bizim 
seçimimiz yoxdur. Biçeraxov qayda-qanunu ən dəhşətli üsullarla yaradır və onun sadiq poruçiki Sovlayev kefi 
istədiyi qədər günahsız insan həbs edib ki, onların arasında bəlkə bir nəfər günahkar tapıla-tapılmaya". 
Artıq 1918-ci ilin martında Biçeraxovla general Denstervil arasında müqavilə imzalanmışdı. Müqavilənin 
şərtlərini    general    Denstervil    öz    xatirələrində    tam    göstərir:    Denstervil    kifayət    qədər    qoşun    toplayana   
qədər 
Biçeraxov    öz    dəstəsini    İrandan    çıxarmır;    əvəzində    ingilislər    ona    maddi    yardım    göstərir;    ingilislərin   
razılığı  olmadan  Biçeraxov  heç  bir  əməliyyat  keçirmir,  əks  təqdirdə  maliyyə  yardımı  kəsiləcək;  Biçeraxovun 
ingilislər  qarşısında    ilk    öhdəliyi    Xəzərə    doğru    yolları    Denstervilin    üzünə    bağlayan    inqilabçı    Kiçik   
xanın    qoşunlarını  məğlub    etməkdir;    İranda    fəaliyyəti    səmərəli    olarsa,    Biçeraxov    Qafqazda    da   
ingilislərin   tam   dəstəyini   alacaq.  Denstervil  hətta  seçim  qarşında  qaldığını  yazırdı:  "ya  kazaklar,  ya  da  biz 
sonrakı işlərdən imtina etməliyik".
101
 
Beləliklə,  ingilis  qoşunlarının  tərkib  hissəsi  və  ilk  dövrlərdə  hətta  əsas  zərbə  qüvvəsi  olan  Biçeraxovun 
dəstəsi  iyunun  əvvəllərində  Kiçik  xanın  qoşunlarını  məğlub  etdi. Məhz  Biçeraxov  martın  28-də  Qəzvinə  daxil 
olmaqla şəhərin Kiçik xan tərəfindən tutulmasının qarşısını aldı. 
Qafqaza girmək üçün fürsət axtaran L.Biçeraxov ingilislərin məsləhəti ilə Bakı Soveti ilə əlaqə saxladı və 
bolşeviklərə    öz    xidmətlərini    təklif    etdi.    Nəyin    bahasına    olursa-olsun    Bakını    türk-Azərbaycan   
qoşunlarına  vermək    istəməyən    S.Şaumyan    və    əlaltıları    əvvəllər    əksin-inqilabçı    saydıqları    şəxsin   
təklifini   qəbul   etdilər.
102
 
Halbuki   bu   zaman   L.Biçeraxovun   qardaşı   Georqi   Biçeraxov   Mahaçqala-Dərbənd   arasında   bolşeviklərə   
qarşı  qiyam    qaldırıb    sovet    hakimiyyəti    ilə    vuruşurdu.
103       
Bakı    Soveti    doğrudan    da    sovet   
hakimiyyəti    uğrunda  mübarizə    aparsaydı,  qatı    əksinqilabçının,    özü    də    ingilislərlə    əlaqələrini   
gizlətməyən    əksinqilabçının    köməyini  qəbul    etməzdi.    Görünür,    Bakı    Sovetinin    erməni    liderləri   
sovet    hakimiyyəti    və    onun    prinsipləri 
ilə   
az  maraqlanırmışlar.  Bakı  Sovetinin  göndərdiyi  gəmilər  Biçeraxovu  öz  dəstəsiylə  Ənzəli  limanından  götürüb 
Ələt  yaxınlığında    sahilə    çıxarmışdı.    Bu    zaman    Biçeraxovun    1500    kazak    döyüşçüsü,    məsləhətçi   
qismində   5   ingilis zabiti və Kroufordun briqadasından zirehli avtomobillər qrupu (4 zirehli ingilis avtomobili) 
var  idi.  Sənədlərdə  göstərilir  ki,  ingilislər  ona  180  milyon  rubl  verərək  10  min  nəfərlik  qoşun  toplamağı 
tapşırsalar da, Biçeraxov, 
çox    böyük    çətinliklə    öz    ətrafında    6    min    nəfər    cəmləşdirə    bilmişdi.    General    Denstervil    yazır    ki,   
Biçeraxovun  dəstəsini    gəmiyə    mindirməzdən    əvvəl    "mən    onu    Ənzəlidə   
görməyə    getdim    və    biz  gələcək    birgə    fəaliyyətimizlə    bağlı    razılığa    gəldik.   
Bu    planlara    mən    böyük    ümid  bəsləyirəm,  ancaq  onlar  barəsində  bu  kitabda 
susacam". 
General   Denstervil   yazırdı   ki,   Biçeraxov   ilk   döyüşlərini   Kür   çayı   
üzərindən 
salınmış    Yevlax    körpüsü    uğrunda    aparmış,    lakin    əməliyyatlar    uğursuz   
olmuşdu".  Qoşunların    komandanı    təyin    edilsə    də,    sol    cinaha    rəhbərlik   
etməyə    göndərilən  Biçeraxov    türk-Azərbaycan    qoşunlarına    güclü    müqavimət   
göstərmiş,    lakin    Qafqaz  İslam  Ordusunun  cənub  qoşun    qrupunun  (komandan   
polkovnik  H.Səlimov)   səyləri 
ilə   məğlub   edilmişdi.   Döyüşlərdə   itkilər   verən   Biçeraxov   bir   zirehli   avtomobil   
də itirmişdi. Bunun günahını isə onu dəstəkləməli olan sovet qoşunlarında görürdü. Öz 
uğursuzluqlarını       onun      ayağına       yazmağa       başlayan       Bakı       Soveti       
Biçeraxovla 
münasibətləri   tam   pozmuş   və   о   öz   dəstəsi   ilə   (2000-2500   nəfər)   Biləcəri   stansiyasına,   oradan   isə   
Dərbəndə getmişdi.      Ehtimal      ki,      о      bu      gedişi      Dərbəndi      öz      təsir      dairəsinin      şimal      xətti      kimi     
görən      ingilislərlə 
məsləhətləşmələrdən sonra etmişdi.  İngilis  qoşunları avqust  ayında  Bakıya  girəndə  Biçeraxov da  bura  gəlmək 
istəmiş, lakin Xaçmaz-Quba-Qusar istiqamətində Azərbaycan könüllü dəstələləri ilə döyüşlərdə yubadılmış və 
geri qayıtmağa məcbur olmuşdu.
104   
Bakı uğrunda döyüşlərin ağır məqamlarında general Denstervil Biçeraxovu 
xatırlayırdı: "Biçeraxovun digərləri üçün nümunə biləcək etibarlı, intizamlı qüvvələri bizə çox gərəkli idi. Biz 
Biçeraxovsuz da fəaliyyət göstərə bilərdik, lakin belədə çox vaxt itirirdik". 
1918-ci ilin sentyabrında Dərbənd və Petrovskun müdafiəsinin təşkili ilə məşğul olan Biçeraxov Bakıya 
gələ bilməsə də, 500 nəfərlik bir dəstəni şəhər müdafiəçilərinin köməyinə göndərmişdi.
105
 
3.5. Bakı Soveti və Sentrokaspi Diktaturası 
qoĢunlarının say tərkibi 
101   
Денстервиль, с. 17. 
102
Кязымзаде Ф. Борьба за Закавказье (1917-1921) //Литературный Азербайджан, 1993, № 3-4, с.70. 
103
Гражданская война. Энциклопедия, с.67. 
104   
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.272. 
105   
Денстервиль, с.118. 
41 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə