Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə22/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   18   19   20   21   22   23   24   25   ...   113

 
 
 
 
1917-ci    ilin    sonlarında    yaradılmağa    başlayan    Bakı    Sovetinin    qırmızı    qvardiyası    dekabr    ayında   
400 
nəfərdən ibarət idi. İnqilabçı fəhlə və əsgərlər hesabına 1918-ci il yanvarın əvvəllərinə qırmızı qvardiyanın sayı 
3500    nəfərə    çatdırıldı.    Xəzər    dəniz    donanmasının    200-300    nəfərlik    matros    dəstəsi    Bakı   
Sovetinin    əsas dayaqlarından biri sayılırdı.
106   
Şəhərdə olan Rus Milli Şurası da öz silahlı dəstəsini yaratmağa 
çalışırdı.  Bakıda  eyni  zamanda  erməni-daşnak  qüvvələri  cəmləşməkdə  idi.  Erməni  Milli  Şurası    və   
"Daşnaksutyun" partiyasının 
yerli 
rəhbərləri 
silahlı  dəstələrin 
yaradılmasında    çox    fəal    idi.
107     
Belə   
dəstələrin 
təşkili  və  formalaşması  uzun  vaxt  tələb 
etdiyindən Rusiyadan 36-cı Türküstan atıcı alayı 
göndərildi. 
 
 
Əksəriyyəti      inqilabçı     
əsgərlərdən  ibarət    olan    alay    etibarlı    qüvvə   
hesab    olunurdu,  üstəlik,        onun        komandir       
heyəti        digər        hərbi  hissələrin      təlimatçısı     
rolunu      oynaya      bilərdi.  Hərbi  hissələrin 
fəaliyyətini      təmin  etmək      üçün  xüsusi
 
mühəndis-tikinti  idarəsi    yaradıldı   
ki,  onun  da  tərkibində  5  tikinti  dəstəsi,  4  fəhlə 
arteli  var      idi.      Toplanmış      dəstələr      1-ci     
beynəlmiləl 
alayın    tərkibində    cəmləşdirilirdi.    1918-ci    il    martın    əvvəllərində    S.Şaumyan    Moskvaya    göndərdiyi   
teleqramda  yazırdı    kı,    Bakı    Sovetinin    qoşunları    7    min    bolşevik    və    4    min    erməni    silahlısından   
ibarətdir.    Tədqiqatçıların  fikrincə,  burda  ilk  növbədə  ermənilərin  sayı  qəsdən  kiçildilmişdir.  Xəzər  hərbi 
donanmasından 200-400 matros Bakıdakı 
mart 
hadisələrində 
fəal 
iştirak
 
etmişdi. 
Müxtəlif 
siyasi 
partiya 
və 
hərəkatların,  qeyri- 
azərbaycanlılardan ibarət milli şuraların silahlı dəstələrinin birləşdirilməsi nəticəsində Bakı Soveti qoşunlarının 
sayı    7500    nəfərə    çatdırıldı.    Ermənistan    Respublikası    Tarix    İnstitutunun    keçmiş    direktoru   
akademik    Hrant Avetisyan yazırdı ki, Bakıda "Sovet hakimiyyəti uğrunda Qafqaz ordusunun dörd briqadası  - 
25 tabor və 18 min qırmızı   qvardiyaçı   vuruşurdu;   qırmızı   qvardiyaçıların   70   %-i   ermənilər   idi".   Ehtimal   
ki,   o,   milli   Azərbaycan  qüvvələrinə  qarşı  duran  bütün  qüvvələri  qırmızı  qvardiyaçılar  kimi  hesablamışdır: 
Erməni  Milli  Şurasına  tabe olan   dəstələr,   "Daşnaksutyun"   partiyasının   dəstələri   və   s.   Ədəbiyyatda   qeyd   
olunur   ki   1918-ci   ilin   əvvəlində Bakıda "erməni korpusunun 4 min döyüşçüsü var idi". 
Toplanmış qüvvələr 4 briqada və əlavə hissələrdən ibarət 1-ci korpus tərkibində fəaliyyət göstərməli idi. 
Aprelin  20-də  Erməni  Milli  Şurasına  tabe  olan  hissələrin  Qırmızı  Orduya  qatılması  barədə  qərar  qəbul  edildi. 
Bu  isə  yeni  hərbi  hissələr  yaratmağa  imkan  verdi.  Bununla  belə,  ermənilər  öz  əllərində  müəyyən  sayda  hərbi 
hissə   cəmləşdirməyə   çalışırdılar.   Aprelin   26-da   İnqilabi   Müdafiə   Komitəsi   ilə   Erməni   Milli   Şurasının   
birgə 
iclasında belə qərar qəbul edildi ki, 2-ci erməni ehtiyat piyada alayı ləğv edilsin, onun şəxsi heyəti Amazaspın 
taboruna verilsin. Amazaspın taboru əsasında Qırmızı Ordunun 16-cı və 17-ci taborları təşkil edildi.
108   
Sonralar 
1918-ci   il  erməni   vəhşiliklərini   araşdırmaq   üçün   yaradılan   fövqəladə  istintaq   komissiyasının   sədri 
A.Novaski 
yazırdı ki, Qubada qırğınlar törədən Amazaspın dəstəsində "iki minə yaxın adam var idi, onlara "Daşnaksutyun" 
partiyasından olan ermənilər rəhbərlik edirdi". 
May  ayında  geniş  miqyaslı  döyüşlərə  hazırlaşan  Bakı  Sovetinin  hərbi  rəhbərliyi  səfərbərliyin  müddətini 
uzatdı ki, yeni hərbi hissələr yaradılsın. Mayın 
sonlarında      Bakıda      19-cu      və      20-ci     
taborlar  yaradıldı,  Xüsusi      hücum    bölüyü
 
və  dəmir 
bölük        təşkil        edildi.        Nəticədə   
döyüşçülərin  ümumi    sayı    18    min    nəfərə   
çatdı.    Bakı    XKS-  nin      hərbi-dəniz      işləri     
üzrə      xalq      komissarı  Q.N.Korqanovun     
1918-ci      il        mayın      22-də  RSFSR    Xalq   
Komissarı    Sovetinə    göndərdiyi  məruzədə     
qeyd      edilirdi      ki,      yaradılmış      19 
batalyonun tərkibində 18 min döyüşçü var, 20- 
ci      tabor      və     bəzi      hissələr     
yaradılmaqdadır. 
1983-cü  ildə  Moskvada  çap  edilmiş  "SSRİ-də 
vətəndaş müharibəsi və hərbi intervensiya" kitabında Bakı Sovetinin qüvvələri iyunun əvvəllərinə 18 min nəfər 
döyüşçü, 19 top, 3 zirehli qatar, bir neçə hidroplan, 4 kanoner gəmisi və 3 silahlı ticarət gəmisindən ibarət ordu 
kimi göstərilir (Sovet Rusiyasından göndərilmiş 4 zirehli avtomobil, 13 təyyarə və 6 top çıxılmaqla). 
106   
Дарабади П.Г. Военные проблемы. с.92. 
107   
Дарабади П.Г. Военные проблемы, с.106-107. 
108   
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.66. 
42 
 


Bakı Fəhlə, Əsgər və Matros Deputatları Soveti İcraiyyə Komitəsinin 1918-ci il 24 may qərarı ilə Bakı və 
ətraf rayonlarda "hərbi hazırlıq dərsləri icbari mütləq və ümumi" elan edildi. 
Qərbə doğru irəlilədikcə bolşevik-erməni qoşunları erməni kəndlərinin sakinlərindən hərbi hissələr təşkil 
edir,   onların   bir   qismini   ordu   tərkibinə   qatır,   digər   qismini   isə   yerli   dəstələr   kimi   saxlayırdılar.   
Qaraməryərn 
döyüşündə ətraf erməni kəndlərinin silahlı sakinləri də iştirak edirdi. Şamaxı və Kürdəmirdə müsəlman əhalidən 
silahlar     yığılır,     erməni     kəndlərinin     əhalisi     isə     hərbi     dəstələr     şəklində     toplanıb     silahlandırılırdı.     
Şamaxı ətrafındakı döyüşdə erməni kəndlərinin əhalisi 800 nəfərlik tabor təşkil etmişdi. 
Erməni Milli Şurası və "Daşnaksutyun" partiyasının fəalları döyüş getməyən bölgələrdə də hərbi hissələr 
yaratmağa çalışırdılar. Misal üçün, Gəncədə pulemyotlara malik 600 nəfərlik erməni taboru təşkil edilmişdi. 
Fransanın    Rusiyadakı    səfiri    Nulens    1918-ci    il    iyunun    10-da    Fransa    xarici    işlər    naziri    Stefan   
Pişona 
məruzə  edirdi  ki,  "regionda  ermənilər  müttəfiqlərə  sadiq  qalan  yeganə  xalqdırlar.  Ermənilər  Bakı,  Dərbənd  və 
Petrovskun sahibləridir. Onların burada qoşunları var: 10 mini təşkil olunub, 15 min nəfəri pərakəndədir. Digər 
erməni    qruplaşmasında    20    min    nəfər    var:    onlar    İrəvan    dağlarma    çəkilən    Qars    ordusunun   
qalıqlarıdır".    Bu  məruzədən   aydın   olur   ki,   Qırmızı   Ordudan   başqa   erməni   dəstələri   pərakəndə   halda   
mövcud   olmuş,   üstəlik,  keçmiş  çar  ordusunun  Diyarbəkir  bölgəsində  fəaliyyət  göstərmiş  hərbi  hissələrindən 
qalan 20 minə yaxın erməni Cənubi Qafqaza keçmişdir. 
B.Şeboldayev Sovet Rusiyası hərbi-dəniz işləri üzrə xalq komissarına göndərdiyi məktubunda yazırdı ki, 
iyunun 10-da Bakı Sovetinin əsas zərbə qüvvəsi olan korpusda 4 atıcı briqada (12.000-13.000 süngü), 3 yüzlük 
süvari, topçu və çevik qüvvələr var. 
Rusiyadan    əlavə    qüvvələr    almağa    çalışan    S.Şaumyan    1918-ci    il    iyunun    14-də    V.Leninə   
göndərdiyi teleqramda qeyd etmişdi ki, iyunun 10-da Hacıqabuldan yürüşə başlayan sovet qoşunlarının tərkibində 
on min 
döyüşçü var. Rəqəmləri kiçiltməklə əlavə qüvvə almağa çalışan S.Şaumyana Rusiyadan canlı qüvvə göndərmək 
qeyri-mümkün   idi:   vətəndaş   müharibəsi   cəbhələrində   bolşeviklərin   vəziyyəti   ağır   idi.   Şaumyan   isə   
vəziyyəti 
düzəltmək üçün 2-3 nizami diviziya və 25 min dəst hərbi geyim istəmişdi. 
1918-ci  il  iyunun  26-da  Moskvada  Ümumrusiya  Hərbi  Komissarlıq  bürosunun  təlimatçılarından  birinin 
Trotskinin adına yazdığı məruzəsində qeyd edilirdi ki, Bakıya böyük hərbi qüvvə göndərilməlidir; gələcəkdə 23 
min  nəfərlik  ştatı  olan  diviziyanın  9  min  nəfərdən  ibarət  əsas  hissəsi  Moskvada  təşkil  edilməli  və  Bakıda  tam 
formalaşdırılmalıdır.      Diviziya      iki      həftə      ərzində      yaradılmalı      idi.      Bu      təklif      Hərbi      Dəniz     
İşləri      Xalq  Komissarlığının  əməliyyat  bölməsinin  rəisi  S.İ.Aralov  tərəfindən  dəstəklənsə  də,  icrası  mümkün 
deyildi. 
Rusiyadan  canlı  qüvvə  sarıdan  kömək  gəlməyəcəyini  görən  S.Şaumyan  yerli  imkanları  axtarıb-arayırdı. 
1918-ci  il iyunun 21-də Bakıda "dəmir dəstə", iyunun 22-də sovet  taboru adlı  hərbi hissə yaradılmağa başladı. 
İyunun 30-da 1893-1897-ci il təvəllüdlü kişilərin hərbi mükəlləfiyyəti elan edildi. Bununla yanaşı 1900-1917-ci 
illərdə  hərbi xidmətdə  olmuş  dənizçilərin  səfərbərliyi də  elan  edildi  və  onun  əsasında dənizçi taboru  yaradıldı. 
Lakin yaradılan hərbi hissələr ştatdan aşağı say tərkibinə malik idi: siyahıya almanların cəmi 30 %-ni toplamaq 
mümkün oldu.
109   
S.Şaumyanın əmri ilə şəhərdə silahlı yoxlamalar keçirilir, erməni və ruslar tutularaq cəbhəyə 
göndərilirdi.    Başda    V.F.Poluxin    olmaqla    170    nəfərlik    dənizçi    dəstəsinin    Bakıya    gəlişi    də    vəziyyəti   
dəyişə bilmədi. 
Bakı Sovetinə qoşulan L.Biçeraxovun dəstəsində 1500 nəfərdən çox döyüşçü var idi. 
İyulun   əvvəllərində   cəbhədə   vəziyyətin   kəskinləşməsi   nəticəsində   Bakı   qırmızı   təlimatçılar   
məktəbinin 
şəxsi   heyəti   cəbhəyə    göndərildi.   Bu   dövrdə   Muğanda   toplanmış    5-6    minlik   silahlı   qüvvəni  Qafqaz   
İslam 
Ordusuna  qarşı  vuruşmağa  sövq  etmək  üçün  2  min  nəfərlik  qoşun  göndərilmişdi.  Onun  tərkibi  200  nəfər rus, 
300   iranlı,   1500   ermənidən   ibarət   idi.   Lakin   Sura-Qarabulaq   kəndləri   arasında   Kür   çayı   üzərindəki   
keçidlər 
uğrunda  döyüşdə  türk-Azərbaycan  qoşunları  tərəfindən  məğlub  edilən  bu  qüvvələr  geri  çəkildilər.  İyulun  1-nə 
olan    vəziyyəti    təsvir    edən    general    Denstervilin   qeydlərinə    görə,    vuruşan    Qırmızı    Ordunun    sayı    azı   
on   minə çatırdı. 
İyulun 19-da Petrovun 780 nəfərlik dəstəsi Bakıya gəldi. Artıq iyulun 20 və 23-də Şaumyan teleqramlar 
vuraraq Moskvadan yeni hərbi hissələr istədi. Bakının qeyri-türk millətlərındə millətçi-şovinist hisslər oyatmaq 
üçün      müxtəlif      çağırışlar      səsləndirilir,      vərəqələr      paylanır,      "vəhşi      Türkiyəyə      qarşı",     
"nifrətamiz      türk  zorakılıqlarına  qarşı"  birgə  mübarizə  aparmağı  təbliğ  edilirdi.  İyulun  23-24-də  Rusiyadan 
Bakıya  silah  və  sursat  çatdırıldı,    lakin    onları    paylamaq    üçün    qüvvə    yox    idi,    mövcud    qoşunlarda   
isə    ruh    düşkünlüyü    açıq-aydın  sezilirdi.      Bu      səbəbdən      iyulun      26-dan      başlayaraq      Şaumyan     
Lenindən      təkidlə      nizami      hərbi      hissələrin göndərilməsini istəyirdi.
110
 
İyulun sonlarında Qırmızı Orduya əlavə mükəlləfiyyət elan olundu, bu dəfə 1883-1892-ci illər təvəllüdlü 
kişilər orduya çağırılırdılar. Нəmçinin sosialist inqilabçı partiyaların dəstələri, çar ordusunun istefada ehtiyatda 
olan mühəndis və texniki hissələrinin zabit və əsgərləri Qırmızı Orduya cəlb olundu. 
109
Кадишев А. Б. Интервенция, с.112. 
110
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.242-243. 
43 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə