Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə25/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   21   22   23   24   25   26   27   28   ...   113

 
 
 
 
rəisi  Avetisov  və 
digərləri yürüşə başladılar... Komanda heyəti zəifdir və "rus oriyentasiyasını" saxlayana 
qədər sovet hakimiyyətinin dəstəyi olacaqlar. Oriyentasiyanın ingilis meylli olması mümkündür və ordunun bu 
vəziyyətdə   özünü   necə      aparacağını      demək      çətindir,   çünki   ordunun   60-70%-nin   ermənilərdən   ibarət   
olması 
istənilən gözlənilməzliklərə gətirə bilər". Başqa sözlə desək, qüvvələrin mənəvi durumuna cavabdeh olan şəxs - 
komissar      etiraf      edir      ki,      bolşevik      qoşunlarının      zabitləri      "siyasi      baxışlarına      görə      daşnak"dırlar,     
siyasi 
"oriyentasiyaları"nı istənilən məqamda dəyişə bilərlər. Maraqlıdır ki, baş verənlər barədə tam və dürüst məlumat 
verən  B.Şeboldayevi  Bakıda  saxlamadılar  və  1918-ci  ilin  yayında  o,  Q.F.Biçeraxovun  əksinqilabçı     
dəstələrinə qarşı vuruşmaq tapşırığı ilə    Şimali Qafqaza göndərildi. 
Denikin   ordusunun   generalı    Lyadov   Bakı   Soveti   qoşunlarına   qiymət    verərkən    yazırdı:   "Qırmızı   
ordu daşnak zabitlərin rəhbərliyi altında olan və vuruşmaq əlindən gəlməyən erməni könüllülərindən ibarət idi. 
Onlar 
ətraf     kəndləri     talayır,    müsəlman     kəndlilərin    də    özlərinə    qarşı     nifrətini     oyadırdılar.    Cəbhədən     
ona     görə qaçmırdılar  ki,  öz  evlərindən  uzaqda  idilər.  Xəzər  donanmasının  ən  yaxşı 
matrosları  hələ      mart      hadisələrindən      əvvəl      səfərbər      edilmişdi,      indi     
donanma     yalnız     şəhər 
alverçilərindən    ibarət    idi,    onlar    da    donanmaya alver 
və 
dələduzluq    etmək 
imkanlarına  görə      gəlirdilər".
121
 
Qırmızı    ordunun    1-ci    кorpusunun  komandiri 
Qazarovun 
 
nisbətən   
böyük  döyüş    təcrübəsi    vardı.    Hərbi    məktəbi    bitirmiş    keçmiş    çar   
ordusunun    polkovniki  rütbəsinədək  yüksəlmiş  Qazarov  öz  məqsədlərinə  çatmaq 
üçün  siyasi  oriyentasiyasını  dəyişən    bir    çox    ermənilər    kimi    çar    polkovniki   
olmasını    unutmuş    və    bolşeviklərin tərəfində  olduğunu  bildirmişdi.  Əslində 
isə
 
Bakı  Sovetinə  xidmət  qırmızı  bayraq  altında    da   
olsa,    azərbaycanlıların    soyqırımını    həyata    keçirməyə    imkan    verirdi.    1-ci 
korpusun    qərargah    rəisi    Avetisov    da    ondan    fərqlənmirdi.    Keçmış    çar   
ordusunun  qərargah    zabiti    polkovnik    Avetisov    da    Qazarov    kimi    daşnak   
meylləri    ilə    seçilsə    də,  vaxtı    gələndə    bolşeviklərin    tərəfini    saxlamışdı.    Hələ   
avqustun    1-də    o,    ağ    bayraq 
qaldırıb  təslim  olmaq  təklifini  vermişdi,  lakin  təklif  qəbul  olunmadı.  Bolşeviklərin  hakimiyyəti  devriləndə  və 
Bakıda Sentrokaspi Diktaturası qurulanda o, siyasi simasızlığını və erməni xislətini  bir  daha  nümayiş  etdirib 
diktaturaya    qoşulmuşdu.    Maraqlıdır    ki,    general    Denstervil    öz    qeydlərində    yazır:    "Diktatura   
qoşunlarının  qərargah    rəisi    Avetisov    yaxşı    erməni    zabiti    nümunəsidir.    O,    qorxmadan    inqilabçılar   
barədə    öz    fikirlərini  bildirirdi    (halbuki    bir    ay    əvvəl    onların    bütün    ideyalarını    dəstəkləyirdi    -    A.Y.,   
Ə.S.).    Lakin    o,    xəstə    idi    və  fikirləşirəm  ki,  xəstəlik  onun  işinə  təsir  göstərirdi”.  Göründüyu  kimi, 
diktatura dövründə Avetisovun buraxdığı səhvləri Denstervil onun xəstəliyi ilə izah edir. 
Bakı       Soveti       qoşunlarının       təşkilatçılarından       və 
komandirlərindən       
olan 
E.A.Berq Sovet Rusiyasının sınanmış döyüşçülərindən olub. Hərbi gəmilərdə matros 
kimi    xidmət    göstərmiş    Berq    inqilab    dövründə    matroslar    dəstəsinə    rəhbərlik   
edib,  Kornilov,  Kerenski,  Kaledinin  əksinqilabçı  qüvvələrinə  qarşı  mübarizədə 
fərqlənib. 
1918-ci    ilin   aprelində   o,   Dəniz   işləri    üzrə   Xalq   Komissarlığı    tərəfindən   
Xəzərdə 
sovet hərbi donanmasının təşkili məqsədi ilə Bakıya göndərilib, həmin ilin iyulunda 
Müvəqqəti  İnqilab  Komitəsinin  üzvü,  Bakı  Soveti  qoşunlarının  rabitə  xidməti  rəisi 
vəzifəsinə təyin edilib.
122
 
Hərbi      donanmanın      təşkili      ilə      V.F.Poluxin      də      məşğul      olub.     
Fəhlə      -  elektromontyor  işləmiş  Poluxin  1907-ci  ildən  Baltik  donanmasında 
matros,      1915-ci  ildən    isə    teleqrafçı    kimi    xildmət    edib.    Bolşevik    fəaliyyəti   
ilə    məşğul    olan    Poluxin  Petroqradda      Oktyabr      çevrilişin      iştirakçısı      olub,     
1917-ci      ilin      dekabrında      Dəniz  Nazirliyi  (Ümumrusiya  Mərkəzi  İcraiyyə 
Komitəsinin  dəniz  seksiyası)  Qanunverici  Şurasının      sədri      təyin      edilib.     
1918-ci      ilin      mayından      Dəniz      işləri      üzrə      Xalq 
Komissarlığının xüsusi tapşırıqlar üzrə komissarı, iyul ayından isə Xəzər dəniz donanmasının komissarı olub.
123
 
İ.V.Malıgin    I    Dünya     müharibəsində    piyada    əsgər    kimi     iştirak    edib.    1917-ci     ildə    Qafqaz   
Ordusu 
Müvəqqəti İnqilabi Komitəsinin üzvü, 1918-ci ilin yanvarında isə katibi seçilib. Aprel ayından Bakı XKS hərbi- 
dəniz    işləri    üzrə    Xalq    Komissarlığının    kollegiya    üzvü    olan    Malıgin    əslində    “tapşırıqlar    üzrə   
komandir" vəzifəsini icra edirdi.
124
 
General    Denstervil    Bakı    Soveti    qoşunları    barədə    məlumat    verərkən    "Şaumyan    və    Petrovun   
qoşunları"  ifadəsini    işlədir.    Bu    da    təsadüfi    deyil.    Qriqori    Konstantinoviç    Petrov    (1892-    3918)   
Peterburq 
Politexnik 
121   
Ратгаузер Э. Революция и гражданская война в Баку.Ч.1.1911-1918 г. Баку, 1927, с. 194. 
122
Гражданская война. Энциклопедия, с.64. 
123
Yenə orada, c.466 
124
Yenə orada, c.340 
47 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə