Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə231/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   228   229   230   231   232   233   234   235   236

 

683 


 

Bildiklərimiz 

İstəyirik bilək 

Öyrəndiklərimiz 

1.Təlim olunmağa 

meyil-lidirlər. 

2.Məməlilər sinfinə 

aiddir. 


3.Xəzər dənizində 

yaşamır. 

1.Çoxalması haqqında 

 

2.Daha hansı 



dənizlərdə yaşayırlar? 

1. Nisbətən şüurludur. 

 

Sonra  müəllim  şagirdlərdən  soruşur.  Əvvəlcə  sual  vermə-



dikləri daha hansı informasiyaya rast gəldilər?. Cavabsız qalmış su-

alların cavablarını haradan tapmaq, bunu necə etmək lazımdır və s. 

müzakirə edilir. Müəllim öz fikrini söyləyir və dərsi yekunlaşdırır. 

 

İstiqamətləndirilmiş mühazirə 

 

Dərsin əvvəlində müəllim mövzunu elan edir. Məsələn, möv-



zu “Avstraliyanın kəşfi” adlanır. Sonra müəllim sinfi qruplara ayırır 

və şagirdlərə təklif edir ki, mövzu üzrə bildiklərini yada salsınlar və 

siyahı hazırlasınlar. Bunun üçün ağ vərəqdə cədvəl çəkilir, vərəqin 

bir tərəfində “Avropa Avstraliyaya nə verib”, o biri tərəfində “Avst-

raliya Avropaya nə verib?” suallarını yazmaq lazımdır. Verilən vaxt 

ərzində qruplar bu suallarla əlaqədar fikir mübadiləsi edir və öz və-

rəqlərində qeydiyyat aparırlar. 

 

Avropa Avstraliyaya nə verib, hansı 

yeni biliklər əldə ediləcək? 

Avstraliya Avropaya nə verib? 

1. 

2. 


1. 

2. 


 

Qruplarda iş  bitdikdən sonra müəllim bütün  siniflə müzakirə 

aparır,  şagirdlərin  fikirlərini  ümumiləşdirir  və  lövhədəki  cədvəldə 

qeyd edir. Şagirdlərə bildirir ki, mühazirənin məzmunu ilə siyahını 

müzakirə edəcəklər, diqqətli olsunlar. 

Müəllim  mətnin  I  hissəsini  10-15  dəqiqə  ərzində  mühazirə 

edir  (mühazirə  15  dəqiqədən  çox  olduqda  şagirdlərin  fikri  yayınır, 

müəllimi dinləmirlər). Mühazirənin I hissəsi bitdikdən sonra müəl-

lim  şagirdlərdən  xahiş  edir  ki,  mövzu  haqda  öz  fikirlərini  indicə 



 

684 


mühazirədə  eşitdikləri  informasiya  ilə  müqayisə  edib  qeydlərində 

düzəliş etsinlər və lövhədəki cədvəldə qruplar qeyd edir, fikirlərini 

söyləyirlər. Yazdıqlarından hansı düz çıxdı, hansı səhvdir. Müəllim 

şagirdlərə çatdırmalıdır ki, mühazirənin II hissəsində onları maraq-

landıran, lakin I hissədə cavab tapmadıqları suallara rast gələcəklər. 

Müəllim mühazirənin II hissəsini oxuyur. Mühazirə bitdikdən 

sonra  o  şagirdlərə  müraciət  edir  ki,  yeni  öyrəndiklərinizi  cədvəldə 

qeyd edin. Dərsin sonunda şagirdlərə 5 dəqiqəlik esse (sərbəst yazı) 

yazmaq tapşırılır. Yəni şagirdlər Avropaya Avstraliyanın təsiri haq-

qında öz fikirlərini qısa şəkildə vərəqə qeyd edirlər. Əgər vaxt var-

sa, sinifdə yazırlar, vaxt yoxdursa, evdə yazıb gətirirlər, müəllim ya-

zıları  yığır  və  onlarla  tanış  olur.  Müəllim  mütləq  bu  esselər  haq-

qında öz fikrini bildirməlidir. 

 

Klaster (şaxələndirmə) 



 

Klaster hər hansı bir mövzu və ya fikrin mümkün qədər açılma-

sına, şagirdlərin bu ətrafda geniş, sərbəst düşünməsinə şərait yaradan 

metoddur. Şaxələndirmə strategiyasından həm düşünməyə yönəltmə, 

həm də düşünmə mərhələsində istifadə etmək olar. Dərsin əvvəlində, 

mövzu  ətraflı  öyrənilməmişdən  qabaq  şagirdlərin  fikrini  cəmləşdir-

mək və əvvəlki biliklərini yada salmaq üçün istifadə oluna bilər. Bu 

metodun tətbiqi zamanı fikirdən fikir, mövzudan mövzu doğur, yeni 

assosiasiyaların  yaranması  imkanı  genişlənir.  Klaster  metodu  həm 

fərdi, cütlərdə, həm də qrupla həyata keçirilə bilər. Onun tətbiqi çox 

sadə və yadda qalandır. Şaxələndirməni həyata keçirmək üçün: 

1.İri ağ kağız götürülür. 

2.Kağızın mərkəzində söz, hər hansı fənnə aid termin, cümlə 

və s. yazılır. 

3.Həmin sözdən şaxələr ayrılır və yeni fikirlər yazılır. 

Düşünməyə  yönəltmə zamanı şagirdlər mövzusu ilə əlaqədar 

bildiklərini  yadlarına  salırlar.  Yəni  onlar  klasteri  işlədilər  və  hər 

qrup öz işini sinfə təqdim etdi. Sonra isə konkret mövzu verilir, şa-

girdlər həmin mövzu ilə tanış olurlar. 

Ola bilsin ki, müəllim tətbiq etmədə, yəni düşünmə mərhələ-

sində də klaster metodundan istifadə  etsin. Mətndən aldığı  yeni bi-



 

685 


likləri klasterdə qeyd etsinlər. Bu zaman onlar qeydlərini yaxşı olar-

dı ki, başqa rəngli qələmlə etsinlər (Əvvəlki bilikləri yeni aldığı bi-

likdən  ayırmaq  məqsədi  ilə).  Bu  metoddan  istənilən  fənnin  tədrisi 

zamanı istifadə etmək əlverişlidir. 



 

Ziq-zaq metodu 

 

Əvvəlcə şagirdləri dörd nəfərlik qruplara bölün. Qruplar mü-

əyyənləşdirildikdən sonra hər bir qrupdakı şagirdlərə təklif edin ki, 

hərəsi  bir  rəqəm  söyləməklə  1-dən  4-ə  qədər  saysınlar.  Beləliklə, 

hər bir kəsin söylədiyi rəqəm onun nömrəsi olacaqdır. 

Sonra şagirdlərə mətn verilir. İzah edilir ki, mətni araşdırmaq, 

məzmunu dərk etmək və məğzinə varmaq lazımdır. 

Şagirdlərin  diqqətinə  çatdırmaq  lazımdır  ki,  mətn  4  hissəyə 

bölünmüşdür.  Hər  bir  qrupdakı  1  nömrəli  iştirakçı  birinci  hissə,  2 

nömrəli iştirakçı ikinci hissə, 3 nömrəli iştirakçı üçüncü, 4 nömrəli 

iştirakçı dördüncü hissə üçün cavabdeh olacaqlar. Bu qaydanı izah 

etdikdən  sonra  şagirdlərdən  xahiş  edin  ki,  eyni  nömrəli  iştirakçılar 

bir  yerə  toplansınlar.  Eyni  nömrəli  iştirakçılardan  təşkil  olunmuş 

qruplar indi ekspert qrupları adlanır, onların vəzifəsi, mətnin öhdə-

lərinə  düşən  hissəsinin  materialını  diqqətlə  öyrənməkdən  ibarətdir. 

Onlar həmin hissəni oxumalı, məzmununu müzakirə etməli və ma-

terialı lazımınca qavramalıdırlar. Ekspert qrupunun hər bir üzvü öy-

rəndiyi  hissənin  materialını dərsin  əvvəlində  yaranmış  qrupun üzv-

lərinə izah etməlidir. Şagirdlərə çatdırmaq lazımdır ki, sonradan on-

ların  bəzilərinə  öyrəndikləri  hissəni  bütün  sinfə  izah  etmək  təkilf 

olunacaq. Ekspert qruplarının işi başa çatdıqdan sonra, onlar öz əv-

vəlki  qruplarına  qayıdıb  materialın  məzmununu  həmkarlarına  izah 

edirlər.  Şagirdlər  bilməlidirlər  ki,  yekunda  bütün  qrup  üzvlərinin 

materialın məzmununu tam mənimsəmələri zəruridir. 

Bu metoddan istifadə zamanı müəllim əvvəlcədən mövzunu 4 

hissəyə  (hissəyə  ayırmaq  qrupların  sayından  asılıdır)  ayırır.  Məsə-

lən, mövzu:  Azərbaycan. Bu zaman onun coğrafi mövqeyi və təbii 

şəraiti – birinci; relyefi - ikinci; iqlimi və daxili suları - üçüncü; əha-

lisi və nəqliyyatı - dördüncü ekspert qrupuna tapşırılır. Hər ekspert 

qrupu ona düşən hissəni öyrənir, müzakirə edir, sonra əvvəlki qrup-




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə