689
Ölkələr
Harada yerləşir
Sərvətləri
Konsorsuma
qoşulması
barədə
Avropa Asiya Afrika neft qızıl kömür
1.Azərbaycan
2.Türkiyə
3.Norveç
_
+
+
+
+
_
_
_
_
+
_
+
+
?
?
_
?
?
+
+
+
Bundan sonra şagirdlər mütaliə yolu ilə mətni öyrənməyə baş-
layırlar və müzakirə edirlər. Mətnlə tanış olduqdan sonra lazım
gəlsə öz sxemlərində düzəliş aparırlar. Sonda müəllim özünün ha-
zırladığı sxem üzərində şagirdlərin köməyi ilə düzəliş edir və ya ca-
vabları təsdiq edir.
Venn diaqramı
Venn diaqramı kəsişən iki və ya daha artıq çevrə üzərində qu-
rulur. Çevrələrin üst-üstə düşdüyü hissədə yazmaq üçün kifayət qə-
dər yer olmalıdır. Həmin hissədə sözü gedən məsələnin oxşar yaxud
ümumi cəhətləri qeyd olunur. Tutaq ki, şagirdlər coğrafiyadan və ya
tarixdən iki ölkəni müqayisə edirlər. (Hər bir fənnə aid müqayisə
olunan məsələ, obyekt ola bilər). Venn diaqramı vasitəsi ilə oxşar
və ya fərqli cəhətləri vermək olar. Sinif qruplara bölünür, mövzuya
aid mətn paylanılır. Müəllim qruplara tapşırır ki, mətnlə tanış olsun-
lar və onlara təqdim olunan ağ kağızlar üzərində Venn diaqramı
qursunlar. Bu zaman müəllim diaqramı yazı lövhəsində qurur. Diaq-
ramın kənar hissələrində (çevrələrin) fərqli cəhətlər, üst-üstə düşən
hissədə isə oxşar cəhətlər yazılır. Qruplarda iş bitdikdən sonra hər
qrup öz işini təqdim edir. Dərsin sonunda müəllim fikirləri ümumi-
ləşdirərək lövhədə qurulmuş Venn diaqramında qeydlər edir və son
nəticəni söyləyir. Bu diaqramdan bütün fənlərin tədrisi zamanı isti-
fadə etmək əlverişlidir.
690
Venn diaqramından həm öyrədici, inkişafetdirici, həm də
ümumiləşdirici dərsdə istifadə etmək olar.
Müqayisə olunacaq obyektin, məsələnin sayından asılı olaraq çev-
rələrin kəsiyini artırmaq olar. Məsələn aşağıdakı kimi .
Məqsəd:
1.
Cisim və ya hadisələri müqayisə etmək və onların oxşar və
fərqli cəhətlərini müəyyənləşdirmək;
2.
Biliklərin aktuallaşması;
3.
Təhlil proseslərinin inkişafı;
4.
Qiymətləndirmə prosesinin inkişafı;
Alqoritm:
1.
Müqayisə olunacaq cismin və hadisələrin müəyyənləşdiril-
məsi;
2.
Kəsişən dairələrin çəkilməsi (ortada yazmaq üçün yer sax-
lamaq);
3.
I və II dairədə müqayisə olunacaq
obyektləri qeyd etmək;
4.
Şagirdlərə təlimat vermək (təlimatda nəyin müqayisə olu-
nacağı və dairələrdə oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı
barədə deyilir);
5.
Müqayisə olunan obyektlər təsvir olunur: fərqli cəhətlər
sol və sağ tərəfə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur;
6.
Müqayisə nəticəsində şagirdlər ümumiləşdirmə aparırlar;
Oxşar
Fərqli
691
Şərtlər: (hər cür ola bilər)
A)
İş forması- böyük
və kiçik qruplarda və cütlərdə;
B)
Auditoriyanın bilik səviyyəsi – müqayisə olunacaq cisim
və ya hadisələrin xüsusiyyətləri haqqında biliklər olmalıdır;
C)
Vaxt – maksimum 15 dəqiqə (materiallardan asılı olaraq);
D)
Dərs tipi – ümumiləşdirici dərs, bilik və bacarıqların for-
malaşdırılması;
E)
Dərs mərhələsi – yeni materialın təqdimatı - motivasiya,
tədqiqat mərhələsi, nəticələrin çıxarılması, tətbiq etmə;
Vəsaitlər: Lövhə, flomaster, kağız, əlavə ədəbiyyat və material;
Yarana biləcək problemlər:
1.
Ümumi cəhəti müəyyənləşdirməkdə çətinlik;
2.
Vaxtın uzanması;
3.
Nəticənin çıxarılmasında çətinlik.
İki hissəli gündəlik strategiyası
Sinifdəki şagirdləri cütlərə ayırırıq. Hər birisinə tapşırırıq ki,
“Vətən həsrəti nədir?” mövzusuna aid fikirlərini qısa şəkildə qeyd
etsinlər. Hər iki yoldaş (cütlər) yazıb qurtardıqdan sonra fikirlərini
bir-birilə bölüşürlər. Bütün siniflə müzakirə aparmaq üçün bir şa-
girdi qaldırır, öz fikirlərini soruşuruq və digər şagirdlər də deyilən-
lərə əlavələr edə bilərlər. Sonra şagirdlərə Almas İldırımın “Əziz
Azərbaycanım” şeirini oxumağı tapşırırıq, şeiri oxuduqca onlar iki
hissəli gündəliyə uyğun qeydlər etməlidirlər.
İki hissəli gündəlik tərtib etmək üçün şagirdlər ağ vərəqi şaqu-
li xətlə iki yerə ayırırlar. Vərəqin sol tərəfində onlar mətndən yadda
qalan, onlara çox təsir etmiş, nəyi isə xatırladan sitatları qeyd edir-
lər. Vərəqin sağ tərəfində isə onlar fikirlərini şərh edirlər: Niyə bu
sitatı yazıblar?, Sitat onlarda hansı fikirləri oyadıb?, Bununla bağlı
hansı suallar meydana çıxmışdır?