60
Aşağıdakılardan hansı yanlışdır?
A) Vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların
müdafiəsini, ailə məcəlləsində başqa qayda nəzərdə tutulmayıbsa,
müstəqil həyata keçirirlər.
B) Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini
yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların
hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır.
C) Pozulmuş hüquqların müdafiəsi üçün ailə məcəlləsində
müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə
münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil
olunmur.
D) Ailə hüquqları məhkəmələr tərəfindən qanunvericilikdə
müəyyən olunmuş qaydada müdafiə olunur.
E) İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı
məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsində
nəzərdə tutulmuş qaydaları rəhbər tuta bilməz.
61
Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil
olmaq istəyən şəxslərin, tibbi müayinədən keçdiklərini təsdiq edən
arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən .... ay
sonra onların iştirakı ilə bağlanır.
A) 1
B) 2
C) 3
D) 4
E) 5
62
Üzürlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra
hakimiyyəti orqanı tərəfindən azaldıla və ya .... aydan çox olmayan
müddətə uzadıla bilər.
A) 1
B) 2
C) 3
D) 4
E) 5
63
Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı
tərəfindən ................ yaranır.
A) nikahın bağlandığı gündən
B) nikah bağlamaq üçün müraciət etdikləri gündən
C) nikahın bağlanmasının dövlət qeydiyyatı günündən
D) arayış almaq üçün müraciət etdikləri gündən
E) nikah bağlamaq üçün ərizə verdikləri gündən
64
Azərbaycan Respublikasında nikah yaşı .... yaş müəyyən olunur.
A) 15
B) 16
C) 17
D) 18
E) 19
65
Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah
yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra
hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının .... ildən çox
olmayaraq azaldılmasına icazə verə bilər.
A) 1
B) 2
C) 3
D) 4
E) 5
66
Nikahın bağlanması üçün ......... zəruridir.
1. Nikaha daxil olan şəxslərin şifahi razılığı
2. Nikaha daxil olan şəxslərin yazılı razılığı
3. Nikaha daxil olan şəxslərin nikah yaşına çatmaları
4. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələrinin
təqdim edilməsi
5. Nikaha daxil olan şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq
edən arayışın təqdim edilməsi
A) 1,3,5
B) 2,3,4
C) 1,4,5
D) 1,2,3
E) 2,3,5
67
Aşağıdakı şəxslərdən hansıların arasında nikahın bağlanmasına yol
verilir?
A) yaxın qohumlar
B) tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim
etməkdən imtina edən şəxslər
C) məhdud fəaliyyət qabiliyyətli şəxslər
D) övladlığa götürənlər və övladlığa götürülənlər
E) ikisindən biri başqası ilə nikahda olan şəxslər
68
Aşağıdakılardan hansı yanlışdır?
A) Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi pulsuz
həyata keçirilir.
B) Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən
keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını
təsdiq edir
C) Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin
nəticələri həkim sirridir.
D) Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən
keçdiklərini təsdiq edən arayış tibbi məsləhətin verildiyini təsdiq
edir
E) Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən
keçdiklərini təsdiq edən arayış tibbi müayinənin nəticələrini əks
etdirir.
69
Aşağıdakılardan hansı yanlışdır?
A) Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan
edildikdə nikaha xitam verilir.
B) Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında nikaha
xitam verilə bilər.
C) Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra
1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi
barədə iddia qaldıra bilməz.
D) Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı və
məhkəmə tərəfindən həyata keçirilir.
E) Məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən
ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə
bilməz.
70
Aşağıdakı hallardan hansında nikaha müvafiq icra hakimiyyəti
orqanında (qeydiyyat şöbələri, konsulluq idarələri) xitam verilə
bilməz?
A) Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları
olmadıqda, onların razılığı əsasında
B) ərin (arvadın) razılığı olduqda, lakin onlardan biri nikahın
pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə
C) ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə
D) ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan
hesab edildikdə
E) ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə
azadlıqdan məhrum olunduqda.
71
Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda,
məhkəmə ər-arvadın barışması üçün .... ay müddət müəyyən
etməklə işi təxirə sala bilər.
A) 1
B) 2
C) 3
D) 4
E) 5
72
Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə
verdikləri gündən .... aydan tez olmayaraq həyata keçirilir.
A) 1
B) 2
C) 3
D) 4
E) 5
73
Əmlak bölgüsü ........ mənafeyinə toxunduqda, məhkəmə əmlak
bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər.
A) ərin
B) arvadın
C) uşaqların
D) üçüncü şəxsin
E) ailə üzvlərinin
Dostları ilə paylaş: |