imkanları var. ATƏT beynəlxalq hüquqdan doğan 10 təhlükəsizlik prinsipi müəyyənləşdirmişdir ki, bunların da
hamısı Ermənistan tərəfindən pozulmuşdur. Həmin prinsiplər aşağıdakılardır:
1. Suverenliyə hörmət;
2. Silahlı qüvvələrdən istifadə etməmək;
3. Sərhədlərin toxunulmazlığı;
4. Dövlətlərin ərazi bütövlüyü;
5. Mübahisələrin dinc yolla həlli;
6. Bir-birinin daxili işlərinə qarışmamaq;
7. İnsan hüquq və azadlıqlarına hörmət etmək;
8. Millətlərin bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət;
9. Dövlətlər arasında əməkdaşlıq;
10. Beynəlxalq hüquqa dair öhdəliklərin vicdanla yerinə yetirilməsi.
1
Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməklə bu prinsiplərin heç birini nəzərə almadığını
göstərib. Azərbaycanın suverenliyinə qəsd edib (1-ci prinsip), ölkəmizə və xalqımıza qarşı silahlı qüvvələrdən
istifadə edib (2-ci prinsip), sərhədlərimizi pozub (3-cü prinsip), ərazi bütövlüyümüzü tanımadığını dəfələrlə
beynəlxalq əhəmiyyətli tədbirlərdə nümayiş etdirib və təcavüzkar əməlləri ilə bunu bir daha təsdiqləyib (4-cü
prinsip), Azərbaycanın daxili işlərinə qarışıb, bu, Dağlıq Qarabağda məhz Ermənistan hökumətinin təhriki ilə
başlayan proseslərdə öz əksini tapır (6-cı prinsip), bir milyona qədər qaçqın və məcburi köçkünün hüquqlarını
tapdalayıb (7-ci prinsip), millətlərin bərabərliyi anlayışına hörmət etmədiyini və azərbaycanlıları, eyni zamanda
bütün türkləri düşmən kimi qəbul etdiyini əməlləri ilə sübuta yetirib, erməni xalqının bir dəfə öz müqəddəratını
təyin edərək dövlət yaratdığını bilə-bilə ikinci dəfə bu xalqın öz müqəddəratını təyin etməsini bəhanə gətirərək
xalqımıza qarşı görünməmiş vəhşiliklərə rəvac verib (9-cu prinsip), beynəlxalq hüquqa dair heç bir öhdəliyi
yerinə yetirmir (10-cu prinsip).
ATƏT və Azərbaycan
Azərbaycan ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT) üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul
olunmuşdur. Qeyd etmək lazımdır ki, ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur.
1992-ci ilin fevral ayından başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi ATƏM-in prinsiplərinə uyğun
olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevral ayının ortalarında ATƏM-in
ilk xüsusi missiyası Azərbaycanda oldu.
Fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycan
Respublikasına mənsub olunmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin
sülh yolu ilə həllinə çağırış öz əksini tapdı.
1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) birinci əlavə görüşündə
Dağlıq Qarabağda vəziyyət müzakirə olundu. Görüşdə ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh
yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edildi.
Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə
Toplantısında iştirak etmiş, onun sənədlərini imzalamışdır.
20 dekabr 1993-cü ildə Azərbaycan ATƏM-in Paris Xartiyasına qoşulmuşdur.
5-6 dekabr 1994-cü ildə ATƏM-in Budapeşt Zirvə Toplantısı keçirilmişdir. Budapeşt sammitinin
nəticəsinə əsasən ATƏM 1 yanvar 1995-ci ildən yeni Avropanın sivilizasiyalı birgəyaşayış qaydalarını müəyyən
edən, sülhün, demokratiyanın və insan hüquqlarının qorunmasını təmin edən, üzv ölkələrinin təhlükəsizliyini və
qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini həyata keçirən, özünüidarə mexanizmləri olan ümumavropa
təşkilatına - ATƏT-ə çevrilmişdir.
Budapeşt Sammitində ilk dəfə olaraq ATƏT çərçivəsində Avropa təhlükəsizlik tədbirlərində iştirak edə
biləcək sülhməramlı qüvvələrinin yaradılması və münaqişəli ərazilərə göndərilməsi qərara alınmışdır. İştirakçı
dövlətlər ATƏT rəhbərliyi altında olan ilk sülhməramlı çoxmillətli hərbi hissənin Dağlıq Qarabağ bölgəsinə
göndərilməsi haqqında razılıq eldə etmişlər. Bundan başqa Budapeştdə Minsk prosesi çərçivəsində həmsədrlik
institutu təsis olunmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinə dair Budapeşt sammitinin işinin konkret
yekunu olaraq “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı
qətnamənin qəbulu təşkil etmişdir.
Budapeşt Sammitinin nəticələrinə əsasən 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan
münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli
Planlaşdırma Qrupu (YSPQ) təsis olunmuşdur.
Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəl Finlandiya ilə Rusiya, sonra isə 1995-97-
ci illər ərzində İsveç ilə Rusiya başçılıq etmişlər.
28 avqust 1995-ci ildə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində
olan münaqişə üzrə Şəxsi Nümayəndəsi vəzifəsi təsis olunmuşdur. 1 yanvar 1997-ci ildən bu vəzifəni Səfir
Anjey Kasprşık (Polşa) icra edir.
1996-cı il 2-3 dekabr tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində 54 iştirakçı dövlət tərəfindən
Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli adlı Bəyannamə qəbul edilmişdir. Bəyannamədə
üzv ölkələrinin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilmiş və bu təhdidləri aradan qaldırmaq üçün birgə
əməkdaşlığın vacibliyi xüsusi vurğulanmışdır.
Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in iştirakçı
dövlətləri tərəfindən (Ermənistandan başqa) aşağıdakı prinsiplərə razılıq verilmişdir:
1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
2. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusun verilməsi;
3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı.
1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.
Hazırda Minsk qrupunun Həmsədrləri aşağıdakılardır:
Stiv Man (ABŞ)
Anri Jakolen (Fransa)
Yuriy Merzlyakov (Rusiya)
Hazırda Minsk Qrupu aşağıdakı tərkibə malikdir (ATƏT-in rəsmi saytında olan məlumata əsasən):