17
Neft Fondu tərəfindən valyuta satışının maksimum həddi 2016-cı ilin sentyabr ayında
(631.1 milyon ABŞ dolları), minimum həddi isə fevral ayında
(177.5 milyon ABŞ dolları)
müşahidə edilib. Ümumilikdə isə il ərzində həyata keçirilən valyuta hərraclarında Neft Fondu və
Mərkəzi Bank tərəfindən birlikdə valyuta satışının aylıq maksimum səviyyəsi yanvar ayında
(911.8 milyon ABŞ dolları), minimum səviyyəsi isə dekabr ayında (246 milyon ABŞ dolları)
müşahidə edilib.
2016-cı ildə Neft Fondunun Dövlət büdcəsi qarşısında öhdəliyi 7.615 milyard manat
17
olduğu halda doqquz ay ərzində
(yanvar-sentyabr) cəmi transfert 3.26 milyard manat
18
olub ki,
bu da illik öhdəliyin tam yerinə yetirilməyəcəyini deməyə əsas verir. Neft Fondundan İqtisadi və
Sosial İnkişaf Mərkəzinin müvafiq sorğusu “Fond tərəfindən öz öhdəliklərini vaxtında yerinə
yetirmək üçün Fondun kifayət qədər manat ehtiyatına sahib olması şərtdir.
Dövlət büdcəsinə transfertlərə gəldikdə isə bu vəsaitlər Maliyyə Nazirliyinin müraciəti
əsasında ödənilir. ARDNF-ə müraciət edildiyi təqdirdə Fond tərəfindən öhdəliklər tam icra
ediləcəkdir” kimi cavablandırılıb. Başqa sözlə Maliyyə Nazirliyinin Neft Fondundan dövlət
büdcəsinə transfert tələbi olmadığı üçün bu xərc istiqaməti tam icra edilməyib. Beləliklə də
2016-cı maliyyə ilinin sonuna Neft Fondu manat vəsaitlərini illik 4.99%-lə Mərkəzi Bankda olan
manat hesabında yerləşdirib
19
.
Valyuta hərraclarında iştirakla yanaşı 2016-cı ildə Neft Fondu ilk dəfə olaraq yerli bank-
Azərbaycan Beynəlxalq Bankında 1 milyard ABŞ dolları dəyərində illik 4%-lə 12 aylıq depozit
yerləşdirdi
20
. Depozitin yerləşdirilməsində əsas məqsəd valyuta bazarlarında volatilliyi
zəiflətmək və biznesin valyuta tələbatının müəyyən qismini ödəmək idi.
Nağd valyuta sıtışında azalma
17
Azərbaycan Respublikası Maliyyə Nazirliyi, ““Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”, baxış
tarixi: 19.01.2017
http://www.maliyye.gov.az/sites/default/files/qanun%20budca.pdf
18
ARDNŞ, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və
xərclərinə dair məlumat”, 12.10.2016
http://www.oilfund.az/az_AZ/news/1210/100/Azerbaycan-Respublikasi-Doevlet-Neft-Fondunun-2016-ci-ilin-
yanvar-sentyabr-aylari-uezre-gelir-ve-xerclerine-dair-melumat.asp#sthash.UHpNwau6.dpuf
19
Fins.az, “Neft Fondu ötən il hərraca nə qədər dollar çıxarıb? – CƏDVƏL”, baxış tarixi: 19.01.2017
http://fins.az/bank/913706/neft-fondu-oten-il-herraca-ne-qeder-dollar-chixarib-cadval.html
20
Trend New Agency, “Şahmar Mövsümov: ARDNF aktivlərinin indiki bölüşdürülməsi neft ehtiyatlarının uzun
müddətli qorunmasına kömək edir”, 27.12.2016
http://az.trend.az/business/2702974.html
18
2016-cı il ərzində nağd formada valyuta satışının həcmi kəskin azalıb. [bax; diaqram 6].
Azalmanın əsas səbəbi kimi Mərkəzi Bank və Neft Fondunun valyuta bazarlarında məhud
iştirakçılığı olsa da istehlak aktivliyinin zəifləməsi, milli valyutaya inamın aşağı səviyyədə
olması və növbəti dövrlər üçün iqtisadi dinamikanın proqnozlaşdırıla bilməməsi də prosesdə
əhəmiyyətli amillərdən hesab edilir.
Diaqram 6: Nağd xarici valyuta ilə mübadilə əməliyyatlarında ABŞ dollarının satış
dinamikası, milyon
Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı, 2017
Göründüyü kimi, valyuta bazarlarında nağd formada ABŞ dollarının satışı yanvar ayı ilə
müqayisədə noyabrda 56.3% və yaxud 221.3 milyon azalaraq 171.6 milyon dollar olub.
Ümumilikdə isə 2016-cı ilin 11 ayı ərzində ABŞ dolları ilə nağd mübadilə əməliyyatlarının
həcmi 2.9 milyard olub ki, bu da 2014-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 64%, 2015-ci
illə müqayisədə isə 73.4% azdır. Bu hal hazırda valyuta bazarı iştirakçılarının narahatlığına
səbəb olmaqla “manat” ın məzənnəsi üzərində təzyiqi artırmaqda davam edir.
Kommersiya banklarının xarici borc öhdəlikləri sürətlə artır
İl ərzində nağd valyuta satışında azalmanın səbəblərindən biri də kommersiya banklarının
xarici borc öhdəliklərinin sürətlə artması hesab edilir. Beləki,kommersiya banklarının xalis xarici
öhdəliklərində may ayından etibarən artım müşahidə edilir [bax: daiqram 7]. May-noyabr ayları
ərzində kommersiya banklarının xarici aktivlərində 5.1 milyard manat həcmində azalma olduğu
halda öhdəliklərində 0.3 milyard manat artım baş verib. Nəticədə 2016-cı ilin aprel ayında yerli
bankların aktivlərinin öhdəliklərini 2 milyard manat üstələdiyi halda 7 ay sonra - noyabr ayında
öhdəliklərin həcmi aktivlərdən 3.7 milyard manat artıq olub.
Diaqram 7: Kommersiya banklarının xalis xarici öhdəlikləri, milyon manatla
392.96
327.79
288.05
190.9
177.55
321.9
276.6
243.4
222.7
253.8
171.6
0
50
100
150
200
250
300
350
400
450
Yanvar
2016
Fevral
2016
Mart
2016
Aprel
2016
May
2016
İyun
2016
İyul
2016
Avqust
2016
Sentyabr
2016
Oktyabr
2016
Noyabr
2016